Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec və ya tez həll etməliyik
Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.
Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır. Azərbaycan prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub.
Nikol Paşinyan Münhendə İlham Əliyevin bu təklifinə münasibət bildirməyib.
Nikol Paşinyan təklifi qəbul etməsə belə Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır.
Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec və ya tez həll etməliyik. Yolun sonunda sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur. Əlbəttə, Nikol Paşinyan həmişəki kimi bu halda 2020-ci il 10 noyabr bəyanatına istinad etməyə çalışacaq və deyəcək ki, “yol açıq olmalıdır”. Ancaq sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.
Yol bağlanmayacaq, nəzarətə götürüləcək, bu Azərbaycanın təbii haqqıdır. Nikol Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postları təsis edib. Paşinyan Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisində daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq.
Bununla Qarabağa silah və sursat keçidi imkanlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının Azərbaycan vizası almadan ərazimizə daxil olmasının qarşısı alınacaq.
Elxan Şahinoğlu
Teref.az
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti