Ardını oxu...
"Whatsapp" sosial şəbəkəsi mesajları redaktə etmək funksiyasını istifadəyə verəcək.

Teref.Az lent.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" saytı məlumat yayıb.

Belə ki, bu proses artıq uzun müddətdir sınaqdan keçirilirdi. Amma artıq rəsmi olaraq istifadəyə verilməsi dəqiqləşib.

Məlumata görə, yeni funksiyanın köməyi ilə mesajın göndərilməsindən sonra 15 dəqiqə ərzində onu redaktə etmək mümkün olacaq. Yenilik hələ ki, Androidlərin beta versiyası üçün aktivdir.

Xatırladaq ki, bu funksiya "Telegram" sosial şəbəkəsində xeyli vaxtdır ki, mövcuddur.
 
Ardını oxu...
Smartfon istifadəçisinin mobil tətbiqi yükləyərkən verdiyi icazələr risklidir.

Bu barədə Rusiyanın “KiberTəhlükəsizlik Mərkəzi” MMC-nin direktoru Vyaçeslav Demin xəbərdarıq edib.

Onun sözlərinə görə, belə icazələr smartfonun sahibi haqqında məlumat toplamağa və cihazda saxlanan məlumatlara daxil olmağa imkan verir.

Ekspert bunlardan ən təhlükəlisini administrator hüquqlarını göstərib, çünki bu proqram üçün telefona və onun fayllarına tam giriş imkanı verir.
Mütəxəssis bildirib ki, daxili yaddaşa oxumaq imkanı istəyən tətbiq qapalı yaddaşa girişi nəzərdə tutur.

“Zənglərə və SMS-lərə giriş icazəsi tətbiqə zəng jurnalını oxumaq və zəng etmək, SMS oxumaq və göndərmək imkanı verir. Həmçinin kontaktlara giriş - kontaktlar haqqında məlumat əldə etmək, mikrofona daxil olmaq - mikrofondan səs yazmaq, geolokasiyaya daxil olmaq isə cihazın sahibinin yerini öyrənmək imkanı verir”, - deyə o, davam edib.

Zərərli funksionallıq adətən hazırlanarkən müəyyən səhvlər buraxılan məşhur xidmətlərə daxil edilir. Mütəxəssis bu vəziyyətdə dələduzun qurbanın məlumatlarını oğurlaya biləcəyini vurğulayıb.

“Tətbiqlərdə reklam görünərsə, telefonun özünün ödənişli poçt siyahılarına abunə olduğunu və reklam saytlarına baş çəkdiyini görsəniz, bu, sizin zərərli proqramınızın olduğuna işarədir”, - deyə mütəxəssis xəbərdarlıq edib.

O, proqramları quraşdırarkən istifadəçi rəylərinə, yükləmələrin sayına və tərtibatçının məşhurluğuna diqqət yetirməyi tövsiyə edib.

Bundan əlavə, Demin smartfonda antivirus proqramlarından istifadə etməyi məsləhət görüb.

Mənbə: Sputnik
 
 
 
Ardını oxu...
“Anqara-1.2” yüngül daşıyıcı raketi hərbi maraqlar çərçivəsində “Kosmos-2560” peykini orbitə çıxarıb.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Plesetsk Dövlət Sınaq Kosmodromundan Aerokosmik Qüvvələrin kosmik qoşunlarının döyüş ekipajları tərəfindən buraxılan “Kosmos-2560” kosmik gəmisi təxmin edilən vaxtda hədəf orbitinə çıxarılıb və Rusiya Müdafiə Nazirliyinin yerüstü vasitələri ilə müşayiət üçün qəbul edilib”, - hərbi idarə bildirib.

Peyklə sabit telemetrik əlaqə qorunur, onun göyərtə sistemləri normal işləyir.
 
Ardını oxu...
Gəlmiş getmiş vəzirlərin ən ustalarından biri və... hiyləgəri... əlbəttə, böyük şair və alim...
Azərbaycan tarix elmi milli şəxsiyyətlərini öyrənməyib və öyrənmir. Azərbaycanda bioqraf-alim yoxdur. Az-az olan tədqiqatlar isə ictimai şüura mal olmur. İctimai şüura mal olmağın bir yolu var: tədris. Onu da etmirlər, dərsliklərimiz əsasən məhd edir. Yarıkreml-yarıazərbaycan siyasətinə uyğun olanları dərsliklərə salıb göylərə qaldırır, ayıblarını ört-basdır edir və bununla da tarixi şəxsiyyətlər haqqında yanlış fikirlərə meydan açılır. Eynilə sovet dövründə olduğu kimi... lakin bir qədər aşkar, fəal və gerçək biliklərə söykənməyən zəvzəkliklər şəklində...
Vaqif gerçəkdən öyrənilməyə dəyən şəxsiyyətdir. Yaradıcılığı çox araşdırılıb, əsərləri nəşr edirlib, dərsliklərə salınıb. Lakin siyasi kimliyi öyrənilməyib. Baxıram, hər kəs ürəyi istəyəni danışır: rusofil, xəyanətkar, satqın... və s.
Çox yanlış!!!
Vaqif Qazaxdan qaçıbmı, gəlibmi (dəqiq bilinmir) Şuşa qalasına, daha doğrusu ətraf kəndlərdən birinə sığınmışdı, müəllimlik-mollalıq edirdi. Əlbəttə, Qarabağdakı bu ilkin fəaliyyəti onun ranqından çox aşağı idi, çünkü o, alim idi. Məhz bu elmi onu saraya qədər apardı və vəzir etdi. Xanı ələ aldı, üzərində etkisi oldu və dövlətin mühüm adamına çevrildi. Daha doğrusu, İbrahim xanın dörd ən yaxın adamından biri oldu.
Dövlətin başına keçmək min oyundan, keçir. Vaqif bütün oyunlarda uğur qazandı. Çünkü elm sahibi idi, usta siyasətçi idi, hiyləgər idi. Vəzir olduğu - qılıncının dalı-qabağı kəsən vaxtlarda əlindən gələni əsirgəmədi, hər cür əməldən çıxdı. Həm əxlaqi, həm siyasi mənada.
Batil işləri də vardı, nücum elmində və digər qara işlərdə, rəqiblərini məhv etməkdə usta idi.
Deyilənə görə Qala camaatı onun qara əməllərini yaxşı bilir və ölümündən 100 sonra da ona lənət oxuyurdu... əlbəttə bu, şifahi tarixdir, ağızdan ağıza gəlmiş Qala hekayələridir...
Lakin İbrahim xan ona inanırdı. Bu da vəzir Vaqif üçün yetərli idi.
Amma satqındı, xəyanətkardı, rusa işləyirdi... bunlar çox cılız fikirlərdir. Vaqif Tehrana tabe olmaq istəməyən bir Qarabağ xanlığının vəziri idi. Vaqifin vəzir olduğu dövrdə Qarabağ əhlindən kimsə Tehrana tabe olmaq istəmirdi. Azadlıq istəyirdi. Hesab edin 88-90-cı illərin Azərbaycanı kimi, bu günkü Ukrayna kimi.
Bu istək həmin tarixi şəraitə, mövcud gücə uyğun idimi, deyildimi bu, başqa söhbət... Mütləq bir həqiqət o idi ki, Qafqazın türk xanlıqları İrandan - Tehrandan idarə olunmaq istəmirdilər, vəssalam. Rusu isə hələ tanımırdılar, şilləsini yeməmişdilər. O da eynilə Qərbin Azərbaycana demokratiya gətirəcəyinə inanan indiki kəsim kimi... o xalqın xəbəri yox idi rus işğal cinayətlərindən, internet filan yox idi, indikilər dünyanı görə-görə - İraqı, Suriyanı, Afrikanı görə- görə öz fantaziyalarına inanırlarsa... daha nə sözümüz var...
Nə isə...
Qafqaz çox müsibət yaşamışdı. Tehranda taxta çıxan Qafqaza arxa baxçası kimi baxırdı. Əlbəttə, mərkəzi dövlət filan deyənlər olacaq. Və haqsız da olmayacaqlar. Amma bu da başqa konu...
Keçək vəzir Vaqifə...
Vaqifi Tiflisə rus heyətlə görüşməyə xan göndərmişdi, özbaşına getməmişdi... əvvəlki məktubu da xanın göstərişi ilə yazmışdı. Həmin xan başqa bir vəziri, mənim ulu babam Seyid Əli Məhəmməd ağanı da Osmanlıya göndərmişdi. Xan vəzirin birini ora, birini bura göndərib yardım istəyirdi... bu, çarəsizlikdən doğan siyasət idi, dövlət maraqları idi. Bir qardaşdan qorunmaq üçün o biri qardaşdan, hətta kafir dediyindən imdad istəyirdi. Dövlətlər tarixində belə faktlar saysız -hesabsızdır...
Rus şahı Vaqifə əsa göndərmiş, Qacar şah da gələn kimi səni asacam demişdi. Adam nə etməliydi? Xan da, xalq da( çoxluq) üzünü Qərbə tutmuşdu. Bu, yanlış idi, doğru idi, nəticələri nə oldu... bu, başqa söhbət... amma o zaman ictimai düşüncə o idi...
Dövrün belə bir müərkkəb vəziyyəti o qədər gərgin, qaranlıq, sirli, eləcə də həyəcanlı və maraqlıdır ki... yalnız tarixi bilməyənlər və bu siyasi intriqaları hiss etməyənlər rahatca satqındı, xaindi deyə bilər və Vaqifi Nərimanovla, Ayna Sultanova ilə bir tutarlar...
Vaqif öz dövlətinin, vəziri olduğu səltənətin yanında idi... düzdür, öz oyunu, hiyləsi, qara sərgüzəştləri və hər əməli vardı... lakin bütün bunlarla yanaşı Vaqif - əgər bioqrafiyası doğru-düzgün öyrənilərsə - çox maraqlı tarixi şəxsiyyətdir. Dövrün böyük vəzirlərindən biridir.
Bir dəfə yazmışdım, bir daha təkrar edirəm, Vaqifi şair kimi sevənlər onu dövlət adamı kimi tanısalar... gözlərində yeni dünya açılar...
O ki qaldı Şuşa qalasında Vaqifin heykəlinin qoyulmasına...
O qalada öncə Pənah xanın, ən çox da İbrahim xanın heykəli olmalıdır. Amma hələ qoyulmaz, fikrindəyəm. Çünkü bu heykəlin ətəyində yazılmalıdır ki, İbrahim xanı rus hərbi qatil mayor Lisaneviç gecə yatdığı yerdə əhli-əyalı ilə, azyaşlı uşaqları ilə vəhşi heyvan kimi hücüm edib qətlə yetirdi. Sonra da görk üçün parça-tikə edib doğradı... rus zabitin bir qatil olduğu yazılsın gərək o heykəlin lövhəsində.
O üzdən Vaqif daha loyal görünüb hər zaman Kremlə... türbəsi filanı ucaldılıb. Sovet ideologiyası Vaqifdən rusofil uydurub. Özümüzdən özümüzə düşmən yaradıb, özümüzü özümüzlə vurub. Rusun təbəəliyi Vaqifin nəyinə lazım idi, Vaqif mütləq hakimiyyətinin qorunması peşində idi... yenə deyirəm, nəticə nə oldu, bu, artıq başqa konu...
Belə... tarixi şəxsiyyətlərimiz öyrənək... bu, bizim kimlik tariximizdir...
Vaqif də, İbrahim xan da, Nərimanov da... bizim sələflərimizdir... sadəcə biri belə, biri elə... nə kəsiləsidi, nə atılası...
Teref.az
 
Ardını oxu...
"Təcili olaraq həm iOS-da həm Android-də "WhatsApp"ı yeniləyin!".
Bakupost.az xəbər verir ki, bu barədə İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas xəbərdarlıq edib.

O bildirib ki, köhnə versiyalarda olan bir boşluqla hakerlər smartfonun idarəsini ələ ala bilir:

"Yəni, sizə bir video göndərilir və o video ilə bütün smartfonun idarəsi keçir qarşı tərəfə. Ümumiyyətlə, məşhur "Pegasus" hadisələrində də "WhatsApp"ın bu boşluğu gündəmdə idi. "WhatsApp" son aylarda təhlükəsizliyi təmin edə bilmir. Meta başını "metaverse" mözularından biraz açsa, istifadəçilərin təhlükəsizliyini də qoruyardı".


Ekspert, həmçinin "WhatsApp Premium"un da gələcəyini xatırladıb: "WhatsApp"da pullu xidmətlər olacaq".
 
Ardını oxu...
“Lansweeper” adlı şirkət tərəffindən tərtib edilmiş statistika kompüterlərin 42 faizinin “Windows 11”-ə keçid edə bilməyiblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin kompüterlər faktiki olaraq “Windows 11” üçün lazımi sistem tələblərinə sahib deyillər.

Buna görə də sözügedən əməliyyat sisteminə kimi yenilənə bilmirlər. Bir il bundan öncə bu göstərici 57.26% təşkil edirdi. Əsasən bu kompüterlərin “Windows 11”ə kimi yenilənmələrini əngəlləyən əsas səbəb çatışmayan RAM yaddaşıdır.
 
Ardını oxu...
“Facebook”un sahibi olan “Meta” şirkətinin təhlükəsizlik mütəxəssisləri sosial media məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş 400 Android və iOS tətbiqinin aşkarlanması barədə istifadəçiləri xəbərdar ediblər.

Məsələ ondadır ki, aşkar edilmiş bütün proqramlar yalnız “Facebook” hesabı vasitəsilə avtorizasiya təklif edir, bundan sonra istifadəçinin şəxsi məlumatlarını oğurlayırlar.

Tətbiqlər əsasən foto redaktoru kimi maskalanır (46%), həmçinin bəzi hallarda özlərini həyat tərzi cəmiyyətləri kimi də təqdim edirlər.

Tətbiqlərin zərərli nüsxələri çoxlu saxta müsbət rəylərə sahibdir.

“Meta” təxminən 1 milyon istifadəçinin bu proqramlardan əziyyət çəkə biləcəyini təxmin edib.
 
Ardını oxu...
ABŞ Çinin 31 texnoloji şirkətini ixracat məhdudiyyətləri olan siyahıya daxil edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Ticarət Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, həmin şirkətlərin fəaliyyətində “xoş məramlılığı” müəyənləşdirmək mümkün olmayıb. Bildirilib ki, bu səbəbdən də Sənaye və Təhlükəsizlik Bürosu ixracın idarə olunması qaydalarına düzəlişlər edərək, təsdiqlənməmiş şəxslər siyahısına 31 strukturu əlavə edib.
 
Ardını oxu...
Amerikanın “Google” şirkəti ilk dəfə olaraq “Pixel Watch” smart saatlarının ilk modelini rəsmi olaraq təqdim etdi.

Qeyd olunur ki, qadcet dəyirmi forma və paslanmayan polad korpusa malikdir. Onu idarə etmək üçün digər şirkətlərin ağıllı saatları kimi çarx və düymədən istifadə olunur.

Cihazın daxilində 2 GB RAM ilə Exynos 9110 çipi quraşdırılıb.

“Pixel Watch” “Wear OS 3.5” ilə işləyir və daxili səs köməkçisinə malikdir. Yenilik Fitbit xidmətləri ilə inteqrasiya, həmçinin sahibinin fiziki fəaliyyətini izləmək imkanı əldə edib.

Saatın daxili batareyası 24 saat fasiləsiz işləməyə imkan verir. Sürətli doldurma yarım saat ərzində enerjinin 50%-ni bərpa edir.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Сənubi Koreya 1100 metr dərinlikdə unikal laboratoriya inşa edib. Burada alimlər kainatın sirlərini araşdırmağa hazırlaşırlar.

Koreyanın Əsas Elmlər İnstitutu yeni laboratoriyanın ölkənin ən dərin yeraltı tədqiqat mərkəzi olduğunu bildirib. Laboratoriya Şərqi Qanqvon-do əyalətindəki Yemi dağının altında yerləşir. Lakin mərkəz yalnız gələn il açılacaq.

Laboratoriya 3000 kvadratmetr sahəyə malikdir. Burada eyni vaxtda 10-dan çox eksperimental tədqiqat apara bilir.

21,8 milyon dollarlıq layihə 2017-ci ildə başlayıb. Onun inşası qaranlıq maddəni aşkar edərək, eləcə də neytrinoların kütləsini ölçməklə kainatın yaradılmasını və tərkibini araşdırmaq məqsədi daşıyır.

Alimlər izah ediblər ki, yeraltı laboratoriya tədqiqatçılara bu az tanınan materiallardan gələn siqnalları fon səs-küyü və ya kənardan gələn şüalar olmadan aşkar etməyə kömək edəcək. (Mənbə: rbc.ua)
 
 
 

Dünyapress TV

Xəbər lenti