Ardını oxu...
Regionlarda "Onlayn Azərbaycan" layihəsi reallaşır. Layihə ölkə üzrə bütün yaşayış məntəqələrinə fiber optik internet xəttinin çəkilməsini nəzərdə tutur.
Dövlət -özəl tərəfdaşlığı çərçivəsində RİNN tərəfindən reallaşan bu layihə 2024-də başa çatmalıdır.
Ötən il bu istiqamətdə xeyli işlər görülüb. Regionlarda və Bakı ətrafında ötən bir il ərzində əvvəlki illərdən bir neçə dəfə çox genişzolaqlı internet bağlantısı imkanları yaradılıb.
Hazırda bir çox rayonlarda bu iştiramətdə işlər davam edir. Bəzi rayonlarda artıq GPON infrastrukturu tam qurulub.
Amma elə yerlər var ki, işlər çox ləng gedir. İnfrastruktur çoxdan qurulmasına baxmayaraq internetə qoşulmalar ləng aparılır.
Bəzi yerlərdə isə özəl provayderlərə nəinki köməklik göstərilir, əksinə maneçiliklərin olduğu bildirilir.
Məsələn, Gəncə şəhərinin ətraf qəsəbələrində özəl provayderlərin yeni GPON infrastrukturla bağlı quraşdırdığı dirəklərin sökülməsilə bağlı faktların olduğu bildirilir.
Özəl provayderlər bunun Gəncə Telekommunikasiya Qavşağının işçiləri tərəfindən edildiyi bildirirlər.
Hazırda bu məsələ araşdırılır.
Düşünürəm ki, yuxarıda adı çəkilən layihə yetərincə əhəmiyyıt kəsb edən bir dövlət layihəsidir.
Ölkə üzrə internet probleminin həllini yalnız dövlət provayderləri həll edə bilməz.
Məhz buna görə RİNN tərəfindən dövlət-özəl tərəfdaşlıq prinsipi əsas götürülüb.
Odur ki, yerli telekommunikasiya qoşvşaqları dövlət və özəl olmasından asılı olmayaraq hər bir operator və provayder üçün şərait yaratmağa borcludur.
Ümid edirəm yeni fəaliyyətə başlayan İKTA da bu işlərə diqqəti və nəzarəti gücləndirəcək.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
“Düzgün alıcı tapılarsa, tviteri sata bilərəm”.

Gununsesi.info xəbər verir ki, bunu BBC-yə açıqlaması zamanı sosial şəbəkənin rəhbəri İlon Mask deyib.

Mask düzgün alıcı tapılacağı təqdirdə sosial media platformasını sata biləcəyini bildirib.

Həmçinin, tviter rəhbəri sosial şəbəkədə maliyə problemlərinin olduğunu da vurğulayıb.

Qeyd edək ki, Mask oktyabr ayında tviteri 44 milyard dollara satın alıb.
Ardını oxu...
Prezident Administrasiyasının bir şöbə müdirinin, 5 nazirin və nazir müavinlərinin məsul olduğu “Yüksəliş” müsabiqəsinin saytı çöküb.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
"Prezident Administrasiyasının bir şöbə müdirinin, 5 nazirin və nazir müavinlərinin məsul olduğu müsabiqənin saytı çökdü.
Bu gün "Yüksəliş” müsabiqəsinin onlayn sınaq imtahanı keçirilməliydi.
Lakin müsabiqənin rəsmi saytı çökdüyündən sınaq imtahanında iştirak etmək mümkün olmayıb.
Müsabiqə təşkilatçıları tərəfindən idarə olunan bu resurs cəmi 10-15 min onlayn iştirakçının müraciətlərinə tab gətirməyib, yüklənmə olub və resursun fəaliyyəti dayandırılıb.
Xatırladıram ki, bu nüfuzlu müsabiqə Prezidentin 2019-cu ildə imzaladığı Sərəncam əsasında keçirilir.
Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Kadr bankı üzrə nüfuzlu bir dövlət platformasıdır.
Hər il 1 milyon manat müsabiqənin təşkili üçün dövlət vəsaiti ayrılır.
Müsabiqənin Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, “Yüksəliş” İşçi Qrupunun rəhbəri isə gənclər və idman nazirinin müavini Fərhad Hacıyevdir.
Prezident sərəncamı ilə formalaşdırılan Təşkilat Komitəsində 5 nazir təmsil olunur.
Düşünürəm ki, bu cür nüfuzlu və cəmiyyətin diqqət mərkəzində olan, Prezident sərəncamı ilə gerçəkləşdirilən müsabiqənin yüksək səviyyədə təşkili üçün atılan addımlar yetərli olmayıb.
Yetərincə vəsait ayrılmasına baxmayaraq, görünür ki təşkilatçılar hazırlıq prosesini düzgün qura bilməyiblər.
Düşünürəm ki, təşkilatçılar müsabiqənin onlayn resursunun dayanıqlığı və təhlükəsizliyi ilə bağlı öncədən İT təhlükəsizlik sahəsində səlahiyyətli qurumlara, peşəkar şirkətlərə müraciət etməliydi. Ciddi testlər olmalıydı.
Maraq dairəsində olan bir müsabiqə olduğundan saytı kiberhücumlardan qorumaq üçün də zəruri addımlar atılmalıydı.
Baş verənlər isə onu göstərir ki, müsabiqənin əsas platforması olan saytın təhlükəsizliyinə yetərli diqqət göstərilməyib, öncədən testlər keçirilməyib və audit olunmayıb.
Bununla da dövlət əhəmiyyətli bir layihəni reallaşdırmaqda problemlər yaşanıb.
Fikrimcə, səlahiyyətli qurumlar kiberhücumla bağlı məsələni da araşdırmalıdırlar.
Ümid edirəm təşkilatçılar məsul şəxslərdən hesabat tələb edəcəklər, məsələ araşdırılacaq və təqsirkarlar barədə tədbir görüləcək."

Ardını oxu...
 

Ardını oxu...
 
 

"WhatsApp" məxfiliyə yönəlmiş funksiyaları artırmağa davam edir. Ani mesajlaşma platforması istifadəçilərə barmaq izi və ya şifrədən istifadə edərək müəyyən söhbətləri kilidləməyə imkan verəcək.

 

Bu sayədə istifadəçilər tətbiqdə istədikləri söhbətləri gizlətmək imkanı əldə edəcəklər.

Hazırda "Android" və "iOS"da "WhatsApp"ı kilidləmək mümkün olsa da , konkret bir şəxslə mesajları gizlətmək mümkün deyil.

Yeni kilidlənmiş söhbət funksiyasının təfərrüatları hələlik məlum deyil, ancaq bunun həm qrup, həm də fərdi söhbətləri kilidləməyə imkan verməsi gözlənilir.

Trend

 

XalqXeber.Az
Ardını oxu...
Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlərin uçota alınmasına başlanılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, cari ildən host provayderlər özləri haqqında məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etməlidirlər. Prosesə dünən etibarən start verilib.İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova “Xəzər Xəbər”ə deyib ki, bu addım eyni zamanda internet bazarında şəffaf, əlçatan və informasiyalı mühitin yaradılmasına səbəb olacaq.

Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüzün sözlərinə görə isə, provayderlərin uçotu onların keyfiyyət məsələsini xüsusilə gündəmə gətirir.

Qeyd edək ki, tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.

 
Ardını oxu...
Aİ Şurası avtomobillərin karbon emissiyalarını azaltmaq üçün Avropa İttifaqı üçün yeni hədəfləri təsdiqləyib.

Bu barədə Aİ Şurasının çərşənbə axşamı dərc olunmuş qərarında deyilir.

Sənədə görə, 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci idən sonra isə 100% azaldılmalıdır.

Faktiki olaraq, bu, benzin və ya dizellə işləyən daxili yanma mühərriki olan yeni avtomobillərin satışına qadağa deməkdir.

Sənədə əsasən, yeni qaydaların məqsədi avtomobil nəqliyyatından emissiyaların azaldılmasıdır, bu da onunla əlaqəlidir ki, bütün nəqliyyat növləri arasında emissiyaların ən yüksək payı məhz qeyd olunan nəqliyyat növünün payına düşür. Yeni qaydalar həmçinin yenilikçi yanaşma təqdim etməyə davam etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün təkan verəcək.

“Yeni qaydalar aşağıdakı hədəfləri müəyyənləşdirir: 2030-2034-cü illərdə yeni avtomobillər üçün emissiyalar 2021-ci il səviyyəsi ilə müqayisədə 55%, qoşqular üçün isə 50% azaldılmalıdır. 2035-ci ildən karbon emissiyaları 100% azaldılmalıdır”, - sənəddə deyilir.

Yeni qanunvericiliyin mühüm elementi Aİ-də hidrogen kimi “karbonsuz yanacaq”la işləyən avtomobillərin qeydiyyata alınması qaydalarının yaradılması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam edə bilər.
Ardını oxu...
Fransa Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz qalıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, hücumu rusiyameylli “NoName” haker qrupu həyata keçirib.

Qrup Teleqram hesabında bildirib ki, hücum Fransanın Ukraynadakı “neofaşist rejimə” dəstəyinə görə edilib.

Parlamentin yuxarı palatası – Senatın da saytı hücuma məruz qalsa da, giriş mümkündür.
Ardını oxu...
İnsanın ana dili onun beyninin müxtəlif məlumat emal qovşaqları arasında necə əlaqə qurduğunu müəyyən edə bilər.

Cebhe.info xəbər verir ki, bununla bağlı yeni araşdırma aparılıb.

Araşdırma ana dili alman və ərəb dilləri olan şəxslər üzərində aparılıb.

“NeuroImage” jurnalında dərc olunan araşdırma Almaniyanın Maks Plank Koqnitiv Elmlər və İnsan Beyni İnstitutunun tədqiqatçıları tərəfindən analiz edilib.

Dil şəbəkəsi beynin ən güclü şəbəkələrindən birinə çevrilsə də, doğuş zamanı onun əlaqələri zəif olur. Tədqiqat rəhbəri Alfred Anvander “Live Science”-ə bildirib ki, danışmağı öyrəndikcə, beynin müxtəlif sahələri, məsələn, səslərdən sözləri tanımaq və cümlələrin mənasını şərh etmək kimi əlaqələr güclənir.

Tədqiqatçılar bu fərqlərin beyində əlaqələrin yaranmasına necə təsir etdiyini öyrənmək istəyiblər.

Araşdırmada 94 nəfər iştirak edib. Onların yarısı Almaniyada yenicə məskunlaşaraq yalnız alman, digər yarısı isə ərəbcə danışanlar olub. Fərqli dillərdə danışsalar və fərqli mədəniyyətlərdə böyüsələr də, iştirakçılar yaş və təhsil səviyyəsi kimi beyin fəaliyyətinə təsir edə biləcək digər amillərdə bir-birinə yaxın olublar.

Beyin skanları "diffuziya MRT" istifadə edərək aparılıb və almanca danışanların ərəbcə danışanlarla müqayisədə sol yarımkürənin dil emalında iştirak edən bölgələrində əlaqənin artdığı görünüb. Anvander qeyd edib ki, alman dili sintaktik cəhətdən mürəkkəb hesab olunur, yəni cümlənin mənası söz sırası ilə deyil, onların qrammatik formaları ilə müəyyən edilir:

“ Sintaktik emal sahələri daha çox frontal sol yarımkürədədir, buna görə də sol yarımkürədə daha yüksək əlaqənin mənası var”.

Bunun əksinə olaraq, ərəb dilini semantik cəhətdən mürəkkəbdir, cümlədəki söz sırası daha sabit qalsa da, söz mənalarını deşifrə etmək daha çətin ola bilər. Tədqiqatçılar ərəb dilində danışanlarda beynin sol və sağ yarımkürələr arasında əlaqənin artdığını qeyd ediblər.

London Universitet Kollecinin Psixologiya üzrə fəxri professoru Devid Qrin nəşrə müsahibəsində deyib ki, dilin linqvistik xüsusiyyətləri ilə yanaşı, söhbətin mədəni xüsusiyyətləri, məsələn, insanların jestlərdən istifadə etməsi də beyni formalaşdıra bilər.
 
 
 
Ardını oxu...
Türkiyənin Düzce vilayətində də hava qaraldıqdan sonra Ay və Venera planeti yan-yana görüntülənib.

İftardan sonra küçələrə çıxan vətəndaşlar Ayın düz altında səmada parıldayan işıq görüblər. İlk olaraq bunun ulduz olduğu düşünsələr də, nəticədə parıltının Venera planeti olduğu məlum olub.

Bu qeyri-adi və gözəl görüntü vətəndaşlar tərəfindən telefonlarla lentə alınıb.

Ardını oxu...
Ardını oxu...
Mənbə: Hürriyet
 
Ardını oxu...
“Baku City Hospital”ın rəsmi saytında texniki problem yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu, klinika rəhbərliyinin serverin ödənişini etmədiyi üçün baş verib.

Bu səbəbdən sayta daxil olanda ““Baku City Hospital”ın 120 AZN borcunu ödəməyə maddi gücü çatmadığı üçün serverləri bağlanıb. Ən ucuz “chek-up”ları belə 120 AZN-dən daha baha olan şirkət borcunu ödəməyə pul tapmır” cümləsi yazılıb.

Texniklərin etiraz mesajından qısa müddət sonra problem həllini tapıb və saytın fəaliyyəti bərpa olunub.

Dünyapress TV

Xəbər lenti