Ardını oxu...
Atəşkəsin 30 gün müddətində dayandırılması üçün Rusiyanın razılığı tələb olunur

Ukrayna ABŞ-ın 30 gün müddətinə dərhal müvəqqəti atəşkəs təklifini qəbul edib. Bu barədə Ukrayna Prezidentinin dəftərxanasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların yekunu üzrə dərc etdiyi məlumatda deyilir. Lakin bu addımın həyata keçirilməsi üçün Rusiyanın razılığı tələb olunur.

“Ukrayna ABŞ-ın tərəflərin qarşılıqlı razılığı ilə uzadılması imkanı ilə 30 günlük atəşkəs tətbiq etmək təklifini Rusiyanın da bu şərtlərlə razılaşması və yerinə yetirməsi şərti ilə qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya çatdıracaq ki, bu, onun tərəfində qarşılıqlılıq sülhə nail olmaq üçün açardır”, - bəyanatda deyilir.

Bundan əlavə, ABŞ və Ukrayna arasında aparılan müzakirələrdən sonra hərbi yardımın bərpası və kəşfiyyat məlumatlarının mübadiləsi barədə qərar qəbul edilib.

Birgə bəyanatda deyilir: “Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və təhlükəsizlik yardımını bərpa edir”.

Həmçinin ABŞ və Ukraynanın davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atdığını vurğulanır. Tərəflər Ukrayna xalqının öz dövlətini müdafiə edən cəsarətini yüksək qiymətləndirib və sülh yolu ilə nizamlanma prosesinə başlamağın vaxtının yetişdiyi barədə razılığa gəliblər.

Bundan əlavə, nümayəndə heyətləri sülh prosesi çərçivəsində, o cümlədən yuxarıda qeyd olunan atəşkəs dövründə humanitar səylərin əhəmiyyətini müzakirə ediblər. Müharibə əsirlərinin mübadiləsi, mülki şəxslərin azad edilməsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılmasına xüsusi diqqət yetirilib.

“Hər iki nümayəndə heyəti danışıqlar qruplarının tərkibini müəyyənləşdirmək və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək davamlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. Birləşmiş Ştatlar bu konkret təklifləri Rusiya nümayəndələri ilə müzakirə etməyi öhdəsinə götürüb. Ukrayna nümayəndə heyəti sülh prosesinə avropalı tərəfdaşların cəlb edilməsinin vacibliyini bir daha vurğulayıb”, - deyə Ukrayna Prezidentinin dəftərxanasının bəyanatında vurğulanıb.

Bundan əlavə, Ukrayna Prezidentinin saytında ölkə başçısı Volodimir Zelenski və ABŞ lideri Donald Trampın Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin mümkün qədər tez bağlanması barədə razılığa gəldiyi bildirilir. Müqavilə “Ukrayna iqtisadiyyatını gücləndirməyə və onun uzunmüddətli rifahını və təhlükəsizliyini təmin etməyə” kömək etməlidir.

Ağ Evin sözçüsü Karolayn Levitt öz növbəsində qeyd edib ki, iki ölkə nümayəndə heyətləri arasında görüş məhsuldar keçib və Amerika tərəfi "müsbət xəbərlər" alıb: “Bu görüşlə bağlı aldığımız və Prezidentə verilən xəbər müsbətdir”.

Müəllif: Turan Abdulla
 
 

 


Ardını oxu...
Martın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri ilə qapalı görüş keçirib və onlara Bakının tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə ictimaiyyəti yeni müharibənin qaçılmazlığına fəal şəkildə inandırmağı tapşırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” nəşri belə yazıb. Nəşrin məlumatına görə, bu görüşdə sülh danışıqlarının müzakirəsi zamanı Paşinyan prosesin onların istədikləri istiqamətdə inkişaf etmədiyini bildirib. Baş nazir qeyd edib ki, Azərbaycan tərəfi nə iddialarından, nə də dəhliz tələbindən əl çəkir. Ermənistan bundan imtina edəcəyi təqdirdə, müharibə qaçılmaz olacaq. Qəzet qeyd edib ki, son həftələr “Vətəndaş Müqaviləsi”nin üzvləri bu məqsədlə Zəngəzur vilayətinə fəal səfərlər edirlər.

“İqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə iki dəfə bölgəyə səfər edib və partiya yoldaşlarına Zəngəzur sakinlərini müharibə təhlükəsi ilə qorxutmağı tapşırıb”,-deyə nəşr yazır. Hakim partiyanın deputatlarından biri nəşrə bildirib ki, Baş nazirlə bu mövzuda gözlənilməz müzakirəyə səbəb Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə keçmiş nümayəndəsi Yeqişe Kirakosyanın istefası olub. Qəzet yazır ki, Paşinyan komandası daxilində mümkün narazılığın qarşısını almağa çalışıb.

Çünki Kirakosyanın getməsi qismən Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsi ilə onun razılaşmaması ilə bağlı olub. Paşinyan martın 6-da Kirakosyanı Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi vəzifəsindən azad etmək qərarına gəlib. Kirakosyan getməsinin səbəbini açıqlamayıb və diqqətini akademik fəaliyyətə yönəltmək istədiyini bildirib. “Vətəndaş Müqavilə”si Kirakosyanın istefası ilə Ermənistanın Bakıya qarşı beynəlxalq məhkəmə proseslərindən imtina etməyə mümkün hazırlığı barədə bəyanatlar arasında əlaqə göstərməyib. “Hraparak”ın yaydığı məlumatın təhlili Ermənistanın sülh müqaviləsinin mətninə dair güzəştə getməyə hazırlaşdığı qənaətini yaradır.

Qeyd edək ki, Ermənistan rəsmiləri sülh sazişində razılaşdırılmayan bəndlərdın birinin beynəlxalq instansiyalarda məhkəmə instansiyalarından qarşılıqlı şəkildə imtina edilməsi olduğunu bildirir. Paşinyan hökuməti tərəfindən irəli sürülən bu təklif Azərbaycanı qane etmir. Çünki Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində işğal dövründə törədilmiş hərbi cinayətlərə və talanlara görə Ermənistana qarşı hüquqi iddialar qaldırıb. Məhkəmə Azərbaycanın iddiasını təmin edərsə, Ermənistan 100 milyardlarla dollar təzminat ödəmək məcburiyyətində qala bilər.

Ona görə də Ermənistan tərəfi bu məsələni sülh sazişinə daxil etməklə Azərbaycanın iddiasından imtinasına nail olmaq istəyir. Nikol Paşinyan hakimiyyətinin Azərbaycana qarşı beynəlxalq məhkəmələrə əsassız və siyasi şantaj xarakterli şikayətlər etməsi də məhz çəkindiricilik məqsədi daşıyır. Lakin Nikol Paşinyanın hakim komanda daxilində dediyi sözlər və Azərbaycana qarşı məhkəmə iddiasından əl çəkmək qərarı bu səylərin nəticə vermədiyini göstərir.

Ola bilsin ki, Ermənistan qeyd edilən məsələdə güzəştə getməklə Azərbaycanla çərçivə sülh sazişini razılaşdırmaq istəyir. Çünki beynəlxalq münasibətlər sistemində, o cümlədən Cənubi Qafqazda dəyişən geosiyasi proseslər Paşinyanı sülhə vadar edən amilə çevrilir. Ukraynadakı müharibə sülh prosesi və ya atəşkəs Rusiya üçün əlverişli şərtlər əsasında imzalansa, o zaman Nikol Paşinyanın hakimiyyətdən devrilməsi Kremlin ilk hədəflərindən birinə çevriləcək.

Eyni zamanda, ABŞ hakimiyyəti Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və Rusiya ilə rəqabət aparmaq siyasətindən imtina edib. Bu da öz növbəsində Paşinyanın manevr imkanlarını azaldıb. ABŞ-nin Ukraynaya və Avropa İttifaqına dəstəyini geri çəkməsi fonunda birliyin təhlükəsizlik sistemi ciddi problemlərlə üzləşib. Bu baxımdan, Ermənistanın təhlükəsizliyi Avropa İttifaqı üçün prioritet məsələ kimi gündəmdən çıxa bilər.

Azərbaycanla sülh müqaviləsinin olmaması və Rusiya təhlükəsi Ermənistan üçün ciddi risqlər yaradır. Paşinyanın yeni müharibənin qaçılmazlığı barədə hakim partiyanın üzvlərinə xəbərdarlığı da məhz bu mesajı özündə ehtiva edir. Ona görə də sülh müqaviləsi həm Paşinyan hakimiyyəti, həm də Ermənistan üçün bu təhdidləri aradan qaldıra bilər. Paşinyanın beynəlxalq instansiyalarda Azərbaycan əleyhinə iddiaları geri götürmək niyyəti bununla bağlıdır.

Lakin Ermənistan sülh müqaviləsinin şərtlərinin kompromis əsaslarla müəyyən edilməsi istəyindən əl çəkməyib. Xüsusilə də Paşinyan hökuməti bəzən Zəngəzur dəhlizinə alternativ nəqliyyat əlaqəsi variantı təqdim etməklə, bəzən də beynəlxalq məhkəmələrdəki iddialarını geri götürməklə Azərbaycanın Ermənistan konstitusiyasına dəyişikliklər tələbindən çəkilməsinə nail olmağa çalışır. Ancaq Paşinyanın təklifləri daha çox taktiki xarakterli güzəştlər olduğundan rəsmi Bakının öz tələbindən imtina edəcəyi inandırıcı görünmür.

Müşfiq Abdulla
“Cebheinfo.az”
 
Ardını oxu...
Toqquşmanın səbəbləri: Yaxın Şərqdə qanın qurumasını istəməyən qüvvələr var

Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hums əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş Prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verir. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb. Məlumatlara görə martın 6-da başlayan toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.

Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın “Hizbullah” hərəkatını ittiham edib. Xarici medianın məlumatına görə, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında “Hizbullah”ın dayandığını bəyan edib. Onun sözlərinə görə, “Hizbullah” və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda, Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.

Suriya hökuməti asayişi bərpa etməkdə getdikcə daha çox çətinlik çəkir. Ölkənin şimal-qərbində və cənubda druz rayonlarında silahlı toqquşmalar artır. Hökumət qüvvələri ərazidə əməliyyat-axtarış tədbirlərinə start verib. Son günlərdə demək olar ki, silahlı hücumlar dayanmayıb.

Cənubda druz rayonlarında da toqquşmalar baş verir. Ötən gün Dəməşq ətrafında druzların yaşadığı Ceramana rayonunu girişində postda silahlılar Müdafiə Nazirliyinin iki əməkdaşını şəhərə buraxmayıb. Baş verən atışmada 1 hökumət məmuru öldürülüb, digəri isə yaralanıb. Əraziyə Suriya Müdafiə Nazirliyinin əlavə qüvvələri göndərilib.

Xarici KİV-in məlumatına görə, druz icması günahkarların cəzalanması üçün Dəməşqlə əməkdaşlıq edəcəyini bəyan edib. Lakin eyni zamanda, əraziyə hərbi qüvvələrin göndərilməsi gərginliyin daha da artmasına səbəb olub.

İsrail Baş nazir Benyamin Netanyahu deyib ki, onlar Suriya hakimiyyətinin druz icmasına qarşı zorakılığına sakit qalmayacaqlar. Məlumdur ki, İsrailin əsas hədəfi 700 mindən bir qədər çox druz icmasının Suriyada muxtariyyət əldə etməsi və bununla da faktiki olaraq Dəməşqlə İsrail arasında bufer zona yaranmasıdır.

Yeri gəlmişkən, Netanyahu kürdləri də dəstəkləyib. Ekspertlər hesab edirlər ki, İsrail üçün ümdə məsələ Suriyada qeyri-sabitliyin davam etməsi, nəticədə İsrailin Suriyada işğal etdiyi ərazilər əlində qalmasıdır. Analitiklər qeyd edirlər ki, burada Suriyanın yeni hakimiyyətinin də günahları var. Əhməd Şaara hakimiyyətinin radikal qərarları, digər etnik və dini qrupları nəzərə almaması, yaxud da daha çox özünə yaxın qruplarla işləməsi milli birlik üçün ciddi maneə olaraq alır. Suriyada birlik üçün daha bir maneə isə silahlı qüvvələrdə təmsil olunan radikal islamçı ideologiyaya mənsub şəxslərin etnik və dini azlıqlarla tez-tez münaqişəyə girməsi göstərilir.

Politoloqlar hesab edirlər ki, indi Suriyanın yeni hakimiyyəti ölkədə birlik və bütünlük yaratmaq üçün bütün etnik və dini-məzhəbi qruplara qucaq açmalı, milli barışıq istiqamətində əməli işlər görməlidir ki, hazırkı həssas mərhələni rahat şəkildə keçə bilsin. Əks təqdirdə mərkəzdən qaçma meyilləri daha da artacaq və daxildə birlik yaratmaq mümkün olmayacaq.

Baş verənlərə beynəlxalq reaksiyalara gəlincə, Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, Latakiya bölgəsində baş verənlər sabiq Prezident Bəşər Əsədin tərəfdarlarının ölkədə sabitliyi pozmaq cəhdidir. Çelik Ankaranın baş verənləri Suriyanın birliyinə yönələn terror aktı kimi dəyərləndirdiyini vurğulayıb, bunun dini-etnik qarşıdurma, hansısa dini-etnik qrup tərəfindən törədilməsi kimi təqdim edilməsini yolverilməz sayıb: “Hər hansı dini-etnik qrup terrorizmlə assosiasiya olunmamalıdır. Terrorçu terrorçudur, onun hər hansı mənsubiyyəti, dini yoxdur”.

ABŞ dövlət katibi Marko Rubio isə Suriya hakimiyyətini azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb, onları “radikal islamçı terrorçular” və “əcnəbi cihadçılar” adlandırıb. Vaşinqton hesab edir ki, son günlər Suriyanın qərbində azlıqların nümayəndələri kütləvi şəkildə məhz onlar tərəfindən öldürülüb.

Ekspertlər qeyd edirlər ki, yeni hakimiyyət mütərəqqi və sakitləşdirici addımlar atmasa, çevik qərarlar qəbul etməsə, o zaman Suriyada toqquşmaların sayı daha da arta, bu isə ölkədə uzun illərdir davam edən qeyri-sabitliyin bundan sonrakı inkişafına zəmin yarada bilər.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Vallah, belə ali təhsil olmaz!
Biz təhsili formallığa çevirib, universitetlərimizi diplom fabriklərinə döndərmişik. Elm, tədqiqat, akademik mühit yerinə, pafoslu adlar altında boş binalar tikib adına “universitet” demişik. Ən pisi isə budur: biz bunun fərqinə varmırıq və fərqinə varmaq da istəmirik.
Müəllim müqəddəs bir peşədir, amma biz onu adi bir işçi kimi görürük. Müəllim də insandır, amma hər insan müəllim ola bilməz! Müəllimlik xüsusi təyinatlı bir vəzifədir, onun cəmiyyətdə rolu sıradan deyil, amma biz onu sıradanlaşdırmışıq. Tələbələrə gəlincə, universitet onlar üçün bir əyləncə mərkəzi deyil, elm və bilik yuvasıdır. Əyləncə lazımdır, bəli, amma elmə, akademik mühitə uyğun olmayan bir əyləncə, universitetin nüfuzunu, bilik dəyərini yerə vurur. Biz elmlə deyil, qalmaqallarla gündəmə gəlirik.
Ali təhsilimizdə aparılan tədqiqatların əksəriyyəti real problemləri əks etdirmir, universitetlərimizin reytinqlərdəki yeri bəllidir – mövcud olduqlarını sübut etmək üçün beynəlxalq siyahılara düşmək naminə süni statistika yaradırlar. Əslində isə, elmi məqalə yazmaq üçün həvəsləndirici mühit yoxdur, tədqiqat üçün ciddi fondlar ayrılmır, nəticədə, “elmi məqalə” adı altında plagiat məzmun, mənasız araşdırmalar və heç bir tətbiq dəyəri olmayan yazılar ortaya çıxır.
Universitetlərin fəaliyyəti ilə bağlı real tənqid ortaya qoyulan kimi, hər tərəfdən “xahiş” gəlir – bunu paylaşma, bunu təqdim etmə, bunu ictimailəşdirmə. Niyə? Çünki boşluqlar ifşa olunur, çünki illərlə qurulan yalançı ali təhsil sistemi çökər, çünki reallıq çox acıdır!
Biz elmi, alimləri, universitetləri önə çəkmirik. Bir ali təhsil müəssisəsinin tək işi diplom vermək deyil, o, tədqiqat aparmalıdır, ölkənin sosial-iqtisadi problemlərinə həll yolları təklif etməlidir, cəmiyyətə fayda verən bilik istehsal etməlidir. Amma bizdə belə bir sistem varmı? Universitetlər yalnız “təhsil müəssisəsi” kimi fəaliyyət göstərir, amma onun əsas missiyası – elmi araşdırmaların mərkəzi olmaq tamamilə unudulub.
Əgər universitetlərimizdə hələ də ciddi akademik tədqiqat mühiti yoxdursa, əgər hələ də elm adamları real problemləri araşdırıb cəmiyyətə təqdim edə bilmirsə, əgər universitetlər biznes strukturlarına çevrilibsə – bizdə ali təhsil yoxdur! Boş qapılardan, boş diplomlardan və boş vədlərdən ibarət bir sistem qurmuşuq.
Biz bu vəziyyətə “ali təhsil” deyirik. Vallah, belə ali təhsil olmaz!
Kamran Əsədov
TEREF
 
Ardını oxu...
Suriya uğrunda mübarizə hələ sona çatmayıb, Türkiyənin regionda hegemon geopolitik iradə mərkəzinə çevrilməsi bəzi xarici gücləri ciddi şəkildə narahat etməyə başlayıb... Ona görə də, Əsəd rejiminin tör-töküntülərindən istifadə etməklə, yenidən bu ölkədə xaos dönəmini geri qaytarmağa çalışırlar və bu, Suriyanı uzunmüddətli vətəndaş savaşına da sürükləyə bilər...
Suriya böhranı yenidən Yaxın Şərqdə əsas problemlərdən birinə çevrilməyə başlayıb. Halbuki, Əsəd rejiminin süquta uğradılmasından sonra Suriyanın yeni şərtlər altında mövcudluğu üçün münbit şəraitin yarandığı iddia olunurdu. Hətta Suriyanın yenidən bərpa olunması ilə bağlı dinc quruculuq prosesinə də start verilmişdi. Və bu prosesin onilliklər boyu Əsəd rejiminin zülmünə məruz qalmış suriyalılara sülh şəraitində normal həyat imkanları açacağı gözlənilirdi.

Ancaq hazırda bütün bu gözləntilər olduqca böyük risk altına düşüb. Belə ki, Əsəd rejiminin qalıqları Suriyada silahlı qiyama cəhd göstərirlər. Son məlumatlara görə, devrilmiş və Rusiyaya qaçmış prezident Bəşər Əsədin silahlı terror dəstələrinin tör-töküntüləri Suriyanın müvəqqəti hökumət qüvvələrinə qarşı hücumlar etməyə başlayıblar. Hazırda bəzi Suriya şəhərlərində ağır küçə döyüşlərinin olduğu bildirilir. Və Suriya hökuməti silahlı qiyamı yatırmaq üçün əlində olan məhdud resursları işə salmaq məcburiyyətində qalıb.

Məsələ ondadır ki, Suriya hökuməti əvvəllər Əsəd rejimini dəstəkləmiş terrorçu qruplaşmalara qarşı genişmiqyaslı antiterror əməliyyatına başlayıb. Suriya mənbələrinin məlumatlarına görə, toqquşmalar ölkənin bir neçə bölgəsində, o cümlədən, mərkəzi və cənub vilayətlərində baş verir. Məhz həmin bölgələrdə Əsəd rejiminə bağlı silahlı terror qruplaşmaları son vaxtlar ciddi şəkildə fəallaşıblar. Və Əsədin terrorçuları dinc sakinlərin təhlükəsizliyinə təhdid yaradır və ölkədaxili vəziyyəti qeyri-sabitləşdirir.

Suriyanın hökumət qüvvələri bildirir ki, onların hərəkətləri yalnız terror təhlükəsinin aradan qaldırılmasına və qayda-qanunun bərpasına yönəlib. Ona görə də, Suriya ordusu silahlı qiyamçılara qarşı antiterror əməliyyatlarını davam etdirmək niyyətində olduğunu qətiyyən gizlətmir. Yəni, Suriyanın yeni hökuməti ölkənin Əsəd rejimi dövründəki daxili xaos dönəminə qaytarılmasına imkan verməyəcəyini vurğulayır. Və bu istiqamətdə ən sərt addımların atılacağına yönəlik qətiyyətli mesajlar verir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara da Əsəd rejiminin terrorçularına qarşı mübarizədə Suriya hökumətinə dəstək verəcəyini gizlətmir. Belə ki, bəzi məlumatlara görə, Türkiyə Suriyada sülhün və sabitliyin qorunması, Əsəd rejiminə bağlı silahlı terrorçuların məhv edilməsi üçün İdlibə qoşun yeritmək qərarı verib. Türkiyə ordusunun böyük hərbi karvanının Suriyanın İdlib bölgəsinə Bab əl-Hava sərhəd keçid məntəqəsindən daxil olduğu barədə də məlumatlar mövcuddur.

Rəsmi Ankara Suriyada, eləcə də, regionda sabitliyin qorunmasına və Əsəd rejimi ilə əlaqəli terror qruplaşmalarının zərərsizləşdirilməsi baxımından, Türkiyə ordusunun hərəkətə gətirilməsini olduqca vacib addımlardan biri hesab edir. Suriya mənbələrinin məlumatına görə, Türkiyə silahlı qüvvələri İdlibin əsas bölgələrində mövqelərini gücləndirir, bu isə dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsi və yeni zorakılıq dalğasının qarşısının alınması baxımından, mühüm hərbi əməliyyat hesab edilir. Və rəsmi Ankaranın Suriyada baş verənlərə bu sərt, həm də qətiyyətli reaksiyası əslində, bu ölkədə yeni xaos yaratmaq istəyən xarici güclərə də ciddi xəbərdarlıq mesajıdır.
Məsələ ondadır ki, Suriya hökumətinə bağlı mənbələr Əsəd rejiminin tör-töküntülərinin terrorçuluq fəaliyyətinə keçməsinin qətiyyən təsadüfi olmadığını vurğulayırlar. Onların iddialarına görə, Əsəd rejiminə bağlı silahlı terrorçuların son davranışları birbaşa xarici kəşfiyyat qurumları tərəfindən idarə olunur. Və bu iddiaların izahı ilk növbədə Rusiyanı ön plana çıxartmış olur.
Maraqlıdır ki, hazırda Suriya hökuməti və Kreml təmsilçiləri arasında Rusiya hərbi bazaları ilə bağlı məsələ ciddi müzakirə mövzusudur. Hətta son vaxtlar Rusiya təmsilçiləri bu məsələ ilə bağlı bir neçə dəfə Suriyaya səfər də ediblər. Ancaq hələlik Suriyadakı Rusiya hərbi bazalarının gələcək taleyi qeyri-müəyyən olaraq, qalmaqdadır. Düzdür, yeni hökumət Rusiya hərbi bazalarının Suriyadan dərhal çıxarılması ilə bağlı israrlı mövqe tutmur. Buna baxmayaraq, rəsmi Dəməşq olduqca ciddi şərtlər, eləcə də, xüsusi ödəniş tələb edir. Və Kremldə hələlik bununla razılaşmaq istəmirlər.

Ona görə də, bəzi ehtimallara görə, məhz Rusiya Suriyada yenidən daxili xaosun naş qaldırılmasında maraqlı xarici güc rolunda çıxış etmiş ola bilər. Üstəlik, Əsəd rejiminə bağlı terrorçular indi daha çox Rusiya kəşfiyyatının nəzarətində olmuş bölgələrdə fəaliyyətə keçiblər, oradakı əhalinin dəstəyini almağa nail olublar. Digər önəmli məqamlardan biri də odur ki, hazırda ən ağır silahlı toqquşmalar məhz Rusiya hərbi bazalarının dislokasiya olunduğu şəhərlərdə baş verməkdədir. Və bütün bunlar əsas şübhələri Rusiyanın revanşa qərar vermiş ola biləcəyinə yönəldir.

Nəhayət, Suriya hakimiyyəti bir müddət öncə Rusiyadan devrilmiş prezident Bəşər Əsədin təhvil verilməsini də tələb etmişdilər. Kreml bu tələbə hər hansı reaksiya verməmişdi. Yəni, Rusiya hərbi cinayətkarı - Bəşər Əsədi himayə edir, Suriyaya təhvil vermək istəmir. Bu isə o deməkdir ki, Kremlin Bəşər Əsədlə bağlı planları hələ aktual olaraq, qalmaqdadır. Və Rusiya Suriyanın cinayətkar keçmiş diktatorundan bundan sonra da istifadə etmək niyyətindədir.

Bütün bunlar onu göstərir ki, Suriya uğrunda mübarizə hələ sona çatmayıb. Suriyanın bərpa edilməsi prosesində avanqard mövqeyə malik Türkiyənin regionda hegemon geopolitik iradə mərkəzinə çevrilməsi bəzi xarici gücləri ciddi şəkildə narahat etməyə başlayıb. Ona görə də, Əsəd rejiminin tör-töküntülərindən istifadə etməklə, yenidən bu ölkədə xaos dönəmini geri qaytarmağa çalışırlar. Və bu, Suriyanı uzunmüddətli vətəndaş savaşına da sürükləyə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Ardını oxu...
ABŞ rəsmiləri HƏMAS-la danışıqlar aparır, amma... – Tramp təhdidində ciddidir?

ABŞ rəsmiləri Vaşinqtonun terror qruplaşması kimi tanıdığı Fələstinin radikal HƏMAS təşkilatının nümayəndələri ilə danışıqlar və müzakirələr aparıblar. “Amerikanın Səsi” məlumat verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levit bildirib. Qeyd olunur ki, Qətərin paytaxtı Dohada danışıqların təsdiqlənməsi İsrail-HƏMAS atəşkəs danışıqlarında qeyri-müəyyənlik olduğu bir vaxta təsadüf edir. Levit danışıqların mahiyyəti ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. Bildirib ki, İsrail HƏMAS rəsmiləri ilə birbaşa əlaqəyə dair məsləhətləşib. Həmçinin deyib ki, "Amerikalıların həyatı bundan asılıdırdır".

İsrail rəsmiləri bildiriblər ki, Qəzzada 24-ə yaxın girov, o cümlədən Amerika vətəndaşı Edan Aleksandr, həmçinin ən azı 35 nəfərin cəsədi hələ də saxlanılır.

İsrail-HƏMAS arasında atəşkəsin davam etdirilib-etdirilməməsi qeyri-müəyyən olaraq qalır. Prezident Donald Tramp HƏMAS-ın israillilərin ABŞ-ın nümayəndəsi Stiv Vitkoff tərəfindən hazırlandığını iddia etdiyi yeni atəşkəs təklifinin şərtləri ilə razılaşmadığı təqdirdə, İsrailin Baş naziri Benyamin Netanyahunu döyüşə qayıtmaqdan uzaqlaşdırmaq niyyətində olmadığını bildirib.

Məlumata görə, Trampın girovlarla iş üzrə xüsusi elçi vəzifəsinə namizədi Adam Boler HƏMAS-la birbaşa danışıqlarda iştirak edib. Yeni plan HƏMAS-dan atəşkəsin uzadılması və davamlı atəşkəs üçün danışıqların aparılması vədi müqabilində qalan girovlarının yarısını azad etməyi tələb edir. İsrail daha çox fələstinli məhbusun azad edilməsindən bəhs etməyib. Bu isə birinci mərhələnin əsas komponenti idi.

HƏMAS-dan isə bu məsələlərə reaksiya özünü çox gözlətməyib. Hərəkatdan bildirilib ki, Trampın təhdidləri İsraili Qəzza zolağında atəşkəs razılaşmasından imtina etməyə təşviq edir. Təşkilatın bu bəyanat Trampın “HƏMAS-ın Qəzzada saxlanılan qalan girovları azad etmədiyi təqdirdə cəhənnəm hesabı verməli olacaq” deməsindən bir gün sonra verilib.

“Girovların hamısını sonra deyil, indi azad edin və öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, yoxsa sizin üçün bu sondur”, Tramp “Truth Social” platformasında yazmışdı.

Amerika lideri həmçinin bildirmişdi ki, “İsrailə işi bitirmək üçün lazım olan hər şeyi” göndərir: “Əgər siz mənim dediyimi etməsəniz, heç bir HƏMAS üzvü təhlükəsiz olmayacaq”.

Atəşkəsin birinci mərhələsi ötən şənbə günü başa çatıb. Onun çərçivəsində HƏMAS 33 israilli və beş taylandlı girovu, İsrail isə 2000-ə yaxın fələstinli məhbusu azad edib.

Ağ Ev çərşənbə günü HƏMAS ilə birbaşa danışıqlar apardığını təsdiqləyib. Məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, danışıqlarda əsas diqqət hələ də Qəzzada saxlanılan amerikalı girovların azad edilməsinə yönəlib.

Ağ Evin mətbuat katibi Levit danışıqları “Amerika xalqı üçün doğru olanı etmək üçün yaxşı niyyət səyi” kimi qiymətləndirib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanatda bildirib ki, İsrail “HƏMAS ilə birbaşa danışıqlara dair mövqeyini ABŞ-a çatdırıb”.

Qəzzada müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə təxminən 1200 adamın ölümü və 250 nəfərin girov götürülməsinə səbəb olan hücumu ilə başlayıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada həyata keçirdiyi əks-hücum nəticəsində 48,400-dən çox fələstinli həlak olub.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
“Bu gün Ukraynanın ABŞ-dan təhlükəsizlik zəmanəti alacağına ümid çox azdır”. Bu sözləri Polşa Seymində çıxış edən baş nazir Donald Tusk deyib. O qeyd edib ki, gözü və qulağı olan hər kəs aşkar olanı başa düşür: ABŞ-ın fiziki iştirakı ilə Ukrayna üçün sərt təhlükəsizlik zəmanətlərinə ümid indi həmişəkindən çox azdır. Donald Tusk əlavə edib: "Ümid gözəl hissdir, lakin siyasətdə çox vaxt sadəlövhlük və ya illüziya ilə sərhədlənir".
Ardını oxu...
Baş nazir həmçinin, bildirib ki, Polşa piyada əleyhinə minalar və kaset sursatlarını qadağan edən konvensiyalardan çıxa bilər. Donald Tusk elə buradaca görünməmiş hərbi təlim kampaniyası elan edib. Polşanın baş naziri bəyan edib ki, ölkədəki hər bir yetkin insan hücuma hazır olmalı və təlim keçməlidir. Bunun necə həyata keçiriləcəyi ilə bağlı artıq Müdafiə Nazirliyi səviyyəsində müzakirələr aparılır.
Dadash Ahmadli
 
Ardını oxu...
Brüsseldə Aİ dövlət və hökumət başçılarının fövqəladə sammiti Ukraynaya əlavə dəstək və Avropa İttifaqının müdafiə qabiliyyəti mövzusunda müzakirələrlə başlayıb. Almaniya kansleri Olaf Şolts danışıqlardan əvvəl bildirib ki, Ukraynanın diktat sülhünü qəbul etməməsini təmin etmək vacibdir. Onun sözlərinə görə, Ukrayna müstəqil və demokratik bir dövlət olaraq qalmalıdır.
Buna həmçinin sülh dövründə güclü bir Ukrayna ordusunun olması da daxildir. Şolts, Fransanın prezidenti Emmanuel Makronun Avropanın müdafiəsi üçün Fransa nüvə silah arsenallarının genişləndirilməsi təklifinə ehtiyatla yanaşdı. O, Avropanın nüvə çəkindirilməsində ABŞ-ın iştirakından imtina etməməli olduğunu vurğuladı.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas dövlət və hökumət başçılarını birliyə çağırdı. Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak etdi. O, Avropa dövlətlərinə verdikləri dəstəyə görə təşəkkür edərək, Ukraynanın tək olmadığını vurğuladı. Brüsseldə çıxışı zamanı Zelenski ölkəsinin daha güclü bir müdafiə sənayesi qurmaq üçün göstərdiyi səylərə diqqət çəkdi.
Avropa Komissiyasının 800 milyard avroluq yenidən silahlanma planı
Müzakirələrdə Avropanın birgə silahlanmasına dair Avropa Komissiyasının hazırladığı və dəyəri 800 milyard avroya çatan bir layihə də yer alır. Komissiya prezidenti Ursula von der Leyen bu məqamın bir dönüş nöqtəsi olduğunu vurğulayaraq, vəziyyətin son dərəcə təhlükəli olduğunu bildirdi.
Almaniyanın CDU partiyasından olan xarici siyasətçi Jürgen Hardt Deutschlandfunk radiosuna müsahibəsində qeyd etdi ki, Avropa İttifaqı ABŞ-a daha çox maliyyə vəsaiti ayırmağa hazır olduğunu açıq şəkildə bildirməlidir.
Bu müzakirələrin əsas səbəbi, ABŞ prezidenti Donald Trampın dövründə ABŞ-ın xarici siyasət və təhlükəsizlik strategiyasının dəyişməsidir. ABŞ son vaxtlar Ukraynaya hərbi yardımı dayandırıb və hətta müəyyən kəşfiyyat məlumatlarına Kiyevin çıxışını məhdudlaşdırıb. Buna cavab olaraq, Fransa indi Ukraynaya öz kəşfiyyat məlumatlarını təqdim edir.
Sarvan Səmədoğlu
TEREF
 
Ardını oxu...
Bu gündən etibarən, ABŞ şirkətləri Çindən idxal olunan mallar üçün əhəmiyyətli dərəcədə daha çox rüsum ödəməli olacaqlar. Xüsusilə, Çindən gətirilən tibbi məhsullara yüksək tariflər tətbiq olunur: iynələr üçün 50 faiz, qoruyucu maskalar üçün 25 faiz (əvvəllər 7,5 faiz), tibbi əlcəklər üçün 25 faiz (əvvəllər 7,5 faiz).
ABŞ prezidenti bu addımını Çindən ABŞ-a Fentanil narkotik maddəsinin qaçaqmalçılığı ilə əsaslandırır. Lakin Çin buna sərt reaksiya verib: “Fentanil məsələsi, ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumları artırmaq üçün uydurulmuş bir bəhanədir”, – Çin səfirliyi belə açıqlama verib. “ABŞ öz böhranına görə özü məsuliyyət daşıyır.”
“Biz qorxudulmaqdan çəkinmirik. Bizə qarşı təzyiq və zorakılıq keçmir. Çinlə münasibətlərdə təzyiq, məcburiyyət və hədə-qorxu yolu düzgün yol deyil. Kim Çinə maksimum təzyiq göstərməyə çalışırsa, o, səhv ünvan seçib və yanılır. Əgər ABŞ həqiqətən Fentanil problemini həll etmək istəyirsə, onda Çinə bərabər tərəfdaş kimi yanaşaraq məsləhətləşmələr aparmalıdır.”
Bundan sonra isə Çin Trampa açıq şəkildə hədə-qorxu gəlib: “Əgər ABŞ müharibə istəyirsə – istər gömrük müharibəsi, istər ticarət müharibəsi, istərsə də başqa bir müharibə növü – biz sona qədər mübarizə aparmağa hazırıq.”
Sarvan Səmədoğlu
TEREF
 
 

 


Ardını oxu...
ABŞ və Avropa arasında dərin fikir ayrılığı - Şimali Atlantika Bloku parçalanma ilə üz-üzə

Şimali Atlantika Bloku (NATO) Ukraynaya dəstək məsələsində ABŞ və onun Avropadakı müttəfiqləri arasında yaranan fikir ayrılıqları səbəbindən hazırkı formada mövcudluğunu dayandıra bilər.

The Daily Telegraph qəzetinin məlumatına görə, bu fikri NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı admiral Ceyms Stavridis səsləndirib.

“Biz NATO-nun sonunu və onun yerində Avropa Müqaviləsi Təşkilatı adlandırıla biləcək qurumun yaranmasını görə bilərik”, – deyə o bildirib.

Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun artıq Kiyevə hərbi yardım göstərmək istəmədiyini açıq şəkildə ifadə edib. Onun fikrincə, bu, çox böyük miqyasda geosiyasi səhvdir. “İndi Avropa üçün yaşıl işıq yanır və onlar bu məsələni öz üzərilərinə götürməli olacaqlar”, – deyə admiral əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya münasibətdə tutduğu mövqe və müdafiə xərclərini artırmaq üçün Vaşinqtonun Avropadakı müttəfiqlərinə göstərdiyi təzyiq alyansın əsasına zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini sual altına alır.

Stavridis hesab edir ki, ABŞ özü də NATO-dan kənarda daha az təhlükəsiz olacaq.

Bəs keçmiş NATO komandanının bu proqnozlarını nə dərəcədə ciddi qəbul etmək olar? Dünyanın ən güclü hərbi bloku olan NATO-nun həqiqətən də dağılma ehtimalı varmı? Axı, bu baş verərsə, beynəlxalq təhlükəsizlik sistemində tamamilə yeni bir reallıq yaranacaq.

ABŞ istisna olmaqla, Ukrayna və bütün Qərb dünyası bu ssenariyə qarşı hansı effektiv tədbirlər görə bilər?

Pressklub.az-ın bu suallarına tanınmış ukraynalı analitiklər münasibət bildiriblər.

Kiyevdə yerləşən “Strategiya XXI” mərkəzinin hərbi eksperti Pavlo Lakiçuk Stavridisin proqnozlarını tamamilə real hesab edir.


“NATO-nun mövcudluğu bir çox dövlətə böyük üstünlüklər verir. Lakin alyans daxilində ciddi səhvlər özünü göstərir.

Avropada yeni formalaşmaqda olan təhlükəsizlik strukturlarına gəldikdə, onlar müəyyən müddət ərzində simbioz şəklində NATO ilə yanaşı mövcud ola bilər”, – deyə Pavlo Lakiçuk bildirib.

Digər tərəfdən, jurnalist və bloqer Roman Tsımbalyuk artıq NATO daxilində çatların yarandığını vurğulayıb.

“Donald Trampın prezident olduğu ilk gündən etibarən hər şeyin sadə olmadığı və ABŞ-ın Avropaya yardım edə bilməyəcəyi ilə bağlı müəyyən siqnallar verməsi Avropa İttifaqında yeni prosesləri işə saldı. Bu nə deməkdir?

İnsanlar Trampın və Vensin Zelenski ilə necə danışdığını, onların Moskvaya birtərəfli güzəştlər tələb etdiyini gördülər və özlərini Zelenskinin yerində təsəvvür etdilər. Buna görə də Avropa ciddi şəkildə ayıldı.

Avropa öz təhlükəsizliyini ABŞ olmadan təmin edə bilərmi? Tamamilə mümkündür. Axı, Avropada iki nüvə dövləti var – Böyük Britaniya və Fransa. Sənaye inkişaf edib, insan resursları böyükdür.

İndi tez-tez belə bir zarafat səslənir: 500 milyon avropalı, 350 milyon əhalisi olan ABŞ-dan onları 140 milyonluq ruslardan qorumağı xahiş edir. Diqqət! Reallıqda dünyanın ikinci ordusu iddiası ilə üst-üstə düşməyən, atlarla, eşşəklərlə, köhnə texnikalarla hücum edən ruslardan – bu, zarafat deyil, real faktlardır.

Əgər amerikalılar geri çəkilsələr, Avropa müstəqil şəkildə hərəkət edəcək. Bunun üçün bütün resurslara sahibdir.

Hər şey pulla ölçülmür. ABŞ tez-tez Avropanı kifayət qədər maliyyə ayırmamaqda və minnətdar olmamaqda ittiham edir. Amma reallıqda, təhlükəsizliyə xərclənən yüz milyardlarla avro və dollar bu dövlətlər üçün qəpik-quruşdur.

Hesab edirəm ki, danışıqlar zamanı ABŞ bu qədər sərt olmayacaq və özü-özünün ziyanına addım atmayacaq. Çünki bu, Amerikanın milli maraqlarına ziddir. Hansısa format tapılacaq. Amma əgər belə bir şey baş versə, bu, sadəcə ABŞ-ın super dövlət statusunu itirdiyi anlamına gələcək. Və nəticələr Amerika üçün dağıdıcı olacaq”, – bloqer əmindir.

O, Ağ Evdə baş verən qalmaqaldan sonra Ukraynanın yanında kim dayandığını xatırlamağı təklif edir.

“Avropadakı bütün müttəfiqlər. Macarıstan və Slovakiyanı çıxmaq şərtilə – çünki onların baş nazirləri Putinin əlaltılarıdır. Kanada və Avstraliya da Ukraynanı dəstəkləyir. Halbuki, Avstraliya tamamilə fərqli regionda – Sakit okean regionunda yerləşir.

Hazırda bütün dünya ABŞ-ın atacağı addımları gözləyir. Əgər amerikalılar rəsmi şəkildə müttəfiqlik öhdəliklərindən imtina etsələr, artıq heç kim ABŞ-a bel bağlamayacaq.

Bu situasiyada qazanan təkcə Rusiya deyil, daha çox Çin Xalq Respublikası olacaq.

Ukrayna və Qərb dünyası bu vəziyyətə effektiv cavab verə bilərmi?
Bəli, verə bilər. Bu, çətin olacaq, əlavə xərclər tələb edəcək, amma Ukrayna olub, var və olacaq. Avropa da heç yerə getməyəcək.

ABŞ Londondakı görüşdə iştirak etmədi. Amma Avropadakı ölkələrdən başqa Kanada, Türkiyə və digərləri orada idi. Türkiyə coğrafi baxımdan tamamilə Avropada olmasa da, bu məsələyə eyni prizma ilə baxır. Buna görə də, sülhməramlı kontingentin tərkibində Türkiyənin iştirakının müzakirə olunması təsadüfi deyil. Harada Türkiyə varsa, deməli, orada Azərbaycan da var. Ona görə də, xoş gəlmisiniz!

Ən pisi isə odur ki, Amerika hazırda real olaraq zəifləyən Rusiya faşist federasiyası qarşısında tərəddüd edir. Bu, olduqca iyrənc görüntü yaradır. Amma reallıqdır.

Lakin bu həmişə belə olmayacaq. Donald Tramp əbədi deyil və onun emosional qərarlar alıb geriyə addım atması da istisna deyil. Bunu hamı bilir”, – deyə Roman Tsımbalyuk fikirlərini tamamlayıb.

Rauf Orucov
 

Dünyapress TV

Xəbər lenti