Almaniyadan olan alimlər təsdiqləyiblər ki, Yer kürəsində bulud örtüyü dəyişib və bu, rekord temperaturların yaradılmasında mühüm rol oynayır. Qlobal temperaturun 2023 və 2024-cü illərdə sənayedən əvvəlki səviyyədən 1,5°C yuxarı qalxıb və yeni araşdırmalar göstərir ki, azalmış bulud örtüyü əsas səbəb ola bilər.
"DogruXeber.az" xəbər verir ki, araşdırma "Science" jurnalında dərc olunub.
Təbiətdə buludlar ikili rol oynayır. Onlar günəş işığını əks etdirir, Yeri soyudur və eyni zamanda infraqırmızı radiasiyanı tutur, istiliyi atmosferə qaytarır. Buludların növündən və hündürlüyündən asılı olaraq, bu təsirlər planeti soyuda və ya istiləşdirə bilər.
Alimlər yeni araşdırmada alçaq buludların əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Araşdırma müəlliflərinin fikrincə, Yerin əks etdirmə qabiliyyəti 1940-cı ildən bəri özünün minimum dəyərinə çatıb. Bu azalma 2023-cü ildə qlobal istiləşməyə təxminən 0,2°C əlavə edə bilər ki, bu da əvvəllər izah olunmayan istiləşmənin bəzilərini izah edir.
Tədqiqatçılar həmçinin tapıblar ki, üç əsas bulud örtüyü zonası daralır - biri ekvatorun yaxınlığında, ikisi Şimal və Cənub yarımkürələrinin orta enliklərində. İlkin məlumatlar göstərir ki, bu bölgələrdə bulud örtüyü hər on ildə təxminən 1,5% azalır ki, bu da planetin istiləşməsinə səbəb olur.
Azalmış bulud örtüyü müsbət rəy döngəsinin bir hissəsidirsə, bu, qlobal istiləşməni gücləndirə bilər. NASA-nın iqlimşünası Corc Tseliodisin sözlərinə görə, bu mexanizm buludların indi onları gördüyümüz şəkli niyə dəyişdirdiyini izah edir.
Tədqiqatçılar etiraf edirlər ki, bulud örtüyündə gələcək dəyişiklikləri proqnozlaşdırmaq çətindir, çünki iqlim modelləri fərqli nəticələr verir. Bununla belə, bir nəticə artıq aydındır: Yer kürəsi özünün qoruyucu bulud təbəqəsini itirir və bu, gələcəkdə daha da ekstremal temperaturlara səbəb ola bilər.
“xAI” şirkəti İlon Maskın dünyanın ən ağıllı süni intellekti adlandırdığı “Grok 3” süni intellekt modelini pulsuz olaraq istifadəçilərin sərəncamına verib.
Bu barədə “xAİ”nin “X” platformasındakı rəsmi səhifəsində deyilir.
“Bu da belə: dünyanın ən ağıllı süni intellekti olan “Grok 3”dən pulsuz istifadə etmək olacaq (bizim serverlər əriyənə kimi)”, – deyə İlon Maskın təsisatçısı olduğu “xAİ” şirkətinin bəyanatında deyilir.
“Grok 3” süni intellektinin beta versiyasının artıq “X” sosial şəbəkəsinin tətbiq variantında, həmçinin, “Grok” saytında əlçatan olduğu deyilir.
“Grok 3”ün pulsuz versiyasını istifadə edən istifadəçilər daha dərin axtarışlar və təfsilatlı, əsaslandırılmış cavablar üçün “DeepSearch” funksiyasından, o cümlədən, riyaziyyat, elm və proqramlaşdırma sahələrində ən mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün “Think” funksiyasından yararlana biləcəklər.
ABŞ Hərbi Hava Qüvvələri strateji arsenalında yer alan “Minuteman III” qitələrarası ballistik raketinin növbəti sınağını həyata keçirib. Raket Kaliforniyanın Vanderberq bazasından buraxılıb.
Sınaq buraxılışı ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı tərəfindən təsdiqlənib.
Qeyd edək ki, “Minuteman III” raketləri 1970-ci ildən ABŞ ordusunun arsenalında yer alır. Üçmərhələli və bərk yanacaqla işləyən bu ballistik raketlər bir neçə döyüş başlığı daşımaq imkanına malikdir. Maksimal uçuş məsafəsi 13,000 km-dən çox, sürəti isə 24,000 km/saatı ötür. VİDEO:
“Google”, köhnə “Xiaomi” smartfonlarında “YouTube” proqramı üçün olacaq dəyişiklikləri açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə XiaomiTime portalı məlumat yayıb.
Yeniləmə şirkətin Android 7.1 və əvvəlki versiyaları ilə işləyən cihazlarına təsir göstərərək “YouTube” və “YouTube Music”in OS-nin köhnə versiyalarında fəaliyyətini dayandırmasına səbəb olacaq.
XiaomiTime-a görə, bir neçə məşhur Xiaomi modelləri: Mi 5, Mi 5s, Mi 5S Plus, Mi Max, Redmi 4, 4 Prime, 4X, Note 4, Note 4X, Note 5A, Redmi Y1, Note 5A Prime və Redmi Y1 Lite yenilənmədən təsirlənəcək.
Bundan əlavə, Xiaomi Mi 6, Mi Max 2, Redmi Note 5A Prime və Redmi Y1, Redmi 5 və Redmi 5A kimi Android 7.1 əməliyyat sistemi ilə işləyən smartfonların istifadəçiləri üçün YouTube dəstəyi itəcək. Bu cihazlar üçün rəsmi “YouTube” dəstəyi dayandırılsa da, videolara baxmaq üçün alternativ yollar olacaq.
Dünyada ən sürətli internetə sahib olan ölkələrin adı açıqlanıb.
Azərbaycan bu sırada 90-cı yerdədir. Reytinq cədvəlindəki məlumata görə, Azərbaycanda internetin sürəti saniyədə təxminən 67 meqabitdir. Bu isə internet istifadəçilərini qane etmir.
Bəs internetin sürəti niyə aşağıdır?
Məsələ ilə bağlı İT üzrə mütəxəssiz Elvin Abbasov bildirib ki, internet ölkə üzrə hiperoptikləri yeniləməklə işlər həll olunmur.
Rəsmi qurumdan bildirildi ki, komissiya həm biznes mühiti, həm də beynəlxalq reytinqlər üzrə internetə qoşulma və internet infraksturunun işçi qrupunun tərkibində həm bazar iştirakçıları ilə, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Növbəti illərdə ölkəmizdə internetin sürəti daha da artacaq.
Süni intellektə (Al) güvənərək gündəlik işlərimizi yerinə yetirmək, uzun müddətdə düşünmə qabiliyyətimizi zəiflədə bilərmi?
"DogruXeber.az" xəbər verir ki, "Microsoft" və Kernegi Mellon Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, bu ehtimal mövcuddur.
Elektron kalkulyatorlar istifadəyə verildikdən sonra insanların kağız-qələm ilə riyazi hesablamaları unutduğunu çoxumuz bilirik. "Microsoft" və Kernegi Mellon Universitetinin tədqiqatçıları süni intellektin də oxşar bir problemə səbəb ola biləcəyini bildirir.
Süni intellektə etibar etdikcə düşünməkdən uzaqlaşırıq
Aparılan araşdırmaya görə, insanlar AI vasitələrindən həddindən artıq istifadə etdikdə tənqidi düşünmə bacarıqları zəifləyir. Başqa sözlə, insanlar sürətlə "axmaqlaşır" və düşünmə/mühakimə qabiliyyətlərini itirirlər.
Xüsusilə süni intellektdən istifadə edərək ev tapşırıqlarını yerinə yetirməyə öyrəşən gənc nəsil, mühüm zehni bacarıqlarını inkişaf etdirmək şansını əldən verə bilər.
Araşdırma necə aparılıb?
Tədqiqatçılar 319 nəfərdən ibarət informasiya sahəsində çalışan işçiləri seçib, iş yerlərində süni intellekt alətlərini necə istifadə etdiklərini öyrənmək üçün sorğu keçiriblər.
Onlardan aşağıdakı suallara cavab vermələri istənilib:
- Verilən tapşırıqları necə yerinə yetirirlər? - Bu tapşırıqları yerinə yetirmək üçün süni intellektdən nə dərəcədə istifadə edirlər? - AI-ya nə qədər etibar edirlər? - Süni intellektin təqdim etdiyi nəticələri necə qiymətləndirirlər? - Süni intellektsiz eyni tapşırığı yerinə yetirmə bacarıqlarına nə qədər güvənirlər?
Araşdırmanın sonunda maraqlı bir nəticə əldə olunub:
- İnsanlar süni intellektə nə qədər çox güvənirlərsə, işi bir o qədər AI-ya həvalə edirlər. - Bəzi iştirakçılar AI-nin həqiqi bacarıqlarını tam qiymətləndirmədən və səhv etmə ehtimalını nəzərə almadan onun nəticələrinə güvənərək işlərini ona tapşırırlar.
Bu nəticələr, süni intellektin düşündüyümüzdən daha ciddi bir risk yaradaraq insanların qərarvermə və düşünmə proseslərini zəiflədə biləcəyini göstərir.
Tənqidi düşüncə hələ də mümkündürmü?
Bununla belə, araşdırmada iştirak edən bəzi şəxslər süni intellektin düzgün işləməsinə daha az güvəndikdə, öz tənqidi düşünmə bacarıqlarını daha çox istifadə etdiklərini bildiriblər. Lakin, ümumilikdə insanların AI-nin təqdim etdiyi nəticələrə güvənməyə meyilli olduğu müşahidə olunub.
Bu araşdırma süni intellektin gündəlik həyatımıza təsirini və uzunmüddətli istifadəsinin insan zehni üzərində yarada biləcəyi mümkün fəsadları anlamaq baxımından vacib bir xəbərdarlıqdır.
Türkiyənin "Göksur" adlı yeni milli və yerli havadan müdafiə sistemi "Aselsan" tərəfindən hazırlanıb. Bu mühüm müdafiə layihəsi gəmi əleyhinə raketlərdən, silahlı/silahsız pilotsuz uçuş aparatları, döyüş təyyarələri və helikopterlərdən qorumaq üçün nəzərdə tutulub.
Anadolu Ajansı xəbər verir ki, "Göksur"un ilk atəş testi Sinop sahillərində baş tutub. "Beykoz" gəmisindən həyata keçirilən sınaq uğurlu olub. Bildirilir ki, yüksək performanslı "Bozdoğan" raketi və ikitərəfli məlumat əlaqəsi vasitəsilə "Göksur" Türkiyə Dəniz Qüvvələrinin ehtiyaclarını tam şəkildə qarşılayacaq.
360 dərəcə məhv etmə qabiliyyəti, yeni nəsil infraqırmızı axtarış başlıqlı idarəolunan mərmi, səthə yaxın uçan təhdidlərə qarşı yüksək effektivlik, süni intellekt dəstəkli atış idarəetmə sistemi kimi xüsusiyyətləri ilə "Göksur" Türkiyənin müdafiə qabiliyyətini üst səviyyəyə qaldıracaq. Bundan əlavə, yeni silah modulyar dizaynı sayəsində müxtəlif ölçülü platformalara asanlıqla inteqrasiya edilə biləcək.
“Speedtest” 2025-ci il üçün internetin sürətinə və mobil internetin qiymətinə görə ölkələrin siyahısını açıqlayıb. Yeniavaz.com xəbər verir ki, açıqlanan siyahıya əsasən internetin median sürətinə görə Azərbaycan 48,41 Mbit/s sürətlə 155 ölkə arasında 59-cu yerdə qərarlaşıb. Mobil internetin qiymətinə görə isə ölkəmiz 1,76 dollar ilə 236 ölkə arasında 146-cı yeri tutub. Qeyd edək ki, hesablama 1 GB internet trafikinin orta qiymətini göstərir. Keçmiş SSRİ və regionun 16 ölkəsi arasında internetin sürətinə görə Azərbaycan 4-cü sırada, 1 GB mobil internetin qiymətinə görə isə 13-cü sırada yer alıb. Keçmiş SSRİ və regionun ölkələri arasında internetin sürəti və mobil internetin (1 GB) qiyməti belə olub:
İnternet sürətinin ən güclü və ən zəif olduğu 20 ölkə... Məlumat üçün bildirək ki, dünyada ən sürətli internet Qətərdə qeydə alınıb. Bu ölkədə orta sürət 286,42 Mbit/s-ə çatır. İkinci yerdə 284,21 Mbit/s sürətlə BƏƏ qərarlaşıb. Üçüncü yeri isə Küveyt (216,96 Mbit/s) tutur. Reytinqdə dördüncü yerdə internet trafikinin orta sürəti 173,95 Mbit/s-ə çatan Cənubi Koreyadır. Ondan sonra Danimarka (157,94 Mbit/s), Çin (144,85 Mbit/s), Norveç (141,4 Mbit/s), İslandiya (136,91 Mbit/s) və Hollandiya (134,15 Mbit/s) gəlir. Səudiyyə Ərəbistanı 125,19 Mbit/s sürət ilə ilk onluğa daxil olub. Ən yavaş internet Şərqi Timordadır - cəmi 3,34 Mbit/s. Onu demək olar ki, eyni sürətlə - 3,84 Mbit/s ilə Kuba izləyir. Üçüncü yerdə isə demək olar ki, tamamilə dağılmış rabitə infrastrukturuna görə 5,07 Mbit/s sürətlə Əfqanıstandır. Siyahıda sonrakı yerləri Sudan (7,5 Mbit/s), Tacikistan (8,14 Mbit/s), Haiti (8,38 Mbit/s), Yəmən (8,87 Mbit/s), Boliviya (9,92 Mbit/s) və Venesuela (11,43 Mbit/s) tutur. Bu ölkələrin hamısı ya hərbi münaqişə, yoxsulluq, ya da Haitidə olduğu kimi, daimi dağıdıcı təbii fəlakətlər səbəbindən zəif infrastruktura malikdir. Belarus isə 11,86 Mbit/s sürətlə ilk onluğu tamamlayır. Kifayət qədər inkişaf etmiş şəbəkəyə baxmayaraq, ölkədə internetin sürətinin aşağı olması hökumətin telekommunikasiya xidmətlərinə total nəzarəti və rabitənin daim bloklanması sayəsində əldə edilir.
İnternet qiymətinin ən baha və ən ucuz olduğu 20 ölkə... Zimbabve hazırda görünməmiş dərəcədə bahalı internetdən istifadə edir: 1 GB üçün 43,75 dollar. İkinci yerdə 1 GB-ın qiyməti 40,58 dollar olan Folklend adalarıdır. İnternetdən istifadə üçün üçüncü ən bahalı yer isə hər GB üçün orta qiymət 40,13 dollar olan Müqəddəs Yelenadır. Dördüncü yerdə Cənubi Sudandır (23,70 dollar. Sonra Tokelau (17,24 dollar), Yəmən (15,68 dollar) və rabitə xidmətlərində dövlət inhisarı olan Türkmənistan (11,42 dollar) gəlir. Bir GB internetin qiymətinin ən yüksək olduğu ilk on ölkənin sonunda bunlardır: Mərkəzi Afrika Respublikası (10,90 dollar), Svalbard və Yan Mayen (9,00 dollar) və Kayman adaları (8,39 dollar). Bu gün dünyada ən ucuz internet İsraildədir: texnologiyaya böyük investisiyalar və inkişaf etmiş infrastruktur sayəsində 1 GB-ın qiyməti cəmi 0,02 dollardır. Fici fiber-optik şəbəkələrin daim genişlənməsi səbəbindən 1 GB internetin qiyməti 0,09 dollar olmaqla ikinci yerdədir. İlk üç yeri İtaliya tamamlayır. Burada 1 GB internet trafiki cəmi 0,09 dollara başa gəlir. San Marino dördüncü yerdədir (0,10 dollar). Ondan sonra Pakistan (0,12 dollar), Kamboca (0,12 dollar), Hindistan (0,16 dollar), Qırğızıstan (0,17 dollar) və Kolumbiya (0,20 dollar) gəlir. Fransa təxminən 0,20 dollar/1 GB qiymətlə ən ucuz internetə malik ilk on ölkəni tamamlayır.
Hindistandan olan 14 yaşlı “kalkulyator insan” zehni qabiliyyətlərini sınaqdan keçirərək bir gündə Ginnesin Rekordlar kitabının altı rekordunu qırıb. Tribunainfo.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Maharaştradan olan 14 yaşlı Arjan Şukla, təxminən bir il əvvəl, İtalyan serialı “Lo Şo Dei Record”da 50 beş rəqəmli rəqəmin ən sürətli zehni əlavə edilməsi rekordunu qıraraq ilk dəfə Ginnesin Rekordlar kitabına düşmüşüb. Cəmi 25,19 saniyəyə bu uğura imza atan Şukla Ginnesin Rekordlar kitabı tərəfindən Dubaya dəvət olunub və indi onun adına daha 6 titul var. Bir gündə, Şukla 100 dördrəqəmli ədədi ən sürətli zehni toplama (30,9 saniyə), 200 dördrəqəmli ədədi ən sürətli zehni toplama (1 dəqiqə 9,68 saniyə), 50 beşrəqəmli ədədi ən sürətli zehni toplama (18,71 saniyə), 20 rəqəmli ədədi 10 rəqəmli ədədə bölmək üçün ən sürətli vaxt (5 dəqiqə 42 saniyə), iki beş rəqəmli rəqəmi zehni olaraq toplama üçün ən sürətli vaxt (51,69 saniyə) və iki səkkiz rəqəmli rəqəmi zehni olaraq çoxaltmaq üçün ən sürətli vaxt (2 dəqiqə 35,41 saniyə). Ginnesin Rekordlar kitabı tərəfindən “kalkulyator insan” adlandırılan Şukla deyir ki, yarışlarda zehnini iti saxlamaq üçün gündə 5-6 saat riyaziyyatla məşğul olur.
Fevralın 13-də Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.
TASS-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Fevralın 13-də saat 14:09-da (Bakı vaxtı ilə 15:09 - red.) rentgen diapazonunda 3987 (S06W21) Günəş ləkəsi qrupunda 8 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.