Ardını oxu...
Respublika Klinik Xəstəxanasının bir müddət əvvəl təmirə bağlanması xəstələri çətinə salıb.

Belə ki, təmir işləri ilə bağlı 6 şöbə Bilgəhdə yerləşən modul tipli xəstəxanaya köçürülüb və xəstələr həkim qəbulu üçün Bilgəhə üz tutmalı olurlar. Bu da vaxt itkisi, həm də əlavə maddi xərcə səbəb olur.

Nəzərə alsaq ki, Respublika Klinik Xəstəxanası Bilgəhə 25-30 kilometrlik məsafədə yerləşir, xəstəxanalar arasında get-gəldə qalan vətəndaşlar ən yaxşı halda 3-4 saatlarını yolda keçirməli olurlar. Üstəlik, Bilgəh Modul Xəstəxanasına avtobusların birbaşa getməməsi də əlavə gərginlik yaradır.

"Xəstəxananı 2-3 saata çətinliklə tapmışıq. Mən şəxsi avtomobilimlə gəlmişəm. Bura taksi ilə gəlmək üçün 20-25 manat lazımdır", - pasiyent narazılıq bildirib.

Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanasının baş həkimi Sahib Hüseynov Baku TV-yə bildirib ki, Bilgəhdə xəstələrin qəbulu, müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb. Pasiyentlər sadəcə KT və MRT müayinələrindən keçmək üçün digər səhiyyə ocaqlarına getməli olurlar.

Baş həkim onu da qeyd edib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi məsələni nəzarətə götürüb və problemin həlli istiqamətində tezliklə müvafiq addımlar atılacaq.


Daha ətraflı videosüjetdə:
 
 

 


Ardını oxu...
ABŞ-da yenidən prezident seçilmiş Donald Tramp: "Mən müharibə etməyə gəlməmişəm, müharibələri dayandırmağa gəlmişəm" deyir. Ancaq o, öz səlahiyyətlərinin icrasına hələ gələn il yanvarın 20-də başlayacaq. İki aya yaxın vaxt var. Bu vaxtdan isə hərə öz məqsədləri üçün istifadə edir.
Hələ ki Tramp, sadəcə, yeni seçilmiş prezidentdir. Cozef Bayden isə tam səlahiyyətli prezident olaraq iki aya yaxın ölkəni idarə edəcək. Deməli, dünyadakı müharibələr hələ ən yaxşı halda iki-üç ay davam edəcək.

Co Bayden tələsir, Avropa liderləri tələsir. Təkcə Amerika deyil, Avropa İttifaqı da, Böyük Britaniya da, Çin də, hətta ABŞ-ın ən yaxın şimal və cənub qonşuları - Kanada və Meksika da Trampın yeni dövrünə hazırlaşır. Yeri gəlmişkən, artıq Trampın ətrafından gözlənildiyi kimi, Çin, eləcə də, Kanada və Meksika sürpriz xəbərdarlıqlar aldı: rüsumlar artırılacaq.

Rusiya hər nə qədər Donald Trampın seçilməsini gözləsə də, yenə də post Bayden dövrünə dair proqnozlarda ehtiyatlıdır. MDB üzvü olan dövlətlərin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərləri müşavirəsinin 20-ci iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Donald Trampın ABŞ xarici siyasətində köklü dəyişikliklər edəcəyinə inanmadığını bildirib. O deyib ki, Rusiya da Ukraynadakı hərbi əməliyyatları dayandırmaq fikrində deyil. Narışkinin sözlərinə görə, Ukraynada müharibəyə gətirib çıxarmış səbəblər aradan qalxmayınca, "xüsusi hərbi əməliyyat" davam edəcək.

Trampın səlahiyyət müddəti başlayana qədər Rusiya Ukraynada daha çox ərazi tutmağa çalışır. Rusiya gələcək danışıqlarda özü üçün daha sərfəli şərtlər yaratmağa cəhd edir. Son bir həftədə Rusiyanın Ukraynada tutduğu ərazilər bütün oktyabr ayında tutduğu qədərdir. Rusiya, Sergey Narışkinin sözlərinə görə, "dondurulmuş münaqişə" variantına razı olmayacaq. Hətta Qərb analitikləri hesab edir ki, Rusiyada Ukraynanın üç yerə bölünməsi haqda plan var. Həmin plana görə, Krım Respublikası, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri Rusiyanın ərazisi olacaq. Kiyev, Sumı, Odessa və Nikolayevdə Rusiyapərəst hakimiyyət formalaşacaq. Qalan ərazi barədə isə Rumıniya, Macarıstan və sair ölkələrlə danışıqlar aparılacaq. Bu, faktik olaraq Ukrayna dövlətçiliyinə son qoymaq planıdır.

Belə görünür ki, həm döyüş meydanında daha intensiv hücum əməliyyatları keçirərək yeni ərazilər zəbt etməklə, həm də gələcək danışıqlar masasına maksimalist, daha doğrusu, güzəştsiz plan təklif etməklə Rusiya öz əlini gücləndirir. Həm ABŞ-da, həm Avropa İttifaqında, o cümlədən, Aİ-nin aparıcı ölkəsi olan Almaniyada hakimiyyətlərin keçidi dövrünün yaşanması, eləcə də, Qərbin Ukraynadakı müharibədən mental yorğunluğu şəraitində Moskva maksimum planın həyata keçirilməsinə cəhd göstərə bilər.

Bu, Ukraynanın müstəqil dövlətçiliyinə son qoyulması ehtimalını yaradıb. Bundan, xüsusilə, Avropa İttifaqı çox narahatlıq keçirir. Doğrudur, Avropanın İtaliya kimi ölkəsi nisbi neytrallıq nümayiş etdirir; heç bir halda Ukraynaya qoşun göndərməyəcəyini deyir. Ukraynanın Macarıstan, Slovakiya kimi qonşuları da Rusiyaya qarşı loyal mövqe nümayiş etdirirlər. Rumıniyadakı prezident seçkilərinin birinci turunda Kelin Corceskunun qalib gəlməsi onu deməyə əsas verir ki, bu ölkədə də Rusiyameylli hakimiyyət formalaşa bilər (təbii ki, hər şey prezidentlik yarışının ikinci turundan qabaq keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq). Əgər Rusiya Ukraynanı məğlub etmək və bölüşdürmək planını reallaşdırmağa yaxın olsa, Ujqorodun Macarıstana, Çernovtsının Rumıniyaya, hətta Lvovun Polşaya verilməsi müzakirə oluna bilər.

Mərkəzi və Qərbi Avropa dövlətləri, xüsusilə, Almaniya, Böyük Britaniya, Fransa bu ehtimaldan çox narahatdırlar. Onlar Rusiyanın uğur qazanacağı halda Şərqi və Cənubi Avropanın bəzi ölkələrinin necə mövqe tutacağını əvvəlcədən kəsdirə bilmirlər. Brüsseldə də bu narahatlıq var ki, Moskvanın Ukraynada ehtimal olunan qələbəsi NATO-nun şərq və qərb cinahları arasında kəskin fikir ayrılığına, hətta parçalanmaya səbəb ola bilər. Hazırda da NATO üzvü olan ölkələr arasında fikir ayrılıqları var. NATO-nun əsas ölkələrindən biri olan Türkiyə həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanın Ukrayna ərazilərini işğal etməsini qınayır, eyni zamanda həm Rusiya, həm Ukrayna ilə bərabər məsafədə dayanır, onların arasında vasitəçilik missiyasını da təklif edir. Türkiyə həmçinin NATO üzrə müttəfiqlərini Ukraynanı silahlandıraraq, müharibəni daha da qızışdırmaqda günahlandırır. Bu, münaqişənin əvvəlindən Türkiyənin mövqeyidir. Sonradan Macarıstan da Türkiyə ilə həmfikir oldu. Sovakiya, hətta İtaliya da bu mövqeyə meylləndi.

Mümkündür ki, dekabrda Rumıniyada formalaşacaq yeni hakimiyyət də Türkiyənin mövqeyinə gəlsin və ya oxşar bir xətt seçsin. Bütün bu səbəblərdən NATO-nun baş katibi Mark Rütte Ankaraya gəldi, ölkə prezidenti, xarici işlər və müdafiə nazirləri ilə danışıqlar apardı. Türkiyə yaranmış vəziyyətdə bir yandan, NATO-Rusiya münasibətlərində, həm Rusiya-Ukrayna diplomatik trekində, həm də Şimali Atlantika Alyansının öz daxilindəki cinahlar arasında açar dövlət mövqeyinə gəlib çatıb.

Avropa bir yandan Trampın hakimiyyətə gəlişindən, bir yandan da Rusiyanın Ukraynada irəliləməsindən çox təlaş keçirir, hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaqda çətinlik çəkir. Ukraynanın "Oreşnik" raketi ilə vurulmasından sonra Qoca Kontinent müharibənin yeni fazaya keçdiyini gördü və açıq-açkar qorxuya düşdü. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qitələrarası ballistik raket atması həm ABŞ-ın Bayden administrasiyasına, həm də Avropa hökumətlərinə xəbərdarlıq oldu. Bu, bir növ ultimativ tonda: "Konflikti qitələrarası müharibəyə çevirərəm" mesajı verdi. Rusiya Şimali Koreyanı açıq şəkildə Ukrayna ilə müharibəyə cəlb etməklə, əslində Avroatlantika ilə Avrasiya arasında müharibənin anonsunu vermişdi. Avropada yaxşı anlayırlar ki, Şimali Koreya bu addımı Çinin razılığı olmadan atmazdı. Hər nə qədər Pekin bu durumdan narahat görünsə də, bu, məsələnin məhz görünən tərəfidir; Çin Asiya-Sakit okean bölgəsində sabitliyi pozmaq istəyən aktorlara Ukraynada Şimali Koreya əsgəri birlikləri vasitəsilə öz yerini göstərir. Eləcə də, Şimali və Cənubi Koreya arasında gərgin fonu artırmaqla.

Hadisələrin belə inkişafı Avropa İttifaqını, eləcə də, Böyük Britaniyanı preventiv qərarlar verməyə sövq edir. Həmçinin Bayden administrasiyası da bu durumdan narahatdır.

Böyük Britaniyanın müdafiə naziri Con Hili Almaniya, İtaliya, Polşa və Fransa müdafiə nazirləri ilə danışıqların yekunlarını şərh edərək deyib: "Ukraynada müharibə kritik mərhələyə keçib və Avropanın öz təhlükəsizliyini və kollektiv müdafiəni təmin etmək üçün daha çox iş görmək vaxtı gəlib çatıb..."

Belə anlamaq olar ki, Avropa artıq Ukraynanın qalib gəlməsindən çox, özünü müharibədən sığortalamaq və özünü qorumaq haqqında düşünür. Nazir: "NATO-nun şərq sərhədlərini gücləndiririk, hava hücumundan müdafiə vasitələrinin və uzaqmənzilli raketlərin istehsalını artırırıq" deyib.

Buna görə də Avropa dövlətləri Yaxın Şərqdəki müharibənin dərhal dayandırılmasına çalışır. Bunu Co Bayden də istəyir. Çünki Rusiyanın təzyiqi artdıqca, həm Rusiyaya qarşı Ukraynaya, həm də Yaxın Şərqdə İsrailə dəstək vermək çətinləşir. ABŞ, Böyük Britaniya, eləcə də, Almaniya, Polşa, Fransa və bütövlükdə NATO öz gücünü və resurslarını Avropanı təhdid edən Rusiya təhlükəsinə qarşı birləşdirmək fikrinə gəlib. Əks halda ABŞ-ın və aparıcı Avropa dövlətlərinin razılığı olmadan Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmazdı. Eynilə Bayden administrasiyası da İsrailə təzyiqləri artırıb ki, Qəzza bölgəsində, Livanda, Suriyada hərbi əməliyyatları dayandırsın və bütün qüvvələr Rusiyaya qarşı yönəldilə bilsin. O səbəblə, həm Böyük Britaniya, həm Almaniya Netanyahunu həbs etməyə hazır olduqlarını bildirdilər. Ancaq bütün Avropa ölkələri bu qərarı yerinə yetirməyə hazır görünmürlər. Ona görə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel G7 ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib ki, bütün Avropalılar İsrailin baş naziri Benyamin Netanyahunun həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini yerinə yetirməlidirlər. O deyib: "Mənim xoşuma gəlsə də, gəlməsə də, BCM-in orderi alternativ deyil. Bu, öhdəlikdir".

Borrel deyib ki, Avropa dövlətləri Rusiya prezidenti Vladimir Putin haqqında orderi dəstəkləyib, Netanyahu haqqında orderi rədd etsə, bu, ikili standart olar. "Avropa İttifaqı ikili standartlara görə onsuz da çox tənqid olunur",-deyə Borrel bildirib.

Beləliklə, Avropa Rusiyanın hücumunu gözləyir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi kimi, artıq Rusiya-Ukrayna müharibəsinin genişlənməsi, real Dünya Müharibəsi, hətta nüvə müharibəsi təhlükəsi yaranıb.

Rusiya özü də proseslərin hansı məcraya yönəldiyinin fərqindədir; Ukraynada irəliləməsi və Avropa İttifaqına təhlükə yaratması fonunda Qərbin preventiv addımlar atacağını, hibrid müharibə variantıarına gedə biləcəyini də proqnozlaşdırır. Ona görə də Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə iclas keçirərək, yaranmış mürəkkəb və təhlükəli əməliyyat şəraiti haqqında məlumatları bölüşüblər.

Sergey Narışkin deyib ki, "kollektiv Qərb" Ukrayna konfliktində "fiaskoya uğrayır, buna görə də Rusiya Federasiyasının ətrafında "postsovet məkanında xaos və yeni mübaribə ocaqları yaratmağı" planlaşdırır. Buna misal olaraq, o, Gürcüstanda çevriliş cəhdini də misal gətirib. Bu məqsədlə həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasını keçirib. Ermənistan yenə də bu sammitə qatılmayıb. Üstəlik Ermənistanın sürətlə silahlanması rəsmi İrəvanın Qərbin planlarında yer ala biləcəyini, qlobal güclərin qarşıdurması şəraitində Azərbaycana qarşı revanşist hərəkətlərə əl atacağını göstərir. Bu günlərdə Azərbaycanın müdafiə naziri məhz buna görə müşavirə keçirdi və Silahlı Qüvvələrə Ermənistanla sərhədboyu bölgələrdə döyüş hazırlığını artırmağı tapşırdı. Rusiyanın da Cənubi Qafqazda zəif nöqtəsi Ermənistan ola bilər. Eyni zamanda Moskva özünün və Mərkəzi Asiyadakı müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün cənub cinahında həmlə etdi. Rusiya prezidenti Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu Əfqanıstana göndərərək, Kabuldan təhlükəsizlik zəmanəti aldı. Əvəzində rəsmi Moskva "Taliban" hərəkatının Rusiyada qadağan olunması haqqında qərarını ləğv etdi.

Bir sözlə, dünyada qlobal güclər üz-üzə gəlir. Gözlənilən təhlükə reallaşmağa yaxındır; müharibə Rusiya-Ukrayna coğrafiyasından çıxır və bütün dünyanı təhdid edir. Buna səbəb isə həm Qərbin, həm də Rusiyanın yanlış siyasəti olub. Dünya Donald Tramp üzərindən bu savaşı durdura biləcəkmi?! Hələlik məlum deyil; yalnız ehtimal etmək olar.

Bahəddin Həzi,

Bizimyol.info
 
 
 
Ardını oxu...
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.
Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.
Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb.
Bir sözlə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
 
Ardını oxu...
Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi hərraclarda Dövlət Neft Fondunun (ARDNF) ehtiyat valyutasının satışı rekord həddə çatıb. Bəzi analitiklər bu tendensiyanın milli valyutanın mövqeyinə təsirini nəzərə alaraq, xarici valyutanın satılan həcmlərinin artırılmasını həyəcanverici hadisə kimi qiymətləndirirlər.

Lakin belə bir fikir var ki, satışın artımı suveren fonddan dövlət büdcəsinə transfertlərin artması ilə bağlıdır. Bu il büdcə proqnozlarına uyğun olaraq ARDNF dövlət xəzinəsinə 12 milyard 781 milyon manat vəsait köçürəcək. Bununla yanaşı, cari ilin yanvar-oktyabr aylarında Fondun valyuta hərraclarında satdığı valyutanın ümumi həcmi 5 milyard 919,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 2,6 dəfə çoxdur.

ARDNF-in məlumatına görə, oktyabrda satışlarda cüzi azalma müşahidə olunub - bu ay ərzində 174,4 milyon dollar satılıb ki, bu da bir il əvvəllə müqayisədə 13,9% azdır. Lakin ümumilikdə valyuta satışı ötən ilin səviyyəsini xeyli üstələyir.

“Ümumilikdə, son 10 ayda ehtiyat valyutanın satışları 3 milyard 379,9 milyon dollar artıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən artıqdır. Bu fonda Mərkəzi Bankın valyuta ehtiyatları 241 milyon dollar azalıb. Bu tendensiya onu göstərir ki, inzibati üsullarla milli valyutanın sabit məzənnəsini saxlamaq getdikcə çətinləşir”, - deyə iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində bildirib.

Yerli ekspertlər arasında belə bir fikir var ki, ARDNF vasitəsilə satışlar valyutanın sabitliyinin əsas göstəricisi deyil. Burada əsas olan xarici ticarət və ölkənin tədiyə balansının göstəriciləridir. Bundan əlavə, hazırda dollar satışının artmasının dəqiq səbəblərini müəyyən etmək çətindir.

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, indiki artımın şərtləri çox fərqli ola bilər: “Bundan başqa, Mərkəzi Bankın Dövlət Neft Fondundan dollar satışı üzrə valyuta hərracları daha çox büdcə öhdəlikləri çərçivəsində bu strukturdan transfertlər hesabına həyata keçirilir. Bu məsələ ilə bağlı hərtərəfli məlumat yoxdur”.

Eyni zamanda, məzənnə ilə bağlı gələcək qərarlar qlobal iqtisadiyyatdakı vəziyyətdən - neftin qiymətinin beynəlxalq birjalarda perspektivlərinin necə inkişaf etməsindən asılı olacaq. Bununla belə, hər halda, əsas məsələni unutmaq olmaz – gələcəkdə milli valyuta yenə də üzən məzənnəyə keçəcək, həm də ona görə ki, respublika Ümumdünya Ticarət Təşkilatına daxil olmaq barədə ciddi düşünməlidir.

Deputat, iqtisadçı alim Vüqar Bayramov da qeyd edib ki, məzənnənin perspektivini maliyyə manevrinin genişliyi müəyyən edir: “Milli valyutanın sabitliyi ARDNF-in imkanlarından, yəni neftimizin dəyəri və onun ixracından valyuta gəlirlərindən asılıdır. Satışların hazırkı artımı həm də idxalın həcminin artması ilə izah olunur, çünki bu, həm də dollara tələbin artmasının son səbəbi deyil”.

Bir qayda olaraq, artan idxal və xarici valyutaya tələbat haqqında statistik məlumatlardan sonra yerli valyutanın sabitlik dərəcəsi ilə bağlı müzakirələr aparılır. Milli valyutanın məzənnəsi maliyyə tənzimləyicisinin inzibati tədbirləri ilə müəyyən olunduğundan Bayramov bu məsələni Mərkəzi Bankın ixtiyarına buraxır.

Nəhayət, sabitliyin əsas şərti xarici ticarətdəki vəziyyətdir. Ümumi göstəricilərin aşağı düşməsinə baxmayaraq, idxal və ixrac arasındakı fərq profisit təşkil edir, ona görə də yerli analitiklər hələlik manatın sabitliyinə ciddi obyektiv təhlükə görmürlər.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 34,498 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 11,8 faiz azdır. Üstəlik, son bir ildə idxal seqmentində 16 faiz artım fonunda ixrac 25 faiz azalıb. Nəticədə xarici ticarətdə 5 212 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb ki, bu da ötən ilin səviyyəsindən 2,7 dəfə azdır.

AYNA.az
 
Ardını oxu...
Rusiya Ukrayna müharibəsi gözlənilənin əksinə daha şiddətli mərhələyə qədəm qoydu. ABŞ-daki seçkiləri uduzan demokratlar müharibəni dayandıracağını bəyan edən Trampa ATACMS sürprizi etdilər. Rusiyanın dərinliklərinin vurulması ilə bağlı icazənin verilməsi Qərbdə birmənalı qarşılanmırdı. Bir çox ekspertlər bu icazədən sonra Rusiyanın daha da aqressivləşəcəyini deyirdilər. Yeri gəlmişkən, ATACMS-dan istifadə Ukraynaya baha gələcəyini bir neçə dəfə yazmışdım.
Nədənsə Qərbdə və Azərbaycanda da bəzi şəxslərdə belə bir fikir formalaşmışdı ki, İran və Rusiya ancaq blef edir. İranın İsrailə ikinci hücumu onu göstərdi ki, İranın dili olduğu kimi diyircəyi də var. Rusiyaya gəldikdə isə rusların qitələrarası raketlərinin olması, uğurlu sınaqları onu deməyə əsas verirdi ki, Moskva bundan hər an istifadə edə bilər.
Ukrayna tərəfi ATACMS-lardan istifadə edərkən elə bir əhvala bürünmüşdü ki, sanki müharibənin taleyi həll olacaq. Ancaq rusların “Oreşnik” raketi ilə zərbə endirməsi sanki qurbağa gölünə daş atmağa bənzədi. Zelenski həmişəki kimi tərəfdaşlarını kömək etməməkdə ittiham etdi. Nəticə nə oldu? “Oreşnik”in sınaq atışı siyasi baxımdan Rusiyanın nə qədər ciddi olmasını göstərdi. Raketin özü isə Qərbin hava hücumundan müdafiə sistemlərinin heç bir işə yaramadağını ortaya qoydu. Ola bilsin deyənlər olacaq ki, bir raketlə heç nə etmək olmaz. Bir şeyə diqqət etmək lazımdır ki, NATO bir raketə görə toplantı keçirmək məcburiyyətində qalıb.
Rusiya-Ukrayna müharibəsinə diqqət etdikdə, Qərbin Rusiyanı düzgün proqnozlaşdıra bilmədiyinin açıq şahidi oluruq. “Rusiya etməz, Rusiya bu qədər dözməz, Rusiya bu qədər irəli getməz” deyilən hər şeyi Rusiya etməkdədir. Məğlubiyyət və tələskənlik həmişə səhvlərə yol açır. Rusiyanın “Oreşnik” raketindən istifadəsi Qərbdə də birmənalı qarşılanmadı. Əksər ekspert və jurnalistlər Rusiyanın addımını cavab zərbəsi kimi qiymətləndirdi. Buna qədər bütün münaqişələrdə Qərb həmişə bu xətti tuturdu: “qarşı tərəf səhv etdi, cavab veririk, yaxud cəzalandırırıq”. Eyni vəziyyətlə indi Ukrayna və Qərb üz-üzə qalıb.
Müharibənin lap əvvəlinə baxaq: Qərb, əslində, istəyinə nail olmuşdu. Qərb məcbur etmişdi ki, Rusiya Ukraynaya hücum etsin. Bunu Putin də etiraf edib. O zaman Rusiyanı işğalçı kimi göstərmək, sanksiyalar tətbiq etmək çox asan idi. Rusiyanın səhvi vardı və cəzalandırılırdı. Hazırda situasiya dəyişib. Vəziyyət hətta o həddə çatıb ki, mətbuat üzərindən manipulyasiya etmək də çətinləşib.
Müharibə elə bir həddə çatıb ki, kimin işğalçı, kimin təcavüzə məruz qalan olduğu heç kimə maraqlı deyil. Hər kəsə maraqlı olan müharibənin necə bitəcəyidir. Hazırda Qərb müharibəni necə dayandırmağın yollarını axtarır. Rusiya tərəfinin şərtləri məlumdur: Ukrayna tərəfi də şərtləri qəbul etmir. Bu, o deməkdir ki, müharibə davam edəcək. Rusiya müharibənin davam etməsində daha çox maraqlı tərəf kimi görünür. Çünki sahədə Rusiya irəliləyir. Hər gün bir və bir neçə yaşayış məntəqəsini işğal edir. Belə olan halda, Rusiyanın quru atəşkəslə razılaşacağını qətiyyən düşünmürəm. Qərb də bunun fərqindədir. Rusiya nəinki işğal etdikləri ərazilərin ona qalmasını istəyəcək, əlavə ərazilər də tələb edəcək. Qərb bununla razılaşacaq, razılaşmayacaq, bunu görəcəyik. Bütün siyasi xəritələr qanla çəkilib. Qanunlar, qaydalar isə ona uyğunlaşdırılıb. Beynəlxalq hüquq, münasibətlər, BMT işləksiz bir haldadır. BMT cırtdan Ermənistana öz qətnaməsini qəbul etdirə bilmirdi, milyardlarla pul, on minlərlə insan ölümü ilə nəticələnəcək münaqişəni həll edəcək?!
Hazırkı vəziyyət onu göstərir ki, hərbi gücü artırmaqda fayda var. Hətta Rusiyanı ABŞ və Çin hansısa bir formada atəşkəsə razı salsalar belə, bu müvəqqəti xarakter daşıyacaq. Böyük müharibə qaçılmaz olsa, bizim region da bundan nəsibini alacaq. O zaman işğal və işğalçı anlayışı da olmayacaq. Qalib və məğlublar olacaq.
Səxavət Məmməd
 

 

Ardını oxu...
 

Çingiz Qənizadə: “Onlar Azərbaycana qarşı törətmiş olduqları hərbi, iqtisadi və insanlıq əleyhinə cinayətlərinə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərlər”

2024-cü il noyabrın 19-da Azərbaycan dövlətininin Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim etməsi haqda xəbər vermişik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bir daha yada salaq ki, həmin məlumata əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib. Bildirilib ki, iddia sənədi 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib.

Qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib. Ermənistanın beynəlxalq hüquq normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpa olunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpa olunan enerji mənbələri, habelə digər resurslar daxildir.

Ardını oxu...

Ermənistan tərəfi qanunsuz işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafına maneçilik törədib. 

XİN-in məlumatında həmçinin vurğulanıb ki, Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcək.

Ancaq Ermənistan tərəfi bu haqlı məhkəmə iddiasının da əsassız olduğunu “isbatlamağa” girişib. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisindən bildirilib ki, “Azərbaycanın Ermənistana qarşı enerji resursları ilə bağlı iddiasının çox həssas tərəfləri var və Ermənistan tərəfi öz mövqeyini məhkəmədə bildirəcək”. İddia edilir ki, guya Bakı İrəvanı Azərbaycanın enerji ehtiyatlarını qanunsuz istismar etməkdə ittiham etməklə Beynəlxalq Enerji Xartiyasının müddəalarını və məqsədlərini təhrif edir. 

İşə bax, yəqin on illər boyu ərazilərimizi talan edən, altını üstünə çevirən, torpaqlarımızda etnik təmizləmələr, digər bəşəri cinayətlər törədən yadplanetlilər imiş...

Ermənilər təbii ki, Azərbaycanda ərazimizdə törətdiyi cinayətlərə görə nə vaxtsa cavab verəcəyini anlayaraq, qorxur və indidən ön “hazırlıqlar” görməyə, “qara məni basınca mən qaranı basım” prinsipi üzrə hərəkət etməyə çalışırlar. 

Bəs kapitulyant ölkəyə qarşı təzminat tələblərimiz nə vaxt məhkəmə qərarı şəklini alacaq? İrəvanın uydurduğu kimi, Azərbaycan Beynəlxalq Enerji Xartiyasının müddəalarını və məqsədlərini necə təhrif edə bilər? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, uzun illərdir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü yalnız torpaqların işğalı ilə məhdudlaşmayıb. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində insanlığa sığmayan vəhşiliklər törədiblər: “İşğaldan əvvəl və işğal dövründə əllərinə fürsət düşdüyü hər məqamda xalqımıza qarşı terrorçuluq, soyqırımı aktları həyata keçirərək, insanlarımıza ən vəhşi formada işgəncələr veriblər. Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürüdən, azərbaycanlılara qarşı soyqırımı, terror aktları, olmazın vəhşiliklər törədən Ermənistan bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bunun üçün Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər edib. Azərbaycanın müvafiq rəsmi instansiyaları bu istiqamətdə iş aparır. Ermənistan eyni zamanda Azərbaycana qarşı çox böyük miqyaslı iqtisadi cinayətlər də həyata keçirib. Azərbaycanın ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olub. Azərbaycanın qanuni ərazilərini işğalda saxlayaraq Azərbaycana həmin ərazilərin resurslarından istifadə etməyə imkan verməyib. Beləliklə ölkəmiz həmin resursları istifadə etməkdən 30 ilə yaxın müddətdə məhrum qalıb. Nəticədə Azərbaycana milyardlarla dollar ziyan dəyib, Azərbaycan milyardlarla dollar gəlirdən məhrum olub. Ona görə də Azərbaycan tamamilə haqlı olaraq, beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan Daimi Arbitraj Məhkəməsinə sənədlər təqdim edib, şikayətlər ünvanlayıb. Onlardan biri də 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərimizdəki su elektrik stansiyalarından istifadə ilə bağlıdır. Məhkəməyə sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib. Azərbaycanın tamamilə haqlı olduğunu təsdiqləyən sübutlar, dəlillər yer alır həmin sənəddə. Artıq məlumat verildiyi kimi, Azərbaycanın müraciəti əsasında proses başlayıb və bir neçə prosedur reallaşıb. Ona görə də Ermənistan tərəfi qorxuya düşüb və Azərbaycanın iddialarını neytrallaşdırmaq istiqamətində addımlar atmağa çalışırlar. Lakin Ermənistan haqsız tərəfdir və gec-tez haqlı tərəf olan Azərbaycanın beynəlxalq məhkəmələr qarşısında qaldırdığı iddialar məntiqi, hüquqi nəticəsini verəcək. Ermənistan 30 illik işğal dövründə respublikamıza vurduğu ziyana görə təzminat ödəyəcək. Ermənistan tərəfi Azərbaycana qarşı törətmiş olduğu hərbi, iqtisadi və insanlıq əleyhinə cinayətlərinə görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq. Onların işğal dövründə respublikamıza vurduğu ziyan milyardlarla dollar səviyyəsində ölçülür. İrəvanı qorxuya salan da budur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Ardını oxu...
BMT-nin iqlim dəyişiklikləri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (COP29) Bakıda öz işini yekunlaşdırmağa hazırlaşır. Noyabrın 22-də konfrans bağlanacaq. Yekun sənəd layihəsi hazırdır və onun üzərində iş gedir.
Məlumdur ki, Konfransın qarşısına qoyduğu hədəf - inkişaf etməkdə olan ölkələrə hər il 1 trilyon ABŞ dolları məbləğində yardım məqsədi əldə olunmaya da bilər. Çünki bu, konfransın harada keçirilməsindən deyil, onun iştirakçılarından asılı olan məsələdir. Üstəlik nəzərə alaq ki, dünyanın ilk iki ən böyük iqtisadiyyatına sahib olan ABŞ və Çin, eləcə də,Hindistan, Kanada və sair bu konfransda qərar qəbul edən şəxslər səviyyəsində iştirak etmir. Fransa, ümumiyyətlə, özünü tamamilə bu qlobal problemin müzakirəsindən belə kənarda qoyub (Bəzi siyasətçilərə, o cümlədən, Fransanın liderlərinə elə gəlir ki, təbii fəlakətlər ölkələrə onların sərhəd-gömrük postlarından keçir; yəqin düşünürlər, istəsələr buraxmaya bilərlər).

Böyük dövlətlərin qlobal iqlim fəlakətlərinin qarşısını almaq məsuliyyətindən yayınması yekun razılaşmanı çətinləşdirən ən başlıca səbəbdir.

Məlumdur ki, bu, maliyyə məqsədli konfransdır; nəticə nəhəng iqtisadiyyatlara söykənir. Böyük dövlətlərin qərarından asılıdır. Sadə dildə desək, varlı ölkələr həm karbon emissiyasını azaltmalıdır ki, qlobal iqlim temperaturu 1,5 dərəcə həddindən aşağıda saxlamaq mümkün olsun, həm də kasıb ölkələrə yardım etməlidirlər ki, onlar təbii fəlakətlərin nəticələrini aradan qaldırmağa və yaşıl enerjiyə keçidə pul xərcləyə bilsin.

Mən əvvəlki yazılarımdan birində də yazmışdım: bunu bir qlobal vergiqoyma kimi düşünmək lazımdır. Daha çox qazanan daha çox vergi verəcək. Bu qədər sadə və aydın! Həmin zəngin ölkələrin özündə vergiqoyma bu cürdür. Elə normal sistemlərin hamısında vergi bu prinsiplə toplanır.

Məsələn, elə dünyanın birinci iqtisadiyyatını - ABŞ-ı götürsək, orada vergidən yayınma ən ağır cinayətlər kateqoriyasına aiddir. Üstəlik buna görə ictimai qınaq da çox sərtdir. Bir sözlə, ABŞ-da vergi az qala əcəl kimi bir şeydir; ondan qaçış yoxdur.

COP29 da qarşısına bu hədəfi qoymuşdu; iqlim fəlakətlərinə qarşı bir növ "qlobal vergi" qoymaq, illik 1 trilyon ABŞ dolları məbləğində bir qlobal iqlim büdcəsi formalaşdırmaq və bu büdcə hesabına qlobal istiləşməni dayandırmaq və kasıb ölkələrin iqlim adaptasiyasına yardım etmək nəzərdə tutulurdu.

Başqa sözlə, formalaşacaq qlobal iqlim büdcəsi həm yaşıl enerjiyə investisiya qoyuluşlarına, həm də köməyə ehtiyacı olanları dəstəkləməyə yönələcəkdi. Yekun sənəd də bu istiqamətdə işlənib hazırlanıb.

Dediyimiz kimi, bu məqsədə nail olunması təbii olaraq aparıcı iqtisadiyyata sahib ölkələrin və Dünyanın böyük biznes strukturlarının qərarlarından asılı məsələdir, konfransı kimin, harda və necə keçirilməsindən asılı deyil.

Ancaq The Washington Post (VP) və bir sıra aparıcı sayılan media orqanlarında, eləcə də, Qərbə bağlı başqa platformalarda COP29-un uğursuzluğu haqqında təbliğat kampaniyası başlayıb və nə qədər qəribə olsa da, bunu elə indidən Azərbaycanın ayağına yazmağa çalışırlar.

Məsələn elə VP mövzuya həsr etdiyi məqaləsində konfransda yekun nəticənin əldə edilməsinin məsuliyyətini "qəbul edən qalmaqallı neft dövləti" ("petrostate") adlandırdığı Azərbaycanın üzərinə yönəltməyə çalışıb.

Kiçik bir haşiyə çıxım: Azərbaycan qonaq qəbul edən ölkədir. Ev sahibini (həm də evinə gələnləri yüksək səviyyədə qarşılayıb yola salanı) aşağılamaq qonağın özünün necə aşağı bir mənəvi keyfiyyətə sahib olduğunu göstərir, elə deyilmi?

Dünyanın aparıcı media quruluşları roluna iddia edənlər hələ də bir gerçəyi dərk etmir, yaxud qəbul etmək istəmir: Azərbaycan konfransa ev sahibliyi edən, sədrlik edən ölkədir, hamının birlikdə verməli olduğu qərarları hamının əvəzindən qəbul edən ölkə deyil. COP29-a sədrlik edən Muxtar Babayev ABŞ prezidentinin, yaxud Çin sədrinin, Kanada baş nazirinin, Səudiyyə vəliəhd şahzadəsinin, Almaniya kanslerinin, yaxud Qətər əmirinin yerinə qərar verə bilməz axı. Belə düşünən bir siyasətçi, yaxud jurnalist varsa, onun yeri siyasətdə, yaxud jurnalistikada deyil, psixiatriya stasionarındadır.

VP-nin jurnalistləri, başqa media təmsilçiləri və sair tənqidçilər yekun qərarı iştirakçıların əvəzindən moderatordan gözləyirlər. Hər ölkə öz qərarını özü verir, moderatorun işi, sadəcə, optimal bir həll üzərində konsensusa çalışmaqdır. Burda qərarlar səs çoxluğu prinsipinə deyil, konsensus demokratiyasına əsaslanır. Üstəlik vəziyyəti çətinləşdirən başqa səbəb də var: BMT bu çərçivə konvensiyasını qəbul edərkən maliyyə imperativi qoymayıb; məchuri öhdəliklər müəyyən etməyib. Kim istəmirsə, iştirak etmir. Bu da konfransın keçirildiyi ölkənin qüsuru deyil. Təqsiri heç deyil.

Ancaq Qərb mediası COP29 başlayan ilk gündən belə bir yanlış ictimai rəy formalaşdırmağa çalışır ki, guya konfransın hansı qərar qəbul etməsi və ya etməməsi ev sahibi ölkədən asılı məsələdir.

O məqsədlə gah bir qrup beynəlxalq iqlim ekspertinin müraciətini yaydılar, gah ayrı-ayrı siyasətçilərin rəylərini dərc edirlər. O cümlədən, COP29 konfransının iştirakçılarının şərhlərini seçmə üsulu ilə verirlər. Bu şərhlərdə də əsas tezis olaraq, konfransı qəbul edən ölkənin qazıntı yanacağı hasil və ixrac etməsi, daxili siyasi məsələləri və sair kimi mahiyyətə dəxli olmayan məqamlar xüsusi olaraq qabardılır.

BMT-nin keçmiş baş katibi Pan Gi Munun, eləcə də, başqa tanınmış şəxslərin müraciətində bu nüans: COP keçirilən ölkənin fosil enerji növləri istehsal etməsi vurğulanır. Ancaq nəşr bir zaman öz ölkəsinin xarici işlər naziri olmuş Pan Gi Muna Cənubi Koreya kimi inkişaf etmiş bir ölkənin qlobal iqlim fonduna nə qədər yardım ayırmalı olduğu, yaxud niyə ayırmadığı haqda sual verməyib.

Şübhəsiz, gərək nə qədər qərəzli olasan ki, BMT-nin iqlim konfransından reallaşmayan gözləntilərə görə Azərbaycanı səbəbkar kimi göstərəsən. Hərçənd Azərbaycanın özü də inkişaf etməkdə olan ölkədir; Çin deyil, Böyük Britaniya, ABŞ, Kanada deyil, Fransa, Hindistan deyil, Cənubi Koreya deyil. Azərbaycan özü də daha sürətli enerji transformasiyası üçün, iqlim adaptasiyası üçün dəstək almalı olan ölkədir.

Azərbaycan da inkişaf etməkdə olan başqa ölkələr kimi COP29-un öz məqsədlərinə çatmasında - illik 1 trilyon dollarlıq hədəfin əldə olunmasında maraqlı tərəflərdəndir. Üstəlik ev sahibi ölkə kimi bunda ikiqat maraqlıdır.

Ancaq Qərb mediası bütün bunları gördüyü halda indidən Azərbaycanı qaralamağa, təqsirləndirməyə çalışır. Məsələ bundadır ki, Kenya iqlim danışıqçısının da dediyi kimi, "otaqdakı fili görmək istəməyənlər" böyük dövlətlərin rəhbərləri, nəhəng iqtisadi güclərin təmsilçiləri, o cümlədən, dünyanın iri media platformalarıdır. İstər Qərbdə olsun, istər Şərqdə, istər Cənubda.

Pul vermək istəməyənlərin özləri pul toplanmadığına görə başqalarını günahlandırır. Həm də heç bir günahı olmayan Azərbaycanı.

Məsələn, sözügedən qəzet öz məqaləsində Almaniya təmsilçisi xanım Morqana istinadla Azərbaycanın sədrliyini sorğulamağa çalışıb. Konfransın yekun sənədində məbləğlər qrafasında, sadəcə, "trilyon ABŞ dolları" və "milyard ABŞ dolları" yazılmasını, rəqəmlərin yerinin boş saxlanmasını irad tutub.

Bu iradın özü çox qəribə deyilmi?! Hələ konfrans bitməyib, yekun rəqəmlər razılaşdırılmayıbsa, konfransa sədrlik edən ora nə yazsın? Özündən rəqəm yazmalıdır? İştiraçılar 1 trilyona qərar verəcək, 1 trilyon yazılacaq, 999 milyarda razılaşacaqlar, o qədər yazılacaq. Bunda Azərbaycanı təqsirləndirməyin yeri var?!

Almaniya nümayəndəsi həmçinin iddia edir ki, konfransın sədri zəngin ölkələrlə kasıb ölkələri "ayırmağa çalışan deyil, birləşdirən bir yekun sənəd" hazırlamalıydı.

Çox qəribə iddiadır, elə deyilmi? Zəngin ölkələr kasıb ölkələrə yardım məbləğini artırmaq istəmirsə, ABŞ kimi birinci iqtisadiyyat, ümumiyyətlə, bundan imtina etməyə hazırlaşırsa, Çin, Hindistan hələ də BMT təsnifatında kasıb ölkə kimi qalıb, yardım tələbindən yayına bilirsə, kim kimi kimdən ayırır?! Yaxud zəngin ölkələr COP29-da maliyyə dəstəyini yardım deyil, kredit formasında vermək istəyirsə, kasıb ölkələr də qrant formasında yardım gözləyirsə, burda Azərbaycanın nə təqsiri var?

Ya zəngin ölkə qrant formasını qəbul edəcək, ya kasıb ölkə krediti. Burda Azərbaycanın konfransın sədri olaraq birləşdirici rolu yaşıl keçidə investisiya qoyuluşlarını təşviq etməsidir ki, bunu COP-suz da həmişə edib, indi də edir.

Afrika təmsilçiləri deyir ki, kredit kasıb ölkələri tələyə salmağa, böyük dövlətlərdən asılılığı artırmağa yönəlib. Zəngin ölkələr, iri biznes isə havayı pul vermək istəmir; bəziləri hətta iqlim maliyyələşməsinin özünə də neokolonialist məqsədlərlə yanaşır. Məsələn, Fransa kimi. Rusiya prezidentinin nümayəndəsi Eldergiyevin ifadəsi ilə desək, bu cür "qarışıq", VP jurnalistinin yazdığı kimi, "dolaşıq" vəziyyətdə Azərbaycanın çox kəskin bucaqlar arasında konsensus axtarışları alqışlanmalı olduğu halda, qınanır. Nonsens!

Dünyanın yardım edə bilən ölkələri də, yardıma möhtac ölkələri də - hamı əsas maliyyə dəstəyini Yer kürəsinin bir nömrəli iqtisadi nəhəngindən -ABŞ-dan gözləyir. Ancaq ABŞ-ın COP29-da iştirak edən nümayəndə heyətinin üzvü aydın bir söz, konkret bir rəqəm deyə bilmir. Amerika nəinki pul verə bilir, əksinə ABŞ-ın hətta Paris sazişində qalıb-qalmayacağına dair proqnoz verə də bilmir. Hələ vəd vermək o yana qalsın. Bunu da VP və başqa aparıcı Qərb mediası özləri yazır.

Beləliklə, COP29 platformasında yekun qərarın məsuliyyətini kimlərin daşıdığı da ortadadır, kimlərin daşımadığı da. Boykot adı altında, insan haqları və sair kimi bəhanələrlə məsuliyyətdən qaçanlar da ortadadır, üzərinə məsuliyyət götürənlər də. Konsensusu pozanlar da məlumdur, konsensus axtaranlar da. Bir sözlə, hər şey gün kimi aydındır.

Bütün bunlara baxmayaraq, Dünyanın bir nömrəli ÜDM-ə sahib ölkəsinin mediası və siyasətçiləri ÜDM-ə görə 73-cü yerdə olan ölkəni az qala 1 trilyon dollarlıq maliyyə hədəfini reallaşdıra bilməməkdə məsul tutur. Bundan absurd bir yanaşma varmı?!

Dünyada aparıcı media ekspertləri, sorğu nəticələri Qərb mediasına etimadın ildən-ilə azaldığını göstərir. Bir çox hallarda tirajların düşməsini, oxucu, tamaşaçı kütləsinin itirilməsini sosial şəbəkələr fenomeninə bağlayanlar, ənənəvi medianın operativlikdə sosial şəbəkə platformalarına uduzmasını səbəb göstərənlər də var. Bunlar, əlbəttə, yeni kütləvi kommunikasiya əsrinin inkarolunmaz reallıqlarıdır. Ancaq etibarın itirilməsinin bura nə dəxli var? Yalan yazanda, danışanda elə sosial media platformalarındakı akı hesablar da etibar itirir, nəinki klassik media.

Əgər Qərb ölkələrindəki aparıcı media platformalarının dürüstlüyünə etimad azalırsa, inam tükənirsə, buna sosial media günahkar deyil. Həmin The Washington Post, New York Times, The Economist, BBC, CNN, Le Fiqaro, The Telegrahp və sar və ilaxır kimi media strukturlarına inam sanki inanc səviyyəsində idi. Vaxt vardı, kimsə: "Xəbəri The Washington Post yazıbsa, deməli dəqiqdir" deyirdi. Ancaq indi nəşrin öz sahibi Jeffri Bezos da etiraf edir ki, qəzetə oxucu etimadı sarsılıb və bu, aşağı düşməkdə davam edir.

Çox səbəblər ola bilər. Ancaq ən əsas səbəb aşkar yalan xəbərlər və yanlış şərhlər kütləsinin artmasıdır.

İstər Amerika, Avropa olsun, istər Asiya, Afrika, fərqi yoxdur, həm rəsmi, həm yazılmamış qanunlar bilə-bilə yalan xəbərçilik etməyi cəzalandırır. Qanun da bunu rədd edir, əxlaq da. Bütün cinayət qanunlarında bilə-bilə yalan xəbərçiliyə görə ağır sanksiyalar var. İstintaq araşdırmaları, məhkəmə iclasları başlayanda da prosesin bütün iştirakçılarına yalan ifadə verməyin cəzası xatırladılır, xəbərdarlıq edilir. Hətta müttəhim istintaqda yalan, məhkəmədə doğru və ya əksinə ifadə verdikdə belə, hökm çıxarılarkən, onun danışdığı yalan ağırlaşdırıcı hal olaraq nəzərə alınır. O da ola, illərlə, onillərlə yalan xəbər, yalan şərh verməkdə "ustalaşan" media platforması.

...Buddist Mahayana təlimində belə bir narrativ irəli sürülür: hansı anda hamının diqqəti hara cəmləşibsə, həmin an hamı ordadır. Cismən, yaxud fikrən, fərqi yoxdur.

Dünyada hamının diqqəti bu an - bu günlərdə Azərbaycanda, Bakıdadır. Dünyada hamı görür və bilir ki, Azərbaycan qlobal iqlim böhranının qarşısını almaq üçün COP29 konfransına sədrlik edən ölkə kimi bacardığından da daha çox işlər görüb, öz imkanlarının hüdudlarını belə aşmağa çalışıb. Sadəcə, Azərbaycan prezidenti İlham Əliyevin liderlər sammitindəki çıxışını dinləyənlər, izləyənlər, çıxışın mətnini oxuyanlar bunun bir ölkə səviyyəsindən çox yuxarıda olan qlobal proqram xarakterli mesajları ilə birbaşa tanış oldular. O cümlədən, Azərbaycanın COP29 sədri kimi tərəf seçmədən, tərəf tutmadan, açıq və adil bir çözümə fokuslandığını da hamı gördü. Üzərinə məsuliyyət götürənlərə də, məsuliyyət götürürmüş kimi görünənlərə də, məsuliyyət götürməkdən açıq, ya gizli yayınanlara da öz dəqiq və adekvat qiymətinin verildiyini də hər kəs özü eşitdi. Ayrı-seçkilik etmədən hər kəsə eyni diqqət göstərildi, hər kəsin birlikdə konstruktiv həllərə yönəlməsi üçün çağırışlar edildi, əməli dəstək verildi.

Bütün bunların fonunda COP29-un "uğursuzuğa uğradığı" haqda yazanlar, danışanlar, üstəlik bu "uğursuzluğa görə" Azərbaycanı səbəbkar göstərənlər nəinki tirajlarını, reytinqlərini itirməyə, ən əsası sifətlərini itirməyə belə məhkumdur.

Azərbaycanın üzərinə düşən vəzifə COP29-u yüksək səviyyədə təşkil etmək, iştirakçıların rahatlığını və təhlükəsizliyini təmin etmək, konfransı idarə etmək idi. Bunlarda bir uğursuzluq, hətta bir qüsur görən var?! Yoxdur.

Əgər söhbət konfransın əldə etməli olduğu hədəflərdən gedirsə, burda uğur da olsa, uğursuzluq da olsa, o, istisnasız olaraq bütün 200-ə yaxın ölkənin inkişaf, konfransda iştirak göstəricilərinə, qərarvermə iradəsinə və məsiliyyət dərəcəsinə görə hamının arasında bölünməlidir.

İndilik COP29 konfransının uğuru hər kəsi bu qlobal güzgüdə özünə və hamıya olduğu kimi göstərməsidir. İndiyə qədər hamı bilirdi ki, bəşəriyyəti məhvə aparan qlobal iqlim böhranı var və bu proses geridönməz həddə yaxınlaşıb. COP29 güzgüsündə isə bu böhranın günahkarlarının, eləcə də oz günahının bədəlini ödəməkdən qaçanların, dünyanın xilası üçün imkanı çatdığı halda əlini tərpətmək istəməyənlərin kim olduğunu hamı öz gözləri ilə gördü.

...Elə güzgünü sındırmaq istəyənləri hər kəs görür...

Bahəddin Həzi, bizimyol.info
 
Ardını oxu...
Tiqran Köçəryan: “Bundan sonra növbəti addım hakim partiya üzvlərinin bəzilərinin həbsi olacaq”

Edmon Marukyan: “Nə vaxtsa Paşinyan özünə yaxın olanları qurban verməyə başlayacaq, həbslər olacaq”

Ermənistan Baş naziri Nikol Paşinyanın kadr dəyişiklikləri erməni ictimaiyyəti tərəfindən tənqid olunur və belə fikirləşilir ki, hökumət bu addımlarını islahat adı ilə cəmiyyətə təqdim etsə də, məqsəd başqadır.

Qeyd edək ki, Paşinyanın tələbi ilə noyabrın 18-i 6 yüksək vəzifəli məmur istefaya göndərilib. Bunlar Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan, İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan və Ali Şuranın sədri Karen Andreasyandır.

Erməni media eksperti, “Alpha News” agentliyinin redaktoru Tiqran Köçəryan istefaların səbəbləri barədə danışarkən deyib ki, Paşinyanın addımları Ukrayna Prezidenti Volodimir Zelenskinin 2-3 ay əvvəl atdığı addımlarla eynidir: “Zelenski narazılığı yumşaltmaq, insanları əsas mövzulardan bir az yayındırmaq üçün nazirləri işdən çıxartdı, amma sonra yenidən vəzifələndirdi. Əslində onları kifayət qədər yaxşı vəzifələrə təyin etdi. Eyni şey indi də Ermənistanda baş verir”.

“Burada başa düşmək lazımdır ki, önəmli olan kimin işdən çıxarılması deyil, kimin və niyə vəzifədə qalmasıdır. Armen Abazyan, Armen Qriqoryan, Anna Vardapetyan, Andranik Köçəryan və Suren Papikyan vəzifələrində qalıb. Yəni qlobal mənada ya Paşinyanın yaxın çevrəsinə daxil olanlar vəzifədə qalıblar, ya da Paşinyan hələ də onlarla bağlı istədiyi qərarı verə bilmir”, - deyə Köçəryan bildirib.

Paşinyanın növbəti addımlarından danışan ekspert vurğulayıb ki, yaxın aylarda hakim “Mülki Müqavilə” Partiyası üzvlərinin bəzilərinin həbsi gözlənilir: “İşdən çıxarılan bu altı məmurdan heç biri Paşinyanın başçılıq etdiyi inqilabda iştirak etməyib, lakin çox güman ki, bu altı məmurdan ən azı 3-4-ü yenidən dövlət idarəetmə aparatında vəzifə tutacaq. Çünki Vahe Qazaryan məsələn, nə pis iş görüb ki?! Nikol onu vəzifəsiz qoysun? Hesab edirəm ki, bu, cəmiyyətdə gərginliyin azaldılmasına yönəlmiş növbəti addımdır. Onu da qeyd etmək lazımdır ki, bu, siyasi nöqteyi-nəzərdən başa düşülən addımdır. Çünki ilk növbədə əvvəlki hakimiyyət və Rusiya Federasiyası olan ümumi və xarici düşmənə qarşı birləşmək lazımdır. Amma “keçmişlər” mövzusu keçmişdə qalıb, çünki onların heç biri 7 il yüksək vəzifə tutmayıb. İndi daxili düşmənləri tapmaq vaxtıdır. Bundan sonra növbəti addım hakim partiya üzvlərinin bəzilərinin həbsi olacaq. Sonra 2026-cı il seçkiləri gəlir. Burada Paşinyanın yeni komanda toplaması və xalqa göstərməsi mümkün olacaq ki, nə istəsə, onu da edəcək, kimisə vəzifədən uzaqlaşdıra və təyin edəcəm”.

“Ermənistanda başlanmış bütün islahatlar, hökumətin xarici siyasət təşəbbüsləri, korrupsiyaya və “keçmişin” qanunsuz varlanmasına qarşı mübarizə iflasa uğradı”. Bu sözləri isə “Parlaq Ermənistan” Partiyasının lideri, Ermənistanın xüsusi təyinatlı keçmiş səfiri Edmon Marukyan deyib.

Marukyan hesab edir ki, uğursuzluqlar fonunda hökumətin reytinqi sürətlə aşağı düşməyə başlayıb: “İndi hökumət reytinqi bərpa etmək üçün öz komanda üzvlərini qurban verir. Məhz bu adamların hakimiyyət aparatında olması ilə hakimiyyət bu gün müşahidə olunan total uğursuzluğa haqq qazandırmağa çalışır. Bu, Baş nazirin heç bir şeydə günahkar olmadığını göstərmək cəhdidir. Paşinyan hesab edir ki, bu məmurları qurban verməklə hökumətin imicini bərpa edə biləcək. Amma insanlar başa düşməlidirlər ki, sabah eyni vəzifələrə yeni adamlar təyin olunanda onlar da bu islahatların uğurunu təmin edə bilməyəcəklər. İslahatları başa çatdıra bilməyəcəklər və buna görə də onları bacarmadıqlarına görə işdən çıxaracaqlar. Amma bu, 2026-cı ildə keçiriləcək seçkilərə qədər ediləcək. İstənilən halda onlar vəd edilənləri yerinə yetirməyəcəklər”.

Marukyanın sözlərinə görə, islahatların həyata keçirilməsində irəliləyişin olmamasının məsuliyyəti Baş nazirin üzərindədir: “Paşinyan göstərməyə çalışır ki, Baş nazir tapşırıq verib, lakin tapşırıq icra olunmayıb, problemlər həll edilməyib, səbəb də məmurlardır. Amma bu belə deyil, əslində problem həm də tapşırıqların tərtibindədir. Məsələn, Paşinyan Gümrüyə gedən yolla maraqlanır, ona hesabat verirlər ki, yol hazırdır. Efirə çıxır, bu xəbəri deyir və cavab olaraq ona məlumat göndərilir ki, bu doğru deyil. Mən inanıram ki, bunu Paşinyana xəbər verən şəxs əslində məsələnin necə olduğunu bilmir. Bu, mütləq problemdir, amma ən böyük problem deyil. Problem Paşinyanın öz ətrafında elə bir atmosfer yaratmasıdır ki, ona pis xəbər deməkdən çəkinirlər. İnsan pis xəbər eşitmək istəmirsə, ona yalan danışacaqlar”.

“2018-ci il inqilabı korrupsiya və qanunsuz varlanma ilə mübarizə şüarları altında baş verdi və məhz bu neqativ halların kökünü kəsmək vədləri ilə indiki hakim komanda hakimiyyətə gəldi. Amma indi Baş nazir şəxsən bəyan edir ki, o, nəinki ölkəni talayanları məsuliyyətə cəlb edə bilməyib, yəni verdiyi vədləri yerinə yetirməyib, həm də ölkəni soyanların sırasına öz komandasının üzvləri də qoşulub. Yəni o, nəinki talanın qarşısını aldı, həm də ölkəni talamaq prosesinə yeni adamlar cəlb etdi”, Marukyan vurğulayıb.

Partiya sədri qeyd edib ki, məmurlara oğru demək asandır, lakin onlara qarşı heç bir tədbir görülmür. Eyni zamanda, Marukyanın proqnozlarına görə, hakim qüvvənin - “Mülki Müqavilə”nin reytinqi o həddə düşə bilər ki, nə vaxtsa Baş nazir öz yaxın adamlarını qurban verməyə məcbur ola bilər: “Səs-küylü həbslər ola bilər ki, bütün bunlar hakimiyyətin reytinqin yüksəldilməsi maraqları üçün olacaq. Bu, Paşinyanın çevrəsindən olan hər kəsin başına gələ bilər. Hətta Nikol ən yaxın adamlarını da qurban verə bilərş”.

Müəllif: Turan Abdulla
ayna.az
Ardını oxu...
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.
“Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. 77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.
Ardını oxu...
Xatırladaq ki, Elşən Babaşadə Dövlət Vergi orqanında müfəttişdir.
Hit.az
 

Dünyapress TV

Xəbər lenti