İntensiv leysan xarakterli yağışlar Astarada Pensərçayın yatağında suyun həcminin artmasına səbəb olub.
Hadisə nəticəsində rayonun Şiyəkəran kəndində çayın sol sahilində yerləşən avtomobil yolunun kənarı uçub.
Avtomobil yolu çayın sol sahilində yerləşən evlərin 10 metr yaxınlığınadək uçub. Bu səbəbdən yaxınlıqda yaşayan ailələr təhlükə ilə üz-üzədirlər. “ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: