Hindistanın "Çandrayaan-3" kosmik missiyasının "Vikram" eniş aparatı Ayın cənub dairəvi qütb bölgəsində seysmik hadisə qeydə alıb.
Teref.Az lent.az-a istinadən bildirir ki, hadisənin kosmik aparatın özü ilə bağlı olmadığı ehtimal edilir. Bir versiyaya görə, aparatın yaxınlığında "Ay zəlzələsi" baş verib, digər versiyaya görə, seysmik hadisəyə səbəb meteoritin düşməsi olub.
Qeyd edək ki, Hindistan Aya kosmik gəmini uğurla endirən dördüncü ölkə olub.