Hindistanın "Çandrayan-3" Ay stansiyasının eniş aparatı Ayın səthinə yumşaq enişi uğurla həyata keçirib. TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb . Bildirilib ki, eniş 18:03 (Bakı vaxtı ilə 16:33) radələrində baş verib. ISRO rəhbəri Şridhara Somanat enişin uğurlu olduğunu təsdiqləyib. Qeyd edək ki, “Vikram” eniş modulu Yerin peykinə 26 kiloqramlıq kiçik Aysal “Praqyan” (“bilik”, “hikmət”) aparatını çatdırıb. Beləliklə, Hindistan SSRİ, ABŞ və Çindən sonra cihazın Aya yumşaq enişini həyata keçirə bilən dünyada dördüncü ölkə olub.