Ardını oxu...
Facebook administrasiyası ölkənin eks-prezidenti Jair Bolsonaronun tərəfdarları tərəfindən Braziliyada təşkil edilmiş iğtişaşlara dəstək verən nəşrləri yığışdıracaq.

Bu barədə bazar günü Meta-nın sözçüsü Endi Stouna istinadən CNN məlumat yayıb.
Onun sözlərinə görə, “bu hərəkətləri dəstəkləyən və ya təsdiq edən məzmun silinəcək. Biz vəziyyəti izləyirik və siyasətimizi pozan yazıları silməyə davam edəcəyik”, – Facebook-un sözçüsü bildirib.

Xatırladaq ki, yanvarın 8-də sabiq prezident Bolsonaronun tərəfdarları ilə polis arasında toqquşma olub və ölkənin paytaxtında hökumət binalarında iğtişaşlar törədib. İlkin hesablamalara görə, iğtişaşlarda 5 minə yaxın insan iştirak edib. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün tüstü bombalarından və gözyaşardıcı qaz qumbaralarından istifadə edib. 400-dən çox adam saxlanılıb.
 
Ardını oxu...
Yalnız mənfi 20 dərəcədən aşağı temperatur smartfona mənfi təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Content-review" agentliyinin rəhbəri Sergey Polovnikov məlumat verib.

"Əgər mənfi 40 dərəcə soyuq olarsa, küçədə smartfondan istifadə etməyi məsləhət görmürəm. Ancaq bunu edə bilməyəcəksiniz, barmaqlarınız sərtləşəcək. Mənfi 20-yə qədər olan temperatur heç bir təsir göstərməyəcək", - o deyib.

"Eyni zamanda, smartfon uzun müddət soyuqda saxlandıqdan sonra isti otağa girərsə, fəsadlar ortaya çıxa bilər", - ekspert xəbərdarlıq edib.

Onun sözlərinə görə, mobil telefon, hər bir texnologiya kimi, temperaturun qəfil dəyişməsinə həssasdır:

"Xüsusilə soyuqda smartfondan istifadə etməməyə çalışın. Yəni, cihazın qısa müddətli istifadəsi, hətta həddindən artıq soyuqda belə, hər hansı fəlakətli nəticələrə səbəb ola bilər. Smartfonunuz soyuyacaq, sonra onu isti yerə gətirirsiniz və o, qızacaqr. Belə bir temperatur fərqi nəticəsində kondensasiya yarana bilər, bundan sonra gadget yararsız hala düşəcək".

O əlavə edib ki, smartfonun akkumulyatoru soyuqda daha pis işləyə bilər, lakin mənfi hava temperaturu səbəbindən o, daha tez boşalmayacaq.
Ardını oxu...
2023-cü ildə satışa çıxarılacaq “iPhone 15”in əsas xüsusiyyəti açıqlanıb.

Teref.az xarici mediaya istinadən xəbər verir ki, telefonun ən vacib yeni özəlliyi onun güclü enerji batareyasına sahib olmasıdır.

Məlumdur ki, “Apple” üçün prosessorların əsas istehsalçısı Tayvanın TSMC şirkətidir. Şirkət yeni smartfonlar üçün üç nanometrlik proses texnologiyasına əsaslanan çipləri bazara çıxarıb. Yeni prosessorlar “A17 Bionic” adlanır.

Bu prosessorlar daha çox enerjiyə qənaət edəcək və “iPhone”un tək akkumulyatorla daha uzun müddət işləməsinə imkan verəcək.

Qeyd edək ki, “Apple”ın əsas rəqiblərindən biri olan “Samsung” hələ iyul ayında 3 nanometrlik çiplərin istehsalına başlamışdı.
 
Ardını oxu...
2022-ci il müxtəlif misli görünməmiş hadisələrlə yadda qalıb – və bunların heç də hamısı planetimizlə bağlı deyil!

Burada “multiplikasiya rekordundan” tutmuş uzaq keçmişimizə aid görüntüyədək bəzi məqamlar diqqətimizi cəlb edib.

NASA asteroidin istiqamətini dəyişir

ABŞ Kosmik Agentliyi (NASA) sentyabrın 28-də öz kosmik gəmisini asteroidə çırpdıqdan sonra onun hərəkət istiqamətini dəyişə bilib. Bu toqquşma Yer kürəsinə təhlükə yarada bilən kosmik cisimlərin hərəkət istiqamətinin təhlükəsiz şəkildə dəyişdirilməsinin mümkünlüyünü yoxlamaq üçün həyata keçirilmişdi. Sınaq bunun mümkün olduğunu təsdiqləyib.
Ardını oxu...
Mikroplastiklərin lupa altında görüntüsü
Mikroplastiklərin bədənə təsiri məlum deyil.
Mart ayında Environment International jurnalında dərc edilən bir araşdırmanın nəticələrinə əsasən, sınaq məqsədilə müayinədən keçən insanların 80 faizinin qan nümunələrində mikroplastik aşkar olunub.

Mikroplastik uzunluğu beş millimetrdən az olan kiçik plastik parçasıdır – onlar ətraf mühiti çirkləndirən plastik tullantıların torpaq və ya dənizdə parçalandığı zaman əmələ gəlir.

Mikroplastiklərin insan orqanizminə necə təsir göstərdiyi məlum deyil, lakin tədqiqatçılar əldə edilən yeni nəticələrin narahatlıq doğurduğunu və mikroplastiklərin insan hüceyrələrini zədələyə biləcəyini qeyd ediblər.

Birincilərin Dünya Kuboku
Ardını oxu...
Fransalı qadın hakim Stefani Frappart Almaniya və Kosta-Rikadan olan oyunçularla danışır
Fransız hakim Stefani Frappart Qətər 2022-də dünya çempionatının final matçını idarə edən ilk qadın kimi tarixə düşüb.
Kişilər arasında 2022 FIFA Dünya Kuboku bir sıra ilk dəfə qeydə alınan nəticələrlə tarixə düşəcək.

Əvvəla, bu, Qətər, yəni, ərəb və ya müsəlman ölkəsinin qəbul edib keçirdiyi ilk Dünya Kuboku turniri idi.

Bu turnirdə həmçinin fransalı Stephanie Frappart kişilər arasında Dünya Kuboku matçını baş hakim qismində idarə edən ilk qadın oldu. O, Almaniya və Kosta-Rika arasında qrup mərhələsinin oyununu idarə edib.

Frappart həmin matçda yalnız qadınlardan ibarət olan hakimlər briqadasına başçılıq edib. Meydança xəttində Frappart-a Braziliyadan Neuza Back və Meksikadan Karen Medina adlı qadın hakimlər kömək ediblər.

Digər bir ilk Mərakeşin yarımfinala gedib çıxması oldu ki, bu da Afrika (və ərəb) ölkələri arasında Dünya Kuboku tarixində ən yaxşı nəticəsi idi.

Və biz yadda qalan hadisələrdən danışarkən, Qətər 2022-də Lionel Messinin beş cəhddən sonra ilk dəfə Dünya Futbol birinciliyi kubokunu qaldırdığını da qeyd etməyi oldu!

Dünya əhalisi 8 milyarda çatıb
Ardını oxu...
Bəşəriyyətin yeddi milyarddan səkkiz milyarda yüksəlməsi 12 il çəkdi
BMT-nin məlumatına görə, 15 noyabr 2022-ci il tarixində dünya əhalisinin sayı ilk dəfə olaraq səkkiz milyard nəfəri keçib.

“Bu görünməmiş artım ictimai səhiyyə, qidalanma, şəxsi gigiyena və tibbin təkmilləşdirilməsi nəticəsində insan ömrünün tədricən artması ilə əlaqəlidir. Bu, həm də bəzi ölkələrdə nəsil artımı səviyyəsinin yüksək və davamlı olması ilə bağlıdır”, – BMT-nin hesabatında deyilib.

Eyni zamanda, BMT bildirib ki, dünya əhalisinin yeddi milyarddan səkkiz milyarda yüksəlməsi 12 il çəksə də, onun növbəti milyarda çatması üçün ən azı 15 il lazım olacaq, çünki Yer üzündə ümumi nəsil artımı sürəti azalmaqdadır.

“Dünyanı dəyişən” malyariya əleyhinə peyvənd
Ardını oxu...
Burkina Fasoda yeni peyvəndin sınaqları keçirilib
Oxford Universitetinin alimləri sentyabr ayında “dünyanı dəyişdirə” biləcək malyariya peyvəndinı hazırladıqlarını bildiriblər. Gözlənildiyinə görə, yeni vaksin gələn ildən etibarən tətbiq ediləcək.

Sınaq mərhələsində yeni peyvəndin ildə 400 minə yaxın insanın ölümünə səbəb olan malyariyaya qarşı 80 faiz təsirli olduğu aşkar edilib.

Alimlər yeni peyvəndin həm də ucuz olduğunu bildiriblər.

Malyariya dünyada uşaq ölümünün əsas səbəblərindən biri sayılır.

Bu xəstəliyə qarşı peyvənd hazırlamaq olduqca çətindir, çünki malyariyaya səbəb olan parazit mürəkkəbdir və çox şətinliklər aşkar olunur. O, davamlı hərəkətdə olaraq bədən daxilində formalarını dəyişdirir, bu da həmin parazitə qarşı immunizasiyanı çətinləşdirir.

LeDuc Olimpiya və genderlər tarixini yazır
Ardını oxu...
LeDuc (sağda) Qış Olimpiya Oyunlarında iştirak edən ilk ikicinsli şəxs olub.
ABŞ fiqurlu konkisürən Timothy LeDuc fevral ayında Pekində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən ilk qeyri-binar şəxs olub.

LeDuc medal qazanmayıb və Ashley Cain ilə birlikdə cütlük yarışında yeddinci olub, lakin bütün dünyanı təsirləndirib.

James Webb teleskopu sayəsində zaman məkanının dərinliklərinə irəlilədik.
Ardını oxu...
JADES-GS-z13-0 indiyə qədər təsdiqlənmiş “ən uzaq qalaktikadır”
Short presentational grey line
James Webb teleskopu 2022-ci ilin iyul ayında işə salındıqdan bəri kainatın heyrətamiz görüntüləri ilə davamlı olaraq xəbər başlıqlarına düşüb.

Onlardan biri, 13 milyard ildən çox yaşı olan və Böyük Partlayışdan sonrakı “ilk günlərə” aid olan JADES-GS-z13-0 qalaktikası da daxil olmaqla, kainatımızın indiyə qədər ən uzaq dərinliyini görüntüləyən şəkil olub.

Həmin şəkildə hazırda kainatımızın “ən uzaq qalaktikası” olduğu təsvir zəif bir ləkə kimi görünür. Teleskopun əldə etdiyi nəticələr alimlər tərəfindən qızıl standart ölçü üsulu ilə təsdiqlənib.

İlk dəfə ağdərili olmayan şəxs Downing Street 10-a köçür
Ardını oxu...
Rishi Sunak 10 Downing Street-in qarşısında
Rishi Sunak baş nazir olaraq oktyabrın 25-də Downing Street 10 küçəsinə köçüb.
Böyük Britaniya 2022-ci ildə baş nazirlərin iştirakı ilə bir sıra rekordlar vurulub: Liz Truss cəmi 45 gün hökümətə başçılıq edib və bununla da ölkənin indiyə qədər ən qısa müddət vəzifədə olan baş naziri kimi tarixə düşüb. Onun xələfi daha müsbət bir nailiyətlə yadda qalacaq: Rishi Sunak oktyabrın 25-də Britaniyada baş nazir vəzifəsinə gələn ilk ağdərili olmayan şəxsdir.

Mikroskopsuz bakteriyaların müşahidəsi
Ardını oxu...
Thiomargarita adlı nəhəng bakteriyanın ölçüsü insan kipriyi boydadır.
Short presentational grey line
Alimlər iyun ayında dünyanın ən böyük bakteriyasının kəşf edildiyini elan ediblər.

Thiomargarita magnifica-nı görmək üçün isə heç mikroskop lazım deyil: yeni kəşf edilən orqanizmin ölçüsü və forması insan kirpikləri ilə təxminən eynidir. Təxminən 1 santimetr uzunluğunda olan bu bakteriya bütün digər məlum nəhəng bakteriyalardan təxminən 50 dəfə böyükdür və heç bir xüsusi avadanlıq və ya mikroskop olmadan insan öz gözlərilə onu müşahidə edə bilər.
 
Ardını oxu...
Bakının “Elektra Events Hall” məkanında 23 dekabr tarixində “Bir Sabah” adlı rok festivalı keçirilib.

Festivalda məşhur rok ifaçısı Mübariz Tağıyevin çıxışı da gözlənilirdi. Lakin ifaçının çıxışı səhhəti ilə bağlı təxirə salınıb.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Mübariz Tağıyev hazırda səhhətinin yaxşı olduğunu deyib:

"Həmin gün təzyiqim elə səviyyədə idi ki, evdən çıxa bilmədim. Konsertin keçirilməsi çoxdan nəzərdə tutulmuşdu.Hərdən belə işlər olur, Tanrının işidir, nə deyəsən. Mən bütün konsertdə iştirakımı nəzərə alıb gələnlərdən üzr istəyirəm ".

Qeyd edək ki, tədbirin adı müğənni Mübariz Tağıyevin dillər əzbəri olan "Bir sabah" mahnısından götürülüb.

Xatırladaq ki, bu il ərzində keçirilən sonuncu rok festivalı idi. Hər iki rok festivalında bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış ediblər.
 

Bloqer Marqus Braunli “Google Pixel 6a” adlı telefonu ən yaxşı kameraya sahib telefon adlandırıb.

Tribunainfo.az xəbər verir ki, o bu barədə şəxsi “YouTube” kanalında yayımladığı videoda bildirib.

Braunli hər il telefonların kameralarını sınaqdan keçirir, şəkillər çəkir və abunəçilərinə ən yaxşı şəkli seçməyi xahiş edir. Sonra səsvermənin nəticəsinə uyğun olaraq ən yaxşı kameraya sahib cihazı təqdim edir.

Qeyd edək ki, ikinci yerdə “Google Pixel 7 Pro”, üçüncü yerdə isə “Asus Zenfone 9” qərarlaşıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
NASA “InSight” Marsa eniş missiyasını dayandırdığını elan edib.

Bu barədə Reaktiv Hərəkət Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

Marsın daxili quruluşu haqqında məlumat toplamaq üçün nəzərdə tutulan “InSight” zondu 2018-ci ildə fəaliyyətə başlayıb. Onun əsas aləti seysmometrdir, ikinci ən vacibi isə nüvədən istilik axınını ölçmək üçün zonddur. Reaktiv hərəkət laboratoriyasının uçuş nəzarətçiləri gəmi ilə əlaqə saxlamaq üçün iki cəhd ediblər, ancaq bu alınmadığı üçün missiya artıq başa çatmış sayılır.

Mütəxəssislər “InSight”ın siqnal verəcəyi ümidi ilə tezliyini dinləməyə davam edəcəklər, lakin bu, son dərəcə mümkünsüz hesab olunur. Alimlər hesab edirlər ki, cihazın sönməsinə səbəb Günəş panellərinin üzərində yığılan toz olub. İllər keçdikcə tədricən yığılan toz enerji istehsalını azaldıb. İndi, görünür, o, kritik həddə çatıb.

Ardını oxu...

Bəzi ekspertlər batareyaların toz burulğanları ilə təmizlənəcəyinə ümid edirdilər, lakin cihazın yerləşdiyi Eliziy düzənliyində külək nadir hallarda baş verir, həmçinin kifayət qədər güclü olmur.

Bununla belə, missiya planlaşdırılan iki il əvəzinə dörd il işlədiyi və Marsın daxili quruluşu haqqında zəngin məlumat təqdim etdiyi üçün uğurla başa çatmış hesab olunur.

Aparat həmçinin meteoritlərin təsirindən yaranan təkanlar da daxil olmaqla 1319 zəlzələ aşkar edib. Ən vacib kəşflərdən biri isə Marsda vulkanik fəaliyyət əlamətlərinin təsbit edilməsi hesab edilə bilər, baxmayaraq ki, bu planetin nüvəsi ölü sayılırdı.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Gazeta.ru
 
Ardını oxu...
Hazırda orbitdə Beynəlxalq Kosmik Stansiyaya (BKS) bərkidilmiş Rusiyanın “Soyuz” kosmik gəmisində kiçik dəlik aşkar edilib.

Yoxlamalar zamanı məlum olub ki, dəlik kosmik gəmidən soyuducu mayenin sızmasına səbəb olub.

Dekabrın 14-nə keçən gecə “Soyuz” gəmisinin göyərtəsində böyük həcmdə soyuducu mayenin sızması qeydə alınıb. Bu, iki rusiyalı kosmonavtın kosmosa çıxmağa hazırlaşdığı zaman aşkar olunub. Nəticədə kosmonavtlar kosmik gəminin göyərtəsində qalıblar.

NASA-nın məlumatına görə, BKS-in çölündə yerləşən “Canadarm2” robot qolun kameralarından istifadə edilərək hadisənin potensial səbəbi aşkar edilib.

“Biz kiçik dəlik gördük. Həmçinin dəliyin ətrafındakı radiatorun səthinin rənginin də dəyişdiyini müşahidə etdik. “Roskosmos” alınan görüntülərin qiymətləndirilməsini aparır. Bu dəliyin mikrometeoritlə toqquşma nəticəsində yarandığı, yoxsa istehsal mərhələsində defektə yol verildiyi aydınlaşdırılır”, – deyə NASA-nın məlumatında qeyd edilir.

İndiyə qədər Rusiya tərəfindən mikrometeoritlə toqquşma əsas fərziyyə kimi irəli sürülür.

Hələ sentyabr ayında “Soyuz” kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelini və NASA-nın astronavtı Frenk Rubionu BKS-ə çatdırmışdı. Onların mart ayında Yerə qayıdacaqları gözlənilirdi. Ancaq bununla bağlı problemlər yarana bilər.

Hələlik “Roskosmos” kosmik gəminin evə qayıda biləcəyi ilə bağlı dəqiq məlumata sahib deyil, çünki orada nə qədər soyuducu mayenin qaldığı bilinmir. Yekun qərar dekabrın sonuna kimi veriləcək.

Əgər “Soyuz” gəmisi sonrakı uçuşlar üçün yararsız elan olunarsa, kosmonavtların Yerə qaytarılması üçün Baykonur kosmodromundan başqa bir “Soyuz” buraxılacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Space.com
 
 
 
Ardını oxu...
Tviterin rəhbəri İlon Mask sosial şəbəkədə insanların onun platformaya rəhbərlik edib-etməməsi ilə bağlı sorğu keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sorğusunda iştirak edənlərin çoxu onun tviter rəhbəri vəzifəsindən getməsinə səs verib.

"Mən bu sorğunun nəticələrinə əməl edəcəyəm",-deyə Mask qeyd edib.

Həmçinin, istifadəçilərin 57,5%-i onun sosial şəbəkənin icraçı direktoru vəzifəsindən getməsi üçün səsvermədə iştirak edib.

Xatırladaq ki, bazar günü başlayan və 12 saat davam edən sorğuya 17,5 milyondan çox insan qatılıb.
 
Ardını oxu...
Osman Gündüz: “Azərbaycanın bu cür resurslara ehtiyacı var, hökumət qlobal şirkətlərlə danışıqlar aparmalıdır”
ABŞ Senatı Tik-Tok platformasına qadağa gətirən ciddi bir addım atıb. Belə ki, Senat səsbirliyi ilə Tik-Toku yasaqlayan qanun layihəsini təsdiqləyib. Bundan sonrakı prosedura görə, ABŞ prezidenti Co Baydenin Senatdan gələn qanunu imzalaması lazımdır. Musavat.com xarici mediaya istinadən bildirir ki, yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara Tik-Tok tətbiqini endirmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır. ABŞ Senatı hesab edir ki, Tik-Tok platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir. Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına Tik-Tok endirə bilməyəcəklər.

Bəs bizdə və digər ölkələrdə də bu cür addımlar gözlənilirmi? ‘’Çin malı’’ olan Tik-Tok Azərbaycanda çox populyardır və getdikcə də böyüyür. Xüsusən gənclər, bu platformada özlərini ifadə edir, şohrət və pul qazanırlar. Çin kəşfiyyatı iddiası ABŞ-dan sonra digər ölkələrdə də Tik-Tokun qadağan olunmasına gətirib, çıxara bilərmi? Azərbaycanın belə bir addım atması labüd, yaxud da gözləniləndirmi? Musavat.com xatırladır ki, müəyyən müddət öncə zərərli təsirlərini nəzərə alaraq, Azərbaycan dövləti Tik-Tokun yayımını ölkəmizdə məhdudlaşdırmışdı. Bu, təkrar olunacaqmı?

Yeri gəlmişkən, Azərbaycanda “Tik-Tok” sosial şəbəkəsi ən çox istifadə edilən platformalardan biridir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib. “Tik-Tok”da bir dama jeton göndərən istifadəçilər platformaya 50 faiz komissiya və 18 faiz ƏDV tutulur. Bu qədər qazanca rəğmən “Tik-Tok” sosial platforması Azərbaycana vergi ödəmir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin ediləcəyi gözlənilir, hətta onların nümayəndəliyinin Azərbaycanda yaradılacağı gözlənilir. “Tik-Tok” və bu kimi sosial platformalar ölkəyə vergi ödəməli olacaq. Əgər şərtləri qəbul etməzsə, onda sosial platforma Azərbaycan üçün bağlı ola bilər.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a deyib kİ, Amerikanın Tik-Tokla bağlı problemi çoxdan var: “Burada Amerika daha çox öz vətəndalşarının məlumatlarının, xüsusilə də uşaqların məlumatlarının qorunması ilə bağlı Tik-Tokdan tələb edirdi ki, məlumat bazaları, data mərkəzləri, serverləri Amerikada yerləşsin. Əvvəllər bu uşaqlarla bağlı bu beləydi, indi artıq digər vətəndaşlarla bağlı da görünür ki, belə tələbləri var. İndi Tik-Tok başqa bir şirkətlə əməkdaşlıq edərək Amerika şirkətlərinin bu tələbinin bir qismini ödəməyə razılaşmışdır ki, uşaqlarla bağlı məlumat yerləşən data mərkəzləri Amerika ərazisində olsun. Yəni bu cür addımlar atılırdı. Burada müəyyən risklər var ki, Amerika hökuməti belə bir qərar qəbul edib”.

Ekspert əlavə edib ki, Azərbaycanda da fərdi məlumatların qorunması ilə bağlı qanunvericilik var: “Uşaqların informasiya təhlükəsizliyinin qorunması ilə bağlı qanunvericilik var. Mənim mövqeyim ondan ibarətdir ki, uşaqların Tik-Tokda qorunması, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı müddəalar var. Buna görə uşaqlar üçün Tik-Tokun məhdudlaşdırılması reallıqdır. O ki qaldı vətəndaşlarla bağlı bu, müzakirə predmeti ola bilər. Bildiyimə görə Azərbaycan hökuməti artıq qlobal şirkətlərin Azərbaycan ərazisində nümayəndəliyin açılması ilə bağlı qanunvericilik hazırlayıb. Bu daha çox iqtisadi yönümlüdür. Yəni vergi ödəyicisi olaraq. Hesab edirəm ki, nümayəndəlik açılması tələbi bizim üçün də müəyyən risklər yarada bilər. Çünki Azərbaycan bazarı balaca bir bazardır. Buna görə də bəzi qlobal şirkətlər - Tik-Tok, feysbuk, yutub və sairə, Azərbaycan bazarına maraq göstərməyə bilərlər. Halbuki Azərbaycanın bu cür resurslara ehtiyacı var. Ona görə mən hesab edirəm ki, hökumətin özünün bu istiqamətdə qlobal şirkətlərlə danışıqlar aparması daha doğru olar. Yeri gəlmişkən, son bir həftə idi ki, Tik-Tok rəsmiləri Azərbaycanda idilər. Azərbaycan rəsmi qurumları ilə danışıqlar aparırdılar. Yəqin ki hökumətimizin bu istiqamətdə danışıqları olub”.

Qeyd edək ki, çinli sahibkar Yanq Yiminq “ByteDance” adlı proqram təminatı şirkətini yaradıb. Bundan 5 il sonra şirkət “TikTok” tətbiqini təqdim edib. Cəmi 5 il əvvəl istifadəyə verilən sosial media artıq 1 milyarddan artıq istifadəçiyə sahibdir. Platforma istehlakçıları və reklamçıları sevindirsə də, ABŞ-ın Pentaqon və Konqres kimi qurumlarında dövlət rəsmilərinin, Silikon Vadisinin sosial media şirkətlərinin narahatlığına səbəb olub. Sosial şəbəkənin sahibi olan “ByteDance” şirkətinin mərkəzi ofisinin Çində yerləşməsi narahatlığı bir qədər də artırıb. Amerikada Konqresə seçkilər yaxınlaşdıqca, platformanın seçkilərə müdaxilə edilməsi üçün istifadə olunacağı iddiaları daha yüksək səslə ifadə edilməyə başlanılıb. Tətbiq sosial media bazarında rəqabət üsullarını dəyişdirib. Artıq “YouTube” və “Instagram” kimi media platformaları “TikTok”a bənzəyən funksiyalar yaradıblar. “Facebook” sosial şəbəkəsinin sahibi olan “Meta” şirkəti də oxşar funksiya üzərində işləyir. Qərb ölkələrində “TikTok”un Çinə məxsus olması ilə bağlı narahatlıq uzun müddətdir davam edir. Donald Tramp prezidentliyinin sonuna yaxın “ByteDance” şirkətini “TikTok”un Amerikadakı ofisini yerli şəxslərə satmağa məcbur etsə də, bacarmadı. Bu gün “TikTok”un Tramp dövründəkindən iki dəfə böyük ölçüyə sahib olması, eləcə də Qərb və Çin arasında münasibətlərin kritik mərhələyə çatması səbəbindən vəziyyət daha da qəlizləşib.

ABŞ-da və digər Qərb ölkələrində “TikTok”la bağlı əsas narahatlıq platformanın məxfilik siyasətinin uyğunsuz olmasıdır. Artıq qeyd etdik ki, şirkətin mərkəzi ofisi Çində yerləşir. Çin hökuməti isə özünə ölkədə yerləşən şirkətlərdən istədiyi məlumatı almaq hüququ verib. Qərbdə rəsmilər Çinin istifadəçilərin üz, səs və hərəkət məlumatlarını oğurlaya biləcəyindən narahatdır. Ancaq bu narahatlıqların bəziləri şişirdilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti