Ardını oxu...
Xəbər verildiyi kimi dünən Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.
Ətraflı

Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.

Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb.

APA-nın əldə etdiyi məlumata görə, müşavirədən dərhal sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq sərəncamı ilə Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundov vəzifəsindən azad edilib.

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə Qaynarinfo-ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən BŞİH başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb.

Şəhərin mərkəz ərazilərinin təmizliyini qeyd edən Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.

BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərinin hesabatı dinlənilib və hazırlanan video-film nümayiş edirililib.

Ciddi tələbkarlıq və prinsipiallıq şəraitində keçən müşavirədə müzakirələr zamanı bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb.

Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib

Qaradağ RİHB-nın Müşviqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovun, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb.

Həmçinin əraziyə nəzarətin artırılması, təmizlik məsələlərinin ciddi nəzarətdə saxlanıması və nöqsanların aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilib.

Eyni zamanda sabah, sentyabrln 2-də paytaxtda daxili iməcliyin keçirilməsi qərara alınıb.

Ardını oxu...
“Ermənistan hərbçiləri Azərbaycanın “aqressivliyi” barədə yalan təbliğat aparmaq məqsədilə Zod kəndi yaxınlığındakı sərhəddə mövqelərimizi atəşə tutur. Sözsüz ki, bunu məqsədli şəkildə edirlər və onların əsas hədəfi məlumdur”.

Teref.AZ bildirir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan ordusunun şərti sərhəd xəttində Azərbaycana qarşı növbəti təxribat əməllərindən danışarkən deyib.

Onun sözlərinə görə, ermənilərin belə təxribatlarında əsas məqsəd Fransanın BMT Təhlükəsizlik Şurasında göstərdiyi səylərə əlavə “arqumentlər” qazandırmaq, eləcə də Avropa İttifaqı Nazirlər Şurasının İspaniyada keçiriləcək iclasında anti-Azərbaycan təşəbbüslərini gücləndirməkdir.

R. Musabəyov əlavə edib ki, sentyabrın 2-də İrəvanda Paşinyan əleyhinə böyük mitinq çağırılıb: “Ola bilsin, Paşinyan və ona tabe olan hərbçilər təxribat və qaçılmaz cavab zərbələri ilə vətənin təhlükədə olduğunu, müxalifətin isə hakimiyyət uğrunda mübarizəyə start verərək dövlət gəmisini yellədiyini də nümayiş etdirmək istəyirlər”.
 

Ardını oxu...
 

“Yeni Müsavat”a hucuma keçən Hacı Salayevin dövlətə yarım milyonluq vergi borcu varmış - iddia

Eks-deputat Hacı Salayev “Yeni Müsavat”ı məhkəməyə verib 1 milyon manat təzminat tələb etdiyi bir vaxtda belə aydın olur ki, onun özünün dövlətə yarım milyon manat vergi borcu var.

Bu haqda sosoial şəbəkədəki hesabında Bəxtiyar İmanov adlı istifadəçi məlumat yayıb.

Statusu təqdim edirik: “Bir neçə il öncə marketim var idi, qondarma cərmələr yazmaqla axrına çıxdılar. Amma özləri büdcəyə bir qəpik ödəmirlər. Kəmaləddin Heydərovun yaxın adamı olan bu sabiq deputat Hacı Salayevin 500 min manata yaxın vergi borcu var”.

Ardını oxu...

Hacı Salayev

Belə görünür ki, eks deputat dövlətə olan borcunun yarısını “Yeni Müsavat”ın hesabına ödəmək sevdasına düşüb. Xətai Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Hacı Baba oğlu Salayev ərz edir ki, “Yeni Müsavat”da barəsində yazılanlar işgüzar nüfuzuna, şərəf və ləyaqətə toxunub, odur ki, müdafiəsinə qalxıb və dövlətdən hər il dotasiya alan bir mətbuat orqanından nə az, nə çox - 1 milyon manat tələb edir. Eks-deputatın arşını da, iştahası da pis deyil. Xatırlatmışdıq, bir də Azərbaycanda milyonlar sahibinə çevrilən, milyonlarını da xaricə daşıyan Hacı Salayevin diqqətinə çatdıraq. Bəlkə Hacı Salayev iddiası ilə bağlı bir də götür-qoy eləsin.

“Yeni Müsavat”a qarşı milyonluq tələblərlə hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov, başının dəstəsi - 9 generalla bərabər eks-müdafiə naziri Səfər Əbiyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, sabiq PA rəhbəri Ramiz Mehdiyev, onlardan əvvəl mərhum akademik Cəlal Əliyev çıxış etmişdilər. Hətta zamanında məhkəmələr onların istəyinə uyğun qərarlar vermişdi. Amma bu adamlar milyon əvəzinə nə aldılar? Azərbaycan cəmiyyətinin sərt təpkisini. Yemədilər və getdilər. Hacı Salayev isə iştahlı görünür, iştahını da pozmasın, bir qəzetdən hələ ki, bunca məbləği alan olmayıb.

Ardını oxu...

Baba Salayev

Hacı Salayev də bu iddiası ilə özünü mətbuata, bu gün düşmənlə üz-üzə dayanan, informasiya müharibəsində ön sırada olan bir media quruluşuna qarşı müharibə cığırına çıxıb. Qeyd edək ki, Hacı Salayev “Yeni Müsavat”la yanaşı Media Qrupuna daxil olan Minval.info saytında 7 iyul 2023-cü il tarixli “Eks-deputatın hotelində gizli qumar təşkil olunur - SENSASİON İDDİA” başlıqlı məqaləyə görə işgüzar nüfuzunun pozulduğunu iddia edir. Buna görə Hacı Salayev hətta Minval.info və “Yeni Müsavat” qəzetindən hərəsindən 500 min olmaqla, ümumilikdə 1 milyon manat təzminat tələb edib. Hazırda iş Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatındadır. İlk hazırlıq iclası sentyabr ayının 19-da keçiriləcək.

ANONS ƏVƏZİ: İstəmədən qoşulduğumuz bir davanın qarşı tərəfi olan Hacı Salayev barədə araşdırmalarımız davam edir. Belə bir çirkli keçmişi və indisi olan birinin hansısa qəzetlə müharibə aparması gerçəkdən, axmaqlıqdır. Bu adamın istər öz keçmişi, istərsə də ailə durumu, biznesi, münasibətləri, şəxsi həyatı - hər bir fraqmenti manşet başlıqlı, ifşa xarakterli xəbərdir!

Məsələn, onun ailəsində baş verən faciənin - 1-ci həyat yoldaşının özünü Qız qalasından atmasının səbəbləri heyrət doğurur. Bu faciədə F. Əliyev adlı bir gəncin (məşhur nazirin oğlu) oynadığı rol, ... Hacı Salayevin şəxsi həyatının başqa şok gizlinləri, hətta atası şofer Hacıbabanın evlilik macərasına qədər, hər şeyi araşdırıb, su üzünə çıxartmışıq. Daha doğrusu, bu adamı araşdırarkən, bütün detallar bir şəkildə bizi gəlib tapıb...

Hacı Salayevin ortaqlarından birini də araşdırıb, tapmışıq. Bu, SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovdur. Onların qarşılıqlı əlaqəsi, ‘’milli’’ ortaqlığı və Hacı Salayevin bu qədər ərköyünlüyündə M. İsmayılovun rolu və iştirakı barədə də ayrıca yazılar dərc olunacaq.

Ardını oxu...

Mikayıl İsmayılov

Hacı Salayevin qardaşı, atasının ikinci adının daşıyıcısı, FHN Akademiyasının rəisi Baba Salayev barədə də heç istəmədən bir sıra materiallar əlimizə keçib. Əslində qolu qandallanaraq, həbsxanaya atılmalı olan Baba Salayevin cinayət əməlləri barədə də yazılar hazırlanır.

Hacı Salayevin Abbas Abbasovla - Azərbaycana etdiyi xəyanətlərinə görə ölkəmizə buraxılmayan bir mafiozla əlaqələri və xain ‘’Milyarderlər İttifaqı’’ layihəsində iştirakı haqqında da hələlik tam olmayan məlumatlar gəlməkdədir...

Bir sözlə, istəmədən, gözləmədən qatıldığımız müharibədə ‘’hücuma keçən’’ Hacı Salayev və onun yaxın çevrəsi, ortaqları, zəif nöqtələri, biznesi və s haqda ciddi məlumatlar əldə etmişik. Sadəcə, bu adamın mahiyyəti ona baş qoşmağa dəyməz, bu səbəbdən də zamanımıza heyfimiz gəlir. Lakin savaşın öz qaydaları vardır. Üzərinə hücum varsa, o obyekti sıradan çıxartmaq, neytrallaşdırmaq üçün bütün vasitələr mübahdır!

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 
 
 

Ardını oxu...
DİA.AZ: - Bir zamanlar adı müxtəlif qalmaqallarda hallanan oliqarx icra başçısı kimi tanınmış Sabunçu RİH rəhbəri Adil Vəliyev neçə müddətdir ki, sanki bir köşəyə çəkilərək karyerasının sonunu gözləməkdədir. Çünki yerli KİV-də onun görəvdən alınacağı haqda informasiyalar dolaşırdı.

Adil Vəliyevin özündən xəbər-ətər olmasa da, barəsində şikayətlər yetərincədir. DİA.AZ olaraq aşağıda təqdim edəcəyimiz gileydə dı vətəndaşlar onun fəaliyyətindən narazıdır. Aydın olur ki, Adil Vəliyevin təkcə vətəndaşlara yox, həm də Milli Qəhrəmanımızın ruhuna belə sayğısı yox imiş... Hır halda anlaşılanı budur.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti və Tibb Mərkəzi birləşir.

Qaynarinfo-nun əldə məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Nazirlər Kabineti ilə ştat cədvəlini razılşadırmaq şərti ilə xüsusi tapşırıq verib.

İki qurumun yerində isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Baş İdarəsi yaradılır.

FHN Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Pərviz Mustafa oğlu Vəliyev və Tibb Xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı Salman İsrafil oğlu Məmmədov yaşa görə təqaüdə göndərilir.

Yeni yaradılan FHN Tibb Baş İdarəsi rəisi vəzifəsinə isə Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva gətiriləcək.

Xanım Sofiyevanın kadrı hesab olunan psixoloq Davud Sultanov və lor həkimi Tale Əlirzaev Tibb Baş İdarəsinə müavin təyin ediləcək. Tale Əlirzayev hazırda Tibb Xidmətinin rəis müavini vəzifəsində ola-ola “West Hospital” da lor həkimi kimi işləyir.
 

Ardını oxu...
DİA.AZ: - Nə FHN var... nə də hansısa rəsmi dövlət qurumu... Xızının Giləzi kəndində evlər sel sularına təslim olsa da, hansısa dövlət qurumundan köməklik edilməyib və edilmir də. DİA.AZ bildirir ki, sakinlər yalnız öz gücləri, birlikləri hesabına təbii fəlakətin nəticələrini önləməyə, problemləri həll etməyə çalışırlar.

Sakinlərin sözlərinə görə, şikayətlərinə baxan yoxdur...

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Bu il ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələrinin açıqlanmasının ardından keçid ballarının aşağı olması müzakirələrə səbəb olub.

Oxu.Az-ın məlumatına görə, keçid ballarının aşağı olması sosial şəbəkələrdə təəccüblə qarşılanıb və müzakirələrə səbəb olub.

Bunlar aşağıdakılardır:

- ADNSU - Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində),(dövlət sifarişli) - 200 bal;

- BDU - Geologiya və geofizika mühəndisliyi (tədris ingilis dilində),(dövlət sifarişli) - 200 bal;

- BMU - Energetika mühəndisliyi - (dövlət sifarişli) - 215 bal;

- ADNSU - Geologiya və geofizika mühəndisliyi (dövlət sifarişli) - 200 bal;

- AzMİU - Maşin mühəndisliyi - (dövlət sifarişli) - 200 bal;
- AzMİU - Nəqliyyat mühəndisliyi - (dövlət sifarişli) - 200 bal;

- BMU - Maşın mühəndisliyi - (dövlət sifarişli) - 200 bal;

- AzTU - Maşın mühəndisliyi - (dövlət sifarişli) - 200 bal;

- AzTU - Nəqliyyat mühəndisliyi - (dövlət sifarişli) - 202 bal;

- AzTU - Mexanika mühəndisliyi - (dövlət sifarişli) - 214 bal;

- BMU - Mexanika mühəndisliyi - (dövlət sifarişli) - 216 bal.
 
Ardını oxu...
Binə qəsəbəsinin sakinləri yeni təhsil ili üçün övladlarını 37 nömrəli Kəlbəcər məktəbinə qeydiyyatdan keçirə bilmirlər.

Xezerxeber.az xəbər verir ki, səbəb “elektron sistem”də yalnız məcburi köçkün ailəsindən olan uşaqların qəbulunun nəzərdə tutulduğu qeyd olunur.

Valideynlər bildiriblər ki, məktəb avtobusuna aylıq ödəniş etməyə maddi gücləri çatmadıqları üçün övladının evə yaxın yerləşən məktəbə getməsini istəyirlər. Lakin, hələki buna nail ola bilmirlər.

Məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirildi ki, məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə qəbuluna və yer dəyişməsinə yalnız yaşadıqları ərazidən ən azı 2 km məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.
Regional Təhsil İdarəsindən o da bildirilib ki, 334 nömrəli məktəbdə şagird sıxlığının çox olması və valideynlərin müraciətinə əsasən məsələyə yenidən baxılacaq.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Ötən gün Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
DGK vəzifəlisi Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan 45 avtomobilə aid sənədləri saxtalaşdırıbmış.
Maraqlıdır ki, əməliyyat-axtarış tədbirləri məhz DGK-nın Korrupsiyaya qarşı Mübarizə qurumuna müraciəti əsasında olub.
Bütün bunlar diqqətçəkən və təqdirəlayiq addımlardı.
Amma burada daha bir diqqət çəkən məqam var.
DGK rəqəmsallaşma səviyyəsi yüksək olan qurumlardandır. Nəhəng rəqəmsal resursu, VAİS sistemi var. Onlarla elektron xidməti, rəqəmsal həlləri var.
Burada bütün proseslər rəqəmsallaşıb.
Yəni, nəinki ölkəyə daxil olan hansısa bir mal, hətta sərhəddən bir quş keçsə də bu, dərhal DGK -nın rəqəmsal sistemlərinə "oturmalıdır".
Hətta, sistem elə qurulub ki, DGK rəhbərliyi real vaxtda bu proseslərə nəzarət edə bilir, sonradan baş verənləri yenidən analiz edə bilir.
Belə olan halda, DGK-nın hansısa bir məmurunun sənədləri saxtalaşdırmağı qəribə gəldi mənə.
Bu necə ola bilər?
Bəlkə DGK yenidən kağıza keçib ? Bəlkə kimlərsə qeyri-qanuni olaraq informasiya sistemlərinə giriş əldə edib və sistemdə istədikləri dəyişiklikləri edə bilirlər?
Əlbəttə, bu sualların cavabı DGK-dır.
Həm də, əgər DGK -nın məlumatı əsasında əməliyyat-axtarış baş tutubsa, düşünmək olar ki, boşluqların haradan qaynaqlanması da quruma məlum olub.
Ümid edirəm DGK baş verənlərin təkrarlanmaması üçün də ciddi tədbirlər görüb.
Osman Gunduz
 

Dünyapress TV

Xəbər lenti