Amerikanın Müdafiə Nazirliyi (Petaqon) Naməlum Uçan Obyektlərlə(NUO) bağlı gizli bilgilərin yayılmasına icazə verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, həmin bilgilərin yayımlanması üçün özəl sayt açılıb.
Nazirlik saytda “tanınmayan anormal fenomen” olaraq adlandırdığı “tanınmayan uçan cisimlər” haqqında rəsmi olaraq gizliliyi ləğv edilmiş bilgilər təqdim ediləcək.
Bu barədə nazirliyin sözcüsü Patrik Ryder açıqlama verib.
Nazirliyin rəsmisi Ryder ictimaiyyətə bu barədə bilgi vermək məqsədi ilə Bütün Sahələrdə Anomaliya Həlli Ofisi ilə “www.aaro.mil” veb saytı açdıqlarını vurğulayıb.