Ardını oxu...
Azərbaycan Respublikasının 32-ci ildir ki, işğal altında qalan və "İvanyan" adlandırılan Xocalı şəhəri ərazisində separatçı-terrorçu rejimin büdcəsi və "Hayastan" ümuerməni fondunun vəsaiti hesabına tikilən 107 fərdi evin tikintisi guya "blokada ilə əlaqədar olaraq praktiki olaraq dayandırılıb".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, Xankəndindəki hayk nəşrlərinin yaydığı məlumata görə, bu haqda cinayətkar rejimin qanunsuz "şəhərsalma naziri"nin müavini Aram Qasparyan müxbirlərə tikinti meydançasında danışıb.

“Fərdi evlərin əksəriyyətinin tikintisi başa çatmaq üzrədir, lakin tikinti materialları çatışmazlığı səbəbindən hazırda işlər, o cümlədən xarici infrastrukturun tikintisi demək olar ki, dayanıb”, - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ilk 40 fərdi evin ötən ilin sonu və 2023-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılırdı.

"...Yol açıldıqdan sonra məhəllənin tikinti işləri bərpa olunacaq və tikilən ilk evlər çox qısa müddətdə istifadəyə veriləcək”, - deyə separatçı məmur əlavə edib.

O, qeyd edib ki, köçkün ermənilər üçün nəzərdə tutulmuş iki və dörd otaqlı fərdi yaşayış evləri daxili şəbəkə istilik sistemi, isti-soyuq su və qazla təmin ediləcək.

Xatırladaq ki, Rusiya “sülhməramlı” kontingentinin himayə etdiyi separatçı-terrorçu rejim 2021-ci ildən başlayaraq Xocalı şəhəri və rayonun bəzi kəndlərində, həmçinin Şuşa rayonunun Xankəndinə bitişik Malıbəyli kəndində 44 günlük savaşda Şuşa və Hadrutdan köçmüş ermənilər üçün binalar və fərdi həyət evləri tikməyə başlayıb...
 
Ardını oxu...
Qarabağda ermənilər Rusiya sülhməramlılarının bazasına əsas girişi bağlayıb.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qarabağda bir qrup separatçı bir neçə saat ərzində Rusiya sülhməramlılarının bazasına əsas girişi bağlayıb. Onlar Rusiya sülhməramlılarının nümayəndələri ilə görüş tələb edirlər.

Əsas tələb Qarabağın “erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsidir”.

 
Ardını oxu...
Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqdan başqa yolu yoxdur.

Erməni mətbuatında yayılan məlumatlar görə, Azərbaycan hökuməti Xankəndindəki separatçılara öz kanalları vasitəsilə bildirib ki, reinteqrasiya siyasəti mütləq aparılmalıdır.

Çünki yalnız reinteqrasiya prosesi ilə bölgədə problemləri həll etmək mümkündür. Əks halda Azərbaycan tərəfindən daha sərt və kəskin addımlar atalacaq.

Eləcə də rus sülhməramlıların məsuliyyət zonasında separatçı qurumun rəhbəri Araik Arutyunyan da Qarabağ ermənilərinin iki seçim arasında qaldığını bildirib. Yəni, ermənilər ya öz əvvəlki mübarizəsini davam etdirəcəklər, ya da Azərbaycanın təkliflərini qəbul edəcəklər.

Maraqlıdır, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya olunmasına mane olan amillər nədir? Bu prosesin sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-nun suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, Qarabağın ermənilər yaşayan bölgələrində Ermənistan ordusunun tör-töküntülərini aradan qaldırmadan reinteqrasiya prosesini aparmaq qeyri-mümkündür:

“Erməni separatçılar özünümüdafiə qüvvələrinə güvənirlər. Həmin separatçıların içərisində əli qana batmış ünsürlər var, həmçinin Qarabağda kənardan gəlmiş adamlar yaşayırlar. Hazırda Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər onların təhdidləri və təzyiqləri altında yaşayırlar.

Əgər reinteqrasiya prosesini şəffaf şəkildə aparmaq istəyiriksə, ilk növbədə həmin qanunsuz silahlı dəstələrin məhv edilməsinə və separatçı ünsürlərin zərərsizləşdirilməsinə diqqəti yönəltmək lazımdır. Ərazilərimizdə bir dənə də olsun erməni silahlısı qalmamalıdır. Bu istiqamətdə ciddi tədbirlər görüldükdən sonra sadə ermənilər ilə dil tapmaq da olar, problemləri həll etmək də”.

Politoloqun fikrincə, Qarabağda erməni separatçılarının son təxribatlarının arxasında məhz Rusiya dayanır:

“İstər Brüssel prosesində irəli sürülən sülh təşəbbüsləri, istərsə Ermənistanla sülh müqaviləsinin imzalanması, istərsə də Qarabağın erməni icması ilə son təmaslar Rusiyanın ürəyincə deyil.

Doğrusu, Rusiya ərazilərimizdə özünü jandarım kimi aparır. Bu yaxınlarda Xocalıda rus sülhməramlılarının qərargahında son görüşü bunu sübut edir. Görüşdə masa üzərində yalnız rus bayrağı vardı, Volkov da başda oturub, guya hər iki tərəfə diktə edir. Ərazilərimizdə qeyri-qanuni erməni silahlı dəstələrini saxlayan birbaşa rus sülhməramlılarıdır. Moskva, həqiqətən Bakı və İrəvan arasında razılaşmaları pozmağa çalışır, bölgədə öz dayanaqlığını möhkəmləndirmək üçün hər cür provokasiyaya əl atır. Regionda Rusiyanın neytrallaşdırılması baş tutmadan sülh prosesini sürətləndirmək mümkün olmayacaq”.
 
Ardını oxu...
Ermənistanın baş naziri Fransadan Qarabağa – Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarına beynəlxalq qrup göndərməyi xahiş edib.

Editor.az bildirir ki, bunu Nikol Paşinyan Fransanın Cənubi Qafqaz üzrə xüsusi elçisi Bris Roquefey ilə görüşdə bildirib. Hökumət başçısı həmsöhbətinə bildirib ki, indiki şəraitdə Laçın dəhlizinə və Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi “həyati zərurətdir”.
 
Ardını oxu...
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda mətbuat konfransında Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsibnin yaradılmasıyla bağlı suala belə cavab demişdi ki, “tərəflər 2020-ci il 10 noyabr bəyanatına zidd addımlar atmamalıdırlar”. Yəni Lavrovun yanlış məntiqinə görə, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilməz. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono isə bu gün Bakıda bildirib ki, ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır.
Yəni amerikalı diplomat Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Azərbaycanın müstəsna hüququ olduğunu bildirib. ABŞ dövlət katibi Entoni Blinken də eyni mövqedədir.
Brüssel də Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz etməyəcək.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlıları otuz müşahidə məntəqəsində gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər: “Rusiya sülhməramlılarının komandanlığı Stepanakert (Xankəndi)-Gorus yolunda maneəsiz hərəkətin bərpası ilə bağlı Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Humanitar yüklə yüklənmiş Rusiya sülhməramlı kontingentinin karvanı Gorus-Stepanakert marşrutu üzrə müşayiət olunub”.
 
Ardını oxu...
Rusiya hərbi komandanlığının vasitəçiliyi ilə Qarabağ ermənilərinin təmsilçiləri ilə təmaslardan böyük nəticələr çıxarmaq erkən idi. Bunu erməni separatçılarının bugünkü təxribatı da göstərdi. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla təmas xəttində döyüşdü, strateji yüksəklikləri ələ keçirdi. Bu İrəvanın təxribatlarına cavab idi. Atəş Azərbaycan ərazisində - Qarabağda açılırsa, təxribatın miqyasının böyük olduğunu düşünürəm. Separatçılar Rusiya hərbçilərinə güvənərək Azərbaycan hərbçilərinə qarşı təxribat törətməyə “cəsarətlənirlər”.
İkinci Qarabağ müharibəsindən sonra hədəflərimiz dəyişməyib:
1.Separatçılar tərksilah olunmalıdırlar;
2.Ermənistanla Qarabağ separatçıları arasında hərbi bağlantı mütləq kəsilməlidir, bunun üçün Laçın yolunun qurtaracağında sərhəd və gömrük postu yaradılmalıdır;
3. Rusiya hərbiçlərinin 2 ildən sonra bölgəni tərkini təmin etməliyik. Ancaq hadisələrin gedişatı göstərir ki, hədəflərimizi yaxın gələcəyə saxlaya bilmərik.
Bu il Laçın məskunlaşmalıdır, Şuşaya da tədricən köçürülmə başlanacaq. Yaxın tarixin səhvlərini təkrarlaya bilmərik. Qarabağda və və Şərqi Zəngəzurda yaşayacaq soydaşlarımızın təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün soydaşlarımıza təhlükə yarada biləcək bütün ünsürlər neytrallaşdırılmalıdır.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Rusiya Sülhməramlı Kontingentinin Qarabağdakı müvəqqəti məsuliyyət zonasında qanunsuz erməni silahlı birləşmələri tərəfindən yeni döyüş mövqelərinin qurulması qeydə alınıb.

“Caliber” “Telegram” kanalı xəbər verir ki, məlumatına görə, müvafiq işlər Rusiya hərbçilərinin müşahidə məntəqəsinin yaxınlığında aparılır.

Yayılan kadrlardan belə anlaşılır ki, Rusiya sülhməramlıları məsələyə müdaxilə etmək əvəzinə quldur dəstələrini mühafizə edir və onlara öz qanunsuz əməllərini rahat icra edə bilmələri üçün lazımi şərait yaradırlar.

 
Ardını oxu...
"Qarabağ bizim suveren ərazimizdir və orada yaşayanlar, Azərbaycan suveren dövlətinin, hakimiyyətinin altındadır. Yəni, orada yaşayanlar Azərbaycan qanunlarına tabe olmalıdırlar".

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Erkin Qədirli deyib. Millət vəkili qeyd edib ki, artıq orada yaşayan ermənilərlə ünsiyyətin qurulması vacibdir:

"Ona görə ünsiyyət qurulmalıdır ki, yavaş-yavaş orada Azərbaycan hakimiyyəti qurulsun, Azərbaycan dövlətinin hakimiyyət orqanları yerləşsin, Azərbaycan qanunları işləsin. O baxımdan çox önəmlidir ki, məhz bu görüş qanunvericilik hakimiyyətinin təmsilçisi, həmkarımız Ramin Məmmədov vasitəsilə quruldu. Düzdür əvvəllər də görüşlər olub, daha çox təhlükəsizlik məsələləri, hərbi kontektsdə və s. kimi söhbətlər olub. Amma bu artıq vətəndaş cəmiyyətinin və gələcəkdə barış formatının qurulması üçün ən uğurlu variantdır. Çünki onlar seçicilərdir, onlara seçici gözüylə də baxmaq lazımdır. Bu proses açıq olması çox önəmlidir. Hər iki tərəf görsün ki, etibarlı münasibətlər qurulmağa yön alınır. Bu, heç də kiçik addım deyil, böyük addımdır. Addımla yanaşı, bəyanatdır. Biz bütün dünyaya, beynəlxalq ictimaiyyətə göstəririk ki, illərdi dediyimiz sözümüzü yerinə yetirdik. Biz həmişə demişik ki, ünsiyyətə açığıq, Qarabağdakı ermənilərə öz vətəndaşımız kimi baxırıq. Bizə maneə olmasalar, özümüz bu ünsiyyəti quracağıq". \\Demokrat.az
 
Ardını oxu...
"Dünən Rusiya sülhməramlılarının Qarabağdakı qərargahında Qarabağ və Azərbaycan nümayəndələrinin növbəti görüşü baş tutub. Əvvəlkilərdən fərqli olaraq, foto dünən də yayımlanıb".

Teref.az moderator.az-a istinadla xəbər verir ki, bunu səhər saatıarında Ermənistanın "Hraparak" nəşri yazıb.

Daha sonra qəzet görüşdə erməni tərəfdən iştirak edənlər barədə yazır.

"Bizə məlum oldu ki, Artsax təhlükəsizlik şurasının katibi Samvel Şahramanyan və Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlıq mərkəzinin direktoru Sergey Martirosyan Azərbaycanla danışıqlar aparan şəxslər təyin edilib. Sonuncu (S.Martirosyan-S.L.) Vitali Balasanyanın təhlükəsizlik şurasının katibi olduğu dövrdə eyniadlı şöbəyə rəhbərlik edib və azərbaycanlılarla görüşlərdə həmişə Vito ilə birlikdə olub. Balasanyan işdən çıxarıldıqdan sonra strukturun optimallaşdırılması nəticəsində bu idarə ləğv edilib. Martirosyan yaxın münasibətdə olduğu sülhməramlı qüvvələrin keçmiş rəhbəri general Rustam Muradovun vasitəçiliyi ilə azərbaycanlılarla danışıqlarda iştirak edib. Bundan əvvəl onlar Rusiya ordusunda birlikdə xidmət ediblər. Bundan əlavə, Martirosyanın oğlu 44 günlük müharibədə itkin düşənlər siyahısındadır.

Sonuncu Rusiya sülhməramlıları ilə aparılan axtarış əməliyyatlarında fəal iştirak edib, bunun sayəsində onların münasibətləri daha da yaxınlaşıb. Qeyd edək ki, Qarabağ danışıqları aparanların dünənki görüşündə üçüncü şəxs də olub, lakin fotoda onun əlinin kiçik bir hissəsi görünür. Qarabağdakı mənbələr görüşdə Kaşeni mədəninin sahibinin də iştirak etdiyini istisna etmirlər".

Xatırladaq ki,ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası "sülhməramlı" kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasları davam etdiriləcək.

Dünyapress TV

Xəbər lenti