SpaceX şirkəti Starship kosmik gəmisinin yeni sınaq uçuşu üçün tarix verdi. Starship gəmisinin son tənzimləmə təsdiqindən sonra gözlər 17 noyabr tarixinə çevrildi. SpaceX tərəfindən işlənib hazırlanmış Super Heavy daşıyıcı raketi və Starship kosmik gəmisi çoxfunksiyalı sistemi yüklərin və insanların aşağı Yerətrafı, Günəş-sinxron və geosinxron keçid orbitlərinə çatdırılması, habelə Aya və Marsa planetlərarası uçuşlar üçün nəzərdə tutulmuşdur. Aerokosmonavtika tarixində kütləsinə və ölçüsünə görə ən güçlü daşıyıcı raketdir. SpaceX CEO-su İlon Maskın sözlərinə görə, bu sistem gələcəkdə Falcon 9 və Falcon Heavy daşıyıcı aparatlarını, Dragon V2 yük daşıyıcılarını və idarə olunan kosmik gəmiləri əvəz edəcək. Bəşəriyyət tarixi bir hadisəyə şahidlik etmək üçün nəfəsini dərib, planetlərarası uçuşun astanasına ayaq basıb. Yer kürəsinin sərhədlərini aşıb başqa planetlərə uçmaq… İbrahim Nebioğlu Səhifəmiz hamı üçün açıqdır.. Teref. Xocanın Blogu