Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə zamanı 1996-cı il təvəllüdlü Musaqulu Mübariz oğlu Bəşirov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.