Ardını oxu...
"Hər zaman Antalya bölgəsinə yolum düşəndə fikirləşirəm, nə əcəb biz hotellərdə AI və UAI üsulunu tədbiq edə bilmirik?! Niyə SPA, fitnes, uşaq klubu, yay barı, qış barı anlayışları bizdə hər hansı bir hotelin yalnız 5 ulduz alması üçün qurulur və aylarla istifadəsiz qalır?!"

Bu fikirləri aktyor, ssenarist Azər Aydəmir sosial şəbəkədə bildirib.

Aktyor ölkəmizdəki turizm sektorundan gileylənib:

"Hər dəfəsində də turizm sahəsinə məsul şəxslər, tanışlarım mənə deyirlər ki, "O bizim üçün deyil", "Bizə hələ tezdir", "O mexanizm bizdə işləməz" və s. Tətil bitdi. İndi isə məni digər sual maraqlandırır: "Nə olub axı bizə?"" (News24.az)
 
Ardını oxu...
Parkinqlə bağlı yenilik sabahdan qüvvəyə minir - Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

“Qafqazinfo” Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.
Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaqlar.
Ardını oxu...
Bakıda sığınacağa hücum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.


Belə ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
"Cəmil prinsipləri hər şeydən üstün tutan, haqsızlığa dözməyən, cəmiyyətin sağlam olması üçün çalışan azsaylı qələm sahibindən biridir.
Bəli, Cemil Memmedlinin əyalət məmurları ilə problemləri var. Ancaq Cəlim bu xalqı da, bu dövləti də sevən, kritik məqamda Azərbaycanı heç kimin
ayağına verməyəcək qədər dövlətsevər jurnalistdir."
Ardını oxu...
Teref.az yazır ki, bunu Yenicağ media qrupunun rəhbəri Agil Ələsgər öz feysbuk səhifəsində yazıb. Fikrini davam etdirən Aqil Ələskər daha sonra yazır:
"Hər kəs eyni şəkildə düşünməyə bilər. Cəmil də prosseslərə məndən, səndən fərqli baxa bilər. Ancaq bu o demək deyil ki, sırf hansısa əyalət padşahı və ya onun əyanları istədi deyə, istedadlı, prinsipial bir həmkarımız həbs olunmalıdır.
Əgər içimizdə azacıq həmkarlığa və ya həmrəyliyə aid nəsə qalıbsa, Cəmilə, əyalətdəki son Mogikana sahib çıxmalı, yazdığına görə göz görə-görə şərlənməsinə imkan verməməliyik…"
Teref.az
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova tanınmış jurnalist Heydər Oğuzu məhkəməyə verib. Əzimova iddia edir ki, Heydər Oğuz ona böhtan atıb. Bir neçə ay davam edən məhkəmə prosesindən sonra bu il iyulun 21-də Suraxanı Rayon Məhkəməsi Heydər Oğuza 6 ay islah işləri cəzasının verildiyi hökm çıxarıb. Tanınmış jurnalist barəsində çıxarılan hökmün sifarişli və ədalətsiz olduğunu, onun əməlində cinayət tərkibinin olmadığını bildirir. Heydər Oğuz qeyd edir ki, onu Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla bağlı kəskin tənqidi yazılarına və çıxşlarına görə kimlərsə “cəzalandırıb”. Jurnalist ona bəraət verilməsi üçün apellyasiya şikayəti verib.

Heydər Oğuza bu cəzanın verilməsinə ölkəmizin tanınmış ictimai və siyasi xadimləri kəskin etiraz ediblər.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa TNS-ə açıqlamasında bildirib ki, Heydər Oğuzu uzun illərdir, tanıyır.

Millət vəkili qarşı tərəfə hansısa bir ittiham irəli sürmədən Heydər Oğuzun cəzalandırılmasını doğru hesab etmir.

“Məncə tərəflərin barışması daha düzgün olardı. İctimai şəxslərin bir-birini bu formada məhkəmə çəkişməsinə cəlb etməsi xoşagələn hal deyil. Fikrimcə, islah işləri cəzasının verilməməsi daha düzgün olardı. Çünki bu cazaya tanınmış jurnalistin məhkum olunması mənəvi tərəfdən də yaxşı hal deyil. Ona görə də, ümid edirəm ki, yuxarı instansiya məhkəməsi apellyasiya şikayətinə xüsusi olaraq baxacaq və hökmün ləğv olunması isiqamətində addım atacaq”, - millət vəkili bildirib.

Fazil Mustafa deyib ki, qarşı tərəfin məsələdə israr etməməsi daha doğru olar.

“Çünki elə bir anlaşılmazlıq yoxdur ki, onu aradan qaldırmaq mümkün olmasın. Bunu danışıqla, münasibətlərlə yoluna qoymaq mümkündür. Bu qərarın dəyişdirilməsinin mən də tərəfdarıyam. Hər hansı bir şəkildə Heydər Oğuz kimi tanınmış bir ictimai xadim və media təmsilçisinə qarşı bu addımın atılması hər kəsdə narahatçılıq yaradan məsələdir. Məncə bu narahatçılığa da yuxarı instansiya məhkəməsi son qoyacaq”, - deputat əlavə edib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirib ki, Heydər Oğuz tanınmış jurnalist olmaqla yanaşı, Azərbaycan cəmiyyətində ictimai xadim, vətənpərvər, hər zaman dövlətin və dövlətçiliyin yanında olan ziyalı kimi tanınıb.

Partiya sədri deyib ki, Heydər Oğuz öz yazıları ilə bunu dəfələrlə sübut edib və etməkdədir.


“Suraxanı Rayon Məhkəməsində onun barəsində qaldırılmış bu cinayət işinin detallarını, bir sıra prosesual pozuntuları kənara qoyaraq, təbii ki, kifayət qədər absurd iddilar var, məsələnin mənəvi tərəfinə xüsusi diqqət yetirmək istəyirəm. Hökm jurnalistlərin peşə bayramı günündən bir gün əvvəl çıxarılıb və bu, ictimaiyyət tərəfindən xüsusilə vətənpər bir Azərbaycan jurnalistini “cəzalandırmaq” aktı olaraq qəbul edilib. Bu, yolverilməzdir”, - Arzuxan Əlizadə bildirib.

Onun sözlərinə görə, baş vermiş prosesual pozuntular və iddianın absurdluğu ilə bağlı növbəti məhkəmə instansiyalarına - Apellyasiya Məhkəməsinə və əgər ehtiyac olacaqsa, digər məhkəmələrə də müraciət olunacaq:

“Təbii ki, biz də prosesi diqqətdə saxlayacağıq. Heydər Oğuzu yaxından tanıyan, onun vətənpərvərliyinə, dövlətçiliyə xidmətinə zərrə qədər şübhə etməyən bir şəxs olaraq bundan təəssüfləndiyimi bildirirəm. Heydər Oğuza istənilən müstəvidə dəstək verməyə hazır olduğumu bəyan edirəm. Ümid edirəm ki, növbəti məhkəmə instansiyalarında Suraxanı Rayon Məhkəməsinin çıxardığı qərar ləğv olunacaq və biz ədalətin bərqarar olmasına şahidlik edəcəyik”.

Partiya sədri məhkəmənin qərarına təsir etmək fikrində olmadığını bildirərək deyib ki, bizim bu cür vətənpərvər, dövlətinə, dövlətçiliyə xidmət edən jurnalistlərimizə qarşı qarayaxma kampaniyalarının aparılması heç bir halda təqdir ediləcək məsələ deyil.

“Bu cür kampaniyaların qarşısı alınmalıdır, bizim dəyərli jurnalistlərimiz, ictimai-siyasi xadimlərimiz mütləq mənada bu cür absurd iddialardan qorunmalıdırlar. Bu prosesdə Azərbaycan məhkəmələri, Azərbaycan ədalət sistemi də belə insanların yanında olduğunu sübut etməlidirlər”, - Arzuxan Əlizadə əlavə edib.
 
Ardını oxu...
Əfqanıstanda 5,7 bal gücündə zəlzələ oldu

Bu gün Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

Teref.Az xəbər verir ki, bu barədə Avropa-Sakit okean seysmologiya mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 176 km şərqdə, ocağı isə yer səthindən 90 kilometr dərinlikdə yerləşıb.

Təbii fəlakət nəticəsində zərər çəkənlər, yaxud dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir. \\Report.Az
 
Ardını oxu...
Azərbaycanda 2022-ci ilin nəticələrinə görə hər 1000 nəfərə 162 ədəd avtomobil düşüb, Gürcüstanda bu göstərici 300, Ermənistanda 200 ədəddən çoxdur.
Yəni, "ölkədə maşın çoxdur, ona görə də tıxaclar var", tezisi yanlışdır. Problem odur ki, əhalinin yarısı Bakıdadır, infrastruktur pisdir, nəqliyyatın idarəedilməsi bərbaddır. Ölkənin bütün iqtisadi fürsətləri Bakı-Abşerona toplanıb, regionlarda iş-güc, sosial-iqtisadi fürsətlər yoxdur - bu isə ölkənin qeyri-proporsional və əcaib "inkişafına" səbəb olub.
Hərbi qələbəmizdən sonra işğaldan azad edilən ərazilərimizə köç ləngiyir, bunun obyektiv səbəbləri də var, amma sistem problemləri həll edilməsə, köç olmayacaq. Hökumət son 30 ildə əhalinin Bakı-Abşerona köç etmə səbəblərini çözə bilməyibsə, Qarabağ və Şərgi Zəngəzura da camaatı orqanik, təbii yolla köçürə bilməyəcək - hərçənd tarixi fürsət yaranıb ki, əhali və iqtisadi fürsətləri ağıllı və proporsional şəkildə ölkə ərazisinə yayıb Bakını yaşanabilər hala gətirək. Bunun üçün ilk addım idarəetmə sisteminin dəyişməsi olmalıdır, ardınca doğru iqtisadi təşviq siyasəti də olsa, bu işi bacarmaq olar.
İşğaldan azad edilən regionlara 1,5 mln. əhali köçsə (təbii yolla) bu zaman ölkə üçün yeni inkişaf imkanları açıla bilər...

Natig Cəfə\rli
Ardını oxu...
Qaz sayğaclarına metroloji xidməti Azərbaycan Metrologiya İnstitutu təmin edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, onların tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz" İstehsalat Birliyi (İB) arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ-yə verilir:

"Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir."
Müqavilə 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək
Açıqlamaya görə, laboratoriyada ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyini, təsdiqi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq: "Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək".
Şikayətlər azalacaqmı?
Bu vaxta qədər bir sıra vətəndaşlardan belə şikayətlər olmuşdu ki, sayğaclar artıq yazır və şikayətləri ədalətli araşdırlmır.
Mövzu ilə bağlı, hələlik, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə ayrılıqda danışmaq mümkün olmayıb. Amma Milli Məclisin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna deyib ki, bununla bağlı qanunverici orqanda da məsələ qaldırılıb.
Vahid Əhmədov sayğacların yoxlanılmasının təchizatçı deyil, müstəqil təşkilat tərəfindən həyata keçirilməsini doğru qərar sayır.
"Şikayətlərin qarşısını ala bilər"
“Sayğacların yoxlanılmasını, testdən keçirilməsini Metrologiya İnstitutu həyata keçirirdi. Tamamilə ona verilməsi əhalidə şikayətlərin qarşısını ala bilər. Guya, müdaxilərin olduğu deyilirdi. Amma Metrologiya İnstitutunda sayğaclar yoxlanılır, qeydiyyatdan keçirilir və möhür vurulduqdan sonra şübhə qalmayacaq. Metrologiya İnstitutunun əsas məqsədi də cihazların normal fəaliyyətidir”.

Vahid Əhmədov düşünür ki, müəyyən qədər şəffaflıq olacaq.
“Çünki Metrologiya İnstitutu ciddi məsuliyyət daşıyır, cihazı yoxlayandan sonra sertifikatları bu qurum verəcək. Kifayət qədər metrologiya sahəsilə tanışlığım olduğundan Metrologiya İnstitutunda öz işinə ciddi yanaşan mütəxəssislərin olduğunu bilirəm”.
"Problemin sistemdə, yoxsa hansısa qurumda olmasına gəlincə", deputat bu suala cavab verməyin çətin olduğunu bildirib: "Sonuncu möhürü onlar vuracaq”.


“Ümumiyyətlə, sayğacların istehsal olunduğu müəssisələr var ki, orda da problemlər mümkündür. Yaxud quraşdırılması ilə əlaqədar təşkilatlardan da problemlər qaynaqlana bilər. Elə bir zəncirvari prosesdir ki, müəyyənləşdirmək çox çətindir. Amma Metrologiya İnstitutu müəyyən edəcək, çünki sonuncu möhürü onlar vuracaq”.
İqtisadçı Məmməd Talıblı isə hesab edir ki, əslində, bir qurum tərkibində bir, iki təşkilatın varlığı və onlardan birinin icraçı, digərinin nəzarətçi qurum olması özlüyündə maraqlar konfliktinə gətirib çıxarır.
"Yaxşı olar ki..."

"Yaxşı olar ki, həmin qurumlar vahid loqo altında fəaliyyət göstərən təşkilat vahidləri olmasın. Təsəvvür edin ki, Maliyyə Nazirliyi həm dövlət büdcə xərcləmələrini həyata keçirən fiskal qurumdur, digər tərəfdən isə onun aidiyyatı agentliklərindən biri büdcə üzərində maliyyə təftişçiliyini, nəzarəti həyata keçirən qurumlardır."
Onun fikrincə, halbuki, büdcənin şəffaf və hesabatlı olması Hesablama Palatası ilə Maliyyə Nazirliyi arasında hər hansı bir bağlılığın olmamasından qaynaqlanmalıdır:
"Onlar arasında maraqlar konfliktinə səbəb olan hansı hallar vardısa, bundan qaçmalıdırlar. İnstitusional mexanizmlər onu əngəlləməlidir".
İqtisadçı bildirib ki, şəffaflığa nail olmağın ən universal üsullarından birincisi maraqlar münaqişəsinə səbəb olan instutsional mexanimzlərdən qaçmaqdır.


"Özləri doğub, özləri də göbəyin kəsmək..."

"Azərbaycanda isə əksinə mənzərədir. Dövlətin idarəetmə qurumları maraqlar münasişəsinə səbəb olan vəziyyət yaradırlar. Məsələn, SOCAR-da Müşahidə Şurasının üzvləri həm də başqa qurumlarda da var, Vergilər və İqtisadiyyat nazirliklərinin müavinləri şuranın üzvləridir. Bunlar SOCAR-ın idarəetməsində məsul şəxslərdir."
İqtisadçı hesab edir ki, amma vətəndaş cəmiyyətindən, media təmsilçilərindən Müşahidə Şurasının üzvü olardısa, daha obyektiv, şəffaf qərar vermə mexanizminə malik olarlar:
"Yox, hansısa iqtisadi xətti qurumların nümayəndələri başqa nazirliyin təmsilçisi olursa, loru dildə desək, “özləri doğub,özləri də göbəyin kəsmək” kimi bir şeydir. Bu olduqca mühüm amildir".
 
Ardını oxu...
Naxnıvan MR Səhiyyə Nazirliyi bu yaxınlarda dövlət büdcəsi hesabına təxmini dəyəri 130 min manat olan „Lexus“ markalı avtomobil alıb. Həmin avtomobil aprel ayından bəri nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxovun xidmətinə verilib. Lakin, nazirlik maliyyə çatışmazlığını bəhanə gətirərək, dövlət xəstəxanalarını lazımi tibbi avadanlıqlarla, vacib dərmanlarla təmin etmək istəmir. TEREF.AZ yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup səhiyyə işçisi məlumat verib.
Onlar deyir ki, avadanlıqların çatışmaması ucbatından xəstələr ağır vəziyyətə düşür, bəzən isə, həyatlarını itirirlər.
Şikayətçilərin sözlərinə görə, yerdə qalan avadanlıqların xeyli hissəsi də yararsız vəziyyətdədir. Naxçıvan MR Mərkəzi Xəstəxanasının həkimləri deyir ki, bu problemdən əsasən ürək xəstələri əziyyət çəkir:
“Xəstəxanada EXO və EKQ müayinəsi üçün aparatlar işləmir. Bu səbəbdən xəstələri özəl klinikalara göndərməli oluruq. Orda isə, baha olduğundan imkansız xəstələr gedə bilmir. Bu da onların vəziyyətinin ağırlaşmasına, bəzən də ölümünə səbəb olur. Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsək də, maliyyə çatışmazlığını bəhanə gətiriblər. Maliyyə yoxdursa, nazir üçün avtomobilə 130 min manatı haradan tapıblar? Həmin pula xəstəxananı təmin edə biləcək avadanlıqlar almaq olardı. Bunlar xəstələrin həyatını yox, öz rahatlıqlarını düşünürlər”.
Onurğa problemindən əziyyət çəkən Nəcəf İsmayılov deyir ki, MRT aparatının yoxluğundan müayinə üçün Bakıya getməli olub:
“Respublika Xəstəxanasına bir müddət müalicə aldım, heç bir köməyi olmadı. Çünki, orada bir çox dərman preparatları, tibbi avadanlıqlar yox idi. Həkimlər bunu maliyyə ayırılmaması ilə əsaslandırırdılar. Həkim dəqiq diaqnozu tapmaq üçün məsləhət gördü ki, MRT-dən keçim. Dedilər aparat yalnız Naxçıvan Diaqnostika Mərkəzində var. Getdim, orada da dedilər ki, növbəyə yazırıq iki ay sonra gələrsən. Məcbur qalıb Bakıya getməli oldum. Həm əziyyət çəkdim, həm də xərcə düşdüm. Qayıtdıqdan sonra xəbər tutdum ki, səhiyyə nazirinə 130 min manatlıq avtomobil alıblar. Halbuki bizə deyirdilər, nazirliyin maliyyəsi yoxdur“.
Naxçıvan MR Səhiyyə Nazirliyindən deyilənlərə münasibət bildirmək istəmədilər.
 
 
 
Ardını oxu...
Son günlər paytaxt Bakının cənub girişində – “Dəniz Mall” Ticarət Mərkəzi yanından yollar demək olar ki, hər gün bağlanır.

KONKRET.az bildirir ki, 17:00-19:00-dan sonra Bayıl qəsəbəsi tərəfdən şəhərə girişlər tamamilə bağlanılır və yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Bu isə ərazidə uzun tıxacların yaranmasına səbəb olur. Nəticədə nəinki minik maşınları, hətta marşrut avtobusları da uzun müddətə bu tıxaclarda qalmalı olur.

Buna səbəb nədir?

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BBDYPİ) inspektoru, polis mayoru Fuad Sultanov “Yeni Sabah”a bildirib ki, yolun bağlanması heç bir yol-nəqliyyat hadisəsi və yaxud yolların təmiri ilə bağlı deyil.

Onun sözlərinə görə, buna səbəb sadəcə nəqliyyatın sıxlığıdır:

“Çünki həmin pik saatlarda nəqliyyatın axını çox olur. Bunun üçün də qeyd olunan vaxtlarda əlavə naryadlar ayrılır və nəzarət gücləndirilir. Çox güman ki, bu gündən sonra əlavə problem yaşanmayacaq”.
 

Dünyapress TV

Xəbər lenti