Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib. Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər. Qeyd edək ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.