Ardını oxu...
Evləri plana düşən sakinlər onlara təklif olunan kompensasiya məbləğinin azlığından şikayətləniblər.

DİA.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya Nərimanov rayonunun Mayakovski 15 ünvanında yaşayan 61 mənzil sahibi müraciət edib.

Dediklərinə görə 61 mənzillik yataqxana binası söküləcəyi üçün Nərimanov Rayon icra Hakimiyyəti tərəfindən təcili olaraq evlərinin boşaldılması tələb edilir.

Mənzil sahibləri isə onlara hər kvadratmetrinə görə təklif olunan kompensasiya məbləğinin azlığından gileylənirlər. Narazı sakinlər bu məbləğə həmin ərazidə mənzil ala bilmədiklərinə görə yerində evlə təmin olunmalarını istəyirlər.

Məsələ ilə bağlı Nərminaov Rayon İcra Hakimiyyəti Bizim.Media-nın sorğusunu cavablandırıb:

“Sözügedən yataqxana qəzalıdır. Sakinlərin təhlükəsizliyinin təmin olunması və onların köçürülməsi üçün Nazirlər Kabineti tərəfindən müvafiq kompensasiya ayrılıb”, - deyə qurumdan bildirilib.
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin​ Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.

Bu barədə “Qafqazinfo” məlumat əldə edib.

Onun korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı bildirilir.
 
Ardını oxu...
Dələduzluqda və mənimsəmədə təqsirləndirilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

Teref.az "Report"a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə bildirilib ki, zərərçəkmiş şəxs qismində Azərbaycan Gənclər Fondu və banklardan biri təmsil olunur.

Təqsirləndirilən şəxsin vəkili Turan Abdullazadə vəsatət qaldıraraq bildirib ki, müvəkkilinin qandalda gətirilməsi qadağan edilsin.

Vəsatət təmin olunub.

Digər vəsatət isə məhkəmə baxışına xitam olunaraq yenidən ibtidai istintaqa göndərilməsi olub. Ancaq məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Vəsatətlərin çox olması səbəbindən hakim Fərid Namazov prosesin təxirə salındığını açıqlayıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 14-nə təyin olunub.

Qeyd edək ki, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

O, həm də özünü politoloq kimi təqdim edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

P.S. Xatırladaq ki, bu iş üzrə bəzi maraqlı məqamlar var, məhkəmə prosesi boyu bu məqamlarla bağlı araşdırma və dəqiqləşmələrimz olacaq.
 
Ardını oxu...
Fevral 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovdan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədənin əzniyi xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyədə 1 yaş yarımlıq, yeni yeriməyə başlamış Asım gecəyarı polis və anasına həyəcanlı anlar yaşadıb.
Bakupost.az xəbər verir ki, bir otel işçisi səhər 4-də küçədə bir körpənin sakitcə dolaşdığını görüb.
Otel işçisi uşağı saxlayaraq, ətrafı gəzib, heç kimi görməyib, sonra polisə xəbər verib.
Polis ətraf evləri, binaları gəzərək açıq qapını axtarıb.
Nəhayət bir binadan ər-arvad başılovlu çıxaraq, uşağın onlardan çıxdığını deyib. Uşağın anası gecə növbəsi işlədiyi üçün körpəni üst qonşuya etibar edib.
Kamera görüntülərində körpənin mənzildən çıxaraq pilləkənləri düşdüyü, blok qapısı açıq olduğundan rahatca küçəyə çıxdığı görülür.
Qonşular yuxuda olduğundan saat 4-də küçəyə çıxan körpəni heç kim görməyib.
Qışın soyuğunda, nazik gecə köynəyində küçələri dolaşan uşaq anası hadisə yerinə gəlmədən heç kimə təhvil verilmədi.
Uşaq bu həngamədə heç nədən qorxmayaraq, gülürdü.

 
Ardını oxu...
Yüksək rütbəli İran rəsmisi “Əl-Cəzirə”yə deyib ki, “ilkin istintaq hücumun İsrail tərəfindən törədildiyini göstərir və böyük ehtimalla, PUA-lar İran ərazisindən buraxılıb”.
Eyni məlumatı “Əl Ərəbiyyə” kanalı da yaymışdı. Belə nəticə çıxır ki, İsrail PUA-ları İran ərazisinə keçirib, zərbələri də onun ərazisindən endirib.
Mollalar doğrudan da yatıblarmış. Bir azdan deyəcəklər ki, "gecənin o saatında hücum edərlər".
Asif Nərimanlı
Teref.az
 
 
 
Ardını oxu...
Florida ştatının Leyklend şəhərində baş verən atışmada azı on nəfər yaralanıb.

Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, Polis Departamentinə saat 15:43-də atışma barədə bir neçə zəng daxil olub. Hazırda 10 zərərçəkən var. Onlara tibbi yardım göstərilir.
 
Ardını oxu...
ABŞ-ın Kaliforniya ștatında yerləşən Beverli-Hills (Beverly Hills) şəhərində yaşayan ermənilər toplaşaraq Laçın yolunun bağlanmasına etiraz etmək istəyiblər...
“Los Angeles Magazine” yazır ki, erməniləri fənər dirəklərinə yapışdırılan və Ermənistanı hədələyən flayerlərlə qarşılaşıblar:
“Azərbaycan, Türkiyə, Pakistan, İsrail = 4 QARDAŞ Ermənistanı XƏRİTƏDƏN SİLƏCƏK. İnşallah!!!”
Şəhərin polis idarəsi bu işdə əli olan şəxslərin axtarışı üçün La Cienega və Wilshire bulvarları ətrafındakı müşahidə kameralarının görüntülərini nəzərdən keçirib.
Beverli Hills şəhərinin meri Lille Bosse isə bu kimi çağırışlara qarşı Facebook-da status paylaşıb...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
İsrailin İrana hücumu ilə İran-Azərbaycan münasibətləri arasındakı gərginliyin hər hansı bir rolu varmı? Məncə, birmənalı şəkildə “yoxdur” demək olmaz. Ən azı ona görə ki, bəlli olay İsrailin manevr imkanlarını ciddi şəkildə artırdı. Və İsrail bu məqamı əldən vermədi.
Ancaq o da aydındır ki, Tehran-Bakı xəttində yaşanan son olay olmasaydı belə İsrail İrana hücum edəcəkdi. Bu, qaçılmaz idi...
Niyəsini də deyim. İsrail Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Eliezer Marom demişdi ki, İran nüvə silahı əldə etmək ərəfəsindədir və “nə qədər gec deyil, İrana indi hücum etmək lazımdır”. Bu həftənin cümə axşamı “i24News”-a açıqlama verən Marom İranın nüvə öbyektlərini hədəf almağın vacibliyini vurğulamışdı: “Məncə, İsrail hücum etməlidir, çünki hazırda vəziyyət belədir ki, İran 100 faiz (100 faiz dedikdə nüvə silahı üçün uranın 100 faiz zənginləşdirilməsi nəzərdə tutulur) nüvə silahı əldə etmək ərəfəsindədir”.
İsrailin İrana mümkün hücumu ilə bağlı bu həftənin bazar ertəsi “CNN”-ə istinadən yazmışdım. “CNN” qeyd etmişdi ki, bu həftənin bazar ertəsi ABŞ və İsrail indiyə qədər keçirilmiş hərbi təlimlərin ən böyüyünü həyata keçirməyə başlayıb. Amerikanın 100, İsrailin isə 42 hərbi təyyarısi təlimlərdə yer alacaq. ABŞ-ın 6.500, İsrailin isə 1.100 hərbçisi təlimə qatılacaq.
“CNN“ onu da bildirmişdir ki, bu hərbi təlim İrana açıq siqnal göndərmək anlamına gəlir.
Sirr deyil ki, İsrailin yeni-köhnə Baş nazir Benjamin Netanyahu mühafizəkar siyasətçidir. Sərt xətt tərfdarıdır. Xüsusən, İrana qarşı radikal mövqedədir. Cənab Netanyahu onu da demişdi ki, yaxın həftələrdə ABŞ və İsrail İranın nüvə silahı əldə etmək məsələsi ilə bağlı danışıqlara başlayacaq.
Yəni hazırda İsrailin İranın hərbi obyektlərinə qarşı keçirdiyi hava hücumlarını qətiyyən gözlənilməz hesab etmək olmaz, hücum müvafiq plana uyğun şəkildə həyata keçirilir. O da aydındır ki, İsrailin İrana hücumları bundan sona daha intensiv xarakter alacaq...
Böyük Britaniyanın “The Guardian” qəzeti isə bildirir ki, Tehranda Azərbaycan səfirliyinə silahlı hücum nəticəsində bir əməkdaşın qətlə yetirlməsi, iki əməkdaşın isə yaralanmasından sonra bölgədə vəziyyət daha da gərginləşib. Və İsrailin İrana hücumu belə bir fonda baş verir.
Britaniya nəşri bildirir ki, İran Kəşfiyyat Nazirliyinin iyul ayında İsfahan ətrafındakı həssas obyektləri hədəf almaq planını pozduğunu iddia etməsindən sonra hazırkı hücum baş verib.
Oktyabr ayında İran dövlət televiziyasında yayımlanan kadrlarda İrandan sürgün edilmiş və hazırda İraqda fəaliyyət göstərən kürd müxalifət partiyası Komala üzvlərinin İsrailin Mossad kəşfiyyat xidməti tərəfindən təlim keçdikdən sonra İsfahandakı hərbi aerokosmik obyekti hədəf almağı planlaşdırdıqlarını iddia edən etiraflar yer almışdı...
Bəzi mənbələr iddia edir ki, İsrail İranın 20 şəhərindəki hərbi obyektləri dronla vurub.
İranla İsrail arasında münasibətlər düşmən xarakteri daşıyır. İsrail müxtəlif illərdə İranda yerli nüvə alımlərini müxtəlif vasitələrlə aradan götürüb. İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə bağlı məxfi məlumatların ABŞ-a ötürülməsində də İsrail əsas rol oynayıb.
İran dəfələrlə İsraili Yer üzündən siləcəyini bəyan etsə də hələki buna nail ola bilməyib. İlk belə cəhd 2006-cı ildə baş verib. O vaxt İran Livanda bəslədiyi Hizbullah vasitəsi ilə İsrailə qarşı “proxy” müharibəyə başladı. 34 gün davam edən müharibə 1 milyon livalını qaçqın vəziyyətinə saldı. Yüzlərlə insan öldürüldü...
İndi də İran müxtəlif ölkələrdə bəslədiyi terrorçu silahlı qruplar vasitəsi ilə İsrail və Körfəz ölkələrini hədələyir. Ancaq İranın Körfəzdəki varlı ərəb ölkələri ilə isti münasibətlər yaratmış İsrailə qalib gəlməsi mümkün görünmür. Bəli, İsrail balaca ölkədir. Amma texnologiya baxımından dünya nəhəngləri ilə rəqabətdədir. Ən önəmlisi isə odur ki, ABŞ başda olmaqla Qərb İsariln tərəfindədir və ona dəstək verirlər. Qərbdə İrana münasibət son dərəcə pis olduğuna görə İsrailə bu məsələdə daha güclü dəstək var...
Elbəyi Həsənli
Teref.az
 
Ardını oxu...
Hindistanın şərqindəki Odişa əyalətinin səhiyyə naziri Naba Kişore Das bazar günü bir neçə güllə yarası alaraq xəstəxanada ölüb.

Bu barədə yaralının aparıldığı Bhubaneşvardakı “Apollo” xəstəxanasından məlumat verilib.

Həkimlərin sözlərinə görə, güllə nazirin ürəyinə dəyib və daxili qanaxmaya səbəb olub.

Bazar günü günortadan sonra polisin köməkçi müfəttişi Qopal Das 61 yaşlı nazir avtomobilindən düşərkən ona çoxsaylı atəş açıb. Atəş açan şəxs dərhal həbs edilib. Hadisənin motivləri hələ aydın deyil.

Mənbə: TASS
 

Dünyapress TV

Xəbər lenti