Ardını oxu...
Çinli ixtiraçılar müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan robot it ixtira ediblər.

Bizim.Media xəbər verir ki, “it” 7,62 mm. kalibrlik pulemyotla təchiz olunub.

İxtiraçılar robotun kəşfiyyatçı funksiyalarını yerinə yetirə, kürəyində yük daşıya, atəş aça və digər hərbi manevrləri icra edə bildiyini açıqlayıblar.

Qeyd edək ki, robot səsli əmrlərlə də idarə olunur.

 
Ardını oxu...
Günəş sisteminin kənarındakı ən qeyri-adi obyektlərdən biri cırtdan Haumea planetidir. Bu cırtdan planet ilk dəfə 2004-cü ildə kəşf edilib.
Diametri təqribən 100 km-dir. Haumea 284 ildə Günəş ətrafında tam dövr edir.

Ən qəribəsi isə onun öz oxu ətrafında fırlanma müddətidir. Belə ki, Haumea günəş sistemindəki ən sürətli fırlanan obyektdir.
Cırtdan planet 4 saatda öz oxu ətrafında tam fırlanır. Başqa sözlə desək o Yer üzərində 1 gün keçir.
Sfera.az bildirir ki, NASA alimləri bu qəribə planetin necə meydana gəldiyi haqqında məlumat verib.

Haumea buz süxurlarından və kometalardan ibarətdir. Bu planet digər trans-Neptun obyektlərindən ibarət olan Günəş sisteminin kənarındakı Kuiper qurşağında yerləşir. Bu qurşaq Neptun orbitindən kənarda yerləşir.

Qeyd edək ki, bu Günəş sistemində səkkizinci və ən uzaq planet hesab olunur.

Açıklama yok.

Ardını oxu...
Çox sürətli fırlanmasına görə, Haumea cırtdan planet Pluton (16 il əvvəl Günəş sistemində doqquzuncu planet olmaqdan çıxmışdır) kimi sferik deyil. Formasına görə reqbi topuna bənzəyir, yəni daha çox ellips formasına malikdir.
Lakin bu cırtdan planeti Kuiper qurşağındakı digər obyektlərdən fərqləndirən tək bu deyil. Haumea səthi günəş sisteminin kənarındakı digər cisimlərdən fərqli olaraq əsasən buzlaşmış su səthlərindən ibarətdir.

Cırtdan planetə yaxın olan və eyni orbitdə hərəkət edən buz obyektləri də eyni səthə malikdir. Alimlər onların hamısının eyni mənşəli olduğunu bildirir. Oxşar obyektlər vahid - Haumea ailəsini təşkil edir.
NASA alimləri Haumea və onun qohumlarının necə göründüyünü tam təyin etmək üçün kompüter simulyasiyalarından istifadə ediblər. Bu planet o qədər uzaqdır ki, mövcud teleskoplarla onun xüsusiyyətlərini dəqiq hesablamaq kifayət qədər çətindir.

NASA alimi Jessica Noviello:

“Tədqiqatlar və kompüter simulyasiyaları ilə biz artıq bildiyimiz lazımi məlumatları vermişik : planetin təxmini ölçüsü, təxmini kütləsi, həmçinin onun fırlanma sürəti. Bu məlumatdan istifadə edərək biz planetin necə olduğunu anlaya bildik. Siz bu planetin tarixini araşdırmazdan əvvəl onun mahiyyətini başa düşməlisiniz "-deyə bildirib.

Simulyasiya nəticələri isə Haumeanın yarandığı vaxt indikindən 3% böyük olduğunu sübut edib.

Açıklama yok.
Ardını oxu...
Alimlər həmçinin Haumeanın əvvəlcə fərqli sürətlə fırlandığı və onun həcmi indikindən daha böyük olduğunu aşkar ediblər.

Tədqiqatlar həmçinin Günəş sistemi tarixinin lap əvvəlində Haumeanın başqa bir cisimlə toqquşduğunu göstərir. Bu toqquşma cırtdan planetdən parçaların qopmasına səbəb olub. Ancaq bu parçalar buz obyektlərinə çevrilməyiblər, əks təqdirdə belə güclü zərbə zibillərin kosmosa daha da atılmağına səbəb olacaqdı.

Alimlər Haumeyanı əhatə edən cisimlərin sonradan bu cırtdan planetin aktiv təkamül etdiyi zaman əmələ gəldiyini güman edir. Tədricən artan fırlanma sürəti buz parçalarının planetin səthindən uçmağa başlamasına səbəb olub.

Bu günə qədər alimlər Haumea cırtdan planetinin Hiiaka və Namaka adlı 2 peyki, həmçinin planetlər sistemi olduğunu müəyyən edib.
Ardını oxu...
Bundan əlavə alimlər geoliosfer adlanan ulduz sistemini əhatə edən qabığa aid də mühüm kəşf ediblər. Alimlər ulduzlararası məkanda baş verən qəribə proseslərin mövcudluğunu müəyyən ediblər.
Açıklama yok.

Başqa bir cırtdan planet - Plutonun hansı sirlərə malik olduğu, eləcə də bu səma cismi haqqında bir sıra elmi jurnallarda kifayət qədər məlumatlar dərc olunub.

Növbəti yazılarda Sfera.az bu planet haqqında da maraqlı məlumatları təqdim edəcək.
 
Ardını oxu...
Milyarder iş adamı İlon Maskın "Twitter"də etdiyi dəyişikliklər sosial şəbəkə istifadəçilərini bu platformadan soyudub.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, Maskın platformada "mavi işarə"ni pullu edəcəyini açıqlaması və "Twitter"in işçilərini kütləvi şəkildə ixtisar etməsi narahatlıq yaradıb.
Baş verənlərdən sonra istifadəçilər kütləvi şəkildə "Twitter"i tərk edərək başqa platformalara üz tutmağa başlayıblar. Belə ki, "Twitter" istifadəçilərinin çoxu hazırda daha öncə elə də populyar olmayan "Mastodon" adlı kiçik sosial media platformasında qeydiyyatdan keçir.
2016-cı ildə əsası qoyulan "Mastodon" İlon Maskın atdığı addımlar nəticəsində hazırda istifadəçilərinin sayını sürətlə artırır. O, çox əhatəli olmasa da, "Twitter"ə bənzər görünüşə və xüsusiyyətlərə malikdir. Böyük sosial şəbəkələrdən fərqli olaraq, "Mastodon" həm pulsuz, həm də reklamsızdır.
 
Ardını oxu...
Zaqatala rayon sakini Elvin Vəliyev deyir ki, ünvanlı sosial yardımla bağlı elektron müraciət ünvanlayan zaman çətinliklə üzləşib. Buna səbəb isə özünün də bildirdiyi kimi, onlayn platformalarla işləmək üçün yetəri qədər biliklərinin olmamasıdır.

Elvin Vəliyev kimi yüzlərlə, minlərlə vətəndaş var ki, müəyyən sənədləri hazırlayarkən preblemlərlə üzləşir. Bu, ölkədə rəqəmsal savadlılığın yetərsizliyindən xəbər verir.

Müasir dövrdə məlumatların internet vasitəsilə sürətli şəkildə yayılması müxtəlif şəxslər və cəmiyyət üçün yanıldıcı nəticələr ortaya çıxara bilər. İnternet və onlayn platformalarda yarana biləcək risklərin günbəgün artması bizə rəqəmsal savadlılığın vacibliyini göstərir. Bu sahədə biliklərin təmin olunması isə rəqəmsal uçurumun doldurulmasında böyük yardımçımız ola bilər.

Rəqəmsal uçurum nədir?

İnkişaf prosesində rəqəmsal uçurumun nəzərəçarpan xüsusiyyətlərindən biri ölkələr, eləcə də insanlar arasında böyük fərqin olmasıdır. Kommunikasiya termini olaraq bunu əvvəllər “bilik boşluğu” adlandırsalar da, lakin cari İKT kontektsində həmin ifadə “rəqəmsal uçurum” termini ilə əvəz olunub. İnsanların davamlı olaraq texnoloji biliklərə yiyələnməsi və bu sahədə onların maarifləndirilməsi, hər bir fərdə rəqəmsal təməl biliklərin mütəmadi olaraq aşılanması öz müsbət nəticəsini mütləq şəkildə göstərəcək. Xarici alimlərin apardıqları araşdırmalara görə, rəsmi və ya qeyri-rəsmi formada təhsil sahəsinə investisiyanın qoyulması əsas şərtlərdən biridir. Rəqəmsal uçurumun aradan qaldırılması üçün yeni texnologiyaların yaradılması, istifadəsi ancaq təhsil vasitəsilə mümkün olduğundan bu şərtləri yerinə yetirmək mühüm öhdəlikləri özündə əks etdirir.

Savadsız və orta savadlı insanların da texnoloji inkişafdan bəhrələnmə imkanının olmasını nəzərə alsaq, təhsil daha ciddi ölçüdə ələ alınmalıdır. Əslində, beynəlxalq təcrübə göstərir ki, ümumi və tam orta təhsil imkanlarına sahib insan qaynaqlarının yaradılması böyük həcmli inkişafın, eləcə də innovasiyanın ortaya çıxmasına şərait yaradır. Azərbaycanda da dünya təhsil sistemində baş verən yeniliklərin mütəmadi olaraq izlənilməsi, öyrənilməsi və tətbiqi rəqəmsal savadlılığı artırmağa köməklik göstərəcək.

Müasir dövrdə dünyanın tanınmış ali təhsil müəssisələrində tələbələrə onlayn platformalardan düzgün istifadə bacarıqları, o cümlədən təhsilin və vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması kimi rəqəmsal xidmətlərlə işləmək vərdişləri aşılanır. Ölkəmizdə də son dövrlərdə əhaliyə göstərilən bir çox xidmətlərin elektronlaşdırılması və vətəndaşlarımızın bu sahədə maarifləndirilməsi prosesi davam edir.

İşlərimizin ASAN yolu

Bu prosesə ən gözəl nümunələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) fəaliyyətidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanına əsasən yaradılıb. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində, əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Əhalinin elektron xidmətlərdən daha geniş istifadə etməsi “ASAN xidmət”in hədəflərindən biridir. Agentliyin missiyası dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır.

“ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd

• vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;

• vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;

• peşəkarlıq səviyyəsinin artırılması;

• dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;

• şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;

• elektron xidmətlərdən daha geniş istifadə olunması;

• bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılması.

“ASAN xidmət” respublika üzrə həyata keçirdiyi siyasəti bölgələrdə də uğurla davam etdirir. 2013-cü ilin iyunun 1-dən “ASAN xidmət”in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək məqsədilə zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Artıq ölkənin müxtəlif rayonlarında “ASAN xidmət” mərkəzləri açılıb və vətəndaşların işlərinin asanlaşması üçün çalışırlar.

2020-2025-ci illər üçün isə strateji hədəf Azərbaycanda tamamilə kağızsız xidmətin göstərilməsi, süni intellektdən istifadə etməkdir. Eyni zamanda, qarşıya qoyulan əsas hədəflərdən biri isə milli İT xidmətlərinin xaricə ixrac edən tərəf olmasıdır.

Əhali ən çox hansı xidmətlərdən istifadə edir?

Bir müddət əvvəl rəqəmsal savadlılığın artırılması məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Jurnalistikaya doğru” təlimi keçirildi. Proqramın məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin biliklərini daha da genişləndirməkdir. Qeyd edək ki, proqramın ilk iki dalğası 2020-ci ildə vebinar formatında, 3-cü dalğası isə 2021-ci ildə fiziki formatda təşkil edilib.

Təlimdə iştirak etdim və faydalı bir təlim olduğunu vurğulaya bilərəm. Təlimçilərin bu sahə üzrə ətraflı məlumat vermələri, media nümayəndələrinin suallarını cavablandırmaları nəticəsində rəqəmsal jurnalistika ilə bağlı daha ətraflı məlumat aldıq.

Maraqlandıran məsələlərdən biri də insanların daha çox hansı elektron xidmətlərdən yararlanmaq ehtiyaclarıdır. Bununla bağlı Elektron Hökumətin İnkişafı Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “e-gov.az” portalından son üç ildə ən çox 10 xidmətdən istifadə edilib.

Bunlar aşağıdakılardır:

1. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi.

2. Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi.

3. Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi.

4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi.

5. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi.

6. Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu.

7. Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi.

8. Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi.

9. AzDataCom internet xidmətinə qoşulma üçün sifariş.

10. Telefon nömrəsi üzrə axtarış.

Mərkəzdən qeyd edilib ki, portaldan istifadə edənlərin 38 faizini qadın, 62 faizini isə kişilər təşkil edir.

Rəqəmsal uçurumdan çıxış yolları və təkliflər

Deputat Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, rəqəmsal uçurumun qarşısını almaq üçün internetin sürətini artırmaq lazımdır:

“Bu məsələdə təhsil əsasdır. Məktəblərdə kompüterlərin sayının artırılması vacibdir. Bu sahə məktəbdə keyfiyyətli təhsillə inkişaf edə bilər. İnternet sürətli olacağı təqdirdə insanlar da elektron sistemdən rahat şəkildə istifadə edə biləcəklər. Bununla bağlı müəyyən addımlar atılır. Sadəcə, prosesin sürəti daha tez olmalıdır. Elə ucqar rayonlar var ki, orada internet tam işləmir. Bununla bağlı addımlar atılmalıdır”.

İT mütəxəssisi Vahid Qasımov Oxu.Az-a bildirib ki, əhalinin bacarıqlarının inkişafı üçün məktəblərdə şərait olmalıdır:

“Məktəblərdə şəraitin təşkil olunması, regionlarda iş imkanlarının yaradılması və kommunikasiya xətlərinin düzəldilməsi vacibdir. Bunlar həll olunmasa, geri qalan tədbirlərin heç bir faydası olmayacaq”.

Azərbaycanda son zamanlarda müşahidə olunan inkişaf dinamikası ilə bölgələrdə də rəqəmsal savadlılığın arıtırılması istiqamətində bir çox işlərin görülə biləcəyi qənaətindəyik.

TƏKLİFLƏR:

* Texnologiyanı, innovasiyaları birbaşa məktəb səviyyəsindən başlamaq;

* Tədris proqramında elektron sistemlər barədə məlumatlandırma;

* Elektron hökumət tətbiqetmələrini bütün istiqamətlər üzrə genişləndirmək;

* Rayonlarda texnoparklar və innovativ mərkəzlər yaratmaq;

* İnternet sürətini artırmaq;

* Davamlı təhsil və davamlı inkişaf mədəniyyətini cəmiyyətdə daim inkişaf etdirmək;

* Gənc kadrlarda sahibkarlıq ruhu yaratmaq və elektron sistemdən rahat şəkildə istifadə etmək üçün təlimlər keçmək.

“myGov”da istifadəçi sayı nə qədərdir?

2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, “ASAN Login”də təqribən 2,5 milyondan çox istifadəçi var. Hazırda “ASAN Login”ə 48 qurum və 97 sistem inteqrasiya olunub.

2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi istifadəyə verilib. Habelə platformaya COVID-19 əks-göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı, “myGov” mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb.

2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, “myGov”da bir milyondan çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə edirlər. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 431 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7 faiz artıb. Ən son statistik göstəricilərə əsasən, portalda istifadəçi sayı 1,437 milyon nəfər təşkil edir.

Rəqəmsal uçurum, əslində, bir sıra boşluqların bir vahiddə cəmlənməsidir. İnfrastrukturda texnoloji uçurum, böyük boşluqlar var. Bir çox veb əsaslı informasiya insanların real problemlərinə cavab vermir. Dünyanın veb-saytlarının 70 faizi ingilis dilindədir və bu da yerli dillərin inkişafına mane olur. Gender bölünməsi qadınların kişilərə nisbətdə informasiya texnologiyalarından az istifadə etməsinə şərait yaradır. Bu, kasıb və varlı ölkələrdə eyni səviyyədədir.

QEYD: Məqalə “Rəqəmsal jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.
 
Ardını oxu...
ABŞ-ın bir texnoloji araşdırma mərkəzi bir ilkə imza atıb. Mərkəz insanların uzun müddət telefon istifadəsindən sonra 3000-ci ildə necə görünəcəyini açıqlayıb.

Paylaşılan foto qısa zamanda böyük marağa səbəb olsa da, fotodakı insan forması görənləri qorxudub. Şəkildəki şəxsin telefon işlətdiyi üçün həddindən artıq boynunun əyildiyi, əlinində bükülü vəziyyətdə qaldığı əks olunub. Bundan əlavə, onun boyun nahiyəsinin qalınlaşması da diqqət çəkən detallar arasında olub.

Həmin fotonu təqdim edirik:
Ardını oxu...
 
Ardını oxu...
İranda İnstagram və WhatsApp-a həmişəlik qadağa qoyulub.

Teref.az xəbər verir ki, bu barədə İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali deyib:

"İnstagram və WhatsApp sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürənə qədər bu qadağa davam etdirilə bilər".(unikal)
 
Ardını oxu...
Elon Mask "Tvitter" üzərindən yaydığı açıqlamada "Tvitter" rəsmən satın aldığını açıqlayıb.

Avropa.info xəbər verir ki, razılaşmanın əldə edildiyini bildirən Mask reklamçılara ünvanlanan bir mesaj yayımlayıb.

"Tvitter hesabında" açıqlamalar verən Mask aşağıdakı ifadələrdən istifadə edib:

“Tvitter”i niyə aldığım və reklam haqqında nə düşündüyümlə bağlı çoxlu fərziyyələr olub. Çoxu yanıldı. Mən "Tvitter"i aldım, çünki sivilizasiyanın gələcəyi üçün çoxlu inancların sağlam, qeyri-zorakı şəkildə müzakirə oluna biləcəyi ortaq rəqəmsal şəhər meydanının olması vacibdir”.
 
Ardını oxu...
"Meta" şirkəti "WhatsApp" sosial şəbəkəsində bu gün səhər saatlarında müşahidə olunan iki saatlıq fasilənin səbəbini açıqlaylb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, açıqlamada bunun "Meta" şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.

"Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik", - şirkət əlavə edib.

Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.

Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkədə ötən il problem yaranıb və "WhatsApp" 6 saat işləməyib.
 
Ardını oxu...
Azərbaycan yenidən interneti “azad olmayan” ölklər sırasına daxil edilib
Hesabata görə Azərbaycanın internet azadlığına görə vəziyyəti ötən illə müqayisədə müsbətə doğru dəyişsə də yenə də interneti “Qeyri azad” ölkələr sırasına daxil edilib.
Maraqlıdır ki, Azərbaycan cəmi 1-2 bal artıq toplasa interneti daha yaxşı olan kateqoriyaya, “Qismən azad” ölkələr siyahısına düşə bilərdi.
Freedom House internet azadlığı reytinqini keyfiyyətli internetə əlçatanlıq və məhdudiyyətlərin olması, müstəqil tənzimləyici qurumun fəaliyyəti, internet trafikin, saytların və kontentin bloklanmasını, hüquqi bazanın mövcudluğu, internet istifadəçilərin hüquqlarının qorunması və izlənilməsi, internet resurslara kiber hücumlar və s. bu tip məsələləri dəyərləndirməklə müəyyən edir.
Dəyərləndirmə zamanı 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub.
Builki qiymətləndirmədə 10 bal "ən az azadlığı" olan ölkəni, 95 bal isə "ən çox azadlığı" olan ölkın göstərir.
Bu kriteriya ilə 10-39 bal arasında qiymət alan ölkələr interneti qeyri azad olan ölkələr, 40-70 arasında qiymət alan ölkələr qismən azad və 71-100 bal arasında qiymət alan ölkələr isə azad interneti olan ölkələr kateqoriyasına aid edilib.
Azərbaycan bu il Qazaxıstan, Rusiya və Belarusdan daha yüksək, 38 bal alıb. Ötən il Azərbaycan 35 bal toplamışdı.
Azərbaycanla bağlı hissələri oxudum. Xeyli mənbələrə istinadlar var. Hesabatda reallığı əks etdirənlər, həqiqətə uyğun olmayanlar və açıq-aşşkar ikili yanaşma tətbiq olunan hissələr də var.
Keçmiş sovetlər birliyindən yalnız Gürcüstan (78 bal) və Ermənistan (74 bal) interneti azad olan ölkələr siyahısına daxil ola bilib.
Ukrayna (59 bal) və Qırğızıstan (53 bal) interneti “Qismən azad” ölkələr sıyahısına daxil edilib
Qazaxısan (32 bal), Belarus (28 bal), Özbəkistan (27 ) və Rusiya (23 bal) ilə qeyri-azad interneti olan ölkələr sırasına daxil edilib.
Hesabata görə son bir ildə internet azadlığı 28 ölkədə pisləşib, 26 ölkədə yaxşılaşıb. Rusiya internet azadlığını daha çox məhdudlaşdıran ölkə olub.
Azərbaycan əvvəlki illərdən fərqli olaraq daha çox bu il qəbul edilmiş media haqqında qanunun məhdudlaşdırıcı müddəlarına görə pislənib.
Düşünürəm ki, Azərbaycan internetində müəyyən problemlər olsa da Freedom House təşkilatının bizi interneti “Azad olmayan” ölkələr sırasında daxil edilməsi, yumşaq desəm, ədalətli deyil.
Qurum Azərbaycanı “azad olmayan ” ölkə sırasına daxil edib, amma “Qismən azad” olan ölkələr sırasına baxanda görmək olar ki, ya açıq-aşkar Freedom House qərəzlidir, ya da metedologiyasında qüsurlar var.
Açıq-aşkar Azərbaycandan qat-qat pis vəziyyətdə olan, inkişaf etməyən, mühafizəkar internet mühiti olan ölkələr “Qismən azad” ölkələr sırasına daxil edilib.
Bu isə onu göstəri ki, son illərdə olduğu kimi, bu il də adı çəkilən qurum Azərbaycana qarşı ədalətli mövqe sərgiləmir, ikili yanaşmalara yol verir.
Bununla belə düşünürəm ki, Hesabatda Azərbaycan interneti ilə bağlı bir çox diqqət yetirməli , tənqidi məqamlar var ki, reallığı əks etdirir, onların araşdırılması və aradan qaldırılması vacibdir.
Fikrimcə səlahiyyəti qurumlarımızın Hesabatı incələməsi, qeyd olunan qüsurların təhlil edilməsi, qərəzli yanaşmalarla bağlı quruma müraciətlər edilməsi, əməkdaşlıq imkanlarının axtarılması daha doğru olardı.
Osman Gündüz
Teref.az
 
 

Ardını oxu...
Son zamanlar Azərbaycanda istər bəzi ictimai fəallar, istərsə də ayrı-ayrı vətəndaşlar şikayətlənirlər ki, istifadə etdikləri mobil nömrələrdən xəbərləri olmadan başqa şəxslər “WhatsApp” və “Telegram” kimi sosial şəbəkələrdə qeydiyyatdan keçiblər. Halbuki, sosial şəbəkələrdə hər hansı nömrədən qeydiyyatdan keçmək üçün həmin nömrəyə təsdiq kodu göndərilir. Bu kodu daxil etmədən qeydiyyatdan keçmək mümkünsüz sayılır. Şikayətlərə əsasən, təsdiq kodu o nömrəni işlədən şəxsin telefonuna gəlirsə, onu üçüncü şəxsin əldə etməsi müəmmalı görünür.

Hüquq müdafiəçisi Zəfər Əhmədov AzadlıqRadiosuna bildirib ki, iki gün əvvəl o da həmin halla rastlaşıb: “Bir dostumun xahişi ilə onun üçün öz adıma nömrə almışam. Dostum internetə çıxışı olmayan telefonu işlədir və heç bir sosial şəbəkədə yoxdur. İki gün əvvəl isə “Telegram” hesabıma bildiriş gəlib ki, dostum artıq həmin sosial şəbəkədə var. Özünə zəng vurub soruşdum, təəccüblə dedi ki, heç yerdə qeydiyyatdan keçməyib, amma bir neçə gün ardıcıl şəkildə onun telefonuna təsdiq kodları ilə mesajlar gəlirdi”.

Hüquq müdafiəçisi deyir ki, onun da sosial şəbəkələrdə olan hesabları bir neçə dəfə ələ keçirilib: “Yəqin ki, burda da hədəf mən idim, çünki nömrə mənim adımadır. Dostumun isə heç bir siyasi və ictimai fəaliyyəti yoxdur. Belə üsulla sosial şəbəkələrdə hesab açılırsa, güman ki, rəsmi qurumların və mobil operatorların bundan xəbəri olmamış olmaz”.

Bundan əvvəl də Bakıda bəzi fəallar etiraz aksiyaları ərəfəsində onların mobil nömrələrindən “Telegram” və “WhatsApp”da hesablar açılması ilə bağlı iddialar səsləndirmişdilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən isə “Turan”a bildirilib ki, vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir: “Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil”.

Vurğulanıb ki, qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə “WhatsApp” mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib: “Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib”.

Xidmətdən vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilib. Həmçinin, bu hallarla qarşılaşan şəxslərdən onlara məlumat vermələrini xahiş edirlər. Bildirilib ki, hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, burada aspektlərdən biri mobil telefonun qanunsuz paralel istifadəsidir: “Bu üsulla şəxsən mənim də hesabıma müdaxilə olunmuşdu. Mənə gələn kod paralel istifadə olunmuş və sistemə giriş olunmuşdu. Bu da onu göstərir ki, mobil operatorlar şəxsin sim-kartına gələn informasıyaları hansısa formada oxumağa icazə verən kənar müdaxilələrdən qoruya bilmirlər, ya da özləri buna imkan yaradırlar”.

Onun sözlərinə görə, ikinci səbəb isə hansısa xüsusi proqramlar ola bilər: “Həmin proqramlar yanıltıcı informasiyalar göndərir və həmin mesajlar hansısa formada virtual olaraq təsdiqlənir. Bu da texniki baxımından o qədər mümkün görünmür. Bu, mobil şəbəkə operatorlarının problemi kimi görünür”.

Ə.Məmmədli qeyd edib ki, Azərbaycanda mobil şəbəkələrin payçısı və ya böyük hissənin sahibi hökumət olduğu üçün hətta onun istəyi olmasa belə, məsuliyyəti var: “Bu problemlərdən kütləvi şəkildə şikayətlər varsa, amma obyektiv araşdırma aparılmırsa, o zaman burada şübhəli tərəf kimi hökumətin araşdırmama səbəbinin konkret arxasında duran məntiq bunu istəməməsi kimi görünə bilir”.

Şikayətlərə, hələlik, başqa maraqlı tərəflərdən, o cümlədən mobil operatorlardan münasibət almaq mümkün olmayıb.
 

Dünyapress TV

Xəbər lenti