Ardını oxu...
Kür çayının Salyandan keçən hissəsində çayın mənsəbi qurumağa başlayıb. Quruyan təkcə Kür deyil, həm də salyanlıların ümidləridir.

Rəşid Babayev gəncliyini xatırlayır. Deyir, vaxt var idi Kürdə suyun qarşısını almaq olmurdu:

"Yadıma gəlir 76-cı il. Kür buraları basmışdı. İndi su yoxdu, əkinlər nə günə qalıb."

Kürün suyunun çəkilməsi Neftçalada da kəndlilərin vəziyyətini çətinləşdirib. Şorkənd sakini Vaqif Bağırov deyir, Kürün qurumasına görə ağacları məhv olmaq üzrədir:

"Ağıllı oğlum, 300-ə yaxın ağacım var, hamısı yanıb. Görürsən nə gündədir? Hamısı gilas ağacıdır."

Kəndlilərin dərdi bununla da bitmir. Vaqif kişi deyir, bilmir saxladığı heyvanlara su tapsın, yoxsa əkin-biçinə, yaxud içməyə.

Balacaxanım Ağalarova da Şorkənd sakinidir. Deyir, nəinki həyət-bacaya, heyvana, heç içməyə də su tapmırlar. Kəndə isə gün ərzində 2 saat su gəlir, o da içməli deyil:

"Təsərrüfat əldən gedib. Bu dəqiqə fikirləşirik ki, balaca nəvələrimizə nə verək içməyə?

Kəndlilər hələki içməli suyu pulla alırlar. Amma deyirlər, buna da imkanları çatmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuata açıqlamasında qeyd olunur ki, Kürdə suyun azalmasına səbəb iqlim dəyişikliyidir. Yağış yağanda problem həllini tapacaq.

Görünən budur ki, çörəyi Kürdən çıxanların problemini yalnız yağış həll edə bilər. O da nə vaxtsa yağsa.

Toplum TV

 
Ardını oxu...
Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr müəyyən edilir. Bu, Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media Haqqında” qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altıyüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişiklik isə informasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimədir. Bu dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manata qədər, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manata qədər, hüquqi şəxslər iki min manatdan üç min manata qədər cərimə olunacaq.

Bundan əlavə, media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Sonda layihələr səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Öz növbəsində, media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli bu cərimlərin yeni olmadığını deyir. Onun fikrinə görə, buna baxmayaraq, bu dəyişikliklər jurnalistləri xeyli incidəcək bir məsələ olacaq.

“Bunlardan bəziləri qanunvericilikdə onsuz da var idi. Məsələn, jurnalistin qanuni sorğusuna cavab verməmək 500 manatadək cərimə olunurdu indiyə qədər. Bu günə qədər, demək olar ki, tətbiq olunmayan normadır. Heç bir dövlət qurumuna qarşı bu, tətbiq oluna bilmirdi. Hətta son olaraq 2022-ci ildə bununla bağlı Ombudsman bir qərar vermişdi. Onu da məhkəmə ləğv elədi. Faktiki olaraq, bu işləməyən bir müddəadır. Bunun bir mənası yoxdur. Təəssüf ki, bu istiqamətdə jurnalistlərin sorğuları zaman-zaman uzun müddətdir cavabsız qalır. Hətta məhkəmə proseslərində öhdəlik olsa belə, sonra məhkəmə qərarı ilə öhdəlik qoyulsa belə, onlar icra olunmur”.

Onun sözlərinə görə, qanunvericilikdə əvvəllər də jurnalistin işinə mane olmağa görə inzibati cəza normaları var idi. Amma onlar heç vaxt tətbiq edilməyib. Məsələn, indiyədək heç bir polis əməkdaşı jurnalistlərin etiraz aksiyalarında çəkiliş aparmasına maneə törətdiyinə görə cəzalandırılmayıb.

Ekspert həmçinin jurnalistlərin qadağan olunmuş məlumatın dərc edilməsinə görə cəzalandırılması məsələsinə də toxunub. O, bu məsələ ilə bağlı məhkəmə təhqiqatı aparılmadan prokurorların inzibati məsuliyyət haqqında qərar qəbul etməsini doğru hesab etmir.

Bu hüquq pozuntusuna görə 3 min manat cərimə müəyyən edilir ki, bu da media subyektlərinin gəlirinin az olması fonunda böyük məbləğdir. Bu, media üçün çəkindirici rol oynayacaq və onun azadlığını məhdudlaşdıracaq.(Turan)
 
Ardını oxu...
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskvada – Petrovka, 38 ünvanında yerləşən əsas binasında yanğın davam edir.

Editor.az bildirir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb. Yanğın nəticəsində üçüncü mərtəbədəki tikinti materialları qopub düşüb. Hazırda binadan qalın tüstü yüksəlir.

Yanğınsöndürənlər hadisə yerində işləyir. Hələ ki, zərərçəkənlər barədə məlumat yoxdur”, – kanal yazır.
Ardını oxu...
Məşhur erməni mənşəli rusiyalı politoloq, media maqnatı Aram Qabrielyanov Ermənistana buraxılmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

O bildirib ki, İrəvan aeroportuna çatdıqdan sonra pasportunda problem olduğu deyilib. Daha sonra isə Ermənistan XİN-in "arzuolunmaz şəxs"lər siyahısında olduğu açıqlanıb.

Bizi Telegram-da izlə
 
Ardını oxu...
Türkiyənin Rize şəhərində səhər saatlarından başlayan fırtına bəzi evlərin damını uçurub, ağacların budaqları qopub.

Binalardan uçan tikinti materialları ətrafa səpələnib. Park edilmiş avtomobillərin üzərinə düşən dam örtükləri və budaqlar Güneysu-Rize avtomobil yolunu qismən nəqliyyata bağlayıb. Quru yolu və bələdiyyə qruplarının təmizlik işlərinin ardından yol yenidən açılıb.

Mənbə: DHA
 
Ardını oxu...
Son günlər Kür çayının suyunun çəkilməsi narahatlıq yaradan problemlərdəndir. Çayın tamamilə quruduğu bildirilir. Belə ki, Kürdə suyun azalması əkin sahələrinin suvarma və əhalinin içməli su ilə təmin olunmasında çətinliklər yaradıb. Çayın tamamilə quruması gələcəkdə Azərbaycanda su qıtlığının yaranmasına və bir sıra sosial problemlərə səbəb ola bilər. Bəs, görəsən Kür çayının qurumasının səbəbi nədir?

Movzu ilə bağlı ekoloq Telman Zeynalov KONKRET.az-ın sualını cavablandırıb:

“Kür çayı Türkiyədən başlayır və Gürcüstandan keçdikdən sonra Azərbaycana gəlir. Türkiyə su qıtlığı səbəbindən kənd təsərrüfatı üçün 50% suyu Kür çayından götürür. Qalan hissəsi isə Gürcüstan ərazisindən keçir. Ancaq burada çaylar həddindən artıq olduğu üçün Kürün suyuna o qədər də ehtiyac duymurlar.

Bu gün söhbət Azərbaycan ərazisindən gedir. Ölkədə bu və ya digər şəxslər hektarlarla ərazi alıb, Kürün suyundan istifadə edərək, özlərinə su anbarları yaradıblar. Ona görə də Xəzər dənizinə yaxın olan Salyan, Neftçala rayonları içməli su problemi yaşayırlar. Dövlət bu məsələlərə nərazət etməlidir. Azərbaycanda su qıtlığı var və 10 ilə yaxındır ki, quraqlıq keçir. Yağıntının miqdarı demək olar ki, 10%-dir. Ona görə də problemin qarşısını almaq üçün rayonlara gedərək, əkin sahələri və su anbarlarında yoxlamalar aparılmalıdır”.
 

Ardını oxu...
"Şikayətim "Azərsu"dandır..."Bu barədə "Müştərinin Səsi" sosial qrupunda Ülfət Hüseyn adlı istifadəçi giley edir.
Ardını oxu...
Narazı vətəndaş daha sonra yazır: "Qaraçuxur qəsəbəsinə 3 gündür su gəlmir, gah deyirlər bərpa işləri gedir, gah deyirlər təzyiq aşağıdı 9 cu mərtəbədə qaldığınız üçün sizə qalxmır...1 ci mrtəbədən ev alın, bizdə köçək ora... camaat qalıb susuz, belə biabırçılıq olar?"

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib.

Xəzər TV xəbər verir ki, polis müəyyən edib ki, həmin şəxslər cinayətdən sonra şəhərin mərkəzində ''Tarqovı'' kimi tanınan ərazidə evlərdən birində gizləniblər.

Ağır cinayət törətməkdə şübhəli bilinən şəxslərin yeri müəyyən edilən kimi bina mühasirəyə alınıb. Polisə tabe olmaq istəməyən həmin şəxslər odlu silahdan atəş açmağa başlayıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.

Hadisə yerinə Səbail Rayon Prorkurorluğunun əməkdaşları gəlib, meyitə baxış keçiriblər. Mənzildə iş üçün zəruri olan istintaq hərəkətləri aparılıb.

Xatırladaq ki, gecə məhv edilən və saxlanan şəxs Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı basqın ediblər.

Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində banklardan birinin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə ölüb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.


 
Ardını oxu...
Türkiyədə Muğlanın Bodrum ərazisində qısamüddətli fırtına restoranların damlarını uçurub, şüşələri sındırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN Türk xəbər yayıb.

Sınıq pəncərələr və uçan damlar nəticəsində bir neçə nəfəri yüngül şəkildə yaralayıb.

Uzun müddətfi davam edən yağıntılar bəzi ərazilərə dolu şəklində düşüb. Bodrumda ağaclara ziyan dəyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti