2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq: "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Pproblemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk".
Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb: "Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".