Ardını oxu...
Alimlər niyə hələ də yadplanetlilərlə rastlaşmamışıq sualına cavab axtarırlar

Tədqiqatçılar hesab edirlər ki, Yer yadplanetlilər üçün sadəcə maraqlı deyil.

Yerusəlimdəki universitetlərdən birinin astrofiziki Amri Vandel bəşəriyyətin niyə hələ də yadplanetlilərlə əlaqə saxlamadığını izah edib. O hesab edir ki, ağıllı yadplanetlilər sadəcə olaraq Yer kürəsini kifayət qədər maraqlı görmürlər.

Qaziler.az bildirir ki, bu barədə Live Science-yə istinadən zn.ua məlumat verib.

Alim güman edir ki, yüksək intellektli yadplanetliləri sadəcə yaranan və həyatın mövcud olduğu planetlər maraqlandırmır.

"Kainatda bir neçə belə planetin olduğunu fərz etsək, yadplanetliləri təkcə həyatın özü deyil, onun yüksək texnologiyalı təzahürləri maraqlandıracaq".
 
Ardını oxu...
“İranda sosial medianın tamamilə qadağan ediləcəyi ilə bağlı fikirlər əsassızdır”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyi verdiyi açıqlamada bildirib.

Qeyd olunub ki, iddialar əsassız xarakter daşıyır.

Belə ki, son günlər İran və xarici mətbuatda ölkədə sosial mediaının tamamilə qadağan edildiyi qeyd olunub. Buna səbəb kimi, sosial şəbəkələrin ölkədəki etirazların yayılmasına yol açması göstərilib.

Həmçinin, hazırda ölkənin bir çox bölgələrdə istifadəçilər VPN-lərdən istifadə edir.
 
 
 
Ardını oxu...
“iSeeCars” tədqiqat firması bazarda ən etibarlı və davamlı avtomobillərin siyahısını hazırlayıb.

Tribunainfo.az xəbər verir ki, siyahıya on “Toyota” modeli, üç “Honda”, iki “Chevrolet”, “GMC”, “Ford” və bir “Nissan” modeli daxil edilib.

1. Toyota Land Cruiser

2. Chevrolet şəhərətrafı

3. Toyota Tundra

4. GMC Yukon XL

5. Toyota Prius

6. Chevrolet

7. Honda Ridgeline

8. Toyota Avalon

9. Toyota Highlander Hibrid

10. Ford Ekspedisiyası

11. Toyota 4Runner

12. Toyota Sienna

13. GMC Yukon

14. Honda Pilotu

15. Honda Odyssey

16. Toyota Tacoma

17. Nissan Titan

18. Ford F-150

19. Toyota Camry hibrid
 
 
 
Ardını oxu...
"İran və Rusiya aviasiya sahəsində əməkdaşlığı nəzərdən keçirir, təyyarə, helikopter istehsalı, eləcə də hava nəqliyyatına texniki xidmətin təşkili üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılır".

"Unikal" xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini Mənuçöhr Manteqi bildirib.

Tehran və Moskva arasında birgə layihələrin müzakirəsi dekabrın 13-dən 16-dək Fars körfəzinin Kiş adasında keçirilən 11-ci İran Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində keçirilir.

“11-ci İran Beynəlxalq Aviasiya Sərgisi çərçivəsində İran və Rusiyanın aviasiya sənayeləri arasında kommersiya təyyarələrinə texniki xidmət və təmirin təşkili, 100-150 nəfərlik tutumlu təyyarələrin istehsalı sahəsində əməkdaşlıq, Rusiyanın təyyarə istehsalçıları, həmçinin İranda 70-100 nəfərlik təyyarələrin və Ka-226 helikopterlərinin layihələndirilməsi və istehsalı sahəsində əməkdaşlıq daxildir”, - deyə Manteqi bildirib.
 
Ardını oxu...
1300 nəfərin texnoloji yarışması 3 gündür ki, davam edir.
Dronlar ölkəmizdə dövriyyəsi məhdudlaşdırılan (!) avadanlıqlar siyahısında olduğundan DRON kateqoriyasında yarışan uşaqlara dronları ETN verib.
Ardını oxu...
Bu gün Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən
SAF 2022 -STEAM Azərbaycan festivalında oldum.
Təəssüratım xeyli yüksəkdir.
Əvvəlki illərdən fərqli olaraq iştirakçı sayı və iştirakçı ölkələr, yarışların kateqoriyaları xeyli artıb. Həmçinin daha aşağı yaş qrupunda olan uşaqlar da yarışlara cəlb edilib.
Ümumilikdə, festivala 1300-dən çox iştirakçı qatılıb.
Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan və Qazaxıstanı təmsil edən 127 əcnəbi şagird də iştirakçıdır.
11 kateqoriya üzrə keçirilən yarışların münsif heyətində tanıdığım mütəxəssislərimizlə bərabər türkiyəli, israilli, fransalı, norveçli və çinli ekspertlər də vardı.
Xeyli sayda komandalarla görüşdüm, iştirakçılarla,, şagirdlər və müəllimlərlə , mentorlarla , təşkilatçılarla söhbət etdim. Bəzi təqdimatlarda iştirak etdim.
Ümumi fikrim odur ki, festival, bu tip yarışlar uşaqlarda müasir çağırışlara uyğun bacarıqları və düşüncə tərzini formalaşdırmaq, rəqəmsal bacarıqları artırmaq, komanda bacarıqlarını və kommunikasiyaları inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir.
ETN-nin, təşkilatçıların, dəstəkçilərin bu istiqamətdəki səyləri təqdirə layiqdir.
Yeri gəlmişkən , bəzi məqamları da diqqətə çatdırmaq istərdim.
STEAM əsaslı tədris prosesi elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin inteqrasiyasını nəzərdə tutur.
Hazırda STEAM layihəsi ölkə üzrə cəmi 320 ümumtəhsil məktəbini və 18 STEAM mərkəzini əhatə edir.
Ümumilikdə 135 000 şagird STEAM əsaslı tədrisə cəlb edilib.

Əlbəttə, bu hələlik çox azdır. Əhatəlik, kütləvilik artırılmalıdır, hökumət bura əlavə resurslar ayırmalıdır.
Şagirdlərlə və müəllimlərlə söhbətdən gəldiyim qənaət də odur ki STEAM mərkəzlərini çox artırmaq, ümumiyyətlə hər bir məktəbin özünü belə mərkəzlərə çevirmək vacibdir.
STEAM-in mahiyyətinə uyğun olaraq, müəllim hazırlığını onlayn formatda deyil, daha çox praktiki, real təlim dərsləri üzərində keçirmək, beynəlxalq əlaqələri, şəbəkələşməni artırmaq doğru olardı.
Zəruri avadanlıqlarla, resurslarla təminat gücləndirilməlidir.
Bu gün festivalda həm də DRON kateqoriyası üzrə yarışan bir çox məktəblərin komandaları ilə görüşdüm.
Dronları necə əldə etdikləri ilə maraqlandım.
Hamısı birmənalı olaraq qeyd etdilər ki, müstəqil olaraq dron əldə edə bilmirlər, dronlar onlara ETN tərəfindən verilir.
Bu tip hallar ölkəmizdə gənclər və uşaqlar arasında keçirilən digər dron yarışlarında da özünü göstərir.
Absurd bir vəziyyət hələ də davam edir.
Dron , qəribə səslənsə də, bizim ölkəmizdə hələ də dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısındadır.
6 dövlət qurumu icazə verməlidir ki, hansısa bir məktəb və ya məktəbli, vətəndaş özünə dron gətirsin.
Qonşu ölkələrdə isə bu tip məsələlər çoxdan öz həllini tapıvb və dronların çox sadə, normal bir qeydiyyat qaydaları müəyyən edilib.
Ümid edirəm RİNN-nin yeni yaranan Agentlikləri Aviasiya haqqında yeni qanunvericiliyin qəbulunadək dronların sadə bir qeydiyyat qaydalarını hazırlayacaqlar.
Osman Gunduz
Teref.az
 
 
 
Ardını oxu...
Qlobal Lenovo texnoloji şirkətinin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi regional mərkəzə çevriləcək.
Bu haqda Lenovo-nun Bakıda olan rəsmiləri məlumat verib.
Lenovo -nun baş vitse-prezidenti Vilfredo Sotolonqo rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
Nazir qlobal İT şirkətləri üçün münbit biznes mühitin yaradılması istiqamətində atılan və atılacaq addımlar haqqında məlumat verib.
Görüşdə Lenovo rəsmisi Azərbaycan nümayəndəliyinin statusunun daha da genişləndiriləcəyini, onun Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcəyini bildirib.
Ardını oxu...
Düşünürəm ki, ciddi və olduqca faydalı bir hadisədir.
Güman etmək olar ki, son zamanlar regionda baş verən müharibələr səbəbindən qlobal şirkətlərin regional ofislərində baş verən miqrasiya prosesləri hələ də davam edir.
Bu baxımdan Lenovo-nun regional ofis olaraq Azərbaycanı seçməsi çöx önəmlidir və texnologiyalar sahəsində bizim milli maraqlarımıza uyğundur.
RİNN-in bu istiqamətdə səyləri təqdirəlayiqdir.
Əlbbəttə, düşünürəm ki, bu məsələlərdə indiyədək Lenovo-nun nümayəndəlik olaraq ölkəmizdəki ofisinin rəhbəri Rasim Bəxşinin də fəaliyyətini qeyd etmək yerinə düşər.
Ötən ay Baş meneceri də daxil olmaqla bütün əməkdaşları işdən çıxarılaraq ölkədaxili fəaliyyəti dayandırılılan Microsoft Azərbaycan-la bağlı xoşagəlməz hadisədən sonra qlobal İT şitkətlərin ölkəmizdə oturuşması ilə bağlı addımlar bu sektorda vəziyyətin tez bir zamanda yaxşılaşacağına ümid verir.
Osman Gündüz
Teref.az
 
 

Ardını oxu...
İndiki smartfonların əksəriyyəti nəmdən qorunma özəlliyinə malikdir. Lakin suya düşəndən sonra bir çox smartfonlar ya işləmir, ya da şarj olunmur.

Bəs, necə edək ki, smartfonu işlək vəziyyətə qaytaraq? Bu yazımızda həll yollarını izah edəcəyik.

Tribunainfo.az xəbər verir ki, şarj hissəsinə su daxil olan telefonu əvvəlcə söndürün. Əvvəl xaricini, sonra şarj yerini parça və ya quru salfetlə ilə yaxşı quruladığınıza əmin olun. Telefonu saç feni və ya tozsoranla qurutmaq olmaz. Bu zaman telefonun içində olan incə detallar sıradan çıxır.

Bundan sonra söndürdüyünüz telefonu yenidən başladın. Əvvəlcə USB kabeli telefona taxın. Çıxaranda kabeldə kir varsa, diş çubuğu ilə şarj yerini təmizləyin. Diqqət edin ki, təmizləyici vasitə metal əşya olmasın. Yoxsa sizi elektrik cərəyanı vura bilər.

Smartfon işə düşəndən sonra ekranda şarj edildiyi yazırsa, deməli hər şey qaydasındadır.
 
Ardını oxu...
Biz növbəti yerüstü müşahidə peykinin – “AzerSky 2”nin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün bunu dünyada ən aşağı qiymətə edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin "Speys X" şirkətidir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

“Sayca 4-cü olacaq bu peyk 3 ildən sonra orbitə buraxılacaq. Əminəm ki, "Speys X" yaxşı qiymət verəcək, çünki bütün dünyada ən aşağı qiyməti o verir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur və tezdir. Bizim peyk proqramlarını icrası hələ iki il sonra olacaq. “AzerSky 2"nin təxminən 2025-ci ildə orbitə buraxılması nəzərdə tutulur”, - deyə o qeyd edib.
 
Ardını oxu...
"Türkiyə yanacağın Avropaya tədarük ediləcəyi qaz qovşağı yaratmağa hazırlaşır".

"Report" TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezindeti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa şəhərində gənclərlə görüşündə deyib.

"Rusiya Prezidenti Vladimir Putin, bildiyiniz kimi, təbii qazın Türkiyə vasitəsilə Avropaya paylanmasını təklif edib. Biz bu istiqamətdə hazırlıq işləri görürük", - Ərdoğan bildirib.

Qeyd edək ki, Vladimir Putin “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyası ilə Rusiya Enerji Həftəsi forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir boru kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir ki, buradan üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə qaz nəql olunacaq.
 
Ardını oxu...
ABŞ-ın Aerokosmik Agentliyinin (NASA) “Ceyms Uebb” kosmik teleskopu Saturnun ən böyük peyki olan Titanda buludlar aşkar edib.

Teleqraf.com xəbər verir ki, NASA-nın teleskopu keçən ay Yer kürəsinin atmosferindən 4 qat daha sıx atmosferə malik olan Titanı araşdırıb.

Araşdırma zamanı Saturnun peykinin şimal yarımkürəsində iki bulud görülüb.

Bu buludların ən böyüyü Titanın səthində məlum olan ən böyük maye kütləsi olan Kraken Mare yaxınlığında aşkar edilib.
Ardını oxu...
Titanın atmosferi azot və metandan ibarətdir ki, bu da ona narıncı görünüş verir.

Titanın səthində buludlar əmələ gətirən və yağışa səbəb olan maye etan və metan var.
 

Dünyapress TV

Xəbər lenti