"Luna-25"in MÜƏMMALI QƏZASI: sınaqdan keçirilməyən cihaz kosmosa göndərilib
Rusiyanın "Luna-25" stansiyasının qəzaya uğramasının mümkün səbəblərindən biri oriyentasiya və sürətlənməni ölçən "Bius-L" cihazının nasazlığı ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu cihaz əvvəllər kosmosda sınaqdan keçirilməyib. O, deyib ki, "Bius-L" kosmik stansiyanın mövqeyini müəyyənləşdirir və uçuş sürətini təyin etməyə kömək edir, həmçinin bu məlumatları kompüterə ötürür.

Mənbə vurğulayıb ki, "Luna-25"in qəzaya uğramasının səbəbləri ilə bağlı yekun qərarı fövqəladə hallar komissiyası verəcək.

Qeyd edək ki, avqustun 19-da Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası dizayndan kənar orbitə çıxıb və Yerin təbii peykinin səthi ilə toqquşub. Avqustun 11-də Vostoçnı kosmodromunun 1C kompleksindən yuxarı pilləli Fregat olan orta ölçülü "Soyuz-2.1b" raketi ilə buraxılan stansiya cənub qütbünün yaxınlığındakı Boquslavski kraterinin ərazisində Aya enməli idi.
 

Dünyapress TV

Xəbər lenti