Ardını oxu...
2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq: "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Pproblemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk".

Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb: "Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".
Ardını oxu...
DİA.AZ: - "Ölkəmizdə tikinti şirkətlərinin özbaşınalığı davam edir. Bu görüntülər gecə saat 02.00 radələrində "Papanin" deyilən ərazidə-Novruzov qardaşları küçəsində çəkilib". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Fərid Şahbazlı sosial şəbəkələrdəki paylaşımında giley edib.



Artqı sakinkərin təngə gəldiyini bildirən F.Şahbazlı eyni zamanda bu özbaşınalığın arxasında dayanan fiqurun kimliyini də açıqlayıb: "İnsanların yatdığı, xəstələrin, körpələrin istirahət etdiyi zamanda keçmiş oliqarx-deputat Əsabil Qasımova aid "Pilot-16" şirkəti gecə saatlarında ərazidən betontökmə, təmir-tikinti işləri aparır. Bütün ərazi sakinləri şirkətin əlindən bezib.

Aylardır həftə sonu, səhər saatları, gecə demədən vətəndaşların bütün hüquqlarını ayaqlar altına alıb, heç bir qaydalara əməl etmədən işləyirlər. Şirkət vətəndaşların heç bir müraciətini ümumiyyətlə ciddiyə almır..."

Qeyd edək ki, tanınmış jurnalist əlaqədar qurumlardan və hüquq-mühafizə orqanlarından yardım istəyib.

Məsələ diqqətimizdədir. Dia.az olaraq aidiyyatı qurum və şəxsləri də dinləməyə hazırıq...
Ardını oxu...
Bəzi yanacadoldurma məntəqələrində istehlakçılar aldadılsalar da, bunu sübut etmək mümkün olmur.

Sürücü Hüseyn Həsənzadə Dünyanınsəsi.Az-a ünvanladığı Videofaktda ” MSOÌL” yanacadoldurma məntəqəsində aldadılmasından şikayət edib.
04.09.2023-xü il tarixdə Sūrūcū operatora 5 manat verib ki, benzin vursun.Benzin vurulduqdan sonra avtomobilin yanacaq deposunda benzin qutarıb..Məlum olub ki, operator maşına benzin vurmayıb.Sürücü bu hala etiraz etdikdən sonra yenidən 3 manatlıq benzin depoya vurulduqdan sonra mühərrik işə düşüb.
Qeyd edək ki, son zamanlar şikayət edən sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir.
Şikayətçi mətbuat vasitəsi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə eləcə də Daxili İşlər Nazirlyinin müvafiq qurumlarından xahiş edir ki, ona qarşı bü cür “dələduzluq” edən operator barəsində müvafiq tədbir görsünlər.
Daha ətraflı videosūjetdə…

 
Ardını oxu...
Son iyirmi gündə Azərbaycan Dövlət Gömrük Komitəsinin 4 vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs edilib.

Baş Prokurorluğun sentyabrın 5-də yaydığı məlumata görə, bu qurumun Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan öncə, avqustun 16-da, 29-da və sentyabrın 1-də Azərbaycan Gömrük Komitəsinin vəzifəli şəxsləri eyni ittihamlarla həbs edilib.

Artıq illərdir gömrük orqanlarının çoxsaylı vəzifəli şəxsləri rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbsə məhkum edilir. Bununla yanaşı, müşahidəçilər bu sistemdə neqativ halların hələ də davam etdiyini bildirirlər.

Təhliçilər gömrük strukturunda ciddi islahatlara, şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirlməsinə ciddi ehtiyac duyulduğunu bildirirlər.
Ardını oxu...
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axşamdan başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Teref.az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

"Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!", - deyə məlumatda vurğulanır./axar.az/

Ardını oxu...
  

Azərbaycanda belə serial intiharlar 3-5 ildən bir təkrarlanır, amma...

Xırdalanda avqust ayı ərzində ard-arda 3 yeniyetmə qız intihar edib. Eyni binada baş verən iki rəfiqənin intiharından sonra 31 avqust tarixində həmin binanın yaxınlığında yerləşən binada daha bir intihar hadisəsi baş verib.

Bu dəfə 15 yaşlı qızın intiharı ciddi narahatlığa səbəb olub. Qeyd edək ki, qızların heç biri intihar etdiyi binalarda yaşamır. Hətta bina sakinləri keçən il də eyni binada bir neçə intihar hadisəsinin olduğunu iddia edib.

Ardını oxu...

Cəmiyyətdə, xüsusən də yeniyetmə övladı olan valideynlər arasında ciddi təşvişə səbəb olan bu məsələni “Sherg.az”a şərh edən kriminalist-ekspert İlqar Altay deyib ki, baş verən hadisə həm kriminal, həm də ictimai cəhətdən yanaşmada kifayət ağır və faciəvidir:  “İlk növbədə məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdır. Əgər tam yəqin edilərsə, sadəcə, intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır”.

Kriminalistin sözlərinə görə, təkcə ölkəmizdə deyil, son dövrlər əksər ölkələrdə uşaq və yeniyetmələr (13-21 yaş) arasında intihar-ölüm faktlarının sayı artıb. Hətta bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra 2-ci yerdədir: “İntiharları motivinə görə 3 tipə bölmək olur. Təbii intihar-emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmədir. Nümayişkəranə intihar isə ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivlidir. Üçüncüsü isə qeyri-təbii, yanakı intihar-ekstremal və riskli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla, (məsələn, maşınla fokuslar çıxarma) bilərək də ki, bu onun həyatına son qoya bilər. Bizim bu konkret 3 yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa) düşünürəm ki, Verter Effekti adlanan, biri o birinə baxıb, təkrarlayan intihar yayımı silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik.  Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda, testlərə hazırlıq, yüksək gərginliyinin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə, o evdə elə bil faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır!”

Azərbaycanda belə serial intiharlar ötən 3-5 ildə bir neçə dəfə təkrarlanıb. Məsələn, 2015-ci ildə Rusiyada bir gənc tərəfindən yaradılan və internet şəbəkələri tərəfindən gizli linklə ölüm tələsi quran “Mavi balina” (Blue whale) oyunu bütün dünyanı həyəcana salmışdı. Sonrakı dönəmdə - 2017-18-ci illərdə həmin oyun Azərbaycana da gəlib çıxmışdı. Rusiyada olduğu qədər populyarlaşmasa da, yeniyetmə intiharlarında bu oyunun adı qırmızı xətlə keçirdi.

Belə ki, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin  “Mavi balina” oynadıqdan sonra intihar etdiyi iddia olunurdu.

Ardını oxu...

Həmin il dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsinin adıçəkilən oyun səbəbindən baş verdiyi bildirilib.

2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü yeniyetmənin intiharını   atası “Mavi balina” oynaması ilə izah etmişdi. 

2019-cu ilin fevralında Kürdəxanı qəsəbəsində 16 yaşlı yeniyetmənin intiharına valideynləri “Mavi balina”nın səbəb ola biləcəyini deyirdilər...

Azərbaycanda son 1 ay ərzində 3 yeniyetmə qızın intiharında da belə bir oyunun təhrikedici təsiri olması ehtimalı böyükdür. Bəs yeniyetmələri bu oyunlardan necə qoruyaq? Hansı addımlar atılmalıdır? Valideynlər nələrə diqqət etməlidir?

Yeniyetmələrə ağır psixoloji təsir göstərən, ölümə sürükləyən belə oyunların psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Səbinə Bayramova mətbuata deyib ki,  əslində bu, elmi baxımdan qurulmuş  oyundur: “Təsəvvür edin, 16-cı missiyadan sonra uşaqları, yeniyetmələri gecə saat 4 radələrində oyadıb, qorxulu mahnılar, əcaib səslərdən ibarət musiqi dinlətməyə, videolar izlətməyə başlayırlar. Burada elmi məqam odur ki, gecə 3-dən sonrakı saatlarda yuxuda olan uşaqlarda, yeniyetmələrdə böyümə hormonunun inkişaf etmə saatlarıdır. Uşağı həmin saatda oyadıb ayaq üstdə saxlayırlar. Hətta bəzi missiyalarda deyir ki, evin yaxınında olan dəmir yoluna get, uzan relsin üzərinə və qatar gəlib çatana yaxın oradan dur. Yəni risk etməyi, intihara hazırlaşmağı öyrədir”.

Oyunun 50-ci missiyasında intihar etmək tələb olunur. Hətta tələb olmasa da, oyunçu elə bir vəziyyətə gətirilir ki, artıq özü intihar etmək istəyir: “İntiharı ona mükafat kimi təqdim edirlər. Mesaj verirlər ki, bu dünya sənlik deyil, sənə layiq deyil. Sanki ona nicat yolu göstərilir ki, sənin çıxış yolun intihardır. Bu oyunun yaradıcısı tutulan zaman sual veriblər ki, niyə bu cür iş görürsən? Deyib, bu oyuna qoşulub intihar etmiş olanlar cəmiyyətin bioloji tullantılarıdır”.

Psixoloq deyir ki, bu oyun səbəbindən intihar edənlər əsasən 12-16 yaş arası yeniyetmələrdir: “Biz həmişə deyirik ki, yeniyetmələrə anlayışla davranmaq lazımdır, tez-tez otağına girib, balaca uşaq kimi nəzarətdə saxlamamaq lazımdır. Çünki bu, ona qıcıq verir, valideyn gözündə düşmənə çevrilə bilər. Məsələn, oyunda missiyaların birində deyilir ki, 2 gün boyu otağından çıxma, heç kimlə danışma. Uşaq bunu edir və valideyn də təəccüblənmir. Düşünür ki, yəqin otağında dərslə məşğuldur, ya da oyun oynayır. Bu onun yetkinlik yaş dövrü olduğu üçün valideyn anlayışla qarşılayır. Ona görə də məlumatlı olmur. Valideyn övladının bədənindəki cızıqlara, izlədiyi sosial şəbəkələrə diqqət etməlidir. Amma elə etmək lazımdır ki, uşaq bunu hiss etməsin. Əgər belə olsa, uşaq daha da soyumağa başlayır. Elə hiss edir ki, mən güvənilmirəm, valideynim məni izləyir və sair. Yəni mərdi qova-qova namərd edərsiniz”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Ardını oxu...
DİA.AZ: - "Şəhid anası yalnız qardaşa, ailəyə deyil, dövlətə, millətə də əmanətdir". DİA.AZ bildirir ki, bu xəbərdarlıqla çıxış edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bir neçə gün əvvəl ictimailəşdirdiyi problemin hələ də çözülməməsinə işarə edərək növbəti dəfə narazı vətəndaşın gileyini təqdim edib:

"Çağırdılar, qulaq asdılar və: Azəriqaz Masallı RQİİ ,Yardımlı XS-dən kimsə ölməlidir,yaxud pensiyaya getməlidir ki, səni onun yerinə götürə bilək."Get,kimə istəyirsən şikayət et ". dedilər
Çoxlu sayda qəbul etdiyiniz vəzifə sahiblərini bəyəm ölən, təqaüdə gedən yerinə işə götürmüşdünüz ki (götürürsünüz)?
Şəhid ailəsi yazır
Mən Musayev Rəşad İsmayil oqlu təkrar muraciyət edirəm #socar #azəriqaz rəhbərliyinə mənə ŞƏHİD ailəsi olduquma gorə hec bir koməkliy gosdərmədiz .mənə Yenə Masallida iş təklif eledilər evde maddi durumum olmadiqina yataq xəsdəsi olan anam olduquna gorə təkrar bildirdim Masalli uzaqdi..mənə. Masallinın Yardimliya yaxin kəndini teklif elediler..3 manat masalli iş idarəsinə. ordan elave odeniş edib onlar deyen kende gedmeliyem iş bitennen sora yene yol pulu verib axşam idareye gedmeliyem ordanda. Yardimliya marşurut avtobusu olmadığına görə taksi ilə Şəfəqli kənsinə . Gün ərzində 30.40 manat edir.. Aldiqimi maaş yol pulumu odəməyəcəy bildirsəm də dedilər xoşundu bu ,xoşun deyil ozun bilərsən..."

***
Qeyd edək ki, M.Qəhrəmanlı vətəndaşın gileyi ilə yanaşı, "Azəriqaz" rəhbərliyinə də xitab edib:
"SOCAR və "Azəriqaz" rəhbərliyi, budur sizin Şəhid ailəsinə olan dəstəyiniz, qayğınız? Şəhid ailəsinə siz niyə biganə qaldınız..."

Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
Ardını oxu...
“Türkan Agro Group" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

DİA.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır.
 
Ardını oxu...
Zirə Aqropark" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddasinə görə, xarici iqtisadi fəaliy26yətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30-50 faizinədək məbləğdə cərimə edilir.
Ətraflı

Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.
 

Ardını oxu...
Dövlət Miqrasiya Xidmətinin " Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun portret və dövlət atributlarının satınalınması" kotirovka sorğusu ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Ləğv edilmə mətni: Müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
 

Dünyapress TV

Xəbər lenti