Ardını oxu...
“Bu gün bir çox insanlar, ələxsus da jurnalistlər mənə sual verirlər ki, “niyə aktyor olmadınız?”. Mənim aktyor olmağa fikrim yox idi. Məktəbdə oxuyurdum, sakit təbiətli bir insan idim. O vaxt foto və video kameralar yayılmamışdı, çox nadir hallarda olurdu. Atam Həsən Seyidbəyli də çox tanınmış bir rejissor idi. Atam məni, bacı və qardaşımı filmə çəkdi ki, yadigar qalsın. Bizim heç nazımızla oynamadı çəkilişlərdə, hamı ilə necə, bizimlə də elə. Başa salırdı ki, filan şeyi belə etmək lazımdır, çəkiliş olanda biz də onun dediyini edirdik. Namiq gözəl obrazdır, saf insan idi. Bu gün baxanda da o saflığı, sakitliyi Namiqdə görürəm”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli rejissor Həsən Seyidbəylinin oğlu, “Bizim Cəbiş müəllim” filminin Namiqi-Ziya Seyidbəyli deyib. O daha sonra atası ilə bağlı xatirələrini bölüşüb.

“Atam gözəl ovçu idi, onunla birlikdə uşaqlıqdan ova gedirdik. Boş vaxtlarında tez-tez bağa gedirdik, bağımız Pirşağıda idi. Atam gözəl üzürdü, hətta o vaxt iki qız uşağı batarkən onları xilas etmişdi. Çox qonaqpərvər, zarafatcıl insan idi. Evimizdə çox tanınmış şəxsiyyətləri görmüşük” deyə o bildirib.

“Atanızın ən çox sevdiyiniz filmi hansıdır?” sualına isə müsahibimiz belə cavab verib.

“Mən atamın “Sən niyə susursan?”, “Telefonçu qız”, “Nəsimi” filmlərini sevirəm. O ssenariləri də özü yazırdı. Onun axırıncı əsəri “Xəzər” kitabının davamı idi. Ölümündən öncə o kitabı qurtarmışdı, amma davam etdirməmişdi. Atamın 90 illiyində Mədəniyyət nazirliyi həmin kitabı çap etdirdi” deyə o bildirib.
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində 4 Mb/s və 10 Mb/s tariflərini ləğv edərək, uyğun olaraq 15 Mb/s və 30 Mb/s paketinə keçiblər. Nəticədə, əvvəl 4 Mb/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 Mb/s tarifinin ödənişi 15 manata kimi artıb. Digər 10 Mb/s internet tarifi 30 Mb/s qədər artdığından qiymət də 12,5 manatdan 18 manata kimi artıb.

Qurumlar sürətin artdığını iddia etsə də, insanlar narazıdır. Onların fikrincə, sürətdə heç bir artım yoxdur. Bəs reallıqda necədir? İnternetin sürəti artırılıb deyə qiymətlər bahalaşıb?

Teref.az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İnformasiya texnologiyaları üzrə ekspert Fərrux Rəcəbli açıqlamasında bildirib ki, optik internet daha güclüdür:

“4 və 10 mb olan internet köhnə standartdır. Daha çox ev müştərilərinin istifadə etdiyi, telefon rabitə xətləri üzərindən verilən internetdir. Azərbaycanda köhnə internet standartı asimmetrik olaraq çalışırdı. Yəni endirmə və yükləmə sürətləri heç vaxt eyni olmurdu. “Aztelecom” və “Baktelecom” son illərdə ölkə, daha çox paytaxt ərazisində, demək olar ki, bütün mənzilləri optik internet- GPON texnologiyası ilə təmin etdilər. Optik kabellər və telefon xətti ilə verilən internet müqayisə oluna bilməz. Optik internetin həm endirmə, həm yükləmə tərəfləri daha əlverişlidir”.

Ekspertin fikrincə, internetin qiyməti elə də baha deyil:

“İnternet sürəti qalxacaqsa, qiymət də avtomatik olaraq qalxmalıdır. Böyük bir qiymət artımı müşahidə olunmur. Provayderlərin qiymətlərinə nəzər saldıqda görürük ki, standart qiymətlərdir. Sadəcə, internet texnologiyası, standartlar dəyişir, optik internetə keçirik deyə, qiymətlər də avtomatik olaraq qalxır. Telefonla verilən internetin qiymətinin provayderlərin qiymətlərindən aşağı olduğunu düşünürəm”.

F.Rəcəbli bildirdi ki, köhnə standart ilə yenisi arasında 5 dəfə sürət fərqi var:

“Düzdür, istifadəçilər deyirlər ki, keyfiyyətdə heç bir dəyişiklik yoxdur. Lakin bu, doğru yanaşma deyil. Çünki internetlə təmin olunmuş istənilən mənzilə yaxınlaşıb internetin sürətini test etsəniz, keyfiyyəti görəcəksiniz. Heç bir halda ola bilməz ki, əvvəlki ilə yeni internet standartı arasında minimum 5 dəfə fərq olmasın”.

İT mütəxəssisi qeyd etdi ki, internetin sürətinin qaldırılmasına ehtiyac var idi:

“Artıq yüksək sürətli internetdən istifadə etmək lazımdır. Ev əşyalarımızın bir çoxunun internetə çıxışı var. Smart tv və digər ev əşyaları işlədirik. Yüksək sürəti də yalnız optik internet verə bilir. Gələcəkdə hətta bundan qat-qat üstün internet sürətinə ehtiyac olacaq”.

F.Rəcəblinin sözlərinə görə, gələcəkdə internetin sürəti artırılarsa, qiymətlər də bahalaşmalıdır:

“Bu gün evlərə verilən internetin sürəti 15-20 mb-dən başlayırsa, ola bilər 5-10 il sonra 100 mb-dən başlayıb gb və tb-lərə qədər qalxa bilər. Əlbəttə, bu zaman internet xidmətinin ödənişi də qalxacaq. Bu da normaldır. Lakin düşünürəm ki, provayderlər ev istifadəçilərinin internetə ödəyə biləcəkləri büdcələri artıq bilirlər. Buna görə də internet sürətində dəyişiklik olsa da, çalışacaqlar ki, ödənişlərdə yüksək artımlar olmasın”.

İT mütəxəssisi Emin Qasımovun fikrincə isə, internetin sürətinin artırılması üçün kabellər dəyişməlidir:

“Sadə telefon kabeli - ADS xətti ilə maksimum 7.5 - 8 mb/s sürət vermək olur. Əgər fiberoptik kabellər çəkilməyibsə, sürət 7,5-8 mb keçə bilməz. Çünki sadə telefon kabeli bunu dəstəkləyə bilmir. İnternetin sürətini hələ test etmək imkanım olmayıb. Amma inanmıram ki, adi telefon kabeli ilə 6 mb/s çox sürət verə bilsinlər. İnternetin sürətinin artırılması üçün ölkə üzrə kabellər yenilənməlidir. Deyirlər ki, sürət artırsa, qiymət qalxır, xeyr, belə deyil. Yaxın xarici ölkələrdə provayderlər sürəti hər dəfə qaldırırlar, lakin çox az hallarda qiymətdə dəyişiklik olur”.

E.Qasımov bildirdi ki, faylların həcmi artdığına görə internetin sürətinin daha da artımına ehtiyac var:

“Sürətin artımı çox gözəldir. Hamı evdə, işdə internetdən istifadə edərək videolara baxmaq, proqramlar yükləmək istəyir. İnsanların boşuna əsəb keçirməmələri üçün internet sürətinin yüksək olması yaxşıdır. Düşünürəm ki, sürətin daha da artmağı şərtdir. Çünki 5 il əvvəl ilə müqayisədə faylların həcmi böyüyüb. Əgər əvvəl bir video 20 mb idisə, indi 500-900 mb-dir. Həcmin böyüməsi videoların keyfiyyətinin artması ilə bağlıdır. Keyfiyyət artırsa, faylların həcmi də artır. Bu, yalnız video yox, bütün fayllara aiddir”.

Mütəxəssisin sözlərinə görə, telefon xətti ilə internetdənsə provayderlərə qoşulmaq daha yaxşıdır:

“Məsləhət görərdim ki, insanlar evlərinə fiberoptik internet çəksinlər. Bu, daha ucuzdur. Bizdə yetərincə provayderlər var və onlar 40-60 mb-i fiberoptik kabellə daha ucuz və keyfiyyətli sürətlə verirlər”.
 
 
 
Ardını oxu...
Rusiya silahlı qüvvələrinin nəzarətində olan Zaporojye AES elektrik şəbəkəsindən ayrılıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) stansiyada daimi əsasda fəaliyyət göstərən əməkdaşları məlumat verib.

Bununla yanaşı, fəaliyyətdə olan 2 reaktordan biri dayandırılıb. Digər reaktor isə yalnız stansiyanın zəruri ehtiyaclarını ödəmək üçün işləyir. Bu ehtiyaclara ilk növbədə reaktorların soyudulması, işıqlandırma və təhlükəsizlik sistemlərinin işləməsi daxildir.

Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES martın 4-də Rusiyanın nəzarətinə keçib.

 
 

Ardını oxu...
Ceyms Uebb orbital teleskopu Günəş sistemindən kənarda olan planetin ilk birbaşa təsvirini əldə edib.


Bu barədə cümə axşamı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.

Məlumata görə, ekzoplanet qaz nəhəngidir və onun sərt səthi yoxdur. Planet yaşayış üçün əlverişli deyil.

Söhbət 2017-ci ildə kəşf edilmiş HIP 65426 b ekzoplanetindən gedir. Onun kütləsi Yupiterin kütləsindən 6-12 dəfə çoxdur. Göy cisminin yaşının 15-20 milyon il olduğu təxmin edilir.

Mənbə: aif.ru
 
Ardını oxu...
Kaliforniya (ABŞ) sakini avtomobilin texniki nasazlığına görə "Tesla"ya qarşı iddia qaldırıb və iddiasının sinif davası statusu alacağına ümid etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

İddia ABŞ-ın Kaliforniya ştatının Şimal Bölgəsi üzrə Dairə Məhkəməsində qaldırılıb və Xose Alvarez Toledonu Bursor & Fisher təmsil edir. Hüquqşünasların sözlərinə görə, onların müştərisi bir neçə dəfə "Tesla Model 3"ün fantom tormozlanması, avtopilotda hərəkət edən elektrik avtomobilinin qəfil və heç bir səbəb olmadan sürətini azaltması halları ilə qarşılaşıb.

Kritik qüsur aşkar edən iddiaçı hesab edir ki, belə bir problem əsas zəmanətlə əhatə olunmalıdır - şirkət üç il ərzində və ya 50.000 mil məsafəyə çatdıqdan sonra pulsuz təmir etməli idi. Təmir xərcləri əhəmiyyətli ola bilər və heç bir ağlabatan istehlakçı bunları gözləmir.

Zərərçəkənin sözlərinə görə, Tesla qüsurdan xəbərdar idi, lakin geri çağırma kampaniyasına başlamadı və avadanlığı pulsuz əvəz etməkdən imtina etdi.
Ardını oxu...
İngiltərədən olan 11 yaşlı Kevin Suini IQ-da Stiven Hokinq və Albert Eynşteyni üstələyib.

Məlumata görə, məktəblinin nəticəsi 162 xal olub. Adıçəkilən alimlərdə IQ səviyyəsi 160 xaldır.

Uşağın atası övladı ilə fəxr etdiyini və onu dünyanın ən ağıllı uşağı hesab etdiyini bildirib. Ata, bu nailiyyətinin Kevinin özünə hörmətini yüksəldəcəyinə və daha qətiyyətli edəcəyinə ümidini ifadə edib.

O da bildirilir ki, məktəblinin yüksək performansı valideynləri üçün sürpriz olmayıb: Suini altı yaşında olanda artıq Mendeleyevin dövri cədvəlini əzbər bilib.

“Kevinin həyatda öz problemləri var. Biz ona tam potensialına çatmaqda kömək etmək və həyatda bütün imkanları təmin etmək istəyirik”, - deyə uşağın anası bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: LADBible
 
Ardını oxu...
Haker qrupu internetdə NATO-nun müasir silahları barədə məxfi sənədlərin satışı ilə məşğuldur.

BBC-nin verdiyi xəbərə görə, sənədlərdə müasir silahlar və NATO-ya üzv ölkələrin Pribaltikada manevrləri barədə məlumatlar var.

Hakerlərə mənzil qərargahı Fransada yerləşən böyük silah istehsalı şirkətinin - “MBDA Missile Systems”-nin sənədlərini əldə etmək müyəssər olub. “MBDA Missile Systems” şirkəti informasiyaların oğurlandığını təsdiqləyib.

Hazırda NATO mütəxəssisləri məlumat sızıntısının masştabını və onun nəticələrini proqnozlaşdırırlar.
 
Ardını oxu...
İlk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetdə karbon qazı (CO2) aşkar edilib.

Teleqraf.com xəbər verir ki, kabon qazı 700 işıq ili uzaqlıqda Saturn böyüklüyündə olan bir planetin atmosferində müəyyən olunub.

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Ceyms Uebb” teleskopu tərəfindən edilən kəşf planetin necə əmələ gəldiyinə dair ipucları da verir. Nəticə həm də “Uebb”in planetin həyat üçün potensial imkanlarını göstərə bilən metan və ammonyak kimi bir sıra digər qazları nə qədər tez müəyyən edə bildiyini də göstərir.

Astronomlar yeni teleskopla ilk ekzoplanet müşahidələri üçün ulduzunun Merkuridən daha dar orbitində hər 4 gündə bir dövr edən isti qaz nəhəngi WASP-39b-ni seçiblər. Uzun müddətdir bu planeti tədqiq edən komanda teleskopdan ilk məlumatları iyulun 10-da alıb. Məlumatlar tədqiq edildikdə, planetdə karbon qazının olduğu anlaşılıb.

Ardını oxu...

Tədqiqat üçün “Ceyms Uebb”in infraqırmızı spektroqrafından (NIRSpec) istifadə edərək, komanda 4.1-4.6 mikron dalğa uzunluğu arasında spektrdə karbon qazına uyğun gələn bir qabarıqlıq aşkar edib. “Uebb”in yeni müşahidələri bir ekzoplanet üçün indiyə qədər ölçülən 3-5.5 mikron arasındakı rənglər üçün xas olan parlaqlıqlardakı ən kiçik fərqləri tuta bilir.

Qaz buluduna görə WASP-39b planetində Yer kürəsindəkinə bənzər həyat formasının olmadığı düşünülür. Yenə də elm adamları başqa bir planetin atmosferində CO2 kəşfinin yerdənkənar həyatın kimyəvi bioizləyicilərini tapmaq yolunda mühüm addım olduğunu düşünürlər.

“Ceyms Uebb” daha kiçik, məsələn, Neptun boyda və potensial olaraq Yerə bənzər ölçüdə olan torpaqlı planetlərdə daha çox qaz aşkar edəcəyini vəd edir, amma texniki cəhətdən həyatın olub-olmadığını təsdiqləmək hələlik mümkün deyil.
 
Ardını oxu...
Hazırda oxunan: 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
Qatlanan smartfon həvəskarlarının ən böyük narahatlıqlarından biri həmişə ekranın davamlılığı olub. Bu başa düşüləndir: qatlanan smartfonların daimi istifadəsi ilə tez sıradan çıxma, ekranın zədələnməsi və digər oxşar problemlər riski var. Buna görə də bu yaxınlarda təqdim olunan yeni devayslar - Samsung Galaxy Z Fold4 və Galaxy Z Flip4-də işlərin necə olduğunu öyrənmək maraqlı idi.

Galaxy Z Fold4 üzərində işləyərək, Samsung, smartfondan planşetə çevrilmə üçün məsul olan menteşənin təkmilləşdirilməsi işinə daha çox diqqət yetirdi. 200.000-dən çox bükülmə və açılma testi smartfonun konstruksiyasının nə qədər mükəmməl olduğunu bir daha nümayiş etdirdi.

Galaxy Z Flip4-ə gəlincə, Samsung iddia edir ki, o, təxminən beş il ərzində hər gün 100 qata bərabər olan "200.000 qatlamaya" dözə bilir. Hamar açılışa baxmayaraq, menteşə hələ də zəif hiss etməmək üçün kifayət qədər müqavimətə malikdir. Müqavimət də cihazı müxtəlif bucaqlarda yerləşdirmək üçün kifayətdir.



Həm Galaxy Z Fold4, həm də Galaxy Z Flip4, Armor Aluminium və Corning© Gorilla© Glass© kimi materiallardan hazırlandıqları üçün Galaxy cihazlarından ən davamlısıdır. Bu, zədə və cızıqlardan narahat olmadan telefonunuzu bütün hallarda istifadə etməyə imkan verir.

Galaxy Z Fold və Galaxy Z Flip 4 IPX8 reytinqinə malikdir və dünyada yeganə suya davamlı qatlanan smartfonlardır.



Təbii ki, həm Galaxy Z Fold4, həm də Galaxy Z Flip4 açılmamış halda mümkün qədər funksional və işləkdir, lakin bu smartfonlarla qarşılıqlı əlaqədən tam həzz almaq üçün onlardan maksimum istifadə etmək lazımdır. Məhz bu amil, eləcə də əvvəlki modellər - Galaxy Z Fold3 və Galaxy Z Flip3 üzərində iş təcrübəsi yeni modellərin funksional təkmilləşdirilməsi üçün əsas bünövrəsi oldu.

Bununla belə, heç kim xoşagəlməz hadisələrdən tam olaraq sığorta oluna bilməz, çünki ən ideal texnika belə sıradan çıxa bilər. Buna görə də Galaxy Z Fold4 və Galaxy Z Flip4 modellərini öncədən sifariş edən hər kəs (öncədən sifarişlər sentyabrın 2-nə kimi Azərbaycanda Samsung-un rəsmi distribyutorlarında edilə bilər) Samsung Care+ Eksklyüziv Daxili Displeyin Zəmanətini əldə edəcək.

Bu, bir ilə qədər ekranın mexaniki zədələnməsinə qarşı qorunma proqramı seçimi ilə standart zəmanətdən kənar əlavə cihaz qorunmasıdır. Dəstək və xidmət Samsung-un səlahiyyətli xidmət mərkəzləri şəbəkəsi və Samsung-un vahid dəstək xidməti tərəfindən təmin edilir. Bu zəmanət sayəsində siz hissələr üçün deyil, yalnız xidmətin özü üçün ödəyirsiniz. Bundan əlavə, öncədən sifariş edən hər kəs hədiyyə olaraq, Galaxy Watch4 smart saatını əldə edəcək.

Yeni Samsung cihazları haqqında daha ətraflı məlumatı Samsung Azərbaycan şirkətinin rəsmi internet saytından – www.samsung.com/az-da əldə etmək olar.

"Samsung Azərbaycan” YouTube kanalında Samsung Galaxy Z Fold4 və Z Flip4 telefonlarının təqdimatı

 
Ardını oxu...
ABŞ Aerokosmik Agentliyi NASA-nın “James Webb” teleskopu Günəş sistemindən kənardakı ekzoplanetdə karbon qazı (CO2) aşkarlayıb.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, atmosferində qaz olan bu ekzoplanetdə temperatur yüksək olduğu üçün həyat mümkün deyil. Lakin tapıntı astronomlarda şərait baxımından Yerə bənzəyən planetlərin aşkarlanması ümidini artırır.

Sözügedən ekzoplanet 2011-ci ildə aşkar edilib və şərti adı “WASP-39 b”dir. Bu səma cismi Yerdən 700 işıq ili məsafədə yerləşir və vaxtaşırı olaraq öz günəşinin qarşısından keçir. Müşahidələr də məhz bu zaman aparılır.

“Hubble” və “Spitzer” kosmik teleskopları ekzoplanetin atmosferində su buxarı, natrium və kalium aşkar etmişdi. Lakin “James Webb”in həssaslığı daha yüksək olduğundan karbon qazını aşkar etməyə müvəffəq olub.

Cons Hopkins Universitetinin əməkdaşı Zəfər Rüstəmqulov bildirib ki, sonuncu tapıntı astronomiyada yeni bir mərhələyə keçildiyini xəbər verir.
 
 
 

Dünyapress TV

Xəbər lenti