Niderlandlarda arxeoloqlar I əsrə aid qızıl və gümüş pullardan ibarət xəzinə tapıblar
Niderlandda arxeoloqlar I əsrə aid qızıl və gümüş pullardan ibarət böyük bir xəzinə tapıblar. Pulu təmsil edən sikkələrdə Roma, İngiltərə və Afrika imperatorlarının və krallarının portretləri əks olunub.
32gun.az bildirir ki, Niderlandın Milli Arxeologiya Muzeyinin (RMO) rəsmi saytında xəbər yayılıb.
Arxeoloqlar Amsterdamdan 39 km cənub-şərqdə yerləşən Bunnik şəhərində 404 sikkə aşkar ediblər. Tapılan 116 qızıl sikkədən 72-si Roma auresi olub və e.ə. 19-cu ildən e.ə. 47-ci ilə qədər olan dövrə aiddir.
Həmçinin, Britaniyada kəlt krallarından Kunobelin portretini təsvir edən 44 qızıl ərintisindən ibarət sikkə (statir) tapılıb. Kunobelin hakimiyyəti e.ə. 9-cu ildən e.ə. 42-ci ilə qədər davam edib.
Xəzinədə həmçinin e.ə. 200-cü ildən e.ə. 47-ci ilə qədər dövrə aid 288 gümüş sikkə yer alıb. Onlardan birində Yuli Sezarın şəkli vurulub. Bundan başqa, Numiya (hazırki Əlcəzair) kralı Yuba ilə bağlı nadir bir nüsxə də tapılıb.
Arxeoloqlar hesab edirlər ki, bu xəzinə e.ə. 47-ci ildə basdırılıb. Pulun Roma hərbçilərinə aid olduğu, bəzilərinin onları maaş olaraq aldığı, bəzilərinin isə müharibə qəniməti kimi əldə etdiyi güman edilir. Ola bilsin ki, legionerlər bu pulları döyüşdə sağ qalmaqları şərəfinə tanrılara təşəkkür edərək basdırıblar.