Sinqapurda artıq robot polislər hava limanlarında fəaliyyət göstərəcək.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Sinqapurun Changi hava limanında robot polislərdən istifadə edilməyə başlanıb. Beş ildən artıq sınaqlardan sonra tətbiq edilən robot polisin ölkənin əksər bölgələrində mərhələli şəkildə tətbiqi planlaşdırılır.
Sinqapurun Changi hava limanında xidmət edən robot polislərin hər birinin boyu təxminən 1,7 metrə qədərdir. Robotlar hadisə zamanı əraziyə digər polis qruplarını çağırıb, ətrafdakıları xəbərdar edə bilir. Bundan əlavə, onların üzərindəki 360 dərəcə fırlanan kamera 2,3 metr hündürlüyə çata bilirlər. Robot polislər ictimaiyyət ilə ünsiyyət də qura bilirlər.
Kameralar, sensorlar, dinamiklər, idarə paneli, flaş vs təchiz edilmiş bu robotlar avtonom patrul imkanlarına malikdir.
Polis müfəttişi Lim Ke Vey deyib ki, bu patrul robotları bizim növbətçi polislərimizlə birlikdə avtonom şəkildə işləyir və heç bir şeyin diqqətdən kənarda qalmamasını təmin edir.