Ardını oxu...
“Ermənistanın ənənəvi təhrikçiləri bu ölkəni silahlandırmaqla bölgədə yeni münaqişə ocağının yaradılmasına cəhd göstərə bilərlər”.

Bunu dəyişkən geosiyasi proseslər fonunda Cənubi Qafqazı qarışdırmaq üçün xarici qüvvələrin Ermənistandan istifadəsi ehtimalından danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin son hakimiyyət bağlarının da qırılmasını Rusiyanın məğlubiyyəti kimi dəyərləndirmək mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda çox bəsit yanaşmadır:

“Doğrudur, Bəşər Əsəd Moskavaya qaçıb. Daha doğrusu, Rusiya ona və ailəsinə sığınacaq verib. Amma bu o demək deyil ki, Bəşər Əsəd hakimiyyətdə olduğu zaman kəsiyində yalnız Rusiyanın bölgədəki maraqlarından çıxış edib. Zənnimcə, Dəməşqdə hakimiyyət dəyişikliyi daha çox İranın məğlubiyyəti kimi dəyərləndirilə bilər. Rusiyanın hərbi bazası, məlum olduğu kimi, Suriya ərazisindədir və rus hərbçiləri ilə hakimiyyəti ələ alan qüvvələr arasında indiyədək hər hansı bir qarşıdurma baş verməyib.

Bazaların Suriya ərazisindən çıxarılacağı ilə bağlı hələlik hər hansı bir qərar yoxdur. Əksinə, Rusiyanın hərbi bazalarının Suriyada qalacağı ilə bağlı razılaşmanın olduğu barədə məlumatlar hazırda üstünlük təşkil edir. Bəşər Əsədin və ailəsinin Moskvada olması isə bir çox aspektlərdən Rusiyanın əlini gücləndirir. Detallarına varmayacağam, amma bütün hallarda nə zamansa Rusiyanın bu amildən yararlana biləcəyi ehtimalını da istisna etmirəm.

Suriyada baş verənlərin Qərbin qələbəsi kimi qələmə verilməsi də tamamilə yanlışdır. Suriyadan sadəcə Bəşər Əsəd gedib, amma çoxsaylı hərbi qruplaşmalar qalmaqdadır və hələlik Suriyada ölkənin bütün ərazilərinə nəzarət edən hər hansı bir hakimiyyət yoxdur. Suriyada, dünyanın istənilən ölkəsində olduğu kimi, yalnız seçkilər nəticəsində legitim hakimiyyət formalaşa bilər. Bu baxımdan, zənnimcə, legitim hakimiyyətin formalaşması prosesinin başa çatmasından sonra kimin qalib gəldiyi daha aydın görünəcək.

Suriyada baş verənlər, müvəqqəti də olsa, bu ərazidə geosiyasi qarşıdurma elementlərini arxa plana keçirib. Bunun müəyyən razılaşmalar əsasında baş verdiyini ehtimal edənlərin də sayı az deyil. Hazırda Rusiyanın diqqəti daha çox Şərqi Avropaya və qismən də Cənubi Qafqaza yönəlib.

Doğrudur, Ermənistanın ənənəvi təhrikçiləri bu ölkəni silahlandırmaqla bölgədə yeni münaqişə ocağının yaradılmasına cəhd göstərə bilərlər. Bunun müəyyən elementləri də nəzərə çarpmaqdadır. Amma Ermənistana ən azı 2-3 il vaxt lazımdır. İndiki şəraitdə Ermənistanın yeni müharibəyə cəhd göstərməsi bu ölkənin xəritədən silinməsi ilə nəticələnə bilər. Bu baxımdan, rəsmi İrəvanın daha çox prosesləri mümkün qədər müşahidə etməyə çalışdığını, riskli addımlar ata bilməyəcəyini düşünürəm”.
 
Ardını oxu...
Vadim Denisenko: “Rusiya Prezidenti hələlik danışıqlar masasına əyləşməyəcək”

Dekabrın 13-də Rusiya Ukraynaya kütləvi raket hücumu edib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, düşmən hücumda doxsan üç raket və iki yüz PUA-dan istifadə edib. Raketlərdən bəziləri Şimali Koreyaya məxsus olub. Zelenski bildirib ki, bu, Putinin "sülh planı”dır - hər şeyi məhv etmək: “O, milyonlarla insanı qorxutmaqla "danışıqlar" istəyir. O, raketlərin istehsalı üçün lazımi komponentlərin alınması və uçuş məsafəsi ilə məhdudlaşmır. Neft Putini dirçəldir. Cəzasızlığa inanmaq üçün kifayət qədər pul lazımdır. Böyük bir zərbə - böyük bir reaksiya ilə Kremli dayandırmaq olar”.

Ukraynalı politoloq Vadim Denisenko isə yazdığı analitik məqaləsində qeyd edib ki, Ukraynaya irimiqyaslı hücum Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Çinə səfərindən sonra baş verib: “Tammiqyaslı müharibə zamanı ikinci dəfə idi ki, o, Pekinə dəvət olunurdu. Sonuncu dəfə 2022-ci ilin dekabrında onlar nüvə zərbəsinin yolverilməzliyi barədə danışıblar. İndi görünür, Çin Rusiya Federasiyasının münaqişəni dayandırmaq, daha doğrusu, dondurmaq və Çinlə bağlı öz baxışını ictimai deyil, real istəklərinin konturlarını anlamağa çalışırdı. Çin münaqişəyə son qoymaq istəyini nümayiş etdirdi, lakin bu, şübhəsiz ki, hazırda prioritet deyil”.

“Medvedevin Çinə səfər iki “razılaşma” ilə başa çatdı. Birincisi, görünür, Vladimir Putin Si Cinpinə onsuz da etmək niyyətində olmayan bir şey vəd edib: nüvə silahından istifadə etməyəcək. Ancaq "Oreşnik"dən istifadə seçimini özü üçün saxlayır. İkincisi, Putin hələlik danışıqlar masasına əyləşməyəcək. Bu isə Çinə çox yarayır. Çünki Pekin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Putinə təzyiq təklifi ilə Siyə yaxınlaşmasını gözləyir. Məhz buna görə də Putin hərəkətlərini intensivləşdirməyə çalışacaq: şiddətli hücumlar və energetika sektorunu atəşə tutmaq. Üstəlik, lazım gələrsə, yenə “Oreşnik”dən istifadə edə bilər”, - analitik qeyd edib.

Onun sözlərinə görə, əslində yaxın gələcəkdə Çinin “danışıqlar oyununa” daha əsaslı şəkildə müdaxilə etməyə çalışacağı istisna deyil: “Hadisələrin inkişafı üçün artıq mümkün ssenarilər var. Amma təəssüf ki, hətta ekspert səviyyəsində belə, demək olar ki, heç kim bu barədə düşünmək istəmir”.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdan ona verilən evi tələb edən qazi cərimə edilib. Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü Beyləqan rayon sakini Adəm Məmmədxanlıya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.

Belə ki, Beyləqan İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayev müharibə iştirakçısı olan Adəm Məmmədxanlını Beyləqan şəhərində müvəqqəti yaşamaq üçün yataqxanada evlə təmin edib. 2023-cü ilin yanvar ayında Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev həmin mənzilin açarını qaziyə müvəqqəti yaşamaq üçün təqdim edib. Adəm Məmmədxanlı kredit götürərək həmin yataqxananı təmir etdirib və anası ilə sözügedən mənzildə yaşayıb.

Müharibədə aldığı travmalara görə müalicə almaq üçün Adəm Məmmədxanlı bir müddət Bakıda yaşamalı olub. Bir neçə gün əvvəl Bakıdan Beyləqandakı mənzilə gedib. Amma mənzilin başqa bir müharibə iştirakçısına verildiyini görüb.

Baş verən hadisə ilə bağlı Adəm Məmmədxanlı 11 dekabr tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna gedib və problem barədə məlumat verib. Bu zaman icra başçısı ilə aralarında mübahisə yaranıb və əsəbi vəziyyətdə başçının qəbul otağından çıxaraq, səs-küy salıb.

Adəm Məmmədxanlı barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Adəm Məmmədxanlı məhkəmədə bildirib ki, icra başçısından dövlət tərəfindən ona veriləcək məzillə təmin olunana qədər sözügedən yataqxanadakı mənzilin verilməsini tələb edib. Həmçinin iddia edib ki, şəhərin bələdiyyə sədri Novruz Quliyev onun Bakıda müalicədə olmasından istifadə edərək yaşadığı evi başqa bir adama verib.

Məhkəmənin qərarı ilə Adəm Məmmədxanlı 100 manat məbləğində inzibati qaydada cərimə edilib.

Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən yataqxanadakı mənzili Adəm Məmmədxanlıya vermək üçün iş aparılır:

“Həmin yer yataqxanadır. Orada 12 kvadratlıq otaq Adəm Məmmədxanlıya anası ilə yaşamaq üçün verilmişdi. Bakıda olduğundan həmin mənzil başqa bir müharibə iştirakçısı tərəfindən zəbt edilib. Hazırda qazinin evlə təmin olunması üçün müvafiq qurumlarla iş aparılır”.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun köməkçilərindən biri olan Hikmət Əsgərli isə onda bu barədə məlumat olmadığını deyib.
 
Ardını oxu...
"MİT Başkanı İbrahim Kalının Dəməşqə səfəri əhəmiyyətlidir. Bu, Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir. Aydındır ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib. Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir".
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var:
Bakupost.az
"Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu, Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken sabah Ankaraya gedəcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər.
Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər".
Ardını oxu...
Azərbaycan Demokrat Firqəsinin Təbrizdə Azərbaycan Milli Hökumətini qurmasından 79 il keçir. Seyyid Cəfər Pişəvəri hicri 1324-cü ilinin 21 Azər günündə (12 dekabr 1945) qurulan hökumətin lideri idi.

Azər ayının 21-i İran Azərbaycanının müxtəlif şəhərlərində milli hökumətin quruluş ildönümü kimi qeyd edilərkən, İran mediası və rəsmi Tehran tərəfindən “Azərbaycanın separatçı qüvvələrdən xilas edildiyi gün” kimi təqdim edilir. İranın təhlükəsizlik orqanları keçən illərdə milli hökumətin ildönümünü qeyd edən çox sayda vətəndaş və siyasi fəalı həbs ediblər.

Türk dil haqları müdafiəçiləri 21 Azər gününü həmçinin “türk dilinin rəsmiləşdiyi” gün kimi qeyd edib və İran Azərbaycanının müxtəlif şəhərlərində ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil edirlər.

Bu il də son bir neçə gündə İran Azərbaycanının müxtəlif bölgələri, o cümlədən mərhum Pişəvərinin doğma şəhəri Xalxalda milli hökumətin ildönümü münasibətilə posterlər asılıb və divarlara şüarlar yazılıb.

Bu günlərdə Tehran mediası da Azərbaycan Milli Hökuməti və onun lideri Seyyid Cəfər Pişəvəri haqqında məzmunlar yayır. Yarı-rəsmi Tasnim agentliyi dünən dekabrın 10-da Pişəvərinin siyasi həyatı barəsində 8 dəqiqəlik bir video dərc edib. Videoda Pişəvəri “xain”, “bölücü” və “Sovyetlərin adamı” kimi ifadələr ilə təqdim edilib.
Azərbaycan Milli Hökuməti 1946-cı ilin dekabrında İran ordusunun paytaxt Təbriz və digər şəhərlərə hücumu ilə devrildi. Hökumət devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırıldı. Milli fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq, bu hadisənin ildönümünü qeyd edirlər.

Tanınmış cərrah Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətində milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını dilə gətirib.

“Dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olan heç kəsi heç zaman bağışlamaram,” həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib.
Həmin illərdə İran Azərbaycanına səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas “Qəribə torpaqlar və mehriban xalq” adlı kitabında İran ordusunun Azərbaycana hücumunu belə təsvir edib:

“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalım bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı.”

Keçən aylarda İranda bəzi siyasətçilər və media məsnubları İran prezidenti Məsud Pezeşkianın türk fəallarla görüşməsi, eləcə də bəzi sözlərini önə çəkərək onu pan-türkist qruplara yaxın olmaqda tənqid edib və fəaliyyətləri ilə Seyid Cəfər Pişəvərini xatırlatdığını iddia ediblər.
 
 
 
Ardını oxu...
1938 də Atatürk atrıq ağıq xəstə idi, amma həkimlərin qadağasına baxmayaraq son yurd içi səfərini may ayında Hatayla sərhəd bölgələrə, məhz Hatay məsələsini çözmək üçün etmişdi. Həyatdan köçdü, amma məhz onun siyasəti nəticəsində bu səfərdən cəmi 1 il sonra Hatay Türkiyə Cümhuriyyəti torpağı oldu.
Hatay Suriya ərazisi kimi qalsaydı, bu gün o torpaqlarda da qan-qada, dağıntılar, ölüm-itim olardı.
Hatay camaatı böyük Atatürkün məzarını ziyarət edib, ruhunu minnətdarlıq ilə bir daha anmaları yerinə düşərdi. Allah rəhmət eləsin! Tarixdə Şəxsiyyətlərin rolu həmişə olub, bu gün də var...
Atatürk, sitat: “40 Asırlık Türk Yurdu Düşman Elinde Esir Kalamaz. Hatay benim şahsi meselemdir”.
Natig Cəfərli
TEREF
Ardını oxu...
Suriyada son olaylar fonunda yeni bayrağın hər yerdə dalğalanması diqqətimi çəkdi. Belə çıxır ki, Bəşəd Əsəd rejiminin nəzarət etdiyi ərazilərdəki evlərdə müxalifətin yeni bayrağı var imiş, rejim dəyişən kimi ortaya çıxdılar. Ən qəribəsi müxtəlif ölkələrdə Əsəd rejiminə bağlı səfirliklərin dəyişikliyin elə ilk saatlarında binalarında yeni bayraqları dalğalandırmaları idi. Deməli Əsədin təyin etdiyi səfirlərin tamamı dəyişikliyə hazır imişlər və hər ehtimala qarşı alternativ bayrağı dolablarının bir güncündə saxlayırmışlar.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
“Bu sənəd nə Ukraynanın təhlükəsizliyini, nə transatlantik təhlükəsizliyi təmin etmədi”

Nazik qar təbəqəsi altında qalmış, soyuq müharibə dövrünə aid yaşıl-boz silahlar Ukraynanın sovet keçmişini xatırladır. Raketlər, start qurğuları və transportyorlar - Sovet İttifaqının nüvə proqramının işlənilməsində Ukraynanın önəmli rol oynadığı dövrün yadigarıdır.

Lyukun bir az açılmış polad-beton qapağın altında nəhəng qitələrarası ballistik raket (QBR) boylanır. Amma gerçək deyil, maketdir, çat vermiş və kif basmış. Az qala 30 ildir ki, bu şaxta zibillə doludur.

Ukraynanın mərkəzində yerləşən Pervomaysk şəhərinin yaxınlığındakı geniş baza çoxdan muzeyə çevrilib.

Müstəqil Ukrayna 1990-cı illərin əvvəllərində Moskvanın kölgəsindən çıxanda, Kiyev nüvə silahından imtina etdi.

Amma Rusiyanın böyük miqyaslı təcavüzündən üç ilə yaxın müddətdən keçdikdə və müharibədən sonrakı Ukraynanın təhlükəsizliyinin necə təmin ediləcəyi ilə bağlı Kiyevin müttəfiqləri arasında aydın razılaşmanın olması fonunda, bir çoxları hesab edir ki, bu, səhv idi.

30 il əvvəl, 1994-cü il dekabrın 5-də Budapeştdə keçirilən mərasimdə Ukrayna Belarus və Qazaxıstanla birlikdə ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin tərəfindən təhlükəsizlik təminatı müqabilində özünün nüvə arsenalından imtina etdi.

Əslinə qalanda, raketlər indi müstəqil dövlət olan keçmiş respublikalara deyil, Sovet İttifaqına məxsus idi. Amma SSRİ-nin nüvə arsenalının üçdə bir hissəsi Ukrayna ərazisində yerləşirdi və onun təhvil verilməsi beynəlxalq arenada mühüm addım sayıldı.

“Bu üç dövlətə verdiyimiz təhlükəsizlik təminatı bizim həmin dövlətlərin müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə sədaqətimizi göstərir”, - ABŞ prezidenti Bill Klinton o zaman Budapeştdə dedi.

Xarkovdakı hərbi məktəbin gənc məzunu Aleksandr Suşenko Pervomayska iki il sonra, məhz Ukraynada nüvə ehtiyatlarının istismardan çıxarılması prosesi başlayanda gəldi. O, raketlərin aparılmasını, şaxtaların partladılmasını müşahidə etdi.

İndi o, yenə keçmiş bazadadır, bu dəfə muzeyin kuratorlarından biri kimi. Rusiyanın Ukraynaya məşəqqətlər yaşatmasının, beynəlxalq birliyin isə bunun qarşısını ala bilməməsi və ya almaq istəməməsinin 10 ilindən geri boylanarkən labüd nəticə çıxarır.

“Hazırda Ukraynada baş verən hadisələrə baxanda, mən şəxsən hesab edirəm ki, nüvə silahının hamısını məhv etmək səhv idi, - Aleksandr deyir. - Ancaq bu, siyasi məsələ idi. Ali rəhbərlik qərar qəbul etdi, biz də sadəcə əmrləri yerinə yetirdik”.

O dövrdə hər şey tamamilə məntiqli görünürdü. Heç kim fikirləşmirdi ki, 20 il sonra (2014-cü ildə) Rusiya Ukraynaya hücum çəkəcək. “Biz sadəlövh idik, amma etibar edirdik, - 1994-cü ildə Ukraynanın Londonda səfiri işləyən Sergey Komissarenko deyir. - Böyük Britaniya və ABŞ, sonra da Fransa bizi dəstəkləyəndə, düşündük ki, kifayətdir. Elə Rusiya da”.

Onillərlə sürən sovet hakimiyyətindən yenicə qurtulmuş kasıb ölkə üçün çox bahalı nüvə arsenalını saxlamaq ideyası xüsusi məna kəsb etmirdi.

“Pulu sənayenin inkişafına, çiçəklənməyə sərf etmək mümkündürsə, niyə nüvə silahının istehsalına və saxlanılmasına xərclənsin?” - Komissarenko deyir.

İndi, taleyüklü razılaşmanın ildönümündə, Ukrayna yenə öz mövqeyini çatdırmağa çalışır. NATO xarici işlər nazirliyinin bu həftəki Brüssel görüşündə Ukrayna XİN rəhbəri Andrey Sibiqa içində Budapeşt memorandumunun surəti olan yaşıl qovluğu əlində yelləyirdi.

“Bu sənəd nə Ukraynanın təhlükəsizliyini, nə transatlantik təhlükəsizliyi təmin etmədi. Biz belə səhvləri təkrar etməkdən qaçmalıyıq”, - Sibiqa dedi.

Ukrayna XİN-nin bəyanatında Budapeşt memorandumu “strateji təhlükəsizlik üzrə qərar qəbulu zamanı yol verilən korafəhmlik abidəsi” adlandırılır.

İndi Ukrayna və müttəfiqləri qarşısında duran vəzifə ölkənin təhlükəsizliyini başqa üsulla təmin etməyin yolunu tapmaqdır. Prezident Volodimir Zelenski üçün cavabı çoxdan aydındır.

“Təhlükəsizliyimizin ən yaxşı təminatı - NATO ilədir. Bizim üçün AB və NATO ilə gələcək - prinsipial məsələdir”, - o, bu günlərdə bir daha təkrar etdi.

Yalnız alyansa üzvlüyün yekə və yırtıcı qonşusunun yanında Ukraynanın mövcudluğunu təmin edəcəyi barədə Zelenskinin mütəmadi və ehtiraslı bəyanatlarına baxmayaraq, NATO üzvləri arasında hələ də bu mövzu ilə bağlı fikir ayrılığı mövcuddur. Təşkilat, bəzi üzvlərin etirazı fonunda, yalnız bildirib ki, Ukraynanın gələcək üzvlüyü qaçılmazdır, amma bu zaman heç bir müddət göstərilməyib.

Bu arada Ukraynanın müttəfiqləri hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsində sülh yalnız güc mövqeyindən əldə oluna bilər, bunun üçün Ukrayna Donald Trampın təşəbbüskar ola biləcəyi mümkün sülh danışıqları öncəsi maksimum sərfəli mövqedə olmalıdır.

“Bizim Ulraynaya hərbi dəstəyimiz indi nə qədər güclü olarsa, onun da danışıqlar masası arxasında mövqeyi bir o qədər güclü olacaq”, - NATO baş katibi Mark Rütte dekabrın 3-də söyləyib.

Donald Trampın Ukraynaya yanaşmasının necə olacağını bilməyən əsas silah tədarükçüləri, ABŞ və Almaniya daxil olmaqla, onun prezidentliyi başlayana qədər yeni böyük silah partiyaları göndərməyə tələsirlər.

Gələcəyə boylanan bəzi ukraynalılar düşünürlər ki, özünümüdafiəyə xüsusi diqqət yetirən ölkə nüvə silahına qayıtmağı istisna edə bilməz, xüsusən də əsas müttəfiqi olan Birləşmiş Ştatlar gələcəkdə etibarsız çıxarsa.

Noyabrda Ukraynanın rəsmi şəxsləri guya Müdafiə Nazirliyinin sənədində sadə nüvə qurğusunun bir neçə ay ərzində yaradılmasının mümkünlüyü haqda söhbət getməsi barədə xəbəri təkzib etməli oldular.

İndi bu məsələ, aydındır ki, gündəmdə deyil, amma müdafiə nazirinin keçmiş müavini Alina Frolova sızmanın təsadüfi olmamasını mümkün hesab edir: “Ola bilər, bu variant ekspertlər arasında müzakirə olunur”.

“Görsək ki, dəstəyimiz yoxdur, müharibəni uduzuruq və xalqımızı müdafiə etməliyik, düşünürəm, belə variant mümkündür”, - Frolova davam edir.

Nüvə silahının yaxın vaxtlarda Pervomaysk ətrafındakı çöllüyə qayıdacağını təsəvvür etmək çətindir. Dərinliyi 30 metr olan yalnız bircə şaxta salamatdır və təxminən 1979-cu ildə təhvil verilən vəziyyətdədir.

Bu, olduqca möhkəmləndirilmiş tikilidir, nüvə hücumuna davam gətirmək üçün inşa olunub, ağır polad qapıları və onu bazanın digər yerləri ilə birləşdirən yeraltı tunellərə malikdir. Aşağıdakı darısqal komanda məntəqəsi qitələrarası ballistik raketlərin buraxılması haqda əmrləri yerinə yetirmək üçün nəzərdə tutulmuşdu.

Aleksandr Suşenko deyir ki, böyük qitələrarası ballistik raketlərdən qurtulmaq məntiqli idi, 1990-cı illərin ortalarında Amerika daha düşmən deyildi. Amma Ukraynanın nüvə arsenalında mənzili 100-dən 1000 km-ə qədər olan müxtəlif taktiki silahlar da vardı.

“Aydın oldu ki, düşmən yaxındadır”, - Aleksandr deyir. “Onlarla taktiki nüvə bombası saxlamaq olardı ki, onlar ölkəmizin təhlükəsizliyini təmin edərdilər”.

Hazırladı: Yadigar Sadıqlı
Mənbə:
 
  
Ardını oxu...
Əsədin devrilməsi ilə Suriyada yeni və daha mürəkkəb görünən dövr başlanır.
- Qüvvələr nisbəti dəyişdi: döyüşən 4 qruplaşmadan biri – Əsəd ordusu sıradan çıxdı, indi üç qüvvə - ASO, PYD/YPG, HTŞ – qalır;
- Əsədin devrilməsində maraqlı tərəflər – ABŞ\İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilər;
- Əsəd məsələsində Türkiyə ilə toqquşan Rusiya və İran bundan sonra Ankara ilə eyni cəbhədə dayanmağa çalışacaq;
HTŞ-nin qisasdan imtina etməsi, hakimiyyəti baş nazirdən təhvil almaq gedişi, qaçqınlara geri qayıtmaq çağırışı idarəçiliyi ələ ala biləcəyi gözləntisini yaradır. Bundan sonra Suriyada de-fakto mövcud olan ölkələr – ABŞ/İsrail, Türkiyə, Rusiya və İran HTŞ ilə anlaşmaq xəttini izləyəcək və hər şey qruplaşmanın bu qüvvələr arasındakı seçimindən asılı olacaq.
Qərbdən HTŞ-yə verilən dəstək, eləcə də HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani əvvəldən verdiyi açıqlamalar fonunda qruplaşmanın Rusiya və İranı ölkədən çıxarmaq xəttini tutacağı gözləniləndir. Moskva və Tehran Suriyada faktiki həlledici gücə çevrilən Ankaranın dəstəyini əldə etməyə çalışacaq. Lakin bu, HTŞ PYD/YPG terrorçularına qarşı sərgiləyəcəyi mövqeyindən asılı olacaq. Qruplaşma PYD məsələsində Ankaranın mövqeyini nəzərə almasa, bu, Suriyada “çoxcəbhəli toqquşma” ssenarisini yenidən aktuallaşdırır. Və Türkiyəni Rusiya ilə İranla yaxınlaşdıra bilər.
İran və Rusiyanı bölgədən çıxarmaq istəyən ABŞ/İsrail cəbhəsi PYD/YPG kartından imtina etmək istəməsə belə, yenə də Türkiyə ilə anlaşmalıdır.
İstisna deyil ki, Türkiyə Suriyada hakimiyyətin təhvil verilməsi və yenidən qurulması prosesinin getdiyi vaxt PYD\YPG mövqelərini sıxışdırmaq istiqamətində addımlarını intenssivləşdirsin. Bu, həm Trampın Ağ Evdə fəaliyyətə başlamasına, həm də Suriyada gələcək danışıqlara qədər əlini maksimum gücləndirmək baxımından əhəmiyyətlidir. Məlumatlara görə, ASO PYD/YPG terrorçularının əlindəki Deyr əz-Zora daxil olub.
Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir. Bundan sonrakı dövrdə hadisələrin inkişafının ilk növbədə HTŞ-nin PYD/YPG-yə qarşı mövqeyindən, daha sonra Türkiyənin mövqeyindən asılı olacağı görünür.
Asif Nerimanli
TEREF
 
Ardını oxu...
Suriyada İdlibdən başlayan hücumun 12 gün içində qələbə ilə nəticələnəcəyini və 53 illik Əsəd rejiminin belə asanlıqla yıxılacağını proqnozlaşdırmaq çətin olardı. Belə fikir formalaşmışdı ki, Əsəd illər öncə başlayan müharibədə Rusiya və İranın köməyi ilə hakimiyyətini qoruya bildiyindən gücünü bərpa edə bilib. Ərəb dövlətləri və Türkiyə də bu reallığı qəbul edərək Əsədlə yenidən təmasların mümkünlüyünü bildirirdilər. Ötən ilin may ayında Əsəd 12 illik fasilədən sonra Ərəb Liqasının Səudiyyə Ərəbistanında keçirilən sammitinə dəvət olundu. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son aylarda Bəşər Əsədlə dialoq imkanlarından danışırdı. Əgər ərəb dövlətləri və Ərdoğan Əsədin bir il sonra yıxılacağını proqnozlaşdıra bilsəydilər, onunla yenidən dialoq qurmağa çalışardılarmı? Çətin.
Fikrimcə, “Heyət Tahrir eş-Şam” (HTŞ) qruplaşmasının uğurlu hərbi əməliyyatına baxmayaraq, Əsəd rejiminin 12 gün içində yıxılmasının arxasında əvvəlcədən hesablanmış dərin analiz dayanır. Bu analizin içində Əsəd hakimiyyətinin gücü, hücum başlayacağı halda xalqın və ordunun özünü necə aparacağı, Rusiya, İran və “Hizbullah”ın rejimə dəstək imkanları hesablanıb. Bu dərin analizin yalnlz HTŞ-ə məxsus olduğu qənaətində deyiləm. Bundan sonra həmin dərin analizin müəllifi və ya müəllifləri Suriyanı maraqlarına uyğun şəkilləndirməyə çalışacaqlar.
Elxan Şahinoğlu
TEREF
 

Dünyapress TV

Xəbər lenti