Microsoft yenidən Azərbaycana qayıdır
SOCAR və Microsoft arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum rəqəmsallaşma, innovasiya, İT, kibertəhlükəsizlik və s. sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Düşünürəm ki, Azərbaycanın İT və innovasiya mühiti üçün çox ciddi və əhəmiyyətli bir addımdır.
Xatırladıram ki, ötən il Microsoft-un Azərbaycan ofisi fəlaliyyətini dayandırıb və bütün əməkdaşları işdən azad edilib.
"Microsoft Azərbaycan" bağlanandan sonra bu qurumun regional ofisləri ETN və AzİnTelecom-la iş birliklərinin qurulması istiqamətində müəyyən addımlar atılmışdı.
Amma SOCAR-la imzalanan memorandum bu qlobal şirkətin ölkəmizdəki ofisi bağlanandan sonra ilk ciddi anlaşmadır.
Ümid edirəm davamlı olacaq və ölkədə rəqəmsal transformasiya proseslərinə, innovasiyaların inkişafına, kibertəhlükəsizliyin təmin edilməsinə, kadrların hazırlanmasına böyük töhfələr verəcək.
Ümid edirəm bu memorandum sadəcə Microsoft həllərinin və lisenziyalarının alınmasını nəzərdə tutmayıb, daha böyük hədəflər müəyyən edib.
Xatırladıram ki, Ermənistanda 2011-ci ildən Microsoft, USAİD və Ermənistan hökumətinin təşəbbüsü ilə Microsoft İnnovasiya Mərkəzi fəaliyyət göstərir.
Yeri gəlmişkən, bir müddət öncə SOCAR ilə “Cisco Systems Inc” arasında da rəqəmsal transformasiya sahəsində anlaşma memorandumu imzalanmışdı.
SOCAR rəhbərliyinin Microsoft-un yenidən Azərbaycana dəvət edilməsi və fəaliyyətinin təşkili, ciddi işbirliyinin yaradılması istiqamətindəki səyləri təqdirəlayiqdir.
Osman Gunduz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti