Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın orbitinə girib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.
Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.
Qeyd edək ki, “Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.
Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.