Taksi şirkətləri sərnişinlərin məlumatlarını xaricə ötürürlər -
Taksi sifarişi operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

"Sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqında məlumatlar, hərəkət trayektorları barədə bütün məlumatlar əksər hallarda ölkə xaricinə ötürülür. Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90%-i bu platformalar üzərindən fəaliyyət göstərir", - deyə o qeyd edib.

Komitə sədri burğulayıb ki, taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişirinlərin isə şikayəti çoxalmaqdadır.

O əlavə edib ki, Bakıda istifadə olunan taksi gedişlərinin 60 %-i 1,5-3 km məsafə üçün istifadə olunur: “İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır, son bir ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması da diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. 15 milyon əhalisi olan İstanbulda taksi sayı üçün kvota var, bu il 17 325 ədəd müəyyən edilib, 2,4 milyon əhalisi olan Bakıda da 28 min taksi var. Yəni İstanbulda 865 nəfərə, Bakıda isə 85 nəfərə 1 taksi düşür".

Deputat bildirib ki, avtobus hesab edilməyən və taksi olmayan nəqliyyat vasitələri ilə şərnişin daşımaları fəaliyyəti tənzimlənmir: “Daşımalar haqqında tənzimləyici qurumda məlumatlar olmadığından ictimai nəqliyyatın inkişafı ilə bağlı data əsaslı qərarlar qəbul etmək imkan mümkün deyil. İcazə blanklarınından istifadə qaydalarının pozulması ilə bağlı normalar olmadığından sui-istifadə hallarının aradan qaldırılması çətinlik yaradır. Daşıyıcıların və sürcülərin peşəkarlıq səviyyəsi mövcud münasibətlər sisteminin tələblərinə uyğun deyil"./Teleqraf

Dünyapress TV

Xəbər lenti