Ardını oxu...
Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərə qarşı soyğunçuluq fəaliyyəti getdikcə güclənməyə başlayıb.

Bunu “Hraparak” qəzeti yazıb.

Məlumata görə, son zamanlar sülhməramlılar qondarma rejimdəki ermənilərin hesabına gəlirlər əldə etməyə başlayıblar. Qəzetin mənbəsi bildirir ki, sülhməramlılar yerli ermənilərdən aldığı rüşvətin məbləğini son aylarda 5 dəfə artırıblar. Belə ki, əgər əvvəllər Qarabağa qida və ya digər mallar gətirmək üçün hər böyük yük maşınından 1000-2000 dollar alırdılarsa, artıq ruslar bu rəqəmi 10 min dollara qaldırıblar.

Vəziyyətin bu həddə çatması ruslarla separatçılar arasında vəziyyəti qəlizləşdirib. Belə ki, tərəflər arasında razılaşmaya əsasən, ruslar Xankəndiyə 10 maşın yük gətirməyi öhdəliyə götürsələr də, bunun yalnız 8-ni Araik Arutyunyanın adamlarına təhvil verə bilirlər. Digər 2 maşını isə general Volkovun rəhbərliyindəki sülhməramlılar özləri Xankəndidə biznes vasitəsi olaraq istifadə edirlər. Yəni malları sataraq ondan gəlir əldə edirlər.

Qeyd edək ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Rəsmi Bakı onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası porsesinin qaçılmaz olduğunu dəfələrlə vurğulayıb.
Ardını oxu...
İllərdir deyirik, yazırıq ki, ictimaiyyət, xüsusən də media ucuz sensasiya, yaxud başqa məqsədlər xatirinə ölkəmizin, dövlətimizin siyasi, iqtisadi, hərbi və s. sahədə uğur və nailiyyətlərini nə kiçiltməli, nə də şişirtməlidir, hər şeyi olduğu kimi təqdim və təbliğ etməlidir. Çünki xalq, dövlət, ölkə yalan və şişirtmələr üzərində deyil, real və gerçək göstəricilər əsasında inkişaf edir... Odur ki, hər hansı bir sahədə uğurlarımızın şişirdilməsi, gerçəklərin gizlədilməsi dövlətimizin, ölkəmizin tərəqqisinə yox, tənəzzülünə xidmət edəcək... Burada diktator olsa da, sovet lideri Stalinin məşhur əsəri yada düşür: “Müvəffəqiyyətdən başgicəllənmə”... Ataların da bir sözünü xatırlamamaq olmur: “Arxı hoppanmamış “hop” demə”...

Keçək əsas mətləbə... Bu günlərdə Azərbaycan ordusunun Laçın rayonunda – Ermənistanla sərhədə və məlum “dəhliz”ə yaxın ərazilərdə növbəti uğurlu əməliyyatları keçirilibdir. Ermənistan istiqamətindən yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar hərbçilərimiz heç bir güllə atmadan Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb. Müdafiə Nazirliyi bu haqda rəsmi məlumat yaydıqdan sonra sosial-şəbəkələrdə, eləcə də mediada bir hay-mərəkə qopdu ki... Erməni saytlarında yayılan, guya Azərbaycan ordusunun Xankəndi-Şuşa-Laçın-Gorus yolunun Ermənistanın Dığ(Tex) kəndi ərazisindən keçən hissəsini bağlaması haqda xəbərlərin tərcüməsi də dərc olunduqdan sonra şayiələr yayıldı ki, artıq Azərbaycan Laçın yolunda nəzarət-keçid məntəqəsi qurub... Baş verənlərin mahiyyətinə və sözügedən əraziyə bələd olmayanlar isə bu xəbərə tamamilə əmin oldular...

Bəs gerçəkdə nə baş verib?.. Doğrudur, ordumuz Laçın rayonunun Zabux və Cağazur kəndləri arasındakı hakim yüksəklikləri nəzarətə götürüb. Hərçənd Rusiya “sülhməramlı”ları həmin yüksəkliklərin Azərbaycan tərəfinə təhvil verilməsini 10 noyabr 2020-ci il bəyanatı imzalanandan sonra təmin etməli idi. Çünki əvvəla, Cağazur kəndi “dəhliz”dən kifayət qədər uzaq məsafədə yerləşir. İkincisi də, sovet dövründən bəri bəhs edilən kəndlərin qeyd-şərtsiz Azərbaycan Respublikasının Laçın rayonuna aid olduğunu, Ermənistanla sərhədin həmin ərazidə hansı dərə-təpədən keçməsini də ermənilər də, ruslar da yaxşı bilirdi... Bəndəniz də I Qarabağ savaşında bir aydan çox sözügedən ərazidəki “29-cu”, “30-cu” postlarda könüllü döyüşçü kimi keşik çəkdiyindən gözəl bilir ki, Dığ düzü deyilən məkanın xeyli hissəsi Azərbaycana məxsus olub. Bütün hallarda bu addımımızı növbəti uğur kimi dəyərləndirilməlidir...

Ancaq konkret Laçın yolunun bağlanmasına gəldikdə, hətta ordumuz Dığ kəndi yaxınlığındakı sərhəd ərazidə həmin yolu bağlayıb orada nəzarət-keçid məntəqəsi qurulmasını təmin etsə belə, bu, bir neçə gün, uzaqbaşı bir neçə həftədən sonra öz ciddi əhəmiyyətini itirəcək. Çünki öncədən razılaşmaya əsasən və rəsmi İrəvanın bu günlərdə verdiyi məlumata görə, Qarabağdan Ermənistana gedən alternativ yolun Ermənistana aid hissəsinin çəkilməsi aprelin 1-dək tamamlanmalıdır. Bu isə o deməkdir ki, ermənilər artıq Dığ kəndinin yaxınlığından keçən yolla deyil, qonşu Gorunzur(Kornidzor) kəndi ərazisindən keçən yolla hərəkət edəcəklər. Bu günədək Azərbaycan tərəfi icazə verirdi ki, hayklar Şuşanın Kiçik və Böyük Qaladərəsi və Laçının Qayğı qəsəbəsindən keçən yeni çəkdiyimiz alternativ yolla Həkəri çayı üzərindəki körpüyə çatdıqdan sonra yenidən Zabux kəndi yaxınlığında Azərbaycan ərazisindən keçib Ermənistana daxil olsunlar. Ancaq indi onlar Həkəri çayını və oradakı Rusiya “sülhməramlı”larının 1 saylı postunu keçib birbaşa Ermənistan ərazisinə daxil olacaqlar. Və bu halda ermənilər öz sərhədlərinin həmin hissəsində sərhəd qoşunlarını yerləşdirəcəklər... Odur ki, Azərbaycan dövləti də nəzarət- keçid postunu Dığ kəndi yaxınlığında deyil, Həkəri çayı üzərində, rusların müşahidə-nəzarət postunun yaxınlığında qurmalıdır... Əsas məsələ budur. Və Azərbaycan dövləti, şanlı Azərbaycan ordusu bütün əngəllərə, agentura təxribatlarına və s. rəğmən bu işi görməlidir. İllah da ona görə ki, ölkə başçısı İlham Əliyev Münhendə ABŞ dövlət katibinin vasitəçiliyi ilə keçirilən görüşdə "həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır" təklifini rəsmi olaraq irəli sürmüşdü... Biz bunu mümkün qədər tez etməliyik... Baxmayaraq ki, hayk kökənli Lavrov özü də, katibəsi Mariya Zaxarova da deyir ki, Azərbaycan tərəfinin Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsi qurması haqda müzakirələr getmir... Laçın yolunda sərhəd, gömrük və s. nəzarət-keçid postlarının qurulması həm də ona görə vacibdir ki, bu halda haykların həmin yolla silah-sursat, canlı qüvvə və s. daşıması maksimum məhdudlaşacaq. Eyni səbəbdən də bu yaxınlarda ordumuzun daha bir uğurlu əməliyyatla nəzarətə götürdüyü alternativ Xankəndi yolları yaxınlığındakı yüksəkliklərdə əlavə qüvvə yerləşdirilməsinə ciddi ehtiyac olmayacaq...

Xülasə, gəlin, eyforiyaya qapılmayaq və arxı hoppanmamış “hop” deməyək, yoxsa “rəhmətlik” Stalin demiş, uğurlardan başımız gicəllənər və Allah eləməmiş, yıxılarıq... //moderator.az//

Ardını oxu...
44 günlük müharibədən sonra Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiya "sülhməramlı" kontingentinin nəzarəti və separatçı-terrorçu rejimin işğalı altında qalan Yuxarı Oratağ kəndində doğulan hayk uşaqlarının sayı artıb.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, erməni nəşrlərinin yazdığına görə, bu barədə kənddəki qondarma "icma rəhbəri" Qrişa Martirosyan danışıb.

“İcma 20 çoxuşaqlı ailənin yaşadığı Artsaxın unikal kəndlərindən biridir. Bu il kənddə çoxlu doğum gözlənilir",-deyə Q.Martirosyan bildirib.

Onun sözlərindən bəlli olur ki, II Qarabağ savaşından sonra Yuxarı Oratağda Kəlbəcər şəhəri və rayonun azad edilmiş digər kəndlərindən, Ağdam rayonunun Əliağalı kəndindən və s. məntəqələrimizdən köçmüş 14 hayk ailəsi məskunlaşıb.

Kəndin yaxınlığındakı Dəmirli(erm."Kaşen") mis-molibden mədəninin fəaliyyətinin dayandırılması nəticəsində kənddə 50-yə yaxın hayk işsiz qalıb.

Kəlbəcərin bu kəndindəki məktəbdə 130 hayk şagird təhsil alır.

"Müharibədən sonra kənd sakinlərindən heç kim getməyib və getməyəcəklər. Gənclər vətənpərvərdir, vətənin müdafiəsinə və ölkənin inkişafına yönəlmiş proqramları həyata keçirməyə hazırdırlar. Kəndin bütün sakinləri doğma torpağa möhkəm bağlıdırlar və öz gələcəklərini yalnız Artsaxda görürlər",- deyə qanunsuz "icma rəhbəri" çərənləyib...

Zəruri arayış:

Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - "Ermənistan teleqram kanallarında yayılan #iddialara görə, Azərbaycan ordusuna məxsus bir neçə Ural maşını şərti sərhəddə Xankəndi-Laçın yolunu tamamilə bağlayıb". DİA.AZ bildirir ki, bu barədə tanınmış hərbi ekspert Ədalət Verdiyev məlumat açıqlayıb.

Qeyd edək ki, hələlik bu haqda hansısa rəsmi açıqlama yoxdur. Bunu vurğulayan Ə.Verdiyev erməni KİV-inə istinadən bildirir:

"Bir neçə saat əvvəl Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhəddə, Tex kəndi yaxınlığında bir neçə hərbi Uralla Gorus-Xankəndi yolunu kəsib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi Urallarının sayı artıb, onların sayı 10-dan çoxdur, Azərbaycan Silahlı Qüvvələri Ermənistan və qondarmanı birləşdirən yolda səngərlər və maneələr hazırlamağa başlayıb".

QEYD: Məlumat Azərbaycan rəsmiləri tərəfindən təsdiq və ya təkzib olunmayıb. İstənilən halda Sərhəd keçid məntəqəsi qurulacaq!..
Ardını oxu...
Azərbaycan Qarabağda yaşanan növbəti qanunsuluğa özü son qoyub.
Ordumuz buna Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunu nəzarətə götürməklə nail oldu.
Hərbi ekspert Ədalət Verdiyev “Xəzər Xəbər”ə deyir ki Azərbaycan ordusu həmin yollara nəzarətə imkan yaradan yüksəkliyi ələ keçirməklə böyük üstünlük əldə edib. Ekspert bildirib ki dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq rusiyalı sülhmərmalı kontigenti həmin yollardan silah daşınmasına göz yumurdu. Azərbaycanın gəlcəkdə mümkün təxribatların qarşısını almaq üçün torpaq yolları nəzartə götürməyi vacib idi.
Onun sözlərinə görə sözügedən yollara nəzarət separatçıların əl-qolunu bağlayacaq. Bundan sonra azərbaycan qanunsuz əməllərə qarşı özü tədbirlər görəcək.
Eksper əlavə edib ki bu proseslər bir daha onu göstərir ki Laçın Xankəndi yolunda nəzarət keçid məntəqəsi yaradılmalıdır.

 
Ardını oxu...
Rusiya sülhməramlıları Qarabağın Xocavənd (Rusiya yenə də “Martuni” kimi təqdim edib-M.) rayonu ərazisində atəşkəs rejiminin pozulması faktını qeydə alıblar.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin 26 mart tarixli məlumat bülleteninə əsasən, itki yoxdur.

Faktla bağlı Rusiya sülhməramlı kontingentinin araşdırma apardığı bildirilir. Bu dəfə də erməni separatçıların təxribatının üstündən sükutla keçilib.

Martın 25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusnun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

 
 
 
 

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. 

Sarkazm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı son açıqlama diqqət çəkir.

Məsələ burasındadır ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Yəni, artıq iş xəbərdarlıqdan keçib. Bunun nəticəsi kimi, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu isə həmin yollara Azərbaycan ordusunun nəzarət etməsi deməkdir.

Ardını oxu...
Ermənistan baş naziri Nikol Paşinyan hökumətin 23 mart tarixli iclasında çıxışı zamanı növbəti absurd tezislər səsləndirib.

Paşinyanın özünü şir kimi hiss etməsinə səbəb isə ehtimal ki, Ermənistanda olan Avropa İttifaqı missiyası, Qərbdən gələn fərdi dəstək səsləri və yaxınlaşan qondarma “demokratiya sammiti” olub.

Bu barədə “Caliber”in “YouTube” kanalının təqdim etdiyi videosüjetdə bildirilib.

Paşinyan yenidən Azərbaycana qarşı ittihamlar irəli sürüb və Azərbaycanın guya qaz təchizatını dayandırdığını iddia edib. Bu arada qaçaqmalçılıq yolu ilə əldə edilən və mənşəyi məlum olmayan bu qaz Ermənistandan Azərbaycanın Qarabağ regionlarına nəql olunur.

Lakin görünür, Paşinyan Beynəlxalq Məhkəmənin bununla bağlı qərarının mətni ilə tanış deyil. Belə ki, qərarın 64-cü bəndində deyilir ki, Ermənistan tərəfi Azərbaycanın Qarabağ sakinlərinin qaz təchizatını dayandırması ilə bağlı hər hansı sübut təqdim etməyib.

Daha ətraflı videosüjetdə:

 
 
 
Ardını oxu...
Akar Şoyqu ilə telefon söhbətində Qarabağ ətrafındakı vəziyyəti də müzakirə edib. Ankaranın təşəbbüsü ilə baş tutan telefon zəngində Qarabağla bağlı nələrin müzakirə edildiyini təxmin etmək mümkündür:
1. Qarabağda qanunsuz erməni silahlı dəstələrin çıxarılması;
2. Rusiya sülhməramlılarının müşahiyəti ilə Ermənistandan silah-sursatın daşınmasının qarşısının alınması;
Ankara Bakının bu istəklərini, həm də buna qarşı atılacaq addımları Moskvaya çatdırır. Akarın zəngi həm də Bakının atmağa hazırlaşdığı addımlardan öncə Rusiyaya Azərbaycanın yanındayıq demək, bununla mümkün təzyiqlərin qarşısını almaq məqsədi də daşıya bilər.
Bunun fonunda keçmiş Ağdərə rayonu ərazisində qanunsuz erməni silahlı dəstələrinə məxsus postda silah-sursat və hərbi texnikanı sıradan çıxaran, canlı qüvvənin xəsarət alması ilə nəticələnən yanğının baş verməsi də diqqət çəkir.

Asif Nərimanlı - DİA.AZ

Dünyapress TV

Xəbər lenti