DİA.AZ: - "Ermənistan teleqram kanallarında yayılan #iddialara görə, Azərbaycan ordusuna məxsus bir neçə Ural maşını şərti sərhəddə Xankəndi-Laçın yolunu tamamilə bağlayıb". DİA.AZ bildirir ki, bu barədə tanınmış hərbi ekspert Ədalət Verdiyev məlumat açıqlayıb.
Qeyd edək ki, hələlik bu haqda hansısa rəsmi açıqlama yoxdur. Bunu vurğulayan Ə.Verdiyev erməni KİV-inə istinadən bildirir:
"Bir neçə saat əvvəl Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhəddə, Tex kəndi yaxınlığında bir neçə hərbi Uralla Gorus-Xankəndi yolunu kəsib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi Urallarının sayı artıb, onların sayı 10-dan çoxdur, Azərbaycan Silahlı Qüvvələri Ermənistan və qondarmanı birləşdirən yolda səngərlər və maneələr hazırlamağa başlayıb".
QEYD: Məlumat Azərbaycan rəsmiləri tərəfindən təsdiq və ya təkzib olunmayıb. İstənilən halda Sərhəd keçid məntəqəsi qurulacaq!..