Ardını oxu...
İki tezis, müzakirə etmək maraqlı olar:
1) Vardanyanın hələlik Xankəndində qalması bizə sərf edir – Qarabağın yerli, köklü siyasi “elitası” ilə Vardanyan arasında fikir ayrılıqları, rəqabət, hətta düşmənçilik dərinləşsə bu yaxşıdır. Daxili çəkişmələr Xənkəndində yaşayan “elita” arasında da parçalanmalara, rəsmi Bakı ilə təmasların artmasına çağıranların sayının artmasına səbəb ola bilər. Bundan başqa belə qarşıdurma Vardanyanın Ermənistana transfer olmasının da qarşısı alına bilər – bu da bizə sərfdir, Ermənistanda gələcəkdə yeni “İvanaşvili” modelinin yaranması bizə ziyan ola bilər,
2) Uzun illərdir ki, Qarabağ problemi həm Azərbaycanda, həm də Ermənistanda varolma məsələsi, əsas siyasi diskurs yaradan, hakimiyyət və müxalifət üçün əsas müzakirə mövzusu idi. Ermənistan üçün Qarabağ məsələsi milli kimliyin əsas tərkib hissəsinə çevrilmişdi, amma indi görürəm ki, Ermənistan siyasətində bu məsələ artıq “ölüm-qalım” məsələsi deyil, hakimiyyət-müxalifət münasibətlərində hələ də önəmli olsa da, Ermənistan daxili siyasi diskursunda başqa çağırışlar, problemlər getdikcə daha çox önə çıxır. Ermənistanın gələcək siyasi-coğrafi vektoru, iqtisadi inkişaf konsepsiyası, rifah üçün islahatlar modeli – bu tipli fundamental məsələlər Ermənistan siyasətində Qarabağ məsələsini sıxışdırmağa başlayıb. Əslində, bu da bizim üçün yaxşı tendensiyadır.
Azərbaycanda da artıq Qarabağ məsələsinin böyük ölçüdə həll olunduğu yanaşması önə çıxmalı, önümüzə baxmağı, daha fundamental, daha “vizioner”, daha strateji məsələlərə köklənməyi öyrənməliyik. Yəni, Qarabağ məsələsi rifah və ədalətli dövlət quruculuğu missiyasının önünə keşməməli, bu yolda bəhanə yaratmamalı, tam tərsinə, gələcək dövlət idarəetmə modelinin tərkib hissəsinə çevrilməlidir...
Natiq Cəfərli
Teref.az
 
 
 

Ardını oxu...
Rusiyanın xarici işlər naziri Lavrov iki günlük (27-28 fevral) rəsmi səfərlə Bakıdadır. Lavrovun Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edən çox mühüm bir detalı ehtiva edir: Bakıdan sonra rusiyalı nazir əvvəllər olduğu kimi, Cənubi Qafqazda formal tarazlığı saxlamaq üçün İrəvana yox, Moskvaya qayıdacaq. Hətta Rusiya XİN rəhbərinin yaxın gələcəkdə Ermənistana səfərinin mümkünlüyü barədə də məlumat yoxdur.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində bu nə deməkdir? Erməni təxribatı nəticəsində üçtərəfli format ikitərəfli formata çevrildiyindən Lavrovun səfəri həm də ötən ilin dekabrından sonra Ermənistan-Azərbaycan nizamlanması üzrə qarşılıqlı Bakı görüşü kimi dəyərləndirilməlidir. Rusiya Cənubi Qafqazda stabilləşmədə maraqlıdır və bununla maraqlanan bütün regional oyunçularla danışıqlar aparacaq. Əgər Bakıya sülh lazımdır, İrəvana isə lazım deyilsə, o zaman Moskva əvvəlcə bu sülhün parametrlərini Azərbaycan hakimiyyəti ilə razılaşdıracaq, bundan sonra Ermənistan rəhbərliyinə onun olmadığı halda razılaşdırılmış fəaliyyət planını təqdim edəcək. Üçtərəfli görüşün pozulması Rusiyanın Ermənistana qarşı səbir kasasında son damla oldu. O gündən etibarən iki ölkə arasında siyasi təmaslar gərginlikdədir. Paşinyanın komandası özünün yeni kəşf etdiyi Qərb himayədarlarının antirusiya göstərişlərini həyata keçirməyə başlayana qədər Moskva İrəvanın AB ilə flört etməsinə icazə verməyə hazır idi. Lakin Mirzoyanın Moskva-Bakı-İrəvan görüşündən imtinası qarşıdurmaya çevrildi. Ermənistan Rusiya formatında danışıqlar aparmaq istəmədiyini açıqladı. Paşinyanın komandası ya öz mövqeyini tapa bilmədi, ya da Qərbə istiqamətlənmiş kursa sadiq qalmağa qərar verdi. Lakin son iki ay ərzində Rusiya ilə hansısa formada əlaqələr qurmaq üçün addım atmadı. Bütün bunların fonunda Lavrovun Bakıya gəlib İrəvana məhəl qoymamasına təəccüblənməyə dəyməz”, - o bildirib.

Petrov qeyd edib ki, Rusiya əməkdaşlığa can atan ölkələrlə əməkdaşlıq edir və Qərbin düşərgəsinə keçmək istəyən oyunçulara zəhmət sərf etməməyə üstünlük verir:

“AB müşahidəçilərinin iki illik “mülki” missiyasının İrəvana gəlməsi hər üç dövlətin - İrəvan, Bakı və Moskvanın Cənubi Qafqaza dair mövqelərini aydınladır. AB-nin “mülki” missiyasında yalnız rəsmi versiyaya görə, fransız jandarmları və alman polisləri daxildir. Erməni politoloqları bildirirlər ki, Ermənistandakı missionerlər Rusiya və İran qoşunlarına casusluq edərək Gümrüdəki 102-ci Rusiya hərbi bazasının bağlanmasına zəmin yaradacaqlar. Bu, regiona perspektiv dağıdıcı qüvvələrin yeridilməsi, sülh danışıqlarının blokadaya alınması və Ermənistan ordusunun Azərbaycana qarşı yeni müharibəyə hazırlanmasıdır. Rusiya və Azərbaycan da öz növbəsində Cənubi Qafqazda yeni müharibənin alovlanmasının qarşısını almaq əzmindədir. Lavrovun Bakıya Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ildönümündə səfəri təsadüf deyil. Bu, dinc perspektivin reallığa çevrilməsi üçün addımların əlaqələndirilməsidir”.
Ardını oxu...
Paşinyan, Qriqoryan və Mirzoyan Laçın yolu ilə bağlı Azərbaycan və Rusiya ilə danışıqlar aparmaq niyyətində deyil. Rusiya isə üçtərəfli müzakirələrdə ona görə maraqlıdır ki, o, tərəflərin bir-birini ittiham etməsi ilə yaxasını məsuliyyətdən qurtarmaq istəyir. Nəticə etibarilə danışıqlarda Azərbaycan və Rusiya qalır. Yəni Ermənistan özünü kənara çəkməkdə Bakı və Moskva arasında münasibətləri pozmaq məqsədi güdür.

DİA.AZ bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında BMT Baş katibi Antonio Quttereş və Nikol Paşinyan arasında aparılan telefon danışığını şərh edən politoloq Elşən Məcidov deyib.

Politoloq Paşinyanın faktaraşdırıcı missiya istəməklə növbəti dəfə Rusiyanın quyusunu qazdığını vurğulayıb:

“Digər tərəfdən, Paşinyan Laçın yolu məsələsinin beynəlxalq xarakter daşımasına, eyni zamanda hazırda orada baş verən prosesləri Rusiya ilə Azərbaycanın sövdələşməsinin nəticəsi kimi təqdim etməyə çalışır. Yəni guya Azərbaycan və Rusiya Zəngəzur dəhlizini açmaq üçün Laçın yolunu bağlayıb. İndi Paşinyan Quttereşə zəng edib faktaraşdırıcı missiyanın göndərilməsini istəməklə əslində Rusiyanın quyusunu qazır. Çünki bölgəyə faktaraşdırıcı missiyanın çağırılması rus sülhməramlıların öz vəzifəsini yerinə yetirə bilmədiyini, Rusiyanın tərəf olduğunu göstərmək məqsədi güdür. Lakin Ermənistanın bu həmlələri heç bir nəticə verməyəcək. Ona görə ki, Azərbaycanın icazəsi olmadan heç bir ölkə və təşkilat oraya missiya göndərə bilməz”.
Ardını oxu...
Paşinyanın tərəfdarı, Koçaryan-Sarqsyan tandeminin qəti eleyhdarı olan, Qarabağ problemi və müharibəsi ilə bağlı nisbətən obyektiv mövqe tutan erməni bloqer Roma (Roman) Baqdasaryan yenə kəskin fikirlərlə çıxış edib. O, Qarabağ separatçılarını haqq yoluna gəlməyi məsləhət görüb.


Feysbuk hesabında canlı yayımda danışan Baqdasaryan istefaya göndərilən “dövlət naziri” Ruben Vardanyanı və Qarabağdakı separatçıları kəskin tənqib edib.

Onun sözlərinə görə, Qarabağdakı “Qarabağ klanı” 44 günlük müharibədə məğlub olub: “İndi ağzını yumub oturmaq vaxtıdır. Ona sevinin ki, sizə ümumiyyətlə nəfəs almağa, su içməyə imkan verirlər. Qarabağı yaman günə qoyan erməni generalları asmaq lazımdır. İndi tam vaxtıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar masasına oturub məsələni müzakirə edəsən”.

Həmçinin Baqdasaryan öz çıxışında Rusiyanı da təndiq edib: “Nəyə görə erməni xalqı hər kəslə düşmən olmalıdır? Kim dedi ki, biz daim kimləsə müharibə şəraitində olmalıyıq?! Bu rolu bizə Rusiya təyin edib. Rusiya dünən Köçəryandan, bu gün isə Vardanyandan istifadə edərək qanlı qırğın törətmək istəyir. Kim ki bu separatçı hökumətə inanır və düşünür ki, müharibə ilə nə isə qazanacaq, bax onu qan və qəbr gözləyir. Rusiya bundan istifadə edərək Ermənistanı zəiflətmək istəyir. Bu gün Qarabağda yaşayan ermənilərin rifahı Nikol Paşinyanın danışıqlar masası arxasına oturmasından keçir. Vardanyan və Köçəryanın tərəfdarları bunu bilin ki, sizi ölüm gözləyir. Əgər Qarabağda yenidən hərbi əməliyyatlar başlasa, 24 saat ərzində bir nəfər də sağ erməni kişi qalmayacaq”.

İTV də erməni bloqerin çıxışı ilə bağlı videomaterial hazırlayıb. Sujeti təqdim edirik:

 
Ardını oxu...
Rusiyanın Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması məsələsində mövqeyi ekstraterritorial dəhlizlər məntiqinə yaxın gəlmir.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin belə deyib.

Kopırkin bildirib ki, Moskvanın bu məsələyə yanaşmasını Ermənistanla Azərbaycan arasında kommunikasiyaların blokdan açılması və sərhədin delimitasiyası üzrə komissiyanın rusiyalı həmsədri, Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk dəfələrlə və çox aydın şəkildə açıqlayıb.

“Heç bir dəhliz məntiqindən söhbət gedə bilməz”, - deyə diplomat bildirib.

Kopırkin əlavə edib ki, o, həmkarı, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun bir müddət əvvəl verdiyi açıqlamalarla tanışdır. Boçarnikov dəhliz və dəhliz məntiqindən danışmayıb. “Onun danışdıqları 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunub. Söhbət regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasından gedir. Bu isə bütün tərəflər tərəfindən qəbul edilən fəlsəfə, məntiq və ifadədir”, - deyə diplomat əlavə edib.

Boçarnikov bir müddət əvvəl Azərbaycan mətbuatına müsahibəsində regional kommunikasiyalarla bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələ ilə məşğul olan baş nazirin müavinləri səviyyəsində həm biznes maraqları, həm də texniki məsələlər üzrə artıq yüksək anlaşma səviyyəsinə çatmış üçtərəfli işçi qrupları yaradılıb. Bu baxımdan, Boçarnikov nəqliyyat marşrutlarının blokdan çıxarılması layihəsini kifayət qədər mümkün adlandırıb.
 
Ardını oxu...
Qarabağ erməniləri özlərini Ermənistan vətəndaşı hesab etmirlər.

Teref.Az xəbər verir ki, bu barədə erməni mediası Highgate Consult sosioloji agentliyin hesabatına əsasən yazıb.

“2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində Highgate Consult sosioloji agentliyi Qarabağda müxtəlif mövzularda sosioloji araşdırmalar aparıb.

Suallardan biri ilə onlar Qarabağ xalqı üçün hansı keyfiyyətlərin vacib olduğunu öyrənməyə çalışıblar.

Respondentlərə siyahı təqdim olunub və onlar 3 cavabı seçiblər.

Siyahıda deyilir: erməni, Qarabağ vətəndaşı, xristian, vətənin müdafiəçisi, avropalı, Ermənistan vətəndaşı. Ən çox 3 cavab qeyd ediibi: birinci yerdə erməni, ikinci yerdə Qarabağ, üçüncü yerdə isə xristian.

Ermənistan vətəndaşı sonuncu yerdə qərarlaşıb”, – deyə media yazıb.\\KONKRET.az
 
Ardını oxu...
Ötən ilin dekabrın 12-dən başlayaraq Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Şuşa-Xankəndi yolunda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı keçirdiyi aksiya erməni lobbisini təşvişə salıb. Hər zaman olduğu kimi, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dəki erməni lobbisi anti-Azərbaycan fəaliyyətini gücləndiriblər. Erməni lobbisi dünyanı aldadaraq Şuşa-Xankəndi yolunda azərbaycanlıların aksiyasını “blokada” və “humanitar böhran” olaraq təqdim etməyə çalışır.

Bununla bağlı ermənilər müxtəlif ölkələrdə qondarma aksiyalar keçirir, guya, Xankəndidə insanların həyat şəraitinin dözülməz olduğunu qeyd edirlər. Təəssüf ki, bir sıra ölkələrin rəsmiləri ermənilərin bu yalanlarına inanırlar.

DİA.AZ-ın məlumatına görə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctmai Birliyinin sədri Fuad Hüseynzadə "Şərq"ə açıqlamasında deyib ki, Xankəndidə sosial-iqtisadi vəziyyət heç də ermənilərin dünyaya yaydığı kimi deyil. Ekspert bildirib ki, hazırda orda insanlar, necə deyərlər, hər zamankı kimi kef-damaq içində yaşayırlar:

"Bunu ermənilərin sosial şəbəkələrdə gündəlik həyat şəraitləri ilə bağlı paylaşımlarından da açıq-aydın görmək mümkündür. Məsələn, Xankəndidəki “Status cafe” daima müştərilərlə dolu olur. Erməni gənclər də bu kafedən böyük sevinclə paylaşımlar edirlər. "Blokada"yıq deyən ermənilər hər gün Xankəndidəki “Sanremo” restoranında da keflərini çəkirlər. Qarabağda yaşayan erməni gülçülər isə sosial şəbəkələr vasitəsilə “Sevgililər günü” ərəfəsində öz güllərini heç məhdudiyyətsiz rahatca satıblar. Belə olan halda ermənilər hansı haqla blokada və humanitar böhrandan danışa bilərlər?! Ermənilərin bu yalanlarını Ukrayna Ali Radasının deputatı Vladimir Kreidenko “Moldova 1”ə açıqlamasında ifşa edib. Deputat yanvarın ortalarında Qarabağdakı restoranlarda yeməklərin sifarişini təşkil edərkən apardığı eksperimentlərdən danışıb və orada humanitar fəlakətin olmadığını sübut edib: “Biz indi yutub vasitəsilə yayılan sosial eksperimenti görə bilərik, burada fəallar Qarabağda uğurla yemək sifariş edirlər. Onlar çoxlu sayda insan üçün müxtəlif növ yeməklər sifariş edirlər və orada məhsul qıtlığı barədə onlara heç bir məlumat verilmir”.
F.Hüseynzadə qeyd edib ki, hazırda Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və ekofəallar Ermənistanın beynəlxalq cinayətlərinə qarşı etiraz edir: "Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Bu, Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Aksiyanın Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı məsələsinə də heç bir aidiyyəti yoxdur".
Ardını oxu...
Qərb İlham Əliyevin dəhlizlərlə bağlı təklifini dəstəkləyir, Paşinyan isə israr edir...

Münhen Təhlükəsizlik Konfransının aparıcı mövzusu Ukrayna böhranı olsa da Azərbaycan-Ermənistan arasında sülh müzakirəsi də gündəmin əsas hadisələrindən biri idi. ABŞ Dövlət katibi Entoni Blinken ilk dəfə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla bir araya gələrək, problemin həlli yollarını geniş müzakirə etdi. Habelə, ATƏT sədrinin moderatorluğu ilə Cənubi Qafqazın 3 ölkəsinin lideri ilk dəfə bir masa arxasında əyləşib, təhlükəsizlik, siyasi-iqtisadi inkişafa mane olan ümumi problemlərdən danışdılar.


Avropa İttifaqının prezidenti Şarl Mişel də ayrı-ayrılıqda liderlərlə görüşüb Brüssel prosesinin davam etdirilməsinə razılıq aldı.

Ötən ilin noyabrından Rusiya rəhbəri Vladimir Putinin xüsusi səyləri, Paşinyanın qeyri-adekvat yanaşması ilə (Valday çıxışı, Soçi görüşü) qırılan təmaslar bərpa olundu. ABŞ və Avropa İttifaqı sülhün əldə olunmasına yönəlik iradə nümayiş etdiriblər. Bunu kənara itələmək indiki situasiyada çətindir, nəzərə alsaq ki, Rusiyanın regionda təsir imkanları getdikcə məhdudlaşır, o zaman Qərb platformasında sülh müzakirələrinin getdikcə daha böyük meydan qazanması qaçılmazdır.

Prezident İlham Əliyev Blinkenlə görüşdən sonra bildirdi ki, Ermənistanın mövqeyində, yetərli səviyyədə olmasa da, tərəqqi var. Bu irəliləyişin konkret nədən ibarət olması məlum deyil, amma Qərbin olumlu baxdığı kompromislərdən biri rəsmi Bakı tərəfindən qəbul edilir.

İlham Əliyev bildirib: “Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur”.

Xatırladaq ki, bu təklif yeni deyil, hələ ötən il Brüsseldə Şarl Mişelin vasitəçiliyi baş tutan üçtərəfli görüşdən sonra Azərbaycan dəhlizlərə eyni yanaşma təklif edib: “Zəngəzur dəhlizində hansı meyarlar tətbiq olunacaqsa, Laçın dəhlizində də eynisi olacaq”, -deyə Prezident vurğulamışdı.

Bu təklif rəsmən Ermənistan tərəfinə təqdim edilib. Nikol Paşinyan Münhendə bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Laçın dəhlizi ilə bağlı konkret məqamlar yer alıb. “Bu bəyanata görə, Azərbaycan və Rusiya sülhməramlılarının vəzifəsi Laçın dəhlizini açıq saxlamaqdır, lakin indi təəssüf ki, bizdə tamam başqa vəziyyət var. Biz hesab edirik ki, beynəlxalq diqqət bu vəziyyətə yönəlməlidir, çünki bu vəziyyətin davam etməsinin Dağlıq Qarabağ erməniləri üçün geridönməz humanitar nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirik”, – o bildirib.

Beləliklə, İlham Əliyevin rəsmi təklifinə Paşinyandan dərhal publik “yox” cavabı gəlib. Amma ola bilsin, bu, hələ ki, İrəvanın dəqiqləşmiş mövqeyi deyil, çünki Azərbaycan Prezidenti bildirib ki, qarşı tərəf Bakının təklifinə cavab verməyib. Dəhlizlərlə bağlı ABŞ və Avropa İttifaqının da dəstəklədiyi suverenlik prinsipinin tətbiqini rədd etmək Ermənistan rəhbərliyi üçün o qədər də asan ola bilməz.

Məsələnin həlli təkcə Paşinyan hakimiyyətindən də asılı deyil. Rusiyanın mövqeyi necə olacaq, bu, önəmlidir. Hazırda Azərbaycanın Laçın rayonu istiqamətində Ermənistanın dövlət sərhədi rus sülhməramlılarının müvəqqəti nəzarətindədir. Eləcə də Laçın-Xankəndi yoluna da onlar nəzarət edir. Üçtərəfli razılaşmaya görə, 2025-ci ilə qədər bu status-kvo qalmalıdır. Azərbaycan Moskvanın razılığı olmadan Laçında sərhəd-buraxılış məntəqəsi tikməyə nail ola bilərmi?

Daha bir vacib sual Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanatda yer alan müddəalardır. Sənədə görə, Ermənistan Rusiya Federal Sərhəd Xidmətinin nəzarətində olacaq bu yolda Azərbaycanın qərb hissəsi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməlidir. Nəzəri baxımdan, hər iki tərəf Zəngəzurda və Laçında nəzarət-buraxılış məntəqələri yaratdılar, bəs yolda hərəkətin təhlükəsizliyinə nəzarət mexanizmi kimin əlində olacaq? Ermənistan bu halda Rusiyanı öz ərazisinə buraxacaqmı? İrəvanın xarici siyasətində sürətli dəyişkənlik, Qərb xəttinin güclənməsi, KTMT-nin yox, Avropa ittifaqı missiyasının sərhədlərə gətirilməsi İrəvanın əks mövqedə dayandığını göstərir.

Beləliklə, 9 noyabr bəyanatının regionda yaranmış yeni situasiyaya adekvat olmadığı ortaya çıxır. Azərbaycan təklifi, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi üçtərəfli sənədin müddəalarını istisna edir. Paşinyan yalnız bəyanatın Laçın dəhlizi ilə bağlı hissəsinə istinad edir, bu da həm Bakının, həm də Qərbin yanaşması ilə tərs mütənasibdir.

Sülh müqaviləsi ilə bağlı ziddiyyətlərin bir hissəsini də Qarabağ mövzusu təşkil edir. İrəvan Bakıya göndərdiyi təkliflərə yenə Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizlik problemlərinin həllini və beynəlxalq qarantiya məsələsini daxil edib. İlham Əliyev bu təklifi birmənalı şəkildə rədd edib. Amma onun mövqeyində başqa kompromis var: Rusiyanın Xankəndinə göndərdiyi Ruben Vardanyan Qarabağdan çıxarılmalıdır, Bakı bölgənin yerli əhalisi ilə danışmağa hazırdı.

Burada Bakının təklifinin kimə ünvanlandığı tam aydın deyil. Vardanyanı Xankəndindən kim qovmalıdır? Ermənistan, yoxsa Qərb? Hazırda onların praktik bu imkanları yoxdur, çünki Vardanyan Kremldən idarə olunur, Rusiya isə onu geri çəkmək, Qərb platformasında sülh anlaşmasına dəstək vermək niyyətindən çox uzaqdır. İkincisi, İrəvan nəzəri baxımdan Qarabağdakı ermənilərə iqtisadi, siyasi təzyiq göstərə bilər, amma bu, çox mürəkkəb məsələdir və Vardanyanı qısa müddətdə Xankəndindən uzaqlaşdıra bilməz. O istefaya göndərilsə belə, Kreml onu Qarabağda saxlamaqda davam edəcək.

Beləliklə, ilkin mərhələdə prosesdə müsbət dinamika olsa da, ziddiyyətlər kifayət qədər çoxdur, onların həlli, kompromislərin tapılması münaqişə tərəflərindən daha çox bölgəyə təsir edən güc mərkəzlərinin imkanlarından asılıdır. Hazırda region uğrunda Rusiya-Qərb savaşı aktiv fazaya daxil olub…
pressklub
 
Ardını oxu...
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş bir gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.
Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır. Azərbaycan prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub.
Nikol Paşinyan Münhendə İlham Əliyevin bu təklifinə münasibət bildirməyib.
Nikol Paşinyan təklifi qəbul etməsə belə Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır.
Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec və ya tez həll etməliyik. Yolun sonunda sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur. Əlbəttə, Nikol Paşinyan həmişəki kimi bu halda 2020-ci il 10 noyabr bəyanatına istinad etməyə çalışacaq və deyəcək ki, “yol açıq olmalıdır”. Ancaq sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.
Yol bağlanmayacaq, nəzarətə götürüləcək, bu Azərbaycanın təbii haqqıdır. Nikol Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postları təsis edib. Paşinyan Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisində daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq.
Bununla Qarabağa silah və sursat keçidi imkanlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının Azərbaycan vizası almadan ərazimizə daxil olmasının qarşısı alınacaq.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti