Qağaməli Seyfullayevdən Prezidentə şikayət - İTTİHAM VAR...
Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsi ev-12 ünvanda yaşayan Şrinov Zakir Nəsir oğlu ölkə başçısına, birinci vitse-prezidentə, baş prokurora, ARDNŞ rəhbərinə ünvanladığı şikayətin bir nüsxəsini də “Nyus.az” xəbər portalı redaksiyasına göndərib və mediada ictimailəşdirilməsini xahiş edib.

Şikayətçi bildirir ki, oğlunun məşğulluğunu təmin etmək xahişi ilə Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin rəisi Qağaməli Seyfullayevə müraciət edərək, bir neçə cəhddən sonra onun qəbuluna düşüb. Q.Seyfullayev ona kömək edəcəyini vəd edib, görüş vaxtı Trestin kadrlar şöbəsinin (oxu: insan resursları şöbəsinin – red.) rəisini də kabinetə çağıraraq lazımi köməklik göstərilməsi barədə göstəriş verib.

Vətəndaş Şirinov yazır: “Kadrlar şöbəsinin rəisi Aqşin müəllim ilə görüşdük. O, mənə dedi ki, nə üçün bu qədər gedib-gəlirsən? Onsuz da COP-29 layihəsi ilə bağlı işçi qəbul edəcəyik. Get, bunu (sağ əli ilə beş barmağını göstərdi) gətir, gecikmə, məsələni tez həll elə. Mən 5000 (beş min) manat borc-xərc pul tapdım və növbəti görüşümüzdə həmin pulu və 3 kiloqram Naxçıvan balını ona Trestin binasının 4-cü mərtəbəsindəki kabinetində verdim. Bir müddət sonra o, mənimlə əlaqə saxladı, oğlumu sənədləri ilə birgə Trestə dəvət etdi. Oğlum Trestə gedib topladığı lazımi sənədləri müvafiq şöbəyə təhvil verdi. Bir neçə gün sonra işə çağırdılar və o, COP – 29 layihəsi üzrə 3 ay işlədi. Layihə başa çatandan sonra Aqşin mənimlə votsap vasitəsilə danışaraq dedi ki, oğlunun əmək kitabçasını götürmə, 2024-cü ilin noyabr-dekabr aylarını birtəhər yola verək, təzə ildən onu işinə bərpa edəcəyəm. Sən demə, Aqşin pulu ələ keçirəndən sonra məni aldadırmış. Dəfələrlə onunla votsap vasitəsilə danışdım, xeyri olmadı. Nəhayət, o, mənim nömrəmi telefonunun “qara siyahı”sılna salaraq blokladı. 2025-ci ilin artıq üç ayının keçməsinə baxmayaraq, nə oğlumu işinə bərpa edir, nə də pulumu qaytarır”

Xatırladaq ki, sözügedən müəssisənin rəhbəri Q.Seyfullayevin adı indiyədək bir çox korrupsiya olaylarında hallanıb. Q.Seyfullayev daha əvvəl SOCAR Qaz İxrac İdarəsinin rəisi işləyəndə də qohumbazlıqda, tabeliyindəki işçiləri öz şəxsi ev və obyektlərində kölə kimi işlətməkdə suçlanıb. Onun haqqında yayılan məlumatlarda qeyd olunub ki, Trestin gördüyü işlərin həcmini “forma-2” sənədlərində “şişirdir”, eləcə də kollektiv üzvlərinin problemləri ilə qətiyyən qayğılanmır, hətta Trestin işçiləri sırasından Vətən müharibəsi iştirakçılarına belə diqqət göstərmir. İnternet resurslarında onun barəsində gedən tənqidi informasiyalar heç özü tərəfindən də təkzib olunmayıb: “SOCAR sistemində çalışdığı müddətdə Seyfullayev əbəs yerə şirkətin sabiq prezidenti Rövnəq Abdullayevin “qara kassası” sayılmayıb, ölçüyəgəlməz kapitala yiyələnib və sözün əsl mənasında oliqarxa çevrilib. Məlumata görə, Seyfullayevin Bakı şəhərində və doğulduğu Biləsuvar rayonunda çoxlu sayda evləri, dəbdəbəli villaları vardır. Nəinki özünün, həyat yoldaşının və uşaqlarının da sürücüləri vardır. Qağaməlinin sürdüyü “Maybach” markalı, 900 dövlət nömrə nişanlı avtomobilin qiyməti isə 500000 (beş yüz min) manat civarındadır”.

Məsələ ilə əlaqədar Trestin şöbə müdiri Aqşin Hüseynzadə zəng açaraq məsələyə münasibətini soruşduq. İlk öncə özünün ailə üzvləri sırasından mediada çalışan şəxslərin olduğunu, jurnalistlərə hörmət bəslədiyini bildirdi. Qeyd etdi ki, şikayətçinin onun barəsində dedikləri, yuxarı instansiyalara ünvanladığı müraciətlər yalan və iftiradır, ondan pul almayıb. Formal prosedurları xatırladaraq bildirdi ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada keçirilir, nə Q.Seyfullayevin, nə A.Hüseynzadənin kimisə işə götürmək səlahiyyətləri yoxdur. Z.Şirinovun oğlu onlayn müraciət edərək, SOCAR-ın COP-29 ərəfəsində elan etdiyi vakansiyalara uyğun müsabiqədən keçərək işə cəlb olunub. Zakirin müraciəti hüquq-mühafizə orqanlarında araşdırılır. İddialarını sübuta yetirməyəcəyi təqdirdə, öz hüquqlarını müdafiə etmək, qarşılıqlı iddia qaldırıb öz nüfuzunu qorumaq iqtidarındadır, çünki ixtisasca hüquqşünasdır.

Həmsöhbətimizə bildirdik ki, formal prosedurlara bütün hökumət strukturlarında əməl edilir, amma bu, kadr siyasətində korrupsiyanı, casitəçilərin hansısa namizədin xeyrinə müdaxiləsini istisna etmir. Cavab verdi ki, nə özü, nə də Q.Seyfullayev namizədin sorğu-sual edildiyi müsabiqədə iştirak etməyiblər ki, müdaxilə də edə bilsinlər. Eyni zamanda xatırlatdı ki, Z.Şirinov özü SOCAR sistemində çalışdığı müəssisədə daha əvvəl də rəhbərlik barədə yalan iddialarla çıxış edib və sonradan bunu hirsli olaraq etdiyini boynuna alıb. Söhbətin bu yerində A.Hüseynzadəyə xatırlatdıq ki, “Ağdərə” layihəsində də işə qəbul məsələsində aldadılaraq pullarının mənimsənildiyini iddia edən adları bəlli şəxslər var və bu qədər iddia müəllifinin hamısının qərəz daşıdıqları ağlabatan deyildir. Bildirdi ki, iddiaların sayının azlığı, ya çoxluğu fərq eləməz, belə məsələlərdə ortaya qoyula biləcək faktlar əsasdır, mülahizələrin yeri yoxdur. “Ağdərə” layihəsi başlayanda isə o, hazırki vəzifəsində deyildi.

Şikayətin məğzindən görünür ki, “dovşana qaç, tazıya tut” deyən Trest rəhbəri şöbə müdirinin əli ilə COP-29 tədbiri ərəfəsində layihəyə müvəqqəti cəlb etdiyi işçini daimi işə götürəcəyi vədi ilə aldadaraq rüşvət alıb, pulunu mənimsəyib. Balı da əslində Trest rəhbəri yeyib, şöbə müdiri barmağını yalayıb. Belələrinə barmağını bal eləyib boğazlarına soxsan da, faydası yoxdur.

Nyus.Az
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...

Dünyapress TV

Xəbər lenti