Ardını oxu...
“Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanun layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlərin Baş nazir Nikol Paşinyanı narahat etdiyini, o, bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirələr təşkil edərək çıxış yollarının tapılmasını təklif etdiyini yazmışdıq”.

Ermənistanın “Hraparak” qəzeti belə yazır.

“Paşinyan bəyan etdi ki, geri addım atmaq və layihəni qəbulundan imtina etmək mümkün deyil. Lakin Aİ-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, Milli Məclisin bazar ertəsi baş tutacaq yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bir çox deputatı qanun layihəsini “təhlükəli nəticələri olan macəra” hesab edərək qəbul edilməsinə qarşı çıxır. Yeri gəlmişkən, layihənin mətni hakim partiyada zarafat mövzusuna çevrilib. Çoxları Avropaya tələsənlərin savadsızlıq və primitivlik səviyyəsindən şoka düşdüklərini deyirlər”, - nəşr yazır.

Bu məlumat Ermənistanı perspektivdə Rusiya ilə ciddi qarşıdurma gözlədiyindən xəbər verir. Ermənistanın Avropa İttifaqına üzv olmaq qərarı Moskvada kifayət qədər ciddi narahatlıqla qarşılanıb. Eyni zamanda, Ermənistanla ABŞ arasında Strateji tərəfdaşlıq Xartiyasının imzalanması Rusiyanın regiondakı geosiyasi maraqlarına ciddi zərbə hesab edilir. Ona görə də Rusiyanın Ermənistanı cəzalandırmaq üçün bir sıra sərt addımlar atacağı istisna edilmir.

Doğrudur, Avropa İttifaqına daxil olmaq üçün Ermənistanın iqtisadi potensialı yoxdur.

Bundan başqa, Ermənistan siyasi və hüquqi sahələrdə bir sıra islahatlar aparmalı, Azərbaycanla münaqişəli vəziyyətə son qoymalı, yəni sülh müqaviləsi imzalamalıdır. Ən böyük maneə isə Ermənistanın Rusiyanın hərbi müttəfiqi olmasıdır. Ərazisində Rusiya hərbi bazaları olan bir ölkəni Aİ heç vaxt öz sıralarına qəbul etməz.

Bundan başqa, Ermənistan Rusiyanın liderlik etdiyi hərbi alyansın-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Eyni zamanda, Ermənistanın daxil olduğu Avrasiya İqtisadi Birliyinin (AİB) və Müstəqil Dövlətlər Birliyinin (MDB) də siyasi təsisçisi Rusiyadır. Ona görə də Qərb Ermənistanın ilk növbədə bu qurumlardan çıxmasını istəyir. Ermənistanın paralel olaraq Avropa Birliyinə daxil olması həmin təşkilatların nizamnamələrinə ziddir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa Birliyinə üzv olmaq qərarını AİB-dən çıxmağa hazırlıq kimi qiymətləndirib. Bu da öz növbəsində, Rusiyanın yaranmış vəziyyətə biganə qalmayacağını göstərir. Rusiyadan gələn təhdidlərin Nikol Paşinyanı narahat etdiyinə dair məlumat Kremlin İrəvana açıq mətnlə çox kəskin mesajlar göndərdiyini deməyə əsas verir.

Rusiyanın Ermənistana iqtisadi sanksiyalar tətbiq etməsi Paşinyan hakimiyyəti üçün ağır nəticələrə gətirib çıxara bilər. Xüsusilə də Ermənistanda növbəti parlament seçkilərinə hazırlıq getdiyi bir vaxtda Moskva tərəfindən iqtisadi böhrana səbəb olacaq addımların atılması ölkədə siyasi sabitliyi poza bilər. Paşinyanın Avropa İttifaqının yardımları hesabına ölkəni iqtisadi problemlərdən xilas edə biləcəyi inandırıcı görünmür. Tramp administrasiyasının isə Ermənistana dəstək göstərəcəyinə ümidlər çox azdır. Xüsusilə də Ermənistan Rusiyanın enerji sanksiyalarına məruz qala bilər ki, bunu da Avropa təmin edə bilməz.

Görünür, Paşinyan Ermənistanın nə qədər ciddi təzyiqlərlə üz-üzə qaldığının fərqindədir. Baş nazirin narahatlığı da bununla bağlıdır. “Hraparak”-ın məlumatı qeyd edilən səbəbdən avrointeqrasiya məsələsinə münasibətdə hakim komanda daxilində fikir ayrılığının yarandığından xəbər verir. Bu isə Rusiyadan uzaqlaşıb Avropa İttifaqına yaxınlaşmağın Ermənistan üçün asan olmayacağını təsdiqləyir.

Müşfiq Abdulla
“Cebheinfo.az”
 
Ardını oxu...
Polşa Azərbaycanın da daxil olduğu müstəqil dövlətlərin qorunmasını tələb edirdi...
BURDA
Bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirmələrindən az sonra baş verən önəmli hadisələrdən biri Rusiya-Polşa müharibəsidir. Lenin və silahdaşları üçün bu, sadəcə polyaklarla müharibə deyildi. Onlar Avropaya inqilab ixracı barədə düşünürdülər və Polşa üzərində qələbə bunun birinci mərhələsi olacaqdı. Amma hər şey başqa cür alındı. “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik.

Rusiya imperiyasının dağıntıları üzərində

Qırmızı ordunun tərk etdiyi Kiyevə 1920-ci il mayın 7-də Polşa süvariləri daxil oldular və Dneprin şərq sahilində plasdarm yaratdılar. Qırmızı orduya qarşı Polşanın yaz hücumu aprelin 25-də başlamışdı və uğurla inkişaf edirdi.

1920-ci ilin aprel hadisələrini Sovet-Polşa müharibəsinin başlanğıcı saymaq qəbul olunub. Əslində isə polşalıların hücumu hələ 1918-ci ilin noyabrında Birinci dünya müharibəsinin bitməsindən sonra başlayan hərbi əməliyyatların davamı idi. Almaniya Brest sülhünün şərtlərinə görə nəzarət etdiyi keçmiş Rusiya imperiyası ərazilərindən qoşunlarını çıxardı. Sovet Rusiyası və Polşa sərhədləri arasındakı məkanda siyasi vakuum yarandı. Bolşevik hökuməti qoşunlarını qərbə göndərərək, həmin vakuumu doldurmağa çalışırdı. Artıq noyabrın 17-də 16-cı sovet ordusu hərəkətə keçdi və dekabrın 10-da Minskə daxil oldu.

XVIII əsrin sonlarına qədər Reç Pospolitaya dövlətinə məxsus olan torpaqlara yenicə bərpa edilən Polşa dövləti də iddia edirdi. Litva və Belarus polyakları Şərq ucqarlarının müdafiəsi komitəsini (ŞUMK) yaratdılar. Komitə kömək üçün Varşavadakı hökumətə müraciət etdi. Dövlətin müvəqqəti rəhbəri (“rəis”i) Yuzef Pilsudskinin 1918-ci il 7 dekabr tarixli fərmanı ilə ŞUMK dəstələri Polşa ordusunun tərkib hissəsi elan edildilər.
Ardını oxu...
Dekabrın 10-da sovet Rusiyası Polşanın müstəqilliyini tanıdı. 1919-cu il yanvarın 1-də Smolenskdə bolşevik ekspansiyasının aləti kimi istifadə olunacaq Belarusiya Sovet Sosialist Respublikası elan edildi.

Litvanın paytaxt kimi iddia etdiyi Vilno (Vilnüs) şəhərini Polşa yanvarın 1-də tutdu. Qırmızı ordu və polyak özünümüdafiə qüvvələri ilk dəfə yanvarın 4-də Vilno yaxınlığında üz-üzə gəldilər. Yanvarın 6-də Polşa qarnizonu Vilnodan qovuldu. İnqilab ixracı uğurla gedirdi, çünki Polşa ŞUMK qüvvələrinə ciddi yardım göstərə bilmirdi. Amma Antantanın müdaxiləsindən sonra almanlar Polşa qoşunlarını şərqə buraxdılar. Nəticədə onlar fevralın ilk günlərində Koveli, 9-da Brest-Litovskı, 19-da Belostoku tutdular.

Dünya şöhrətli bəstəkar və siyasətçi İqnasi Yan Paderevski baş nazir olandan sonra Polşanın mövqeləri gücləndi. Polşa hökuməti 1919-cu il yanvarın 30-da ABŞ, fevralın 24-də Fransa, fevralın 25-də İngiltərə, fevralın 27-də İtaliya tərəfindən tanındı. O, Antanta ölkələrindən hərbi yardım almağa başladı, zira dünya müharibəsindən sonra müttəfiqlərdə tökülüb qalan silahlar bolşeviklərə müqavimət üçün yetərli idi.

1919-cu il fevralın ortaları üçün tədricən Neman çayı üzrə sovet-polyak cəbhəsi formalaşdı. Fevralın 27-də yaradılan Litva-Belarusiya Sovet Sosialist Respublikasının rəhbərliyi Polşa ilə sərhədləri müəyyənləşdirməyə çalışdı, lakin Varşava danışıqlara getmədi. “Litbel layihəsi” alınmadı. Qırmızı terrora baxmayaraq, çox yaşamadı. Bolşeviklər Baltika ölkələrindən çıxarıldılar.

Qırmızı Qərb ordusunun sayı 45 min nəfər təxmin edilir, ancaq Belarusiyanı tutandan sonra onun döyüş qabiliyyətli qüvvələrinin bir hissəsi başqa istiqamətlərə, vəziyyətin ağır olduğu yerlərə göndərildi. Bundan yararlanan Polşa qoşunları Nemanı keçdilər və hücuma başladılar. 1919-cu il martın 1-də Slonimi, martın 5-də Pinski tutdular. 17-19 apreldə Lida, Novoqrudok, Baranoviçi, Vilno polyakların nəzarətinə keçdi.

Aprelin 21-də Vilnoya gələn Yuzef Pilsudski yerli əhaliyə müraciət etdi. O, Litvanı federasiya formasında Reç Pospolitaya dövrünün uniyasına qayıtmağa çağırdı və elan etdi ki, “azad olunmuş xalqlar özlərinin daxili, milli və dini işlərini Polşa tərəfindən hər hansı zorakılıq olmadan həll edəcəklər”. Litva hakimiyyəti bu təklifi rədd etdi. Kaunasda oturan hökumət Varşavanın bütün təklifləri müqabilində danışıqlara başlamağın ilkin şərti olaraq Vilnüsün Litva paytaxtı kimi tanınmasını irəli sürürdü.

Qırmızı ordu isə həmin vaxt ciddi yardım almadı, çünki əsas qüvvələri ağlarla döyüşürdü: şərqdə Kolçakla, cənubda Denikinlə. Ağların Şimal-Qərb ordusu Petroqradı təhdid edirdi. Qırmızıların qərbdə geri çəkilməsi davam edirdi. Almanların daha əvvəl tərk etdiyi Qrodnoya polyaklar aprelin 28-də daxil oldular. İyulun 4-də Molodeçnonu, iyulun 25-də Slutsku tutdular. Antanta Nazirlər şurasının Qalisiyanı Polşa nəzarətinə vermək barədə qərarından sonra Zbruç çayına qədər bütün şərqi Qalisiya polyakların nəzarətinə keçdi. Fransadan gətirilən general Yuzef Qallerin ordusu mərkəzi Lvov olan Qalisiyanı tutaraq Qərbi Ukrayna Xalq Respublikasına son qoydu.

Polşa 1919-cu ilin avqustunda yeni hücum hazırlayırdı. Avqustun 8-də altı saat sürən döyüşdən sonra Minski tutdular, avqustun 29-da isə Bobruysk alındı.

Qırmızılarla ağlar arasında

Polşa Qırmızı orduya qarşı savaşırdı və eyni zamanda, həm sovet Rusiyası, həm də Ağ hərəkatla danışıqlar aparırdı. Rusiyanın Cənubunun Hərbi qüvvələrinin Baş komandanı Anton Denikinlə razılığa gəlmədilər. Denikin və Pilsudskinin nümayəndəsi general Aleksandr Karnitski arasında Taqanroqda aylarla sürən danışıqlar nəticəsiz yekunlaşdı. Ağlar Polşanın müstəqillik hüququnu tanıyırdılar, amma indi, bolşeviklər üzərində qələbədən sonra çağırmağı düşündükləri Müəssislər Məclisinin sanksiyası olmadan müstəqilliyi tanımağa və ərazi məsələlərini həll etməyə hazır deyildilər. “Vahid və bölünməz Rusiya” tərəfdarları Ukrayna Xalq Respublikası ilə əməkdaşlığı ümumiyyətlə mümkünsüz hesab edirdilər: onlar Ukraynanın müstəqilliyi ideyasının özünə qarşı idilər. Finlandiyada bolşevik inqilabını darmadağın edən general Mannerheymin fikrincə, belə imperiya siyasəti Denikinin kobud səhvi idi.

Qırmızılar isə sərhədi müzakirə etməyə hazır idilər. Pilsudski, 1919-cu ilin oktyabrında Mikaşeviçidə gedən danışıqlardakı nümayəndələrinə təkrar-təkrar deyirdi ki, bolşeviklərə inanmır və “Lenin ən təntənəli andını pozmaqdan çəkinməyib, istədiyi kimi davranacaq”. Bolşeviklər danışıqlar apararkən eyni zamanda Polşa ordusu içərisində təbliğatlarını genişləndirirdilər. Bununla belə, Pilsudski Leninlə qeyri-formal atəşkəs bağlamağa üstünlük verdi. Öz nümayəndələrinə dedi ki, “Rusiyada mütləqiyyətin bərpasını istəmir”. O, bununla Denikinin məğlubiyyətinə töhfə verdi, çünki Qərb cəbhəsindən götürülən Latış diviziyasının seçmə hissələri Cənub cəhbəsindəki döyüşlərdə həlledici rol oynadılar.

Sovet-Polşa cəbhəsində sakitlik 1920-ci ilin yazına qədər davam etdi, amma fasilələrlə. Yanvarda polyaklar mühüm qalası ilə birlikdə Dvinski (indi Dauqavpils) tutdular və Latviyaya verdilər. Martın 10-də Belarusiyanın Mozır şəhərini gözlənilmədən ələ keçirdilər. Qırmızların böyük qüvvələrdən istifadəsinə rəğmən, şəhəri qaytarmaq üçün dörd cəhdləri dəf edildi.

Polşa hökuməti 1920-ci il martın 19-da Rusiya ilə sülhün ilkin şərtlərini açıqladı. Şərtlərə “azad və demokratik seçkilərin keçirilməsi” və “keçmiş Rusiya imperiyası ərazisində formalaşan və hazırda faktiki hökumətə malik bütün dövlətlərin müstəqilliyinin tanınması” daxil idi. Leninin rəhbərlik etdiyi bolşevik hökumətindən həmin dövlətlərin “daxili quruluşuna heç bir təsir göstərməmək” istənilirdi. Varşava martın 27-də bildirdi ki, Moskva ilə Minsk yaxınlığındakı Borisovoda danışıqlar aparmağa razıdır. Cavab verilmədi.

Pilsudski eyni zamanda Simon Petlyuranın Ukrayna Direktoriyası ilə ittifaq barədə müqavilə hazırlayırdı. Sənəd aprelin 21-də Varşavada imzalandı. Razılaşmaya görə, UXR hökuməti tanıma müqabilində Polşadan bolşeviklərə qarşı hərbi yardım alacaqdı. Ukrayna Qalisiya, Qərbi Volın, Lemko, Nadsanye və Xolm bölgələrinə iddialarından vaz keçdi. Respublikanın şərq sərhədlərini Polşanın 1772-ci ildə birinci bölünməsinə qədərki Reç Pospolitaya və Rusiya imperiyası sərhədləri üzrə keçirmək nəzərdə tutulurdu.

Polyaklar şərqə gedirlər...

Apreldə polyaklar cəbhədə Qırmızı ordunun böyük qüvvələrinin cəmləşdiyini aşkar etdilər: Şimali Qafqazdan və Sibirdən göndərilənlər idi. Baş komandan Sergey Kamenev 1920-ci ilin martında hücum planı hazırlamışdı. Artilleriya və zirehli qatarlara malik 100 minlik sovet qüvvəsi mövqelərə yerləşdirilirdi. Məhz bu, Polşa liderini formal atəşkəsi pozmağa və düşmənə preventiv zərbə endirməyə sövq etdi. Aprelin 25-də polşalılar cəbhənin bütün Ukrayna hissəsi boyunca Qırmızı ordu mövqelərinə hücuma keçdilər. İkiqat say üstünlüyünə malik polyaklara Petlyuranın qüvvələri də (15 min nəfərə qədər) kömək edirdi. Hücum iki həftə ərzində yetərincə uğurlu cərəyan etdi.

Aprelin 26-da Jitomir tutuldu və burada Pilsudski Ukrayna xalqına müraciət edərək, onun müstəqillik və dövlət quruluşunu özünün seçməsi hüququnu tanıdı. UXR Direktoriyasının rəhbəri Simon Petlyura yeni Polşa-Ukrayna ittifaqının möhkəmliyini vurğuladı. Belə koalisiyanın yaranması Pilsudskinin həmin mərhələdə Rusiyadan və Polşadan asılı olmayan Ukraynanın yaranmasını planlaşdırdığını göstərir.

Aprelin 27-də polyaklar Berdiçevə daxil oldular, 1-ci süvari diviziyası isə Kazatin dəmiryolu qovşağını tutdu. Cənubda 6-cı ordu Vinnitsa, Bar və Jmerinkanı aldı. Şimalda Polşa ordusu Pripyat çayı tərəfdə Dneprə yaxınlaşdı. Həmin günlər 25 mindən çox qırmızı əsgər əsir alındı, 2 zirehli qatar, 120 top və 418 pulemyot ələ keçirildi. Mayın 6-da Belaya Tserkov alındı. Ertəsi gün qırmızılar Kiyevdən çıxdılar və süvari polyaklar şəhərə daxil olaraq, Dneprin sol sahilində plasdarm yaratdılar.
Ardını oxu...
Kiyevlilər son 3 il ərzində gözlərinin önündə baş verən yeddinci, ya səkkizinci hakimiyyət dəyişikliyini sakit qarşıladılar.

Amma görünür, Varşavada sovet təhlükəsinin miqyasını yetərincə qiymətləndirməmişdilər. Semyon Budyonnının komandanlığı altında Birinci Süvari ordusunun (17 min nəfər, 48 top, 6 zirehli qatar və 12 təyyarə) Cənub-Qərb cəbhəsinə göndərilməsi Polşa komandanlığı üçün gözlənilməz oldu.

Zərbə qüvvəsinin Maykopdan hərəkəti hələ aprelin 3-də başlamışdı ki, bu da sovet qüvvələrinin planlı şəkildə müharibəyə hazırlaşdığını göstərir. Məhz Süvari ordusu Jitomir və Berdiçevə hücum edərkən iyunun 5-də Polşa müdafiəsini yararaq, düşmən üçün mühasirə təhlükəsi yaratdı. General Rıdz-Smiqlının 3-cü ordusu mühasirəyə düşməmək üçün iyunun 10-da körpüləri partladaraq Kiyevdən çıxdı və Mazoviya rayonuna hərəkət etdi. İki gün sonra Kiyev yenə bolşeviklərdə idi...

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə:
 
Ardını oxu...
“Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur. Rusiya isə öz növbəsində Ermənistanla əlaqələrini inkişaf etdirməyə davam etmək niyyətindədir”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq haqqında saziş imzalamasını şərh edərkən bildirib.

"Bu, bizim erməni dostlarımızın tamamilə suveren hüququdur. Ermənistanın bütün istiqamətlərdə münasibətlər qurmaq hüququ var. Biz hələ də əsas prinsipdən çıxış edirik: bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu münasibətləri yüksək qiymətləndiririk və onları daha da inkişaf etdirmək niyyətindəyik", - Kremlin nümayəndəsi deyib.

Peskov qeyd edib ki, ikitərəfli aspektlərdən əlavə, Moskva üçün inteqrasiya prosesləri, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq çox önəmlidir. "Bütün bunlar Ermənistana və onun xalqına əhəmiyyətli dividentlər gətirən əməkdaşlıqdır. Biz də məhz bu yanaşmadan çıxış edirik", - deyə o əlavə edib.

Aydındır ki, Peskovun sözlərinə o qədər də inanmaq olmaz. Bu səbəbdən də, sual yaranır: Moskva, ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinə əslində necə reaksiya verəcək? Şübhəsiz ki, bu saziş Rusiya tərəfindən ona vurulan zərbə və qıcıqlandırıcı faktor kimi qəbul edilir. Rusiya hansı addımları ata bilər? Bu, Kreml tərəfindən Bakı vasitəsilə İrəvana təzyiq göstərmək cəhdinə çevrilə bilərmi?

Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev Pressklub.az-a açıqlamasında bildirib ki, Moskvanın Ermənistanın Qərb ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları ilə yaxın təmaslarından narahat olduğu açıq-aydın görünür.


"Rusiya Xarici İçlər naziri Sergey Lavrov Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında müqavilə ilə bağlı artıq kifayət qədər mənfi tonda fikir bildirib. Və təkcə Lavrov deyil. Onlar artıq açıq şəkildə eyham vururlar ki, əgər Ermənistan Aİİ-dən çıxsa, bu ölkə enerjidaşıyıcılarını dünya bazarı qiymətləri ilə almalı olacaq. Bundan əlavə, Ermənistandan Aİİ ölkələrinə ixracın 80%-ə qədər məhdudlaşdırılacağı ilə konkret təhdidlər irəli sürürlər.

Məncə, bu sözlər boş təhdid deyil. Bu kontekstdə Peskovun Ermənistanın hər hansı beynəlxalq müqavilə bağlamaq hüququna malik olduğunu bildirməsi və digər fikirləri sadəcə görüntü xarakteri daşıyır", - deyə hüquqşünas bildirib.

Rusiya hansı digər addımları ata bilər? Ağayev bu sualı belə cavablandırıb:

"Fikrimcə, Ermənistan Aİİ-dən çıxmasa (ən azından İrəvan bu barədə açıq danışmır), Rusiya ona qarşı konkret tədbirlər görə bilər. Ermənistanın bu təşkilatdan kənarlaşdırılması onun iqtisadi maraqlarına çox ciddi zərbə olacaq. Biri var, təhdid, biri də var bu təhdidlərin həyata keçirilməsi.

Əgər Ermənistan Rusiya enerjidaşıyıcılarını - məsələn, neft və qazı dünya bazarı qiymətləri ilə almağa məcbur olsa və üstəlik, Aİİ ölkələrinə ixracı bir neçə dəfə azalsa, bu, ölkə üçün böyük zərbə olacaq. Ermənistan belə bir zərbədən sonra özünə gəlməyə bilər.

Kremlin İrəvana təzyiq göstərmək üçün Bakını məsələyə qatmaq cəhdinə gəlincə, məncə, buna ehtiyac olmayacaq. Çünki Rusiya iqtisadi sahədə qeyd olunan tədbirləri həyata keçirsə, bu kifayət edəcək", - deyə Ağayev əminliklə vurğulayıb.

Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili isə Telegram kanalında qeyd edib ki, Cənubi Qafqazda rolların dəyişməsinin şahidi oluruq: Vaşinqton bir neçə ay əvvəl Gürcüstanla Strateji Tərəfdaşlıq Sazişini ləğv etdi, bu gün isə Ermənistanla oxşar saziş imzalayır.


"Vaşinqtonun Tbilisi ilə münasibətlərinin pisləşməsi onun İrəvanla strateji tərəfdaşlıq haqqında xartiyanı imzalamasının əsas səbəblərdən biri ola bilərmi? Əlbəttə, ola bilər. Gürcüstanla strateji tərəfdaşlıqdan imtina edilməsi Vaşinqtonun artıq Cənubi Qafqazda strateji tərəfdaşının olmadığını göstərirdi. Bu, ya ABŞ-ın regionu tərk etməsi, ya da yaranmış boşluğun doldurulması anlamına gəlirdi. Bu boşluq isə məhz bu xartiya ilə dolduruldu.

Bu, Ermənistan üçün də zəruri idi. Çünki Gürcüstanın Avroatlantik icma ilə əlaqələrinin zəifləməsi, Ermənistanın həmin icmaya inteqrasiya yolundakı strateji logistikasını zəiflədir. İndi Ermənistan Avroatlantik icmaya doğru irəliləmək siyasətindən vaz keçməməli və Tbilisinin Brüssel və Vaşinqtonla münasibətlərindəki dəyişikliklərə cavab olaraq Rusiya ilə münasibətini yenidən nəzərdən keçirməli olduğuna daha əmindir", - deyə politoloq bildirib.

O qeyd edib ki, "Cənubi Qafqazda demokratiya mayakı" statusu yerini dəyişir və bu, aydın görünür.

"Çox güman ki, Ermənistan regional vətəndaş cəmiyyəti təşkilatları üçün Gürcüstanın oynadığı rolu da öz üzərinə götürəcək. Bu isə Azərbaycan üçün olduqca mürəkkəb məqamlar yarada bilər.

Brüssel Vaşinqtonun yolunu davam etdirəcəkmi? Çox güman ki, hə.

Eyni zamanda, unutmayaq ki, prezident İlham Əliyev də ötən həftə yerli telekanallara verdiyi müsahibədə Vaşinqtona strateji tərəfdaşlıq haqqında saziş imzalamağı təklif edib.

Və əlbəttə, Ermənistanın Avroatlantik icmaya inteqrasiya yolunun strateji logistika məsələsi açıq qalır. Bu, Gürcüstan vasitəsilə həyata keçiriləcək? Yoxsa Türkiyə vasitəsilə? Ermənistan, Türkiyə və ABŞ arasında bu məsələ ilə bağlı hər hansı plan varmı? Növbəti günlər bu məsələdə daha çox şey aydınlaşdıra bilər", - deyə Əhməd Alili vurğulayıb.

Rauf Orucov
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Zaqatala rayonunda 34 ədəd fərdi yaşayış evlərinin tikintisi, 9 ədəd çoxmənzilli binanın bərpası və 1 ədəd fərdi yaşayış evinin bərpası üzrə 06.12.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FİM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və təchizatçı şirkətlə 3.945.803,63 manat məbləğində satınalma müqaviləsinin imzalanması nəzərdə tutulur. Məlumat dövlət satınalmalarının vahid internet portalına 10.01.2025-ci ildə yerləşdirilib.

Müqavilənin şərtlərinə görə “FİM GROUP” MMC Zaqatala rayonunda 7 ədəd 1 mərtəbəli 2 otaqlı, 20 ədəd 1 mərtəbəli 3 otaqlı, 7 ədəd 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evlərinin tikinti işlərini, Faldarlı kənd sakini Qüdrətli Elmir İkram oğluna məxsus fərdi yaşayış evində bərpa işləri, 28 may küçəsi 44B ünvanında, 28 may küçəsi ev 49A ünvanında, 28 may küçəsi 25 ünvanında, 28 may küçəsi 22 ünvanında, 28 may küçəsi 50 ünvanında, 28 may küçəsi 4 ünvanında, Azərbaycan prospekti 39 ünvanında, Füzuli küçəsi ev 16 ünvanında yerləşən yaşayış binalarında bərpa işləri və Anar Həmidov küç ev 1 ünvanda yerləşən Şahmərdanova Təranə Müseyib qızına məxsus yaşayış evinin bərpası işlərini həyata keçirəcək.

Aktualinfo.org Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətinin “FİM GROUP” MMC ilə bağladığı bu satınalma müqaviləsi ətrafında araşdırma aparmışdır.

Dövlət satınalmalarının internet portalı üzərindən apardığəmız araşdırmada o da məlum oldu ki “FİM GROUP” MMC tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. Amma nədənsə ancaq Fövqəladə Hallar Nazirliyi və ona tabeli Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyət tərəfindən keçirilmiş satınalmaların qalibi olub.

Qeyd edək ki, “FİM GROUP” MMC dövlət qeydiyyatına 2018 ci ildə alınmasına baxmayaraq 2023-cü ilin oktyabr ayından başlayaraq 10.01.2025-ci ilə qədər Fövqəladə Hallar Nazirliyi və ona tabeli Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyət tərəfindən keçirilmiş 7 açıq tenderin qalibi olub. MMC-nin bu müddət ərzində Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyindən aldığı dövlət sifarişlərinə diqqət yetirək.

FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən Mülki Müdafiə Qoşunlarının Təlim Mərkəzində cari təmir işləri üzrə 79.491,88 manat məbləğində satınalma müqaviləsi 09.10.2023-cü ildə bağlanılıb.

FHN-nin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətin sifarişi əsasında Şamaxı rayonu ərazisində 1 ədəd iki otaqlı, 2 ədəd dörd otaqlı, 2 ədəd üç otaqlı (5 ev), İsmayıllı rayonunda 1 ədəd iki otaqlı, 1 ədəd dörd otaqlı (2 ev) və Ağsu rayonunda 1 ədəd dörd otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə 658.988,83 manat məbləğində satınalma müqaviləsi 22.01.2024-cü ildə bağlanılıb.

FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin tikintisi üzrə 2.439.616,19 manat məbləğində satınalma müqaviləsi 25.10.2024-cü ildə bağlanılıb.

FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 107 saylı Yanğından Mühafizə Bölməsinin yanğınsöndürmə depo binasının tikintisi (I mərhələ) üzrə 689.460,88 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.

FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 4 çıxışlı yanğınsöndürmə deposunun tikintisi işləri üzrə 2.958.050,64 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.

FHN-nin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Nərimanov rayonunda yerləşən 1 nömrəli Xüsusi Təyinatlı, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Astara və Lənkəran şəhərlərində yerləşən Yanğından Mühafizə hissə və bölmələrində, Dövlət Yanğın Nəzarəti Xidmətinin inzibati binasının 4-cü və 5-ci mərtəbələrində əsaslı təmir işləri üzrə 1.601.612,21 manat məbləğində satınalma müqaviləsi 12.12.2024-cü ildə bağlanılıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi yalnız 2024-cü ildə Fövqəladə Hallar Nazirliyi “FİM GROUP” MMC ilə ümumi dəyəri 8 347 726 manat dəyərində 5 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrdən 3-ü bir gündə 12.12.2024-cü ildə elan edilib. Qeyd edək ki, FHN ilə sözügedən MMC arasında 2023-cü ildə bağlanmış müqavilənin dəyərini də bunun üstünə gəldikdə bu bir il ərzində 8 427 217 manat təşkil edir.

Qeyd edək ki, Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ilə “FİM GROUP” MMC arasında bağlanmış ən son satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin süni şəkildə şişirdildiyinə yol verildiyi burada açıq aydın görsənməkdədir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FİM GROUP” (VÖEN:1702428921) Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.07.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, AQİL QULİYEV, ev 4, m. 20, qanuni təmsilçisi kimi isə Əhmədzadə Fuad Əlisoltan oğlu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “FİM GROUP” MMC -nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin EL-444/2024 nömrəli 29.05.2024-cü il tarixli qərarı ilə qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə lisenziya alması barədə məlumat var.

Göründüyü kimi Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyi son bir il ərzində “FİM GROUP” MMC ilə ümumi dəyəri təxmini hesablamalarımıza görə 12 373 020 manat olan 7 satınalma müqaviləsi bağlayıb. Qeyd etdiyimiz kimi maraqlı odur ki, “FİM GROUP” MMC Fövqəladə Hallar Nazirliyi və ona tabeli agentlikdən başqa heç bir dövlət qurumunun tenderlərində qalib olmayıb. Daha maraqlısı isə son bir ildə 12 milyon manat dəyərində dövlət sifarişi almış MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumatın olmamasıdır. MMC-nin nə rəsmi veb səhifəsi, nə işçi qüvvəsi, maliyyə imkanları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Ümumiyyətlə görəsən bu şirkətin müqavilə ilə işləyən işçiləri varmı, yoxsa ayrı-ayrı bölgədə günəmuzd fəhlə toplayıb işlədirlər? Göründüyü kimi bu şirkətin fəaliyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. MMC qalibi olduğu dövlət sifarişlərini əmək müqaviləsi bağladığı işçiləri ilə deyil, yerlərdə günəmuzd çalışan fəhlələrin hesabına gördürür. Ayda 800-1000 manat əmək haqqı cədvəli tərtib edib, əslində isə gönə 10-15 manat ödəməklə.

Belə olan təqdirdə Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyi son bir il ərzində 12 milyon manatdan çox dəyəri olan dövlət sifarişlərini “FİM GROUP” MMC -yə necə verib? Bu MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı üzrə, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar), satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə, nəqliyyat vasitələri və xüsusi texnikaları varmı, sual altındadır.

Odur ki, “FİM GROUP” MMC-nin Fövqəladə Hallar Nazirliyi və ona tabeli Dövlət Agentliyinin keçirdiyi tenderlərin daim qalib olmasını artıq işbirliyi hesab etmək olar ki, bu da əlavə suallar yaradır. Kimə məxsusdur bu şirkət? Həqiqətənmi MMC-in qanuni təmsilçisi Fuad Əhmədzadəyə, yoxsa Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli generallarından birinə…

/Aktualinfo.Org
 
Ardını oxu...
Dünən bir rəsmi məlumata rast gəldim: Azərbaycan Mərakeşdən plastik qap alışını bərpa edib.
Yəni, əvvəl də alırdıq, sonra bir müddət almamışıq, indi yenidən Mərakeşdən plastik qab alışını bərpa etmişik.
Ayıbdı, ay hökumət, yer haqqı, göy haqqı ayıbdı – plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik. Ay hökumət, bu ki, telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompyuter deyil ki, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara mane olmasanız Azərbaycanda istehsalını çoxdan təşkil edib öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik.
TEREF yazır ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli yazır. Natiq bəy daha sonra yazır:
İndi isə bu bəsit məhsulda belə Mərakeşə möhtacıq, çox güman, bu ölkə xammalı İtaliyada neft elamı zavodlarından alır, o zavodların xam nefti isə Azərbaycandan gedir. Yəni, biz xam nefti İtaliyaya satırıq, onlar emal edir, 100 cür məhsul istehsal etmək üçün əlavə dəyər yaradan istehsal üçün yararlı məhsullar alır, sonra onu ucuz işçi qüvvəsi olan Mərakeşə göndərir, onlar da plastik qab istehsal edib Azərbaycana satırlar.
Bax belə bir sistem qurublar, xammal kimi nefti satıb, ondan alınan 100 cür məhsulu, satrığımızdan 10 qat baha xaricdən alırıq...
Natig Cəfərli
TEREF
 

Ardını oxu...
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bir mənbədən satınalma metodu tətbiq edilməkl bir sıra məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkili keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsi üzrə tenderə yekun vurulub. Qalib “DEPOT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 76.999.093,94 manat məbləğində birbaşa satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların internet portalında 15.01.2025-ci ildə dərc edilib.

Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında araşdırma apardıq. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada 77 milyon manata yaxın dəyəri olan tender udan “DEPOT” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Maraqlıdır, əgər bu MMC iaşə xidməti göstərirsə ən azından sosial şəbəkələrdə və yaxud rəsmi qurumların məlumatlarında adına rast gəlinər. Ancaq Elm və Təhsil Nazirliyinin 77 milyon manata yaxın satınalma müqaviləsi bağladı bu MMC haqqında bu rəsmi məlumatdan başqa heç bir şey yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DEPOT” (VÖEN: 2006570041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə 10 manat MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SADIQCAN, ev 2A, m. 8, qanuni təmsilçisi kimi isə Hüseynov Elvin Malik oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi kimi Əsgərov Elvin İlşad oğlu olduğu göstərilir.

Göründüyü kimi, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində hazır yemək təminatının təşkilini heç yerdən tanınmayan bir MMC-yə həvale edib. Nə az, nə də çox, 77 milyon manat civarında da müqavilə bağlayıb. Maraqlıdır ki, MMC-nin oxşar xidmətlərə dair hər hansı bir işi barədə də məlumat yoxdur. Qanunvericiliyin tələbinə uyğun olaraq MMC icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə müqavilə təqdim etməlidir. Bu müqavilə varmı və MMC bi xidməti harada göstərib? Eyni zamanda, MMC-nin satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması ilə bağlı şərtlər toplusunda tələb qoyulmalıdı. Tələbə əsasən təchizatçı satınalma predmeti üzrə müəyyən edilmiş qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması barədə sənəd təqdim etməlidir. Maraqlıdır, cəmi 10 manat nizamnamə kapitalı olan, bu MMC-nin 50 milyon manatdan çox maddi vəsaitə çıxışı varmı? Yoxsa, formal olaraq tərtib edilib.

Burada Elm və Təhsil Nazirliyinin rəsmiləri adından başqa heç nəyi bəlli olmayan bu MMC ilə bağladığ müqavilənin görünməyən tərəfləri də var. Çox güman ki, MMC dövlət büdcəsindən pul aldıqdan sonra digər iaşə xidməti göstərən şirkətlərə subpodrat müqavilə bağlayacaq. Ortada neçə milyonların təhsil müəssisələrində hazır yemək təminatının yaxşılaşdırılması adı altında silinəcəyi bəlli deyil.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin hazır yeməklə təminatı üzrə 2024-cü ildə də bir neçə satınalma müqaviləsi bağlayıb. Onlar aşağıdakılardır.

Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 14.311.289,65 manat məbləğində satınalma müqaviləsi 16.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “TAİS İKF” MMC olub və tərəflər arasında 12.086.074,29 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Sabko” MMC olub və tərəflər arasında 5.984.196,12 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “Məişət İst” MMC olub və tərəflər arasında 8.268.094,23 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə keçirilən satınalmanın qalibi “EL-OBA” QSC olub və tərəflər arasında 32.872.633,71 manat məbləğində satınalma müqaviləsi 09.01.2024-cü ildə bağlanılıb.

Göründüyü kimi Elm və Təhsil Nazirliyi 2024-cü ilə məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə ümumi olaraq 73 522 286 manat dəyərində müqavilələr bağlayıb. Bu şirkətlərin bəzisi cəmiyyət arasında göstərdiyi iaşə xidməti ilə tanınırlar. Bəs “DEPOT” MMC-ni görəsən Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərindən başqa tanıyan varmı?
Aktualinfo.org
 
 
 
Ardını oxu...
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən yenicə istifadəyə verilən Bakı-Balakən qatarı xidmətə başladığı gündən tənqid edilir. Vətəndaşların ən çox narazı qaldığı əsas məsələlər sürət qatarının 3 saatlıq yolu mənzil başına 8 saata çatması və biletlərin olduqca bahalığıdır. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-a deyir ki, burada qiymətlər xeyli aşağı olmalıdır: "Azərbaycan varlı ölkədir. Optimal olaraq 1 adama maksimum 10 manat nəzərdə tutulmalıdır. Bir çox ölkələrdə qatarla səyahət etmişəm. Hətta, çox kasıb olan Şri-Lankada 2 dəfə daha çox olan məsafəyə biletlər daha ucuz satılır. Səfalət içində olan Hindistanda belə biletlər Azərbaycandan qat-qat ucuzdur. Sürət qatarı böyük sürətlə hərəkət etməlidir, hər yerdə dayanmamalıdır. Ən əsası da istehlakçılar xidmətdən razı qalmalıdırlar. Dəmiryolları ilə bağlı mənə istehlakçılardan müraciətlər daxil olur. Qatardakı servis vəziyyəti və qiymətlər onları ciddi narahat edir. Düşünürəm ki, Azərbaycan kimi varlı ölkəyə bu cür qiymətlər və çpx aşağı olan sürət yaraşmır".

Hüquqşünas Əkrəm Həsənov isə Demokrat.az-a bildirib ki, Avropa ölkələrində qatarla gediş qiymətləri digər nəqliyyat vasitələrinə nisbətən ucuzdur:

"Bunu manatla hesabladığımız zaman bizimlə eyni qiymətə başa gəlir. Hətta, bir az daha bahadır deyə bilərik. Bizim sürət qatarında standart yer 1 nəfər üçün gediş-gəliş 40 manat təşkil edir. Deyə bilərik ki, bu qiymət həmin nəqliyyat vasitəsinin maya dəyərini nəzərə alaraq təyin olunub. Qatarın xaricdən gətirilməsini və istismarına sərf olunan vəsaiti nəzərə almaq lazımdır. Biznes baxımından qiymətlər başa düşüləndir. Çəkilən xərclər bu cür çıxarılmalıdır.

Ancaq Azərbaycanda insanların gəliri aşağıdır. Avropa ilə müqayisə etsək, onların maaşlarının da qat-qat çox olmasını vurğulamaq lazımdır. Əsas problem budur. Həll yollarından biri dövlətin xərcləri öz büdcəsindən ödəməsidir. Dövlət şirkətlərində isə yeyinti baş verir. Dövlət şirkətləri öz xərclərini gəlirləri hesabına bağlaya bilmirlər".
 
Ardını oxu...
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

Bu barədə məlumatı Ermənistan XİN yayıb.

Bildirilib ki, bununla bağlı tədbir axşam saatlarında Vaşinqtonda baş tutacaq. Sözügedən sazişin bir neçə vacib istiqamət üzrə məsələləri, o cümlədən təhlükəsizlik sahəsini əhatə etdiyi bildirilir.

“Respublika Uğrunda” Partiyasının sədri Arman Babacanyanın sözlərinə görə, strateji tərəfdaşlıq sənədi Ermənistana öz suverenliyini müdafiə etmək üçün daha güclü alətlər verir.

Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında belə bir müqavilənin olacağını dolayısı ilə təsdiqləsə də sənədin təfərrüatlarını açıqlamayıb.

O, sadəcə qeyd edib ki, əvvəlki Ermənistan-Amerika razılaşmaları belə bir sənədin imzalanmasını nəzərdə tutur.

Sazişin məzmununu ABŞ rəhbərliyi də gizli saxlayıb. Vaşinqtondan bildirilib ki, Ermənistanla strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə bağlı onların indi nə nəzərdən keçirəcəkləri, nə də elan edəcəkləri heç nə yoxdur.

Qeyd edək ki, Ermənistanla ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində son illər fəal yaxınlaşma müşahidə olunur.

ABŞ Ermənistan ordusunun modernləşdirlməsi üçün maliyyə və texniki dəstək verir. Eyni zamanda, ABŞ hərbçiləri Ermənistanın qoşun bölmələrinə təlimlər keçir. Ümumiyyətlə, son iki ildə ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq intensivləşib.

Bu müddət ərzində Ermənistanda amerikalı kontingentin iştirakı ilə iki dəfə birgə hərbi təlim keçirilib. Ekspertlər hesab edir ki, Ararat Mirzoyanla Entoni Blinken arasında imzalanacaq müqavilədən sonra müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq əvvəlkindən daha dərin ola bilər.

Dekabrın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-yə rəsmi səfəri zamanı Pentaqon rəhbəri Loyd Ostinlə görüşüb. Loyd Ostin Suren Papikyanla söhbəti zamanı ABŞ və Ermənistan arasında strateji münasibətlərin heç vaxt bu qədər yaxın olmadığını deyib.

“Birləşmiş Ştatlar suveren, müstəqil və firavan Ermənistanı dəstəkləyir. Ölkələrimiz arasında mövcud strateji əlaqələr heç vaxt bu qədər sıx olmayıb.

Kanzas Milli Qvardiyası ilə Ermənistan arasında tərəfdaşlıq 20 ildən artıqdır ki, davam edir və bu gün Qvardiya Ermənistanın müdafiə sahəsində islahatlarını dəstəkləyir”, - deyə Ostin bildirib.

Ermənistanın müdafiə naziri isə vurğulayıb ki, Ermənistan və ABŞ arasında əməkdaşlıq silahlı qüvvələrdə islahatlar, hərbi təhsil və döyüş hazırlığına yönəlib.

“Biz ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin müdafiəsinin, demokratiyanın qorunmasının mühüm təminatı kimi regionda sülhə nail olmaqla yanaşı, Ermənistan Respublikası Silahlı Qüvvələrini gücləndirməyə meyilliyik”, - deyə Papikyan bildirib.

Ermənistan müdafiə nazirinin açıqlaması Nikol Paşinyan hökumətinin sülh danışıqları ilə paralel, Qərb silahları və texnologiyası əsasında ordunu gücləndirmək siyasətinə üstünlük verdiyini göstərir. Bu baxımdan, Ermənistan ABŞ-dən güclü maliyyə və silah dəstəyi almağa çalışır.

2024-cü il aprelin 5-də Baş nazir Paşinyanın Brüsseldə Avropa İttifaqı rəsmiləri və ABŞ-nin Dövlət katibi ilə keçirilən görüşündə Ermənistan hərbi paktın imzalanmasına çalışsa da, bu mümkün olmadı.

Lakin ABŞ ilə strateji tərəfdaşlıq sazişi üzrə razılaşmalar Brüssel sammitinin davamı hesab oluna bilər.

ABŞ-nin Ermənistana Silahlı Qüvvələrin modernləşdirlməsi, kəşfiyyat məlumatlarının ötürülməsi, birgə hərbi təlimlərin keçirilməsində yardım göstərməsi mümkündür. Amma bu, Paşinyan hökumətinin arzuladığı kimi Ermənistan-ABŞ hərbi müttəfiqliyinə çevrilməsi qeyri-realdır.

Yəni Paşinyan Qərbin, o cümlədən ABŞ-nin Ermənistanın təhlükəsizliyinə təminatçı olmasını istəyir. Bununla da rəsmi İrəvan Azərbaycanla hər hansı silahlı qarşıdurma şəraitində ABŞ-nin Ermənistana hərbi dəstək verməsinə nail olmağa çalışır. Qərb isə Ermənistanın qarşısında ilk növbədə, Moskva ilə hərbi müttəfiqliyə son qoymağı, Rusiya hərbi bazalarını ölkədən çıxartmağı, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sıralarını tərk etmək şərtlərini qoyur.

Ona görə də çox güman ki, Vaşinqtonda imzalanan sənəd Rusiya və Ermənistan arasındakı gərginliyi artıracaq. Moskva Paşinyan iqtidarının bu davranışını Cənubi Qafqazdakı maraqlarına zərbə hesab edəcək.

Eyni zamanda, nə ABŞ, nə də Avropa İttifaqı Ermənistana görə Azərbaycanla münaqişə etməz. Bu baxımdan, Ermənistan-ABŞ strateji tərəfdaşlıq sazişində İrəvanın bütün şərtlərinin öz əksini tapdığı inandırıcı görünmür.

“APRI Ermənistan” analitik mərkəzinin baş elmi işçisi Leonid Nersisyanın sözlərinə görə, bu görüş hakimiyyəti tərk edən administrasiyanın nümayəndəsi ilə baş tutsa da, əldə olunan razılaşmalar növbəti administrasiya dövründə də davam edə bilər.

Lakin müzakirə olunan məsələlərdən başqa tərəflər arasında konkret razılaşmanın olub-olmadığı hələlik məlum deyil.

Politoloq Tiqran Qriqoryan isə bu sənədin perspektivinə ümidverici yanaşmır. Onun sözlərinə görə, sənəd imzalanandan sonra fəal işləməyəcək. Çünki Cənubi Qafqaz və Ermənistan Tramp administrasiyasının prioritetləri sırasında olmayacaq. Amma bu sazişə qarşı ciddi müxalif mövqedən də yanaşılmayacaq.

Politoloq hesab edir ki, Mirzoyan və Blinken arasında imzalanan strateji tərəfdaşlığı haqqında saziş Ermənistana təhlükəsizlik zəmanəti verməyəcək. Onun əhəmiyyətini nə azaltmaq, nə də şişirtmək olmaz.

“Hesab etmirəm ki, Ermənistana hücum olacağı təqdirdə, bu sənədin vəziyyətə ciddi təsir edəcək və ya ümumiyyətlə, hücum şansını azaldacaq. Çünki Azərbaycan üçün bunun böyük əhəmiyyət kəsb etdiyini düşünmürəm. Eyni zamanda, qeyd etmək lazımdır ki, məsələn, Azərbaycan da, əlbəttə ki, ABŞ-la münasibətlərində bu statusu əldə etməyə çalışır”, - Qriqoryan belə deyib.

Tiqran Qriqoryanın sözlərinə görə, ABŞ və Əfqanıstan arasında da strateji tərəfdaşlıq sənədi olub. Lakin bu, üç il əvvəl bu ölkədə baş verənlərin qarşısını ala bilməyib.

Müşfiq Abdulla
“Cebheinfo.az”
 
 
 
Ardını oxu...
“Günlerden bir gün, bir Krala iki harika şahin hediye edilir. Kral, bu zamana kadar böyle ihtişamlı şahin görmemiştir. Bu değerli kuşları eğitmesi için bir şahin eğiticisi çağırır.
Aylar geçer, şahinlerden birisi gökyüzünde asil bir şekilde süzülerek uçuyor, ancak diğer şahin, üzerinde bulunduğu daldan geldiği günden beri bir türlü ayrılmıyordur.
Bunun üzerinde Kral, ülkedeki pek çok şahin eğiticisini seferber eder ama kimse bu şahini uçurmayı başaramaz.
Ülkede denenmemiş tek bir eğitici kalmıştır. Sonunda kralın emriyle o eğitici de saraya getirilir ve çalışmaya koyulur.
Kral ertesi gün uyandığında camdan bakar ve her iki şahinin de muhteşem bir şekilde uçtuğunu görünce gözlerine inanamaz. Koşar adımlarla eğiticinin yanına gider ve sorar;
‘Nasıl başardın bunu?
En az 10 eğitici geldi başaramadı.
Sen nasıl yaptın?’
Şahin eğiticisi de cevap verir:
‘Çok basit Kralım.
Sadece kuşun üzerinde durduğu dalı kestim...’
Bazen güvenlik alanlarımızın dışına çıkamadığımız için,
istediğimiz yönde bir değişim gerçekleştiremeyiz.
Böyle durumlarda, rahatlık alanımızın dışına çıkmak için üzerinde durduğumuz dalı kesmek gerekir.
İstediğiniz muhteşem uçuşu gerçekleştirebilmek için,
daha fazla beklemeyin.
Kesin o dalı!..”
Senin almaya cesaret edemediğin riskleri alanlar , senin yaşamak istediğin hayatı yaşarlar.
(sokrat)

Nurten Öner
 
Ardını oxu...
Artıq 6-cı ildir ki, Şirvan şəhərində icra başçısı postunu tutan İlqar Abbasovun da qürub vaxtı yetişib. Belə ki, "DİA-AZ"ın hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, bu həftə sözügedən rayonda icra başçısı dəyişikliyi baş tuta bilər.

Məlumatda deyilir ki, 6 illik vəzifə icrası boyunca Şirvanda ancaq narazılıq yarada bilən və özünün etdiyi qanunsuz əməlləri səbəbindən "Şirvanşah" ayamasını ünvan olaraq alan İlqar Abbasovun keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə qədər əvəzlənməsi niyyəti həm də "yuxarıların" ona olan neqativ münasibətinin göstəricisidir.
 
 
 

Dünyapress TV

Xəbər lenti