Ardını oxu...
"Kəskin miokard infarktı, səyrici aritmiyası olan xəstədən iltizamnamə almaq nə deməkdir?!Belə xəstəni necə evə buraxmaq olar?"

Bunu həkim-infeksionist Mərdan Əliyev ilahiyyaçı Hacı Şahinin vəfatı ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstə təkid edibsə demək ki, həkim xəstəyə xəstəliyini düzgün izah edə bilməyib:" Nəticədə xalq bir rasional düşüncəli alimi, dəyərli ziyalını itirdi".
musavat
 
Ardını oxu...
Koronavirusa qarşı “Sputnik V” vaksininin yaradıcılarından biri olan rusiyalı virusoloq Andrey Botikov Moskvada evində qətlə yetirilib.

Pressklub.az xəbər verir ki, bu barədə məlumatı “Regnum” agentliyi yayıb.

İnsident martın 2-si baş verib. İstintaq məlumatına görə, alimlə 29 yaşlı bir gənc arasında dava düşüb. Dava zamanı sözügedən şəxs Botikovu kəmərlə boğaraq öldürüb.

Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini boynuna alıb. Onun əvvəllər ağır cinayətə görə məhkum olunduğu bildirilir. Davanın hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
 
Ardını oxu...
Ötən gün vəfat edən ilahiyyatçı Hacı Şahin Həsənlinin dəfni ilə bağlı yardım edilməsinə dair yayılan məlumatlar əsassızdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə din xadiminin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Mətni olduğu kimi təqdim edirik: “Əziz dostlar!

Hacı Şahin Həsənlinin dəfni və ya digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Diqqətli olmağınızı xahiş edirik”.
Ardını oxu...
 
Ardını oxu...
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın meyitini müayinə edən ekspertlərdən biri – Seyfulla İsgəndərov – şahid qismində dindirilib.

Seyfulla İsgəndərov müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə çağırılıb.

İlkin Süleymanovun vəkilləri Zabil Qəhrəmanov və Murtuzəli Abbasov ekspertə bir neçə sual ünvanlayıblar. Suallardan biri Nərmin Quliyevanın baş nahiyəsində olan beş xəsarətin bir zərbə ilə yaranmasının mümkün olub-olmaması ilə bağlı olub.

Qeyd edilib ki, İlkin Süleymanov ilk ifadəsində Nərmin Quliyevanın başına bir zərbə vurduğunu deyib.

Ekspert isə bir zərbə endirməklə həmin beş xəsarətin yarana biləcəyinin mümkünsüz olduğunu bildirib. Müdafiə tərəfi bunun təqsirləndirilən şəxsin ilkin ifadəsinin yalan olduğunu bir daha sübut etdiyini vurğulayıb.

Meyitin boy ölçüsü ilə bağlı suala isə ekspert cavab olaraq bildirib ki, meyit onlara təhvil verilən vaxt Nərmin Quliyevanın meyiti olduğunu deyiblər.

Vəkillərin digər sualı isə meyitin arxası üstə yanma ehtimalı ilə bağlı olub. Həmçinin sonradan meyitin yanma vaxtını müəyyənləşdirmək üçün ekspertiza keçirilərkən yandırılan qoyunun da arxa hissəsinin yanmaması məqamı ekspertin diqqətinə çatdırılıb.

Ekspert suala: “İnsanla heyvanın yanması fərqlidir”, – deyə cavab verib.

İlkin Süleymanov isə ekspertə: “Meyit 300 qram benzinlə o həddə yana bilərdimi?” – deyə sual verib.

Ekspert Seyfulla İsgəndərov meyitin 300 qram benzinlə yanaraq kömürləşmiş hala çatmasının real olmadığını bildirib.

İlkin Süleymanovun ikinci sualı isə meyitin üzərində olan sintetik ağ köynəyin qolunun yanmaması ilə bağlı olub. Ekspert meyitin üzərindəki köynəyin yanmamış olmasının inandırıcı olmadığını deyib.

Qeyd olunub ki, iş üzrə digər mübahisəli məqam meyit yanan vaxt iy gəlməməsi ilə bağlıdır. Müdafiə tərəfi meyitin başqa yerdə yandırıldıqdan sonra İlkin Süleymanovun evinin yanına atıldığını iddia edib.

Proses martın 15-də digər ekspertlərin ifadələri ilə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Ardını oxu...
Xəbər verildiyi kimi, bu gün Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Bu tıəyinata qədər isə tibb müəssisəsinin baş həkimi AzərMəmmədov və direktoru Allahverdi Musayev işdən çıxarılıb.

“AzPolitika.info”ya daxil olan məlumata görə, onları nazirliyə çağıraraq ərzilərini yazmaları istənilib.

Qeyd edək ki, son iki il ərzində Elmi-Tədqiqat Pediatriya İnstitutunda ciddi islahatlar həyata keçirildiyi bildirilir.

Uzman doktor Azər Məmmədov işdən ayrıldığını dünən “facebook” səhifəsindən paylaşıb: “Bu gün, iki ildən çoxdur çalışdığım Elmi Tədqiqat Pediatriya İnstitutundakı işimdən istefa ərizəmi təqdim etdim. Təvazökarlıqdan uzaq olsa da bu qısa müddətdə hər şeydən öncə vicdanla, dürüstcə üzərimə götürdüyüm məsuliyyətin öhdəsindən gəldiyimi və Azərbaycan Pediatriya sahəsində ölkə üzrə uşaq ölümlərinin və əlilliyin sayının azalmasında, modern müalicə protokollarının tətbiqində, saysız təşkil etdiyimiz təlim və konfranslarla həkimlərin bilik və bacarığının artırılmasında ciddi bir dönüşə nail olduğumuzu düşünürəm. Təbii ki, bu bir komanda işidir ve əminəm ki, artıq o güclü komanda bundan sonra da bu işi davam etdirəcək…”.

Səhiyyə Nazirliyindən Elmi-Tədqiqat Pediatriya İnstitutunda həyata keçirilən kar dəyişikliklərinin səbəbi barədə öyrənmək mümkün olmadı. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi demək olar ki, fəaliyyətsizdir, jurnalistlərin bu qurumdan hər hansı informasiya əldə etməsi müşkül məsələdir.
Ardını oxu...
Bakının mərkəzində park edilən avtomobilin nömrəsini oğurlayıblar.

Bu barədə Teref.az Xəzər TV-yə istinadən xəbər verir.

Məlumata görə, nömrənin qaytarılması üçün maşının sahibindən külli miqdarda pul tələb ediblər.

Hadisə paytaxt sakini, Vəkillər Kollegiyasının üzvü Şahin Rəhimovun başına gəlib.

Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonunda, Şamil Əzizbəyov küçəsində baş verib.

Nömrəni oğurlayan şəxs və ya şəxslərlər tərəfindən avtomobilin üzərinə əlaqə nömrəsi də yazılıb.

Şahin Rəhimov həmin nömrə ilə vatsap üzərindən əlaqə yaradıb. Ondan nömrənin qarşılığında xeyli məbləğdə pul tələb edilib.

Bu barədə polisə məlumat verən Ş.Rəhimov xüsusi əməliyyat vasitəsilə nömrəsinin qaytarıldığını deyir.

Nömrəni gətirən taksi sürücüsü isə Yasamal rayon 27-ci polis bölməsinə dəvət edilib və izahatı alınıb. Hazırda bölmədə hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam edir.

Daha ətraflı videomaterialda:
 
Ardını oxu...
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara kiberdələduzlarla bağlı xəbərdarlıq edib.
Kiberdələduzlar saxta veb saytlar vasitəsilə vətəndaşları Trendyol şirkətinin 15 illiyi münasibətilə sorğuda iştirak edərək pul mükafatı qazanmağı vəd edirlər. Sorğuda iştirak edən istifadəçilərdən kampaniya barədə məlumatı vatsap mobil tətbiqi vasitəsilə 5 qrup və ya 20 nəfərə göndərilməsi tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, belə mesajları heç kəsə göndərməməyi və bu kimi təkliflərlə qarşılaşdıqda şirkətin rəsmi saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir.
 
Ardını oxu...
“Bu hər şeydən əvvəl Mənzil- Tikinti Kooperativləri, tikinti şirkətləri üçün əlavə xərc deməkdir”.
TEREF.AZ bildirir ki, bu sözləri “Sherg.az”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması planını şərh edən ekspert deyib ki, sözügedən plan təsdiq olunduğu təqdirdə tikinti şirkətləri köhnə binaları söküb, yerində yeni bina tikməyə və üstəlik sakinləri yeni mənzillərlə təmin etməyə maraqlı olmayacaq:

“Bu şərtlərlə bina tikmək maddi cəhətdən xeyli miqdarda əlavə vəsait tələb edir. MTK-lar belə bir yükün altına girsələr belə, ya onlar zərərə işləyəcək, ya da daşınmaz əmlak bazarında qiymətlərin kəskin bahalaşması ilə nəticələnəcək. Mənzilin bir kvadratmetrinin başa gəlmə dəyəri indiki qiymətlərlə müqayisədə xeyli artmış olacaq ki, bu da MTK-ların gəlir əldə etmək imkanlarını məhdudlaşdıracaq. Hesab edirəm ki, bu qadağaları paytaxt ərazisi üzrə tətbiq etmək onsuz da sıravi vətəndaşlar üçün əlçatmaz olan qiymətləri daha da qaldıracaq. O zaman da Bakıda ancaq millət vəkilləri, nazirlər və digər yüksək vəzifəli idarə rəisləri ev ala biləcək”.
 

Ardını oxu...
DİA.AZ: - Fevralın 28-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov
respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti
vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə DİA.AZ-a DİN-dən məlumat verilib.
Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş
gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə
buraxılıb ki, onlardan da 55 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və
aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər
mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək
gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Ardını oxu...
 
Ardını oxu...
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev işdən çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə A.Musayevin özü feysbuk hesabında paylaşım edib.
O, tutduğu postdan səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə işdən ayrıldığını bildirib.
 

Dünyapress TV

Xəbər lenti