Çin Yerin ən dərin deşiklərindən birinin qazıntısına başlayıb, bu, nəyə lazımdır?
"Layihənin məqsədi Yerin daxili quruluşu və təkamülünün öyrənilməsidir..."
"Çinin qazmanın aparıldığı Sintszyan regionu faydalı qazıntılar və neft yataqları ilə zəngindir..."
Çinin şimal-qərbindəki səhrada Sintszyan regionunda ölkədə ən dərin quyunun qazıntısına başlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə dövlət "Sinxua" agentliyi məlumat yayıb.
Bu quyu alimlərə geoelmi tədqiqatların gedişində Yerin daxili quruluşunu və təkamülünü öyrənməyə imkan verəcək.
Plana uyğun olaraq, dərinliyi 11 100 metr olan, 10 qitə qatlarından keçən və Yer qabığında 145 milyon illər ərzində süxurların toplandığı dayaz sistemə çatan dar şaxta qazılacaq.
Çinin "Yerin dərin tədqiqatlarında görkəmli mərhələ" adlandırdığı layihənin 457 günə başa çatdırılması planlaşdırılır.
Qazma üçün çəkisi 2 min ton olan avadanlıqdan istifadə edilir. O, Selsi üzrə 200 dərəcəyədək hərarətə və Yer səthində olandan 1300 dəfə çox atmosfer təzyiqinə hesablanıb.
Qazmaya həm də yerli iqlim mane olur, layihə ən isti və quru səhrada gerçəkləşdirilir. Texniki ekspert Van Çunşen qazmanın mürəkkəbliyini nazik polad tros üzərində böyük yük maşınının hərəkəti ilə müqayisə edib.
Qazmanın həyata keçirildiyi Çinin Sintszyan regionu faydalı qazıntılar və neft yataqları ilə zəngindir.
Mayın əvvəlində Çinin "Sinopec" ən iri neft emalı şirkəti Tarımsk hövzəsində kəşfiyyat quyusunda səthin altında 8500 metr dərinliyində xeyli neft və qaz axınları aşkar edib.
Yer kürəsində ən dərin quyu ifrat dərin Kol və ya SQ-3 quyusudur, Rusiyada Murmansk vilayətinin Nikel qəsəbəsindən 15 km şərqə və Zapolyarnı şəhərindən 12 km qərbə doğru yerləşir.
1990-cı ildə onun dərinliyi 12 km 262 metrə çatıb. Bu rəqəmi planetimizin diametri ilə müqayisə etsək, bunun Yerin mərkəzinə gedən yolun cəmi 0, 2 faizi olduğu müəyyən ediləcək.