Onlar insanın nəbzini, temperaturunu, tərləmə sürətini və fəaliyyətini izləyə bilirlər. Bu, erkən mərhələlərdə xəstənin özünün xəbər verə bilməyəcəyi narahatlığın ilk əlamətlərini qeydə almağa imkan verəcək.
Britaniyalı alimlər demensiyadan əziyyət çəkən insanlar üçün yaratdıqları "ağıllı corabların" effektivliyini öyrənməyə başlayacaqlar.
Bunu bazar ertəsi "Sky News" telekanalı xəbər verib.
Exeter Universitetinin tədqiqatçıları demensiya ilə yaşayan insanlarda yıxılma və xəstəliklərin qarşısını ala bilən yüksək texnologiyalı corabların effektivliyi ilə bağlı yeni bir araşdırmaya başlayacaqlar.
Telekanal xəbər verib ki, ixtira corab parçasındakı xüsusi sensorlar vasitəsilə xəstənin vəziyyəti haqqında məlumatı avtomatik toplayaraq xəstəyə qulluq edən şəxsin telefonunda xüsusi proqrama ötürür.
Qeyd olunub ki, belə corablar ürək döyüntüsünü, temperaturu, tərləmə səviyyəsini və insan fəaliyyətini izləyə bilir. Bu, demensiyalı bir xəstənin xəstəlik səbəbindən xəbər verə bilməyəcəyi narahatlığın ilk əlamətlərini erkən aşkar etməyə imkan verəcək.
"Oxşar texnologiyalar artıq istifadə olunur. Lakin belə bir cihaz tez-tez bilərzik kimi biləyə taxılır. Bu isə, xəstələr tərəfindən "damğa" kimi qəbul edilə, onlarda daha çox stress və ondan qurtulmaq istəyi yarada bilər", - deyə "Sky News" qeyd edib.
Ağıllı corablar İngiltərənin Bristol şəhərindəki qocalar evlərinin birində artıq uğurla sınaqdan keçirilib. Yaşlılar üçün digər pansionatlar şəbəkəsində yeni bir araşdırma aparılacaq. Bundan əlavə, gələcəkdə belə bir qarderob əşyası digər xəstəlikləri olan insanlara da kömək edə bilər.
"Mən istəyirəm ki, bu, nəinki demansiya, bəlkə də autizm və ya öyrənmə qüsurları kimi digər xəstəlikləri olan, insanın səmərəli ünsiyyət qurma qabiliyyətinə təsir edən xəstəlikləri olan mümkün qədər çox insana fayda gətirsin", - deyə smart çorabların yaradıcılarından biri olan doktor Zik Stir telekanaletə bildirib.
Onun sözlərinə görə, "ağıllı corablar" xəstələrlə daim eyni otaqda qalmadan onların vəziyyətinə nəzarət etməyə imkan verəcək.
Demensiya, Alzheymer xəstəliyi və ya insult kimi beyinə təsir edən müxtəlif xəstəliklər və xəsarətlər nəticəsində yaranır. O, yaddaşa və digər idrak funksiyalarına, eləcə də gündəlik işləri yerinə yetirmək qabiliyyətinə təsir göstərir. Demeansiyaya bağlı əlillik bu xəstəliklə bağlı xərclərdə əsas amildir.
2019-cu ildə ÜST demensiyanın qlobal dəyərini 1,3 trilyon ABŞ dolları dəyərində qiymətləndirib. Təşkilat, artan qayğı xərclərini nəzərə alaraq, xərclərin 2030-cu ilə qədər 2,8 trilyon dollara qədər artacağını proqnozlaşdırıb.