Ardını oxu...
Rusiyanın Çita şəhərində Sənan adlı bir azərbaycanlı öz həyat yoldaşını öldürüb, sonra türmədə ərizə yazıb, "könüllü" orduya yazılaraq Ukraynaya, işğalçı müharibəyə gedib.
Donetsk vilayətinə, hərbi hissəyə çatandan bir neçə gün sonra silahını da götürüb ordan qaçıb, heç yerdə tapa bilmirlər.
Rusiyanın 3 il davam edən işğalçı müharibəsi yaxın həftələrlərdə atəşkəslə bitəcək, amma bu müharibənin əks-sədası illərlə davam edəcək.
Rusiya hər gün müharibəyə 300 mln. dollar xərcləyir, onlar da atəşkəs istəyir, amma, indi Rusiya ordusunda 700-800 min "könüllü" var, ayda 205 mın rubl maaş alırlar, aralarında banditlər də var, "zeklər" də - onminlərlə "trofey" silah əllərdədir, yaxşı, onlar evlərinə dönüb ayda 15 min rubla supermarketdə gözətçi işləməyə razı olacaqlarmı?!
Yəni, Rusiyanın çətin günləri bitir, daha çətin günləri başlayacaq...
Natig Jafarli
TEREF
 
 
 
Ardını oxu...
Osmanlının şehzadeleri öldürme geleneği bir sonraki taht varisini korumak için veya tahtan indirilen padişahların öldürülmemesi halinde kapatıldığı mekan kafes olarak anılmaktadır. I.Ahmet döneminden itibaren uygulanmaya başlanan kafes hayatında, Şehzade yanına bir kaç cariye bırakıldıktan sonra kapatıldığı odanın duvarı tamamen örülür ve ancak yemek verilecek küçük bir pencere bırakılır. Küçük yaşta bu kafese kapatılan çocuklar koridordan duydukları ayak seslerinden sürekli ürkerek bu kafeste hayatlarını devam ettirirlerdi. Gelenlerin kendisini öldürmeyemi yoksa taht'a çıkarmaya mı geldiğini bilmeden endişe ile yıllarca beklerlerdi bu hayat tarzıda bir çoğunun ruh sağlığının bozulmasına ve hatta delirmesine sebep oldu.
O dönemin kadınlarının özellikle Kösem sultanın politik manevralarının anlatıldığı Nihat Genç- Memleket Hikayeleri isimli kitabından. Sayfa 67- 77 bu konuyu açıklar mahiyettte olduğu için aşağıya aldım. "Sultan Üçüncü Murad 1574’te tahta oturdu. Tarihçiler en pespaye, en rezil padişah olarak Üçüncü Murat’ı gösterir. 100–130 çocuğu oldu. Ölümünden sonra 19'u erkek, 30'u kız olmak üzere 49 çocuk kaldı, hatta yedi cariyenin de gebe olduğu, ölümü üzerine denize atılarak cariyelerin boğdurulduğu söylenir.
Üçüncü Murad 19 yaşındayken, Türk korsanlarının yakaladığı ünlü Venedikli Safiye Sultan'ı 15 yaşında koynuna koyarlar. Safiye Sultan'la Osmanlı Sarayında saltanat kadınlarının büyük ihtişamı başlayıverir. Saraydaki büyük çekişme Üçüncü Murad'ın ilk aşkı Nurbani Sultan ile Safiye Sultan arasındadır. Devletin bir iç savaşından daha tahripkârdır bu çekişme. Yıllar geçip saraydaki rakipleri ve kocası ölünce, Osmanlı sarayının en dirayetli kadınlarından biri olarak tarihe geçer.
İleriki yillarda Safiye Sultan'ın oğlu Üçüncü Mehmed tahta geçtiğinde ilk işi 19 kardeşini saraydaki dilsizlere boğdurtmak olur. Cellât dilsizler, küçük bebekleri analarının memesinden, beşiklerinden çekip alırlar. Acı haykırışlardan, çığlıklardan geriye Üçüncü Mehmed'in 4 oğlu kalır; Selim, Cihangir, Ahmet, Mustafa.
Üçüncü Mehmed'in de ölümünden sonra, Osmanlı tahtına ilk defa sünnetsiz bir padişah oturur, bu Birinci Ahmed'dir. Tarih 1603'tür. (Celali isyanlarıyla uğraştı, bir de güzel kütüphane yaptırdı) Koynuna Mahifiruz'u koydularsa da, onun gözü, bir papaz kızı, işvede, cilvede emsalsiz Rum ırkından Mahpeyker Sultan’daydı. Daha sonraki adı "başta, önde giden anlamında" Kösem Sultan olacaktı.
Kösem Sultan’ın kocası Birinci Ahmet ölünce, Sarayda bir gelenek insaf edildi; taht okula değil, padişahın büyük kardeşine teslim edildi. Böylelikle Birinci Ahmet’in kardeşi Deli Mustafa 1 yıllığına iktidara geçti. O sıralarda çok küçük olan Kösem’in oğlu Dördüncü Murat’a tahtın yolu açılmış oldu.
Kösem’in kocası Birinci Ahmet sarayda bir gelenek daha başlatır; Şehzadeleri kafese kapatma! Yanlarına genç bir cariye bırakılan şehzadeler kilitli kafes içinde çıldırarak gün sayarlar.
İşte Deli Mustafa, 19 şehzadenin ölüm haykırışlarını dinlemiş, çocuk yaşta kafese kapatılmış, boğdurulacağı anı beklerken delirmiştir. Tahta çıktığında hafızası, bilinci yerinde değildi, ne ata binebiliyor, ne de cariyelerle ilgilenebiliyordu. Dünya tarihin en masalsı padişahıydi, altın saçma hastalığı vardı. Her yerde herkese altın saçıyordu. Hatta kayıkta giderken, denizdeki balıklara dahi altın saçıyordu.
Merih Tan
TEREF
 
Ardını oxu...
Avropa dişsiz demokratiyadan dişli demokratiyaya keçidə başladı.
Avropadan Tramp/Putin cütlüyünə tərs sillə.
Münhen konfransında Cey Di Vensin məşhur çıxışında çox vacib bir məqam var idi. Vens, Rumıniyada prezident seçkilərinin 1-ci turunun nəticələrinin ləğvini kəskin tənqid etdi. Qeyd edək ki, Rumıniya prezident seçkilərin 1-ci turunda rusyönlü namizəd Corcesku qalib gəldi, amma nəticələr Rusiyanın müdaxilələri səbəbindən ləğv edildi.
Münhen çıxışı ilə, ABŞ-ın vitse-prezidenti Vens açıq şəkildə rusyönlü Corceskunu dəstəklədi.
Bu gün nə baş verib?
Rumıniyada prezidentliyə namizəd Corcesku saxlanılıb.
Siyasətçinin avtomobili yolda saxlanıldıqdan sonra o, Baş Prokurorluğa dindirməyə aparılıb.
Bu gün səhər Corceskunun ətrafından olan şəxslər də həbs edilib. Onlar f*şist, r*sist xarakterli təşkilatlar yaratmaqda, eləcə də soyqırımı və ya hərbi cinayətlərdə təqsirli bilinən şəxslərin kultunu təbliğ etməkdə şübhəli bilinirlər.
Rumıniya Baş Prokurorluğunun məlumatına görə, Corceskunun seçki kampaniyasını Kreml maliyyələşdirirdi.
Kamran Cəfərov
TEREF
 
Ardını oxu...
ABŞ-ın yeni prezidenti və hakim komandası ilə bağlı narazılıqlar getdikcə artır. Prezident Donald Trampın radikal qərarları və ən səs-küy doğuran addımlarının belə komandası tərəfindən tam dəstəklənməsi ictimaiyyətdə, həmçinin beynəlxalq siyasi arenada birmənalı qarşılanmır.

Eyni zamanda prezident də daxil olmaqla yeni hökumət üzvlərinin bəziləri haqqında xoşagəlməz iddialar da ortaya atılır.

Dünyanın supergüc ölkəsi hesab edilən ABŞ-da hazırda hakimiyyətdə əsas vəzifələri tutan yüksək ranqlı məmurlar kimlərdir?

Globalinfo.az Ağ Evin hakim komandasının bəzi üzvləri haqqında çox bilinməyən məlumatları təqdim edir.

“Amerikan milliyyətçiliyi” və immiqrantlar əleyhinə sərt mövqeyi ilə tanınan Tramp 1946-cı ildə ABŞ-da dünyaya gəlib. Onun ata babası və nənəsi əslən alman immiqrantları olublar. Milyarder ana xətti ilə isə şotland əsillidir. İki bacısı və iki qardaşı var. O, Pensilvaniya Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Atasının daşınmaz əmlak şirkətində işə başlayıb. Daha sonra şirkətin adını “The Trump Organization” olaraq dəyişdirib və işləri getdikcə böyüdüb. Uğurlu yatırımlar edib və müsbət geri dönüşlər alıb. Tramp artıq 1980-1990-cı ildə “Amerikan xəyalı” ideologiyasının əsas simalarından hesab edilir, uğurlu iş adamı kimi nümunə göstərilirdi. O, hətta 2004-2015-ci illərdə biznes məzmunlu bir realiti şounun təsisçisi və aparıcısı olub.

Donald Trampın adı bu günə kimi 4 mindən çox məhkəmə prosesində hallanıb. Onun biznes müəssiələri 6 dəfə iflasa uğrayıb, lakin yeni yatırımlarla itkiləri kompensasiya edə bilib. 2016-cı ildə ilk dəfə Respublikaçıların namizədi kimi seçkilərə qatılıb və prezident yarışında qalib gəlib. Onun qalibiyyəti ölkədə ciddi rezonans doğurub. Tramp prezident kimi xarici siyasətə çox qarışmamağa, bu istiqamətdə problemləri tezliklə həll edib ölkə daxilinə yönəlməyə çalışır və “mühafizəkar amerikalı” ideologiyasının təbliğinə önəm verirdi.

Buna baxmayaraq onun adı bu günə kimi bir çox ölkə və dünya miqyaslı skandallarda hallanıb. Onlardan biri də son olaraq həbsdə ölü tapılan amerikalı maliyyəçi Cefri Epstein dosyesi idi. Epsteinin təsis etdiyi adaya tez-tez səfər edən, oradakı uşaqların cinsi istismarında adı çəkilən şəxslərin siyahısında Tramp da qeyd olunub. O, dəfələrlə bunu əleyhinə qarayaxma kampaniyası adlandırsa da, Epsteinin sağlığında ikili arasında yaxın münasibətin olması ictimaiyyətin diqqətindən yayınmayıb.

Tramp 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 3 oğlan 2 qız övladı var.

Amerikalı siyasətçi və iş adamı olan Ceyms Vens 1984-cü ildə Midltaun bölgəsində dünyaya gəlib. Onun anası Beverli Akins narkomaniyadan əziyyət çəkib, lakin mübarizə apararaq asılılıqdan xilas ola bilib. Ceymsin yetişməsində isə əsas rolu onun nənəsi Bonni Blanton oynayıb. Blanton nəvəsinin anası kimi olmaması üçün narkotik satıcılarını daim Vensdən uzaq saxlamağa çalışıb. Nənənin ölümündən sonra onun evinin müxtəlif yerlərində gizlədilmiş 19 silah aşkarlanıb.

Siyasətçi ilk dünyaya gəldiyi zaman ona Ceyms Donald Bouman adı verilib, lakin anası başqa biri ilə ailə qurub və yeni həyat yoldaşının şərəfinə onun adını Ceyms Devid Hamel olaraq dəyişib. Ceyms böyüdükdən sonra babasının Vens soyadını götürüb. İraq müharibəsi zamanı zabit kimi çalışıb, xidmətini başa vurduqdan sonra Ohayoda siyasət, elm və fəlsəfə fakultəsində ali təhsil alıb. 2013-cü ildə Yel Hüquq məktəbini bitirib və bir müddət vəkil kimi çalışıb. Karyerasını daha sonra Silikon vadisində davam etdirib. O, paralel olaraq iş dünyasına atılıb. Vensin fəaliyyətindəki skandallardan çox, onun çətinliklərlə dolu şəxsi həyatı ictimaiyyətdə diqqət çəkir və bir növ motivasiya hekayəsi kimi qəbul edilir.

C.Vens siyasi karyerasının əvvəlində Donald Trampı heç bəyənməyib. Hətta 2016-cı ildə keçirilən seçkilərdən öncə milyarderi sərt tənqid edib. Trampı “axmaq” adlandırıb. Onu, Adolf Hitlerlə müqayisə edib. Lakin sonradan Donald Trampın sadiq dəstəkçisinə çevrilib. Vensin mövqe dəyişimi ölkədə ciddi müzakirələrə səbəb olub. 2022-ci ildə o, Respublikaçıların və Trampın dəstəyini alaraq Senata seçilib. Ceysm Devid Vens Trampın ən radikal hesab edilən qərarlarını belə güclü şəkildə dəstəkləyir.

Yanvar ayında keçirilən andiçmə mərasimindən sonra bəzi erməni ekspertlər Vensin əslən erməni olduğunu iddia etməyə başlayıblar.

Vensin həyat yoldaşı hindistanlı bir mühacir ailənin qızı olan Uşa Çilukuridir. Onların 3 övladı var.

2016 və 2024-ci illərdə Respublikaçılar daxilində ABŞ prezidentliyinə namizədliyini irəli sürən Mark Rubio 1971-ci ildə dünyaya gəlib. O, əslən kubalı olan amerikalı siyasətçi, diplomat və vəkildir. Markın valideynləri 1956-cı ildə Fidel Kastronun Kuba inqilabından öncə ABŞ-a mühacirət ediblər. Rubio doğulduğu zaman onun valideynlərinin heç biri ABŞ vətəndaşı olmayıblar, lakin almağa çalışıblar. Bu müddətdə Kastronun hakimiyyəti zamanı bir neçə dəfə Kubaya qayıdıblar. Onun ana babası qanuni olaraq ABŞ-a mühacirət edir, lakin iş tapmaq üçün bir müddət sonra Kubaya gedir və təkrar Amerikaya qayıtdıqda mühacir kimi həbs olunur. Markın babası ilə münasibəti çox yaxın olub.

Rubio 1990-cı illərdə Qərbi Mayamidə şəhər komissarı vəzifəsində çalışıb. 2000-ci illərdə Florida Nümayəndələr Palatasına seçilib. Bir müddət sonra vəzifədən ayrılıb və universitetdə dərs deməyə başlayıb. O, 2010-cu ildə ABŞ Senatına seçilib. 5 il sonra Senat seçkilərinə qatılmaq əvəzinə prezidentliyə namizədliyini irəli sürüb, lakin uğur qazana bilməyib. Nəticədə Senata təkrar namizədliyini verib və qalib gəlib. Trampın ilk hakimiyyəti dövründə Ağ Evin Latın Amerikası siyasətində oynadığı rola görə “Latın Amerikası üzrə virtual dövlət katibi” adlandırılıb. Həmçinin Çinlə bağlı Konqresdə ən aktiv çıxış edən şəxslərdən hesab olunur. Rəsmi Pekin 2020-ci ildə ona qarşı iki dəfə sanksiya tətbiq edib və Rubionun Çinə girişinə qadağa qoyulub.

M.Rubio ABŞ tarixində ən yüksək rütbəli İspan əsilli amerikalı hesab olunur.

Rubio Azərbaycana qarşı sərt ittihamları ilə tanınan senatorlardan olub. O, ABŞ-dakı erməni lobbisi ilə uzun illərdir daimi əlaqədədir və sıx şəkildə işləyir. Mark həmçinin qondarma “erməni soyqırımı” iddialarının da ən böyük dəstəkçilərindəndir. Amerika Erməni Komitəsi Rubionu Senatdakı fəaliyyəti müddətində açıq şəkildə dəstəkləyib.

Milli Qvardiyada xidmət etmiş, mühafizəkar fikirləri ilə bilinən Piter Heqset, 1980-ci ildə anadan olub. Siyasət üzrə ali təhsil alıb, gənc yaşlarında ordunun qəzetində çalışıb. Qvardiyada zabit kimi xidmət edib. O, fəaliyyəti müddətində İraq və Əfqanıstana göndərilib. Ölkəyə qayıtdıqdan sonra fəaliyyətini mətbuatda davam etdirib. “Fox News”un müəlliflərindən olub. 2016-c ildə Donald Trampın prezidentlik yarışında kampaniyasını açıq şəkildə dəstəkləyib. Daha sonra onun müşaviri olub.

Brian 2017-2024-cü illərdə “Fox & Friends Weekend” proqramının aparıcısı olub. Tramp 2024-cü ilə Heqseti yeni hökumətdə müdafiə naziri vəzifəsinə təklif edib. Onun təsdiq olunması üçün bir sıra problemlər ortaya çıxıb. Belə ki, Piter Heqsetin cinsi istismar, maliyyə fırıldaqçılığı kimi bəzi cinayətlərdə adının çəkilməsi əsas göstərilib. Lakin hər şeyə rəğmən vitse-prezident Vensin də səyi ilə Heqset Pentaqon rəhbəri vəzifəsinə təsdiqlənib.

2016-cı ildə Donald Tramp Heqseti veteranlar üzrə katib təyin etsə də, uğursuz qərarlarına görə o, dövrün mətbuatında “səhv idarəçi” kimi təqdim edilib. Piter verilişində səsləndirdiyi siyasi fikirlərə görə də dəfələrlə tənqid edilib və çıxışının yanlış anlaşıldığını bildirib. O, 2015-ci ildə Nyu-Yorkda Bayraq günü tədbiri zamanı hərbi orkestrdakı nağaraçılardan birini vurub və ona balta atıb. Həmin şəxsin ciddi xəsarət aldığı, nəticədə Heqsetin məhkəməyə verildiyi bildirilib. Hətta həmin anların videosu internetdə sürətlə yayılıb. O və çalışdığı şirkətin adı həmçinin bir neçə seçki prosesinin saxtalaşdırımasında da çəkilib. Belə bir şəxsin ABŞ-ın müdafiə naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi və təsdiqlənməsi birmənalı qarşılanmayıb.

Ayşən Mustafa
Globalinfo.az
 
Ardını oxu...
“ABŞ Rusiya ilə razılığa gəlsə, Ukraynanın bunun şərtləri ilə razılaşmadığı halda uğur əldə edilməyəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında sülhə nail olmaq üçün lazım gəlsə vəzifəsini tərk etməyə hazır olduğunu bildirib: “Əgər sülh naminə həqiqətən mənim vəzifəmi tərk etməyimi istəyirsinizsə, mən hazıram. Mən bunu Ukraynanın NATO-ya üzvlüyü ilə dəyişə bilərəm”. Zelenski əlavə edib ki, onilliklər ərzində hakimiyyətdə qalmaq niyyətində deyil: “Amma Vladimir Putinin Ukraynaya nəzarət etməsinə imkan verməyəcəm. ABŞ Rusiya ilə müharibəni dayandırmaq üçün razılığa gəlsə, Ukraynanın bunun şərtləri ilə razılaşmadığı halda uğur əldə edilməyəcək”.

Ukrayna Prezidenti qeyd edib ki, Vaşinqtona Ukraynanın təbii ehtiyatlarına çıxış imkanı verən saziş üzrə danışıqlar davam edir: “Hər şey qaydasındadır”.

Ukrayna lideri Vaşinqtona 500 milyard dollar borcu tanımadığını və mineral ehtiyatlarla bağlı danışıqlarda artıq bu məbləğin nəzərə alınmadığını bildirib. Onun sözlərinə görə, Ukraynaya qrantlar borc hesab edilməməlidir.

“Prezident Donald Trampı təkcə Kiyev və Moskva arasında vasitəçi kimi deyil, həm də Ukraynanın tərəfdaşı kimi görmək istəyirəm. Ukraynanın dəfələrlə Rusiyanın bir daha hücum etməyəcəyinə dair uzunmüddətli qarantiyalara ehtiyacı var”, - Zelenski bəyan edib.

Ukrayna lideri həmçinin Türkiyəni Ukraynanın təhlükəsizliyinin mühüm təminatçısı hesab etdiyini vurğulayıb

Zelenskinin açıqlamaları Vaşinqtonun Moskva ilə birbaşa yüksək səviyyəli danışıqlar aparması fonunda transatlantik Alyansda çatların yarana biləcəyi ilə bağlı narahatlıqlar fonunda verilib. Bu barədə “Amerikanın Səsi” yazıb. Bildirilib ki, Tramp keçən həftə Zelenskini tənqid edib və onun münaqişənin başlanmasına görə məsuliyyət daşıdığını söyləyib. Lakin o, sonradan “Fox News” radiosuna verdiyi müsahibədə bu şərhlərdən geri çəkilərək, Zelenskinin Rusiyanın hücumuna icazə verməməli olduğunu bildirib.

Zelenski isə öz növbəsində Trampın “dezinformasiya şarın”da yaşadığını deməklə Vaşinqtonda qəzəb yaradıb.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bazar günü CNN telekanalına bildirib ki, gələn həftə təbii ehtiyatlarla bağlı razılaşmanın əldə olunacağını gözləyir.

Zelenski deyib ki, razılaşma Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ehtiva etməlidir və Amerika hərbi qüvvələrinin ölkədə yerləşdirilməsi məntiqlidir.

Avropa liderləri Zelenskiyə qoşularaq, Qərbdə fikir ayrılıqları ilə bağlı təhlükələr və ölkələrinin müharibəni bitirmək üçün danışıqlardan kənarda qalmasından narahat olduqlarını bildiriblər. Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kier Starmer Avropada ABŞ Prezidentinin Ukrayna ilə bağlı sərtləşən mövqeyi və üç ildir davam edən münaqişə ilə bağlı Moskva ilə təmas yaratmaq cəhdləri ilə əlaqədar narahatlıqlar fonunda bu həftə Vaşinqtona səfər edəcəklər.

Qeyd edək ki, Rusiya hazırda Moskvanın 2014-cü ildə birtərəfli qaydada ilhaq etdiyi Krım yarımadası və Ukraynanın şərqinin böyük hissəsi də daxil olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisinin təxminən 20 faizinə nəzarət edir. Kremlin sözçüsü Dmitri Peskov bazar günü Moskvanın Ukraynanın bu ərazilərinin Kiyev hökumətinə qaytarmaq niyyətində olmadığını bildirib.

“İnsanlar çoxdan Rusiyaya qoşulmağa qərar verib”, Peskov Ukraynanın şərqində Rusiyanın hərbi müdaxiləsinin davam etdiyi vaxt Moskva tərəfindən təşkil edilən və Kiyev, Qərb və beynəlxalq müşahidəçilər tərəfindən “saxta” kimi tənqid edilən edilən seçkilərə toxunaraq deyib.

Trampın iki həftə əvvəl Putinlə telefon danışığı Rubio və Lavrovun Səudiyyə Ərəbistanında danışıqları üçün zəmin yaradıb.

“Bu, iki fövqəladə prezident arasında dialoqdur”, Kremlin sözçüsü Peskov deyib.

Müəllif: Turan Abdulla
 
 
 
Ardını oxu...
Bu mərhələdə dövlətlər üçün insan taleyi, həyatlar qətiyyən önəmli sayılmır. ABŞ, Çin, Rusiya və digər böyük dövlətlər süni intellektə böyük yatırımlar edirlər. Keçid mərhələsində olduğumuz ortadadır. Yeni sənaye inqilabının baş verməsi isə qaçılmazdır. Bundan əlavə, istər demokratiya, istərsə də kapitalizmin bütün qüsurları ortaya çıxıb. Bu vəziyyətdə yenidən sıfırlanma, köhnəni dağıdıb yenisini qurmağa ehtiyac yaranır. Hazırda baş verən münaqişələr və müharibələr bunun göstəricisidir. Hansı dövlətlər buna ayaq uyduracaqsa, özünü buna hazırlayacaqsa, onlar da bu mərhələdə qazanclı çıxacaq.
Qərb belə ən sevimli oyuncağı olan “demokratiya” sözündən istifadə etmir. Ölkəsində ağır müharibə gedən və torpaqları işğala məruz qalan Zelenskini belə “diktator” adlandıra bilirlər. Ərazisinin 30 faizi işğala məruz qalan, əhalisi pərən-pərən düşən ölkə necə seçki keçirə bilər? Bu sual səni, məni maraqlandıra bilər, ancaq prosesi idarə edən və maraqlarını təmin etmək istəyən ölkələr üçün maraqlıdır? Qətiyyən! Bu ölkələr üçün önəmli olan tək şey var: maraqları! Nə ABŞ-ni, nə də Avropa İttifaqını ukraynalılar maraqlandırmır. Orada həlak olan əsgərlər, uşaqlar, böyüklər qəti düşündürmür. Hətta əl-ayağa düşən Avropa İttifaqı belə özünə pay götürmək, pay götürə bilməsə də, cəhənnəm, verdikləri pulları geri almağı düşünür. Belə bir dünyada beynəlxalq hüquqdan, ədalətdən danışmaq o qədər mənasız görünür ki…
Dönüb bir özümüzə baxaq. Biz nə edirik? Vurulan təyyarəyə görə Rusiyaya qarşı cəmiyyətimizdə az qalsın müharibə əhval-ruhiyyəsi vardı. Sonra nə baş verdi? Rusiya qaldı kənarda keçdik bir-birimizi didməyə. Ramiz Mehdiyev aşağı, Eldar Mahmudov yuxarı baltalamağa. Nəticə? Qılınclarını sıyıran adamların, demək olar ki, heç biri bir həftədir təyyarənin vurulmasından danışmır. Hətta o qədər irəli gedənlər olmuşdu ki, deyirdilər, o təyyarəyə “vur” əmri verənlərin belə adlarını bilirik. Soruşmaq ayıb olmasın, nə oldu? Bir az arxivimi eşələsəm, tapıb çıxararam. Xocalı soyqırımını törədilməsində komandir heyətindən yaşayanların hamısının ünvanlarına qədər əldə etmişdim. Hansı ölkə, hansı şəhər, hansı küçə, hansı ev, hansı işinə qədər. Nəticə? Arxivdə yatır özü üçün.
Bu ölkədə ən yaxşı şey bağırmaqdır. Yaxşı bağırırsansa, olursan, yaxşı vətəndaş, yaxşı oğlan. Son zamanlar millətçilərin, türkçülərin etdiklərinə baxıram. İlahi, saxtakarlıq, pafos, populizm, boşboğazlıq, publikaya işləmək adamın gözün deşir. Türkçü, millətçi bir ailədə böyümüşəm. Bura qədər oxuyub, etiraz etmək istəyənlər, bu suala cavab verin, üzr istəyəcəyəm. Özünə millətçi, türkçü deyənlərdən hansı biri sabah desə, gəlin, gedək, mikrorayon tikməyə, gedərsiniz. O adamların arxasınca gedərsiniz?
Bu ölkənin çox problemləri var. Ən böyük problemlərindən biri də milli elitanın yaranmamasıdır, yoxluğudur. Müğənnisi, manısı, meyxana deyəni, aktyorluğu “haha-hihi”dən o yana keçməyənlər, banditliklə pul qazanıb çoxlu pulu olan elita sayıla bilməz. Söhbət elitadan gedir. Ayaz Salayevi Moskvada təhsil aldığına görə ruspərəst adlandıranlar, Moskvada təhsil alanların bir-bir adları sadalansa, sual işarəsinə dönəcəklər, yoxsa dönməyəcəklər? Əminəm ki, dönəcəklər. Ümumiyyətlə, ölkədə təhsil almaq o ölkəyə bağlılıqdırsa, onda bu dövləti bağlayaq. Məmurlara baxın, bakalavr təhsilini Azərbaycanda alanların belə magistr təhsili xaricdədir. Rusun adamı olmaq pis şeydir, hansısa Qərb ölkəsinin adamı olmaq yaxşı? Mənim gözümdə cinsinin nə olmağından asılı olmayaraq bütün itlər itdir.
Azərbaycana qarşı təhdid və təzyiq təkcə Rusiyadan yox, həm də İrandan gəlir. Əvvəl yazdıqlarımı oxuyanlar prosesin bura necə gələcəyini qeyd etdiyimi xatırlayarlar. İran özümü millətçi kimliyə bürüyür. Elə düşünürlər ki, İranın indi atdığı addımlar Azərbaycana görədir. Bu isə cılız yanaşmadır.
Bir neçə gün öncə Türkiyə və Azərbaycan mediasında belə bir xəbər çıxdı. Təbriz küçələrində Azərbaycan və Türkiyə Prezidentlərinin şəkilləri yapışdırılıb. İranda olmamışam. Ancaq olanların hər biri deyir ki, İranda hər yer, hər kəs xüsusi xidmət orqanlarının nəzarətindədir. Belə bir ölkədə hansısa divara şəkil yapışdırılır və İranın bundan xəbəri olmur? Bu elə İranın özü işi. Ardınca Xamenei təbrizlilərlə görüşdü, Azərbaycan dilində danışdı. Sonra isə Pezeşkian bir kuplet şeir dedi. O şəkillər bu çıxışlar üçün alibi deyil? İran və Türkiyə Azərbaycan üzərindən mesajlaşırlar. Biri bir addım atır, digəri cavab verir. Bayatıya qarşı şeir, xalçaya qarşı qılınc, hərbi təlimə qarşı “ansızın gələrik” tviti. İranın türk kimliyinə bürünməsi Azərbaycan cəmiyyətinə elə zərgər dəqiqliyi ilə işlənilir ki, bir çoxları da bu tələyə düşürlər. İran hakimiyyətində olanların, generallarının milli kimliyinə baxın, onda görəcəksiniz, proses hara gedir.
Bu qədər çox oldu. İran mövzusunu davam etdirəcəyəm…
Səxavət Məmməd
 
Ardını oxu...
Trampın sağ əli olan İlon Mask Böyük Britanyanın baş nazri Keyr Starmerin ünvanına təhqiramiz fikirlər söyləyib. Amerikalı milyarder Starmeri ABŞ-da Prezident seçkilərinə müdaxilə etməkdən və Londonun bu məqsədlə Vaşinqtona agentlər göndərməkdən tutmuş onu asiyalı miqrantların kütləvi zorlanmasında iştiraka qədər cinayətlərdə ittham edib. “Starmer mühakimə olunmalıdır” deyən Mask Böyük Britaniyanın baş nazirinin istefa verməsi vacibliyini bildirib. İlon Mask Böyük Britaniyanın radikal sağçı “Reform UK” partiyasının lideri Naycel Faracı dəstəklədiyini və onun partiyasını maliyyələşdirəcəyini gizlətməyib. Doğrudur, Naycel Farac vaxtilə ölkəsinin Avropa İttifaqından çıxmasına nail olsa da, onun Böyük Britaniyada elə böyük nüfuzu yoxdur. Buna baxmayaraq, İlon Mask başqa ölkənin daxili işlərinə qarışmaqda, liderini aşağılamaqda və başqa ölkənin partiyasını maliyyələşdirməklə qanun pozunsutuna yol verməkdə qəbahət görmür. Necə ki, Mask Almaniyanın daxili işlərinə qarışaraq bu ölkənin ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını dəstəkləməyi lazım bilib.
Keyr Starmer Vaşinqtondan onun ünvanına səslənən ittihamlara sərt cavab vermək istəmir, yəqin düşünür ki, belə edərsə ABŞ-Böyük Britaniya ittifaqının sonunu yaxınlaşdıra bilər. Ancaq məsələ burasındadır ki, bu ittifaq Tramp və onun yaxın ətrafını artıq düşündürmür. Tramp Ukrayna Prezidentinə ultimativ tələblər irəli sürərkən, Starmer Kiyevlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb, Rusiya ilə mübarizəni davam etdirmək üçün Volodimir Zelenskiyə siyasi, hərbi və maliyyə dəstəyini artırıb. Aydındır ki, Starmerin bu siyasəti Trampın xoşuna bilməyib. Ağ Ev sahibi bundan çıxış edərək daha bir ənənəni pozaraq ilk xarici səfərini Böyük Britaniyaya deyil, Səudiyyə Ərəbistanına reallaşdırmaq istəyir. Çünki, Səudiyyə Ərəbistanı ABŞ-dan 450 milyard dollar mal almağa razılaşıb.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Zelenski sərt şəkildə Trampı öz yerinə oturdub və ABŞ-ın həyasız yalanları haqqında danışıb. Onun Kiyevdəki forumda keçirdiyi mətbuat konfransından əsas məqamlar bunlardır:
Ukrayna ABŞ-dan 350 deyil, 100 milyard dollar yardım alıb.
Bayden Ukraynaya kredit yox, qrant verib.
Ona görə də Ukrayna ABŞ-ın çəkdiyi 500 milyard dolları qaytarmaq fikrində deyil.
Və “hörməti olmasına baxmayaraq” o, daha 10 ukraynalı nəslinin Amerikaya “borclarını” ödəyəcəyi sazişi imzalamayacaq.
Yeri gəlmişkən, ABŞ yardımı dayandırmayıb, lakin yeni yardım da göstərməyib.
Dondurulmuş Rusiya aktivləri ukraynalıların və yalnız ukraynalıların puludur.
Tramp Zelenskiyə istədiyi qədər diktator deyə bilər, lakin Ukraynada seçkilər ancaq hərbi vəziyyət aradan qaldırıldıqdan sonra baş tutacaq.
Dadash Ahmadli
TEREF
 
Ardını oxu...
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra dünya siyasətində mühüm dəyişikliklər baş verir.

Onun Rusiya və Ukrayna münaqişəsinin həlli üçün Vladimir Putinlə görüşmək istəməsi isə xüsusilə diqqət çəkir. Lakin ən maraqlı məqam bu görüşün Səudiyyə Ərəbistanında keçirilməsi ehtimalıdır.

Artıq fevralın 18-də Səudiyyə Ərəbistanında dünyanın gözlədiyi ABŞ-Rusiya danışıqları keçirilib.

Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib.

Bəs niyə məhz Səudiyyə Ərəbistanı?

Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda telefon danışıqları apardıqdan sonra gözlənilmədən Səudiyyə Ərəbistanının görüş üçün uyğun yer ola biləcəyini açıqlayıb. Məlumatlara görə, görüşdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da iştirak edə bilər.

Zelenski isə dərhal bildirib ki, Ukraynanın iştirakı olmadan heç bir razılaşma qəbul edilməyəcək. Yəni Kiyev, Moskva və Vaşinqton arasında bağlana biləcək mümkün sazişlərdən kənarda qalmaq istəmir. Bu görüş üçün Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də namizəd idi. Lakin ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı daha məntiqli seçimdir. Bunun bir neçə səbəbi var:

Neytral mövqeyi – Avropa ölkələri Rusiya ilə münasibətlərdə sərt mövqe tutduqları üçün görüş üçün uyğun sayılmır. Səudiyyə isə balanslı siyasət aparır.

Putinin təhlükəsizliyi – Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Putinin həbsinə order verib. Avropada olsa, onun həbs riski var. Amma Səudiyyə Ərəbistanı bu məhkəmənin yurisdiksiyasını tanımır.

Diplomatik vasitəçilik təcrübəsi – Səudiyyə Ərəbitanı artıq Rusiya və Ukrayna arasında əsir mübadiləsində vasitəçi olub və hər iki tərəfin etibarını qazanıb.

Neft və iqtisadi maraqlar - Bu görüş sadəcə müharibənin bitməsi ilə bağlı deyil. Danışıqlarda Neft bazarındakı vəziyyət də önəmli rol oynayır. ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft istehsalçılarıdır.

Trampın enerji sektoruna xüsusi diqqət yetirdiyini nəzərə alsaq, onun məqsədi yalnız sülh deyil, həm də ABŞ üçün əlverişli neft qiymətləri əldə etmək ola bilər.

Ekspertlərin fikrincə, Trampın prioritetlərindən biri də Amerikanın enerji şirkətləri üçün sərfəli şərtlər yaratmaqdır. Bu baxımdan, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq onun üçün olduqca vacibdir.

“ABŞ - yə çox baha başa gəlir”

Mövzu ilə bağlı "Cümhuriyət”-ə açıqlama verən rusiyalı politoloq Darya Qrevsova bildirib ki, Donald Tramp Ukraynadakı müharibəni dayandırmaq istəyir, çünki bu müharibə Amerika üçün sərfəli deyil. Onun sözlərinə görə, ABŞ Ukraynaya böyük miqdarda maliyyə və silah yardımı edir, lakin nə qələbə görünür, nə də ABŞ üçün pozitiv bir nəticə gözlənilir:

“Trampın fikrincə, bu müharibə ABŞ –yə çox baha başa gəlir və onu mümkün qədər tez dayandırmaq lazımdır. Tramp bu müharibədən qalib çıxmaq istəyir və məhz buna görə də danışıq istəyir. Eyni zamanda, Tramp üçün Rusiya və Çinin yaxınlaşması da sərfəli deyil. Görürük ki, Rusiya iqtisadi cəhətdən Çinlə daha da sıx əlaqələr qurub. Hazırda Rusiyaya məhsulların çoxu Çindən gəlir və Çin Rusiyaya sanksiyaları aşmağa kömək edir.

Təbii ki, bu vəziyyət Trampı narahat edir, çünki Çin ABŞ üçün böyük bir strateji rəqibdir və bu rəqibi zəiflətmək vacibdir. Buna görə də Tramp Rusiya ilə Çin arasındakı əlaqələri, hətta ola bilsin ki, mümkün ittifaqı pozmaq istəyir. Bu məqsədlə Səudiyyə Ərəbistanında danışıqlar aparılır”.

“Zelenskiyə qarşı şəxsi antipatiyası var”

Ekspert deyir ki, Zelenskinin bu danışıqlardan xəbərsiz olması ilə bağlı iddialar doğru deyil: “Bütün dünya bu barədə məlumatlı idi. Əlbəttə ki, Zelenski də bilirdi. Onun bu danışıqlara dəvət olunmasının elə bir əhəmiyyəti yoxdur, çünki onun yeganə məqsədi hakimiyyətdə qalmaq və Ukraynadakı indiki rejimi qoruyub saxlamaqdır. Tramp da bunu başa düşür və ola bilsin ki, Zelenskiyə qarşı şəxsi antipatiyası da var, çünki o, Zelenskini ciddi siyasi fiqur hesab etmir. Belə bir adamı danışıqlar masasına əyləşdirməyin mənası yoxdur".

“Onun Putinə şəxsi nifrəti yoxdur”

Rusiyalı ekspertin fikrincə, bu müharibə əslində Rusiya ilə Ukrayna arasında deyil, Rusiya ilə Qərbin qlobal elitaları arasında gedir:

“Ona görə də Rusiya sülhü Ukrayna ilə deyil, məhz Qərbin bu elitaları ilə müzakirə edəcək. Tramp da bu elitalardan biridir, amma onun siyasəti əvvəlki liderlərdən fərqlənir. O, ABŞ-nin idarəçiliyinə təsir edən "Deep State" deyilən dərin dövlətdən asılılığı qırmaq istəyir.

Bu, ABŞ-nin xüsusi xidmət orqanlarından ibarət geniş bir şəbəkədir və dövlət idarəçiliyinə böyük təsir göstərir. Tramp ilk prezidentliyi dövründə bu sistemlə mübarizədə uğurlu ola bilmədi, amma indi, ikinci dəfə daha müstəqil olmağa və öz komandasını qurmağa ümid edir.

Səudiyyə Ərəbistanındakı danışıqlar Ukraynada dərhal sülh yaratmasa da, gələcək üçün baza hazırlayacaq. Ən azı tərəflər bir-birinin mövqeyini başa düşür və hansı kompromislərə getməyə hazır olduqlarını müəyyən edirlər.

Trampın prezident olduğu dövrdə belə müzakirələr mümkündür, çünki onun Putinə şəxsi nifrəti yoxdur və onu güclü siyasətçi kimi qəbul edir”.

Şahzadənin əlinə düşən fürsət

Həmsöhbətimiz bildirib ki, bu danışıqlar Səudiyyə Ərəbistanı üçün də mühüm əhəmiyyət daşıyır:

“Məhəmməd bin Salman uzun müddətdir ki, ölkəsini mühüm diplomatik mərkəz kimi təqdim etmək üçün çalışır. Putin də, Tramp da ona hörmətlə yanaşırlar.

Əvvəllər, Baydenin dövründə isə bu münasibətlər xeyli soyuq idi. İndi isə, əksinə, həm ABŞ, həm də Rusiya liderləri ilə Məhəmməd bin Salman arasında yaxşı əlaqələr qurulub. Səudiyyə Ərəbistanı sadəcə danışıqlar üçün meydança təqdim etmək yox, həm də vasitəçi rolunda çıxış etmək istəyir. Hələlik onu rəsmi vasitəçi kimi qəbul etməsələr də, bu təklif onun hər iki tərəflə yaxşı münasibətlərə malik olduğunu və sülhə töhfə vermək niyyətində olduğunu göstərir”.

Beləliklə, Səudiyyə Ərəbistanı bu görüşü təşkil etməklə öz beynəlxalq nüfuzunu daha da artırmaq istəyir. Tramp isə həm müharibənin bitməsi, həm də enerji bazarında üstünlük qazanmaq üçün bu fürsətdən yararlanmağa çalışır. Amma Zelenskinin mövqeyi, Putinin razılaşmalara nə qədər sadiq qalacağı və ümumiyyətlə, prezidentlərin görüşünün baş tutub-tutmayacağı hələ də sual altındadır. Siyasət səhnəsində yeni bir tamaşa başlayır. Görək final necə olacaq?

Səbinə Uğur
"Cebheinfo.az"
 

Ardını oxu...
 

Bəzən hadisələri geri çevirib baxmaq faydalıdır.

2022-ci ilin aprelində, Ukrayna müharibəsi yenicə alovlanarkən, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna xalqına belə bir tövsiyə vermişdi:

“Birincisi, bizim təcrübəmizə əsasən, heç bir halda ərazi bütövlüyünüzün pozulması ilə razılaşmayın. İkincisi, işğal dövründə əldə etdiyim dərs budur ki, öz resurslarınıza güvənməlisiniz. Üçüncüsü, beynəlxalq təşkilatların qərar və qətnamələrinə bel bağlamayın, çünki onların heç bir dəyəri yoxdur.”

Bundan əlavə, Qərb tərəfdaşlarının illərlə Azərbaycana necə yanaşdığını da xatırlatmışdı:

“Mənə Qərb tərəfdaşları deyirdi ki, siz müharibəni uduzmusunuz, işğal faktı ilə barışmalısınız, ərazi bütövlüyünüzə dair mövqeyinizi yenidən nəzərdən keçirməlisiniz. Ancaq mən hər zaman “yox” cavabını verirdim. Məni bu məsələdə barışmaz və inadcıl olmaqda tənqid edirdilər, amma mən yenə də “yox” deyirdim.”

Bu sözlər bu gün, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı açıqlamaları fonunda daha da aktuallaşır.

Qərbin “dəstəyi”nin bumeranq effekti

Ukrayna beynəlxalq dəstəyin qaranlıq tərəfi ilə üz-üzə qalıb. Belə bir dəstəyi almaq ilk baxışda xoş görünsə də:

1. Bu dəstək istənilən an dayandırıla bilər.
2. Bunun qarşılığında ağır ödəniş tələb oluna bilər.
3. Qərb belə hərəkətləri ilk dəfə etmir.

1956-cı ildə SSRİ Macarıstan üsyanını tanklarla əzdi. Budapeştə heç kim köməyə gəlmədi.

1968-ci ildə eyni tanklar Praqa baharını əzdi. Dünya yenə susdu.

Qorbaçov dövründə isə Qərb Bakıda 1988-ci ildə Azadlıq meydanında keçirilən dinc mitinqə qarşı tətbiq edilən fövqəladə vəziyyəti “görmədi”. 1989-cu ildə Tiflisdə sovet ordusunun qadınları sapyor kürəkləri ilə döyməsini də “görmədi”.

1990-cı ilin yanvarında Bakıda sovet ordusunun qanlı qətliamı baş verdi. 150-dən çox dinc sakin öldürüldü, şəhər avtobusları, təcili yardım maşınları atəşə tutuldu. Dünya yenə susdu.

Bir il sonra Vilnüsdə və Riqada sovet ordusunun eyni cəza tədbirləri həyata keçirildi. Baltikyanı ölkələr dünya ictimaiyyətinin misilsiz dəstəyini almışdılar, lakin yenə də ciddi reaksiya olmadı.

Qərbin ikili standartları və Azərbaycan

SSRİ dağılandan sonra Qərb hələ də keçmiş sovet respublikalarının müstəqilliyini ciddiyə alıb-almamaq barədə tərəddüd edirdi. Onlar nə Xocalıda 366-cı alayı, nə Laçində Pskov desant diviziyasını “görə bildilər”. Əksinə, erməni təcavüzü dövründə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdilər.

1993-cü ildə Abxaziyada Gürcüstan ordusunun mövqelərini formal olaraq “naməlum” qırıcılar bombaladı. Əslində, bu, Rusiyaya məxsus təyyarələr idi. O dövrdə Gürcüstan prezidenti Edvard Şevardnadze idi – SSRİ xarici işlər naziri olmuş, Berlin divarının yıxılmasında iştirak edən bir siyasətçi.

2008-ci ildə Rusiya Gürcüstana qarşı yeni bir müharibə başlatdı. O vaxt Gürcüstanın prezidenti Mixeil Saakaşvili idi – Qərbin “islahatçı lider” kimi tanıdığı bir şəxs. Amma dünya yenə susdu. Hətta Qərbin Talyavini adlı hesabat müəllifləri belə, Rusiyanın birinci atəş açdığını yazmağa cəsarət etmədilər.

Bundan sonra isə Lavrov və Klinton “reset” (yenidən yükləmə) düyməsinə basaraq münasibətləri sıfırlamağa qərar verdilər. 

2014-cü ildə Krımın ilhaqına cavab olaraq Qərb nəhayət “ərazi bütövlüyü” və “sanksiyalar” ifadələrini xatırladı. Lakin Budapeşt Memorandumu daha ciddi addımlar nəzərdə tuturdu. Bunun əvəzinə, məsələ “Minsk prosesi”, “Normandiya formatı” və “Ştaynmayer formulu” çərçivəsinə salındı – yəni separatçılar üçün “imtiyazların” müzakirəsinə.

Ukrayna müharibəsinin ilk günlərində Qərb müdaxilə etməkdə tələsmirdi. Bəzi dövlətlər Kremlə “üzqoruma” şansı verməyə çalışırdılar. Hətta Ukraynanın əks-hücum ərəfəsində ABŞ “bürokratik maneələr” səbəbilə yardımını ləngitdi.

İllüziyalara qapılmaq lazım deyil

Buna görə də, Trampın açıqlamalarına görə əsəbiləşmək yox, Azərbaycan Prezidentinin tövsiyələrinə qulaq asmaq lazımdır.

Və unutmamalıyıq ki, İlham Əliyev həqiqətən də müharibəni qazandı.

 

Nurani Qasımova, Minval.az

Dünyapress TV

Xəbər lenti