Ölkə üzrə internet probleminin həllini yalnız dövlət provayderləri həll edə bilməz
Regionlarda "Onlayn Azərbaycan" layihəsi reallaşır. Layihə ölkə üzrə bütün yaşayış məntəqələrinə fiber optik internet xəttinin çəkilməsini nəzərdə tutur.
Dövlət -özəl tərəfdaşlığı çərçivəsində RİNN tərəfindən reallaşan bu layihə 2024-də başa çatmalıdır.
Ötən il bu istiqamətdə xeyli işlər görülüb. Regionlarda və Bakı ətrafında ötən bir il ərzində əvvəlki illərdən bir neçə dəfə çox genişzolaqlı internet bağlantısı imkanları yaradılıb.
Hazırda bir çox rayonlarda bu iştiramətdə işlər davam edir. Bəzi rayonlarda artıq GPON infrastrukturu tam qurulub.
Amma elə yerlər var ki, işlər çox ləng gedir. İnfrastruktur çoxdan qurulmasına baxmayaraq internetə qoşulmalar ləng aparılır.
Bəzi yerlərdə isə özəl provayderlərə nəinki köməklik göstərilir, əksinə maneçiliklərin olduğu bildirilir.
Məsələn, Gəncə şəhərinin ətraf qəsəbələrində özəl provayderlərin yeni GPON infrastrukturla bağlı quraşdırdığı dirəklərin sökülməsilə bağlı faktların olduğu bildirilir.
Özəl provayderlər bunun Gəncə Telekommunikasiya Qavşağının işçiləri tərəfindən edildiyi bildirirlər.
Hazırda bu məsələ araşdırılır.
Düşünürəm ki, yuxarıda adı çəkilən layihə yetərincə əhəmiyyıt kəsb edən bir dövlət layihəsidir.
Ölkə üzrə internet probleminin həllini yalnız dövlət provayderləri həll edə bilməz.
Məhz buna görə RİNN tərəfindən dövlət-özəl tərəfdaşlıq prinsipi əsas götürülüb.
Odur ki, yerli telekommunikasiya qoşvşaqları dövlət və özəl olmasından asılı olmayaraq hər bir operator və provayder üçün şərait yaratmağa borcludur.
Ümid edirəm yeni fəaliyyətə başlayan İKTA da bu işlərə diqqəti və nəzarəti gücləndirəcək.
Osman Gunduz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti