Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, uşağını zooparka gətirən ananın fikri yayınıb. Bu zaman azyaşlı qəfəsdə olan pələngi yedizdirmək istəyib. Oğlan əlindəki yemi qəfəsə doğru uzadıb. Ancaq heyvan yemlə birgə onun əlini də dişləyib.
Azyaşlı xəstəxanaya yerləşdirilib, ona diş xəsarəti və barmağın dırnaq falanksının sınığı diaqnozu qoyulub. Zərərçəkmişin ailəsinin safari parkının rəhbərliyinə qarşı heç bir iddiası yoxdur.