Çinin iSpace şirkəti özünün təkrar istifadə edilə bilən Hyperbola-2Y adlı raket prototipinin şaquli enişini sınaqdan keçirib
Çinin iSpace şirkəti özünün təkrar istifadə edilə bilən Hyperbola-2Y adlı raket prototipinin şaquli enişini sınaqdan keçirib. Metan/oksigen buxarında işləyən Focus-1 mühərriki ilə 17 metr uzunluğunda sürətləndirici 178 m yüksəkliyə sınaq uçuşu həyata keçirib və 51 saniyədən sonra uğurla yumşaq eniş edib.
2019-cu ildə iSpace Çində orbitə uğurla çıxan ilk özəl şirkət oldu. iSpace 2025-ci ildə təkrar istifadə edilə bilən raketinin ilk orbital buraxılışını etməyi planlaşdırır. O, təkrar istifadə edilə bilən birinci pillə ilə Yerətrafı orbitə 8,5 ton yük çıxara biləcək. Üç sürətləndiricidən ibarət blok isə (Falcon Heavy kimi) orbitə 15 ton ağırlığında yük göndərə bilər.

İbrahim Nebioğlu
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti