Türkiyənin milli və beynəlxalq arenada yüksək texnologiyalı, innovativ və milli sistemlər istehsal edən STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ) Türkiyə müdafiə sənayesinin proqram təminatı sahəsində ən mühüm ixrac uğurlarından birinə imza atıb.
NATO-da qərar qəbul edən şəxslər və komandanlıq üçün rabitə və informasiya sistemlərinin təmin edilməsi, quraşdırılması və saxlanmasına cavabdeh olan NATO Rabitə və İnformasiya Agentliyinin (NCI Agency) NATO çərçivəsində kəşfiyyat məlumatlarının yönləndirilməsi, toplanması, istifadəsi və paylanması üzrə elan etdiyi iki mühüm tenderin de qalibi STM olub. Qiymət və texniki kvalifikasiyanın qiymətləndirilməsi nəticəsində NCI Agency NATO üzv ölkələri arasında elan edilən və dünyanın aparıcı proqram təminatı şirkətlərinin iştirak etdiyi hər iki layihədə STM-ə üstünlük verib. Texniki və inzibati danışıqlardan sonra STM ilə NCI Agency arasında müqavilə imzalanıb.
Layihə çərçivəsində hazırlanacaq proqram təminatı ilə STM, NATO komandanlıqları üçün kəşfiyyat məlumatlarının yönləndirilməsi, toplanması, istifadəsi və paylanmasını təmin edəcək. Dünyadakı bütün NATO qərargahları və bazaları kəşfiyyat məlumatlarını STM-in inkişaf etdirəcəyi və modernləşdirəcəyi bu proqram vasitəsi ilə həyata keçirəcək. NATO-nun kəşfiyyat infrastrukturunu modernləşdirəcək INTEL-FS layihələrinin təxminən 3 il yarım çəkməsi planlaşdırılır. INTEL-FS layihələri türk şirkətinin NCI Agency ilə imzaladığı ən irimiqyaslı müqavilələrdən biri kimi seçilir.
INTEL-FS inkişaf prosesi tətbiq olunacaq texnologiya və ortaya qoyacağı həll yolları ilə ilkləri özündə cəmləşdirən bir layihə olacaq. INTEL-FS NATO üçün çevik proqram idarəetməsi ilə yazılacaq ilk layihələrdən biridir. Layihə NATO-nun öz platformasında hazırlanacaq və həyata keçiriləcək. Məlumatların inteqrasiyasını da ehtiva edən layihə; mikroservis əsaslı, paylanmış və genişləndirilə bilən olacaq.
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir tam müstəqil müdafiə sənayesi hədəflərinə gedən yolda beynəlxalq kritik qurum və təşkilatlara proqram təminatı sahəsindəki bacarıqlarını ötürmə səviyyəsinə çatdıqlarını söyləyib.
Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan STM-in dünyanın aparıcı proqram şirkətlərinin iştirak etdiyi INTEL-FS tenderini qazanaraq NATO-nun kəşfiyyat infrastrukturu üçün proqram təminatı hazırlayacağını vurğulayan İ.Dəmir “Türkiyənin proqram təminatı sahəsində NATO-dan aldığı ən böyük ixrac layihələrindən biri olan INTEL-FS layihəsinin xeyirli olmasını arzulayır, layihədə əməyi olan dostlarımı təbrik edirəm. İnformatika sahəsində yaratdığımız infrastruktur nəticəsində şirkətlərimizin beynəlxalq arenada əldə etdiyi nəticələr bizi sevindirsə də, sahəmizin bundan sonra da böyük uğurlara imza atacağına inanıram. Müdafiə sənayemiz yüksək əlavə dəyərli məhsul və həll yolları ilə Türkiyənin ixrac hədəflərinə töhfə verməyə davam edəcək”, – deyə bildirib.
Mövzu ilə bağlı açıqlama verən STM şirkətinin baş direktoru Özgür Güleryüz də şirkətin Türkiyədə xüsusilə proqram təminatı və müdafiə sənayesi sahəsində NATO ilə ən uzun müddət əməkdaşlıq edən və həll yolları təqdim edən şirkətlərdən biri olduğunu bildirib.
Daha əvvəl döyüş meydanında situasiya şüurunu əhəmiyyətli dərəcədə dəstəkləyəcək NATO İnteqrasiya Əsası (INT-CORE) layihəsini həyata keçirdiklərini xatırladan Güleryüz həmçinin Əfqanıstanda müxtəlif ölkələrin komanda və nəzarət birlikləri üçün proqram təminatı təmin etdiklərini və bu fəaliyyətlərin 10 il əvvələ qədər uzandığını qeyd edib.
“STM ThinkTech vasitəsilə biz xüsusilə böhran vəziyyətlərində NATO-nun qərar qəbul etməsi üçün həm proqram təminatı, həm də məsləhət xidmətləri yaradırıq. Biz onların paket olaraq ixracını həyata keçirdik. 2022-ci ildə biz 5-ci və 6-cı paketləri imzaladıq. NATO ilə imzalanan ən böyük işimiz, təşkilatın kəşfiyyat infrastrukturunu həm arxa plan dediyimiz mexanizmi meydana gətirən proqram həllini həm də ön planda istifadəçilərin qarşısındakı ekran və interfeyslərin təşkil etdiyi tenderləri qazandıq. Bunlar ölkəmizdə proqram təminatı sahəsində NATO-dan alınan ən böyük işlərdəndir və çox mühüm layihələrdir. NATO-nun kəşfiyyat məlumat axını bundan sonra STM-in proqram təminatı vasitəsilə həyata keçiriləcək. NATO-nun bütün istifadəçiləri dünyadakı bütün qurumlardan girişləri bu proqramlardan istifadə edərək edəcəklər. Bu mənada çox vacib proqramdır”, – Güleryüz deyib.
Sözügedən proqram təminatının texniki olaraq ən qabaqcıl texnologiyaları ehtiva etdiyini vurğulayan Ö.Güleryüz burada formalaşacaq infrastrukturların həm ölkənin müxtəlif sahələrdəki ehtiyacları üçün istifadə oluna biləcəyini, həm də NATO-nun gələcək proqram təminatına zəmin yaradacağını bildirib, bu texnologiyaları inkişaf etdirən və ilk dəfə istifadəyə verən şirkət olmalarının onlar üçün son dərəcə vacib olduğunu sözlərinə əlavə edib.
Özünün icad etdiyi teleskopda Ayda kraterləri ilk görən Qalileo Qaliley idi. Elə “krater” adını da ilk o tapdı. Qalileydən əvvəl Ay səthinin düz olduğuna inanılırdı. Qədim yunan sözü Κρατήρ şərab və suyun qarışdırıldığı qab deməkdir. Aydakı girintilər kasa formalı olduğu üçün Qaliley onları belə adlandırdı. O yazırdı: “Biz belə nəticəyə gəldik ki, Ayın səthi bir ordu filosofun təxmin etdiyi kimi nə hamardır, nə də düz, heç mükəmməl dərəcədə sferik də deyil, əksinə, qeyri-bərabər, kobud, ləkəli çökəklikləri və yüksəklikləri olan yerdir”. Hər kəsdən əvvəl görmək və gözləniləndən tamamilə fərqli bir şeyə baxmaq maraqlıdır. Qalileo, güman ki, Ayın səthini ilk görən insan olduğu üçün heyrətə düşmüşdü… İbrahim Nebioglu Teref.az
Aut.az xəbər verir ki, “Zenit” (Penza) və “Znamya” arasında yoxlama görüşünün saxta olduğu aşkarlanıb. Bu, ikincilərin mətbuat xidmətinin açıqlamasından sonra məlum olub. Noqinsk təmsilçilərinin rəsmiləri belə matçın keçirilmədiyini bəyan edib:
“Biz bu oyunda iştirak etməmişik. Kimsə bizim suvenir mağazamızdan 10 dəst forma alıb. Həmin görüş vaxtı komandamız öz şəhərimizdə məşq edirdi. Maraqlıdır ki, “Zenit” də həmin vaxt Penzada məşqdə olub. Onlarla bu barədə danışmışıq və görüşdə iştirak etməyiblər. Amma maraqlıdır ki, onların mətbuat xidməti qarşılaşmanın hesabını verib. Rusiya Futbol İttifaqına müraciət etmişik. Onlar məsələ ilə məşğul olduqlarını bildirdilər”.
İnformasiyaya inansaq, “Zenit” – “Znamya” qarşılaşmasının birinci hissəsi 0:0, matç isə 4:4 hesabı ilə başa çatıb. Görüşün bir neçə bukmeker kontorunun mərc proqramına daxil edildiyi məlum olub. Həmin oyuna pul qoyuluşları da edilib. İddia olunur ki, bu oyun elə kontorların fırıldağıdır.
ABŞ-də gecə səmasında qalaktikaya bənzəyən sirli mavi spiral görənləri heyrətə gətirib. Bununla bağlı sosial şəbəkələrdə yayılan kadrlar çoxlu müzakirələrə səbəb olub.
Kadrlar Havay adalarında Mauna Kea vulkanının zirvəsi yaxınlığında astronomik rəsədxana tərəfindən Yaponiyanın “Subaru-Asahi Star Camera”sı tərəfindən qeydə alınıb.
Sonradan məlum olub ki, fantastik görünüşünə baxmayaraq, spiralın çox sadə izahı var imiş. Məlumata görə, həmin gün Floridadakı kosmodromdan “Falcon 9” raketi buraxılıb. Kameranın qeydə aldığı görüntülər isə atmosferə atılan raket yanacağının donmuş qalıqlarının izi olub.
2022-ci ildə Azərbaycana 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub, ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 1 mlrd. 57 mln. 800 min dollar olub – yəni, ortalama hər avtomobilin qiyməti 14184 dollar olub. Maraqlı məsələ odur ki, saya görə 2022-ci ildə 2021-ci ilə nisbətən 13,1% az olsa da, dəyər ifadəsində 2022-də 2021-ci ilə nisbətən 18,2% çox artım olub. Bu o deməkdir ki, ölkəyə gətirilən avtomobillərın də ortalama qiyməti artıb. Ölkəyə 155,4 mln. dollarlıq 11337 ədəd hibrid, 17,7 mln. dollarlıq 486 ədəd sırf elektriklə işləyən maşın gətirilib. Elektriklə çalışan maşınların sayı keçən il 2021-ə nisbətən 3 dəfə artıb. Ötən il elektriklə işləyən maşınlara rüsumlarla bağlı güzəşt elan edildi, amma son 3 ildə istehsal edilən maşınlara bu güzəştlər tədbiq edilir. Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqaisədə çox-çox azdır, cüzidir. Səbəbi də odur ki, 3 illik istehsal məhdudiyyəti məntiqsizdir – benzin/dizellə çalışan yeni avtobobillərə təşviq təyin etməyin məntiqi var, yeni avtomobillər ekoloji olaraq daha az zərərli olurlar. Amma elektriklə işləyən maşınlara belə yanaşma absurddur – 2010-cu il istehsalı elektrikli maşınla 2020-ci il istehsal tarixi olan elektrikli maşının ekoloji cəhətdən HEÇ BİR fərqi yoxdur. Hər ikisi elektriklə işləyir, hər ikisi ekologiyaya ziyan vurmur, çünki eyni TEXNOLOJİ məntiqlə çalışırlar. Ona görə də, hökumət elektrikli maşınlara tədbiq etdikləri 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalı, bu məsələ, ən azı son 10 il istehsal tarixi olan maşınlara tədbiq edilməlidir... Natiq Cəfərli Teref.az
Bütün dünyada populyarlıq qazanan “WhatsApp” özü ilə təhlükəsizlik problemlərini də gətirir. Şirkət tətbiqi istifadəçilər üçün daha təhlükəsiz və mütəşəkkil saxlamaq üçün bir sıra yeniliklər həyata keçirir. AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu qaydalara əməl etməyənlər “WhatsApp”da bir müddət, hətta həmişəlik qadağan edilə bilər. “WhatsApp”da qadağan olunmağınıza səbəb ola biləcək hərəkətlər bunlardır: Qeyri-rəsmi “WhatsApp” proqramlarından istifadə Tətbiq mağazalarında üçüncü tərəf tərtibatçıları tərəfindən dərc edilən qeyri-rəsmi “WhatsApp” proqramları son vaxtlar kifayət qədər geniş yayılmışdır. GB WhatsApp, WhatsApp Plus, WhatsApp Go, WhatsApp Prime və OG WhatsApp kimi proqramlar bunlar arasındadır. Bu kimi qeyri-rəsmi proqramlardan istifadə etməklə daimi olaraq qadağan oluna bilərsiniz. Spam mesajlar Siz “WhatsApp”da digər şəxsə təhqiredici və istənməyən mesajlar göndərməməlisiniz. Bu halda, hesabınız bildirilərsə, “WhatsApp’ komandası ən son 5 mesajı nəzərdən keçirəcək. Buna uyğun olaraq eyni səbəbdən birdən çox şikayət edilirsə və tətbiq siyasətlərinin pozulduğu görülərsə, hesabınız daimi olaraq bloklana bilər.Spam mesajlar “WhatsApp’da eyni mesajın birdən çox şəxsə göndərilməsi spam adlanır. Bu, bəzən reklam üçün edilsə də, digər istifadəçi bu vəziyyətdən narahat ola bilər. Təhdidlər və ayrı-seçkilik “WhatsApp”da digər şəxsə təhdid mesajı göndərməməli və din, dil, irq və cinsinə görə ayrı-seçkilik etməməlisiniz. Bu halda hesabınıza baxış keçirilə və lazım gələrsə, sizə həmişəlik qadağa qoyula bilər.
Avtomobil istehsalçısı “Volvo” əyləc dəstəyi sistemindəki nasazlığa görə 2023-cü ildə istehsal olunmuş yeddi modeli təmsil edən 12 min avtomobili geri çağırır.
Bildirlir ki, söhbət C40, XC40, S60, V60, XC60, V90 və XC90 modellərindən gedir.
Məlumata görə, potensial nasazlıq proqram təminatında olduğundan, avtomobilin idarəetmə sistemini yeniləmək kifayətdir.
Qeyd olunur ki, problem təkcə İsveçdə yox, digər ölkələrdə satılan Volvo avtomobillərinə də təsir edir, ona görə də geri çağırılacaq avtomobillərin ümumi sayı 106 minə çata bilər.
"WhatsApp"-a səsli status paylaşma xüsusiyyəti gəlib.
"DogruXeber.az" xəbər verir ki, yenilik səs yazmaqla "WhatsApp" statusu vasitəsilə paylaşmağa imkan verir. Bu səslər 30 saniyəyə qədər paylaşılır.
Yuxarıdakı şəkildə olduğu kimi, səsli yazıları status yeniləməsinin aşağı sağ küncündə yerləşəcək. Bundan əlavə, istifadəçilər paylaşmadan əvvəl səsli yazısını dinləyə biləcək və bu yolla paylaşmalarına nəzarət edəcəklər.
Hər bir smartfon sahibi aldıqdan sonra yeni gadcetı necə dolduracağını bilməlidir.
Tribunainfo.az xəbər verir ki, bu, telefonun akkumulyatorunun uzun müddət davam edib-etməməsindən və şarjı yaxşı saxlayıb-saxlamayacağından asılıdır. Yeni smartfonu necə doldurmaq olar?
Mütəxəssislər yeni telefon aldıqdan sonra onu yandırmağı və tamamilə boşalıb sönənə qədər gözləməyi tövsiyə edirlər.
Söndürülmüş smartfonu enerjiyə qoyuruq və 100 faizə qədər doldururuq.
Sonra gadcetı yenidən yandırırıq, boşalmasını və sönməsini gözləyirik və yenidən doldururuq.
Smartfonunuzu ən azı üç dəfə, ən yaxşısı isə beş dəfə tam boşaltmalı və doldurmalısınız.