18 YAŞDAN AŞAĞI OLANLAR İNTERNETƏ GİRƏ BİLMƏYƏCƏK
Çin internet asılılığı ilə mübarizə aparmaq üçün yeniyetmələrin telefonlarında keçirdikləri vaxtı gündə 2 saatla məhdudlaşdırmağa hazırlaşır.

Çin hökuməti mobil cihazlardan və virtual oyunlardan uzun müddət istifadənin uşaqların inkişafına zərər verə biləcəyindən narahat olduğu üçün əvvəlki tədbirlərə yeni tədbirlər əlavə edərək uşaqlarda asılılıq yaradan davranışları aradan qaldırmağı hədəfləyir.

Çin Kiberməkan Administrasiyasının (CAC) yeni layihəsinə görə, bütün mobil cihazlar və proqramlarda yaş qruplarından asılı olaraq gündəlik ekran vaxtını gündə maksimum 2 saata məhdudlaşdıran “uşaq rejimi” olacaq. Qaralama təsdiq edilərsə, cihazları bu rejimdə olanlar istifadə müddəti bitdikdə istifadə etdikləri proqramları avtomatik bağlayacaqlar.

Layihəyə əsasən, rejimdən istifadə edərkən yaşı 18-dən aşağı olan heç kim axşam saat 22-dən səhər saat 6-ya kimi ekrana daxil ola bilməyəcək. 8 yaşından kiçik uşaqlar telefonlarından gündə yalnız 40 dəqiqə istifadə edə biləcəklər, bu müddət 8-15 yaşlılar üçün 1 saat, 16-18 yaşlılar üçün isə gündə cəmi 2 saat olacaq. Bütün yaş qruplarına cihazlarını 30 dəqiqədən çox istifadə etdikdə dincəlmələri xatırladılacaq. \\Tribunainfo.az

facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share

Dünyapress TV

Xəbər lenti