Çin dünyanın ən sürətli internetini istifadəyə verdi
Çin saniyədə 1,2 Terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik internet kabelini istifadəyə verib.

Bu, bir saniyədə 150 ​​HD filmin ötürülməsinə bərabərdir.

Uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərini birləşdirir: Pekin, Uhan və Quançjou.

Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, “China Mobile”, “Huawei Technologies” və “Cernet Corporation” icra edib.

Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir.\\Axar.Az
 

Dünyapress TV

Xəbər lenti