Ardını oxu...
İntensiv leysan xarakterli yağışlar Astarada Pensərçayın yatağında suyun həcminin artmasına səbəb olub.

Hadisə nəticəsində rayonun Şiyəkəran kəndində çayın sol sahilində yerləşən avtomobil yolunun kənarı uçub.

Avtomobil yolu çayın sol sahilində yerləşən evlərin 10 metr yaxınlığınadək uçub. Bu səbəbdən yaxınlıqda yaşayan ailələr təhlükə ilə üz-üzədirlər.
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 
Ardını oxu...
Sovet ordusu 1945-ci ilin may ayında Berlinə daxil olanda faşist Almaniyasının lideri Adolf Hitler bunkerdə gizlənmişdi, ancaq günlər keçdikcə bunkerdən qaçanların sayı artırdı. Hitler özünü öldürdükdən sonra qaçış sürətləndi, onun partiyadakı sağ əli Borman bunkerdən qaçmaq istəyərkən öldürüldü, digər nasist liderlərdən Gerinq sovet hərbçilərinin əlinə düşməmək üçün gedib amerikalılara təslim oldu, milyonlarla insanı düşərgələrdə ölümə məhkum edən Himler isə daha əvvəldən qaçaraq Borman kimi amerikalılara təslim olmuşdu. Xeyri olmadı, Himler və Borman zəhər içərək özlərini öldürdülər. Eyni ilə Qarabağdakı separatçılardan da bir neçə gündür xəbər yoxdur, ya Xankəndidəki bunkerlərdə gizləniblər, ya da qaçmaq üçün imkan axtarırlar. Laçın sərhəd-keçid məntəqəsindən bu mümkün olmayacaq, ya hansısa gizli dərələrdən sərhədi keçməyə çalışa bilərlər, bu halda ələ keçmək və öldürülmək risqi var, ya da Rusiya hərbi kontingentinə yalvarmalıdırlar ki, helikopterlə Ermənistana keçsinlər. Rus hərbçiləri ya Kremldən aldıqları təlimat əsasında, ya da rüşvətlə separatçıları qaçırda bilərlər. Misal üçün separatçıların keçmiş “müdafiə naziri”, Xocalı canilərindən biri Samvel Babayan artıq İrəvandadır.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə zamanı 1996-cı il təvəllüdlü Musaqulu Mübariz oğlu Bəşirov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
“İstirahət günü sizinlə sertifikasiyanın müsahibə mərhələsindəki başıma gələnləri bölüşüm. Qulaqlığı qulaqlarıma taxana kimi hər şey qaydasında idi. Monitorun digər tərəfində iki sifətini turşutmuş müəllimlə qarşılaşdım. Biri sona kimi danışır, səni sorğu - sual edir. Biri də susur sona kimi, bu psixoloq idi. (Şərti olaraq onları danışan və susan müəllim adlandıracağam status boyunca) O, sənin cavab qaytarmaq tərzini, ünsiyyət bacarığını, hal-vəziyyətini və s. yoxlayır. Ona görə də müsahibəyə gedərkən maksimum təbəssümlü olun. Hər nə qədər o danışan müəllim sizi hövsələdən çıxarsa da”.

Cebhe.info xəbər verir ki, bunu sertifikasiyanın müsahibə mərhələsində iştirak edən müəllim Elgün Əfəndiyev sosial şəbəkə hesabında yazıb.

“Danışan müəllim düzgün cavab versəniz də, sizinlə xoş danışmır. Deyir, "BİBÖ nədir?" İzah edirəm. Sanki səhv cavab vermişəmmiş kimi əlini əsəbi şəkildə alnına vurur, aqressiv hərəkətlər edir, adamın konkret olaraq əsəbləri ilə oynayır. İcmal mövzularını hazırlayıb getmişəm, deyir danış, dəftərə baxma. Yəni bunları o qədər acıqlı şəkildə deyir ki, adam çox məyus olur, həqiqətən. Ən pisi də odur ki, sona yaxın susan müəllim heç bir şey demədən ekranı söndürüb gedir, danışan müəllim də adamla normal sağollaşamadan, sadəcə, "Gedə bilərsiniz" deyib səni yola verir”,-deyə müəllim yazıb.

O bildirib ki, bu kimi şeyləri hörmətsizlik kimi qəbul edir:

“Müəllimlə bu cür müsahibə etmək qarşındakını aşağılamaqdır. Sanki deyirlər ki, səni 35 faizə həsrət qoyacağam”.
 
Ardını oxu...
Fransada sürət qatarlarından istifadə sərnişinlər üçün təhlükəyə çevrilib.

Belə ki, nəqliyyat vasitələrini gənələr bürüyüb.

Sərnişinlər bu həşəratları Parisdən Lill və Nitsa istiqamətində hərəkət edən qatarların vaqonlarında görüblər.

Kadrlar sosial şəbəkələrdə yayılıb.
Ardını oxu...

 
Ardını oxu...
Ermənistanın radikal müxalifətinin baş nazir Nikol Paşinyanı hazırki mərhələdə devirmək ehtimalını yüksək qiymətləndirmirəm. Əgər radikallar Ermənistanın daha ağır məğlubiyyət aldığı İkinci Qarabağ müharibəsinin sonunda Paşinyanı devirə bilmədilərsə, indi devirmək resursları daha azdır.
Ermənistanın susqun çoxluğu Azərbaycanın hazırki qələbəsinə sevinib, çünki Qarabağ yükündən qurtulublar, erməni ailələr bundan sonra övladlarını Azərbaycan ərazisinə ölümə göndərməyəcəklər.
Radikallar küçəyə 2-3 mindən çox etirazçı çıxara bilmirlər. Bu sayla hökuməti istefaya məcbur etmək mümkün deyil. Ermənistan cəmiyyəti Paşinyana real alternativ görsəydi, hazırki baş nazirdən imtina edərdi.
Alternativ yoxdur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Paşinyana alternativ deyillər, onların erməni cəmiyyətində dəstəkləri qalmayıb.
Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın yolu ona qarşı terror təşkil etməkdir, yəni baş naziri öldürməkdir. Tutaq ki, hansısa yolla Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırdılar. Hakimiyyətə yiylənən radikal baş nazir erməni cəmiyyətinə nə təklif edəcək?
Həmin radikal baş nazir Paşinyanın Azərbaycan və Rusiya prezidentləri ilə imzaladığı 9 noyabr 2020-ci ilə ortaq bəyanatından imtina edərsə, Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayacaq, bu dəfə Ermənistanın yarısını itirəcəklər. Bunu erməni cəmiyyəti də anladığından hələ bir müddət Nikol Paşinyanla yola davam edəcək. Bu Azərbaycanın da maraqlarına cavab verir. Sülh sazişini Azərbaycanla müharibədə məğlub olan Paşinyana imzalatdırmaq lazımdır.
Elxan Şahinoğlu
Teref.az

Ardını oxu...
Tovuz Rayon İcra başçsı Məmməd Məmmədovun Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin "Tovuz şəhərin İşıqlandırılması işləri" ilə bağlı elan etdiyi tender başa çatıb.

DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi "TALEH-RT" UN SƏNAYESİ BİRGƏ MÜƏSSİSƏSİ oıub. Tərəflər arasında 79.414,39 AZN-lik müqavilə imzalanacaq.

Biıditəkmki, qalib şirkətin qanuni təmsilçisi Rasim Əliyev Əhməd oğludur.

Xatırladaq ki, Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimovdur
 

Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC üçün inşa ediləcək inzibati binanın inşasının davam etdirilməsi ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Elektra” Müəssisəsi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 407 588,19 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Elektra” Müəssisəsi 18 dekabr 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 41, mənzil 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhədov Emin İsrafil oğludur.

“Elektra” Müəssisəsi 1998-ci ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Emin Əhədov haqqında da hər hansı məlumat yoxdur.

Bununla belə, dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət tenderlərdə fəal iştirak edir.
Şirkət bundan əvvəl Fövqəladə Hallar Naziriliyinin Əsaslı Tikinti İdarəsinin keçirdiyi tenderin qalibi olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 15 noyabr 2018-ci ildən bu vəzifədədir.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Eldar Əzizov Bakının icra başçısı təyindən olunandan sonra yaradılıb. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Abit Əliyev Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı olanda müxtəlif vəzifələrdə çalışıb.
Ardını oxu...
Sinəsində "Artsax qəhrəmanı" ordeni gəzdirən Zori Balayanın ağlına gəlməzdi, yatsa yuxusuna girməzdi ki, onun ideoloji lider olduğu, müəllifi olduğu Miatsum konsepsiyasına Yevlaxda son qoyulacaq.
Prezident 3 il öncə həm də məhz ona mesaj vermişdi ki, sinəsindəki dəmir-dümürü tullasın.
Amma o hələ yaşayır. Şuşada rəqsindən sonra onu gördüm deyən olmayıb.
Onlardan nə desən gözləmək olar, iflas müqaviləsinə qol çəkməyə Yevlaxa gələ də bilər.
İmkanı olanlar, hər ehtimala bu fotonu Yevlax postuna çatdırarsınız, lütfən..
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
Sabah rəsmi Bakının təklif etdiyi kimi, ölkəmizin Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş yerinin Yevlax şəhərinə təyin edilməsi maraqla qarşılanıb və sosial şəbəkələrdə bununla bağlı müzakirələr gedir.

“Niyə məhz Yevlax?” sualı hazırda sosial şəbəkələrdə ən aktual suallardan biridir və bununla bağlı hərə öz mülahizəsini irəli sürür.

Əvvələ xatırladaq ki, rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi avqustun əvvəllərində razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

Lakin bütün bu razılıqlara baxmayaraq, Qarabağın erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozmuşdu.

Bundan başqa, ermənilər görüşün neytral zonada keçirilməsi istəyirdi ki, Azərbaycan da bunun müzakirə mövzusu belə ola bilməyəcəyini bildirmişdi. Çünki Azərbaycanın daxili məsələsi heç vaxt neytral məkanda müzakirə oluna bilməzdi!

Görüşün Yevlaxa təyin olunmasına gəlincə, bunun sadəcə, məsəfə baxımından həm əlverişli, həm də logistik olaraq uyğun olduğu bildirilir.
 

Dünyapress TV

Xəbər lenti