Ardını oxu...
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər.
1990-cı illərdən - Sovetlər İttifaqının süqutundan sonra 5 türk dövləti müstəqillik əldə etdi. Bu da bu kimi səbəblərdən biri-birindən onillərlə ayrı salınmış türk dünyasında bir canlanma əmələ gətirdi.
Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik əldə etdikdən sonra bu işdə olduqca fəallıq göstərən Azərbaycan hərtərəfli əlaqələri gücləndirməyə başladı. Hazırda Azərbaycan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri edib. Həmin müddət Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının ümumilikdə Azərbaycana 15 rəsmi səfəri olub.
Rəsmi Bakının Türk dünyasının birliyinin möhkəmlənməsində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir.
Avqust ayının 9-da Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Azərbaycan Prezidenti görüşdə çıxış edərək bildirmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Azərbaycan Prezidenti Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına Mərkəzi Asiya ölkələrinin dəstəyinin qardaşlıq münasibətlərimizdən irəli gəldiyini bildirmişdir.
Ermənistan Azərbaycanın 20 faizdən artıq ərazisini vəhşicəsinə işğal etmiş və 30 il işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məntəqələrimizi məhv etmişdir. Bir çox yaşayış məntəqələrimiz, demək olar ki, yerlə yeksan edilib, yer üzündən silinib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, ordumuzun yüksək səviyyədə hazırlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı və bütün Azərbaycan xalqının "Dəmir yumruq" ətrafında birləşməsi nəticəsində xalqımız haqqı bərpa edərək, öz gücü ilə öz doğma torpaqlarını düşməndən təmizlədi.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. Artıq keşmiş məcburi köçkünlər böyük sevinc hissi ilə öz dədə-baba yurdlarına qayıdırlar.
Bu tikinti bərpa işlərində qardaş ölkələr də yaxından iştirak edir. Hər biri dost Azərbaycana öz töhfəsini verməyə çalışır. Belə ki, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Eyni zamanda bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil q9müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.”
Azərbaycan bir çox sahələrdə olduğu kimi bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır.
Dövlət başçımız çıxışında Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən birinin də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın olduğunu qeyd edib: “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.”
Çox sevindirici haldır ki, Qazaxstan, Qırğızıstan və Özbəkistan tərəfindən önəmli layihələrdən olan investisiya layihələri çox fəallıqla həyata keçirilir. Artıq Azərbaycan-Qırğızıstan, Azərbaycan-Qazaxstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPESA-nı qeyd etmək istərdim Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPESA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından həmiyyət kəsb edir.”
Azərbaycan indiyə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Bu il isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 Azərbaycanda keçiriləcək. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.”

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
 
 

 


Ardını oxu...
DogruXeber.az: - 2021-ci il sentyabrın 28-də Sumqayıtda şəhərdaxili bütün sərnişin avtobusları nağdsız ödənişə (kart sisteminə) keçirildi. Hər kəs 2 manat ödəyərək həmin kartlardan alsa da, sonradan bu sistem ləğv edildi. “Sumqayıt Nəqliyyat -1” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) avtobuslarda gediş haqqının nağd ödənişə qaytarılma səbəbi kimi 206 avtobus üçün alınan 210 validatorun nasazlğını göstərmişdi.

Həmin vaxt nasazlığın tezliklə aradan qaldırılacağı deyilsə də, üstündən 3 il keçməsinə baxmayaraq heç nə dəyişməyib. İlk vaxtlar mövzu aktual olsa da, sonradan unuduldu. Nə sərnişinlərin kartlara görə ödədikləri 2 manatların taleyinə aydınlıq gəldi, nə də nasazlıq aradan qaldırıldı.

Ardını oxu...

Bu “xüsusi əməliyyat” nəticəsində külli miqdarda vəsait “yoxa çıxdı”.

KONKRET.az indi çoxlarının unutduğu həmin əməliyyatda nə qədər vəsaitin mənimsənildiyi ilə bağlı araşdırma aparıb. Xatırladaq ki, ortada heç bir rəsmi məlumat olmadığından biz yalnız təxmini hesablamalar aparmışıq. Beləliklə…

2021-ci ildə Sumqayıt şəhərində 347 min nəfərin yaşadığını nəzərə alsaq, nağdsız ödənişə keçidlə əlaqədar təxminən 300 minə yaxın şəhər sakini 2 manat ödəniş edərək kart alıb. Kartların dövriyyədən çıxarılması isə həm də həmin kartların balansındakı vəsaitin də “sıfırlanması” ilə nəticələnib ki, bu da az məbləğ eləmir. Təxmini hesablama aparaq. 300 min nəfərin 2 manatdan kart almasını təxmin etsək, bu, 600 000 min manat edir. Üzərinə də kartların daxilində qalan təxmini məbləği əlavə etsək, söhbətin 1 milyon manata yaxın vəsaitdən getdiyi məlum olur.

Maraqlıdır, bəs həmin 1 milyona yaxın vəsaitin sonrakı taleyi necə olub?

2023-cü ildə “Sumqayıt Nəqliyyat 1” MMC-nin qaraj müdiri Tofiq Saydumov açıqlamasında bildirib ki, 2024-cü ilin ilk aylarından etibarən “Sumqayıt Nəqliyyat 1” MMC-nin tərkibinə daxil olan 2, 5, 6, 12, 12A saylı avtobuslarda yenidən nağdsız ödənişə keçmək üçün müasir standartlara cavab verən validatorlar quraşdırılacaq.

Ardını oxu...

Lakin 2024-cü ilin sonuna yaxınlaşsaq da, avtobuslar nağdsız ödənişə keçməyib.

O da məlumdur ki, Rusiya şirkətlərinin biri tərəfindən quraşdırılan nasaz validatorlarla əlaqədar “Sumqayıt Nəqliyyat 1” MMC həmin şirkətlə təzminat barədə danışıqlar aparıb. Amma bu danışıqların sonrakı taleyi ilə bağlı da heç nə məlum deyil. Qeyd edək ki, bu şirkət ödəniş terminalının aylıq ümumi gəlirinin 3,5%-ni götürürdü. Xatırladaq ki, “Sumqayıt Nəqliyyat -1” MMC-nin rəhbəri bu yaxınlarda vəfat etmiş Novruz Fərəcovun oğlu Elgiz Fərəcovdur. Novruz Fərəcov isə Sumqayıtın icra başçısının yeznəsi idi.

Bir müddət əvvəl “Sumqayıt Nəqliyyat 1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəzovun banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına qadağa qoyulduğu ilə bağlı iddialar səsləndirilirdi.//KONKRET.az
Ardını oxu...
Ukrayna Kursku nəzarətə götürüb: Sudjanski və Korenevski rayonlarında ağır döyüşlər gedir

Rusiyanın Kursk vilayətinin Sudjanski rayonunun sakinləri Ukrayna ordusunun davam edən hücumu fonunda Prezident Vladimir Putindən kömək istəyib. Videomüraciətdə onlar “uşaqlarla, sığınacaqsız, ödənişsiz və pulsuz qaldıqlarını” bildiriblər. Şikayətçilərdən biri deyib ki, avqustun 6-da “NATO texnikası olan xarici qoşunlar” əraziyə daxil olub.

“Bir neçə saat ərzində şəhərimiz xarabalığa çevrildi. Torpağımızı itirdik, evlərimizi itirdik, atəş altında qaçdıq, çoxlarımız sənədsizik. Biz kömək istəyirik, biz tək qaldıq”, qeyd edir.

Başqa bir sakin bildirib ki, ərazidən təxliyə yoxdur, oradan çıxa bilən hər kəs əlaqənin olmaması səbəbindən qalanlardan nə baş verdiyini öyrənə bilmir. Onun sözlərinə görə, Quevo kəndində insanlar "torpaqdan çıxarılır", qayıqlarla çayı keçməyə, meşələrdən və bataqlıqlardan qaçmağa məcbur edilir, onlara atəş açılır".

KİV-də Ukrayna Silahlı Qüvvələrinin dayandırıldığı və Rusiya ərazisindən çıxarıldığı barədə xəbərlər sakinlərin qəzəbinə səbəb olub. Onların fikrincə, bu məlumat doğru deyil və Ukrayna ordusu irəliləməkdə davam edir.

“Malaya Loknya 90 faiz Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Xahiş edirəm, Vladimir Vladimiroviç, məlumat üçün məsul şəxslərə deyin ki, real hərəkətlər etsinlər. Çünki bu yalanlar ucbatından dinc sakinlər ölür”, - deyə çıxış edənlərdən biri söyləyib. Onun fikrincə, Putinin özü də yalan təminatlarla aldadılır: “Baş Qərargah rəisi sizə məlumat verdi ki, vəziyyət nəzarət altındadır. Yalan deyir. Sudjanski və Korenevski rayonlarında ağır döyüşlər gedir”.

Bundan başqa, sakinlər rayon rəhbərliyini fəaliyyətsizlikdə ittiham ediblər: “Bizim idarəmiz işləməyib. Bizi atəşə tutmaq, təhdidlər barədə xəbərdar edən və zirzəmilərdə gizlənə bilməyimizə vəsilə olan yerli “Telegram” kanallarına təşəkkür etmək istərdik”.

Sakinlər bütün bu müddət ərzində Ukraynaya qarşı müharibəni dəstəklədiklərini, indi isə taleyin ümidinə qaldıqlarını qeyd edərək, Putini mövcud vəziyyəti düzəltməyə çağırıblar.

“Biz atəşə öyrəşmişik, Şimal Hərbi Dairəsini dəstəklədik, ordumuza kömək etdik və kömək etməyə davam edirik. Zəhmət olmasa, torpaqlarımızı geri qaytarmaqda bizə köməklik edin”, - deyə onlar fikirlərini yekunlaşdırıblar.

Qeyd edək ki, Ukrayna bölmələri avqustun 6-da Kursk vilayətində dövlət sərhədini pozaraq bölgədə möhkəmləniblər. Bu günə qədər onlar ən azı 20 yaşayış məntəqəsini tutaraq 400 km²-dən çox ərazini ələ keçiriblər.

Baş Qərargah rəisinin Putinə sürətli “məğlubiyyət” vədlərinə baxmayaraq, vəziyyət getdikcə pisləşir. Ukrayna hərbçiləri bir gün əvvəl ələ keçirilən Sudja yaxınlığında istehkamlar qurmağa və xəndəklər qazmağa başlayıblar. Bu barədə rusiyalı hərbi jurnalist Yuri Kotenok bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri həmçinin kiçik qruplar üçün taqım və rotanın dayaq məntəqələrini yerləşdirir, piyadaların döyüş maşınlarını, zirehli transportyorlarını, tanklarını və zirehli texnikalarını işğal olunmuş ərazilərə keçirir.

Rəsmi məlumata görə, avqustun 8-nə olan məlumata görə, bölgədə gedən döyüşlər nəticəsində 9-u uşaq olmaqla 66 nəfər xəsarət alıb. Vitse-qubernator Andrey Belostotski dörd ölümün olduğunu açıqlayıb. Onun sözlərinə görə, daha 3 min mülki şəxs təxliyə edilib.

Yeri gəlmişkən, “Bloomberg” Kremldəki mənbəyə istinadən yazıb ki, Rusiya kəşfiyyatı Ukraynanın Kursk vilayətinə yaxınlaşan işğalı barədə iki həftə ərzində məlumatlı olub, lakin Gerasimov da daxil olmaqla, ölkənin hərbi rəhbərliyi bu məlumata məhəl qoymayıb. Onun sözlərinə görə, Ukrayna üçün müharibə başlayandan bəri ən böyük hücumun hazırlanması barədə Prezident Putinə məlumat verilməyib. 2023-cü ilin yanvarından Ukraynadakı rus qrupuna rəhbərlik edən Baş Qərargah rəisi Valeri Gerasimov da onlara məhəl qoymayıb.

“Bloomberg” mənbəsinə görə, Putin çox güman ki, 12 ildən artıqdır Baş Qərargaha rəhbərlik edən və Müdafiə Nazirliyinin genişmiqyaslı “təmizlənməsi”nə baxmayaraq vəzifəsində qalan Gerasimovu işdən çıxarmağa cəsarət etməyəcək. Bununla belə, Kremlin təlimi ilə tank generalı, çoxsaylı ordenlərin sahibi, ən yüksək ordu rütbəsi sahibi 68 yaşlı Gerasimovla bağlı səbri tükənir.

Çərşənbə günü Gerasimov Prezidentə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləyişinin “dayandırıldığını” bildirərək, o vaxta qədər Ukraynadan 10 km irəliləməyi bacaran Ukrayna hərbçilərinə qaçılmaz “məğlubiyyət” vəd edib. Bir gün sonra Ukrayna Silahlı Qüvvələri sərhədyanı ərazilərdə nəzarət zonasını genişləndirərək 400 kvadratmetrdən çox ərazini ələ keçirib. Sudja rayonu və Rusiya qazının “Qazprom”un Mərkəzi Avropadakı son müştərilərinə (Avstriya, Macarıstan və Slovakiya) çatdırıldığı eyniadlı qazpaylama stansiyası ukraynalıların nəzarətinə keçib. Ən azı 40 rus əsgəri, o cümlədən çağırışçılar, eləcə də sərhədçilər Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Kəşfiyyatın xəbərdarlıqlarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin gözlənilməz hücumu rus generallarını təəccübləndirib. “Bloomberg” yazır ki, rus qoşunları zəif hazırlıqlı olub və əvvəlcə Ukrayna qüvvələrinə praktiki olaraq heç bir müqavimət göstərməyib.

Cümə axşamına olan məlumata görə, Kursk vilayətində azı 20 yaşayış məntəqəsi artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. Hərbi müxbir Yuri Kotenok yazır: "Düşmən istehkamların tikintisinə başladı - onlar tam profilli avadanlıq üçün xəndəklər, qazıntılar və kaponerlər qazmağa başladılar".

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Yaxın Şərqdə gərginliyin növbəti pik həddi yaşanmaqdadır. Bütün dünya nəfəsini çəkərək, son illər xüsusi aktuallıq qazanan “Üçüncü Dünya savaşı başlayacaqmı” sualı ətrafında proqnozlar verir, mülahizələr irəli sürür.

Əsəbləri tarıma çəkən hadisələrin təməli isə iyulun 31-də qoyuldu. İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın inauqurasiya mərasiminə qatılmaq üçün Tehrana səfərə gələn Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İslam Respublikasının paytaxtında qətlə yetirildi. Rəsmi olaraq bu akta görə heç bir ölkə və təşkilat cavabdehliyi üzərinə götürməsə də, nəzərlər – istər dostlarının, istərsə də düşmənlərinin – Təl-Əvivə yönəldi.

Rəsmi Tehran isə dərhal, hər hansısa tədqiqatların cavabını gözləməyərək, İsraili növbəti terror aktı törətməkdə ittiham etdi və adekvat cavabın mütləq veriləcəyini açıqladı.

Hələlik qisasın kinosunu çəkdilər

İsrail Haniyənin ölümündə iştirakını inkar etsə də, əslində, yaranmış vəziyyətdə, bu, elə də əhəmiyyət kəsb etmir. Tehran qərarını verib və hətta qısa zaman kəsiyində yəhudi dövlətinin darmadağın olmasını əks etdirən təbliğat xarakterli bir neçə videoçarx da hazırlayıb. Kadrlarda İslam Respublikasının istehsalı olan müxtəlif növ raketlərin havaya qalxması, müasir kompüter qrafikası və süni intellektin istifadəsi ilə İsrail şəhərlərinə sarsıdıcı zərbələrin meydana gəlməsi, dağıntılar əksini tapıb.

Ekspertlərin böyük əksəriyyət cavab zərbəsinin avqustun ilk günlərində endiriləcəyinə dair ehtimallar səsləndirsələr də, görünən odur ki, İran tələsmir. Bəs səbəb nədir? Olmaya planlarda kardinal dəyişikliklər baş verib və ümumiyyətlə heç bir qisas əməliyyatı baş tutmayacaq? Ümumiyyətlə, Tehran sözügedən aksiyaya qadirdirmi?

İran dedi və vurdu

Bu suallara hələ qayıdacağıq. Amma öncə yaxın tarixə nəzər salmaq yerinə düşərdi.

2020-ci il yenicə başlamışdı ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Qasim Süleymani Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-yə məxsus pilotsuz təyyarədən açılan raket atəşi nəticəsində öldürüldü. Bu hadisənin miqyasını təsvir etmək üçün yalnız bir məqamı qeyd edək: 2020-ci ildə yaşı 80-i adlamış İranın Ali dini lideri ayətullah Əli Xameneyinin xələfi olmağa ən real namizəd kimi məhz Süleymani göstərilirdi.

Tehran o zaman da qisas vədi verdi. Amma vədlə əməl arasında çəmi 5 gün məsafə oldu. Artıq yanvarın 8-də ABŞ-nin İraq ərazisində yerləşən 2 obyektinə (Ayn-əl-Əsəd aviabazası və Ərbil əyalətindəki aerodroma) raket zərbələri endirildi. İran “Şəhid Qasim Süleymani” adlandırdığı bu əməliyyat nəticəsində 50-yə yaxın amerikalı hərbçinin öldürüldüyünü iddia etsə də, amerikalılar 109 nəfərin müxtəlif dərəcəli kəllə-beyin travması aldığını bildirdi.

Bununla da Süleymaninin ölümünün meydana gətirdiyi proseslərin hərbi tərkibli hissəsinə xitam verildi. Nə ABŞ bu raket atəşlərinə cavab verdi, nə də Tehran əvvəlcə elan etdiyi kimi Dubay və Hayfanı vurdu. Necə deyərlər, müəyyən mənada hər şey dünya üçün yaxşı qurtardı, regionun digər ölkələrini ağuşuna ala biləcək irimiqyaslı münaqişə elə beşiyindəcə boğuldu.

Bu dəfə də 1:1

Tarixə digər ekskursumuz isə bu ilin aprelin 13-14-nü əhatə edir. Məhz bu 2 gün ərzində İran “Sadiq vəd” əməliyyatı çərçivəsində İsrail ərazisinə dron və raketlərlə zərbələr endirdi. Buna səbəb isə İslam Respublikasının Dəməşqdəki konsulluğna qarşı həyata keçirilən əməliyyat idi.

Aprelin 1-də yəhudi dövlətinin HHQ təyyarələrinin diplomatik binaya endirdiyi zərbələri nəticəsində 16 nəfər, o cümlədən briqada generalı Mohammed Reza Zahidi və İslam Keşikçiləri Korpusunun daha 7 yüksəkrütbəli zabiti həyatını itirdi. Və bu dəfə də hər şey, idman terminologiyası ilə fikrimizi ifadə etsək, heç-heçə - 1:1 bitdi. Və yenə də istər dünya, istərsə də region ciddi təhlükəni nisbətən yüngül adlatdı.

Cavab mütləq olacaq

2020 və 2024-cü illərdəki hadisələrə nəzər saldıqdan sonra isə “İran ümumiyyətlə cavab aksiyasına qadirdimi” sualına asanlıqla cavab verə bilərik: “Bəli, qadirdir”. Nəinki qadirdir – mütləq verəcək. Xüsusən də Tehrandan buna dair bəyanatlar səsləndirildikdən sonra.

Söhbət ancaq bu cavabın miqyasından və xarakterindən gedə bilər. İslam Respublikası yuxarıda qeyd etdiyimiz kimi bilavasitə öz qüvvələri ilə tədbir həyata keçirməyə qadirdir. Ancaq digər variant da mümkündür: söhbət “Hizbullah”ın işə qarışmasından gedir. Tehranda hansı seçim ediləcək – bunu yəqin ki, heç Tehranın özündə də qəti qərarlaşdırmayıblar. Məhz elə bu səbəbdən də hələlik cavab tədbirləri reallaşmayıb.

“Böyük müharibə” kimə lazımdır?

Burda bir nüansı da nəzərə almaq zəruridir. Konfrontasiya bu gün İranın və onun müttəfiqlərinin marağında deyil. Tehranda anlayırlar ki, İsrailə qarşı açılacaq cəbhəyə və uzunmüddətli hərbi əməliyyatlara gec-tez ABŞ və NATO-nun digər üzvləri müdaxilə etmək məcburiyyətində qalacaq. Bu isə dağıdıcı, hətta planeti sarsıda biləcək bir müharibənin təməlini qoya bilər və nəticədə İslam Respublikasının aqibəti heç də ürəkaçan olmayacaq.

Eyni zamanda belə ssenari İranın ən yaxın müttəfiqlərindən olan Rusiyanın da planlarına daban-dabana ziddir: Ukraynaya (faktiki olaraq NATO-ya) qarşı 2,5 ilə yaxın müddətdə aparılan müharibə, yarana biləcək yeni cəbhəyə Moskva üçün aktiv müdaxiləni faktiki olaraq mümkünsüz edəcək. Elə Rusiya Təhlükəsizlik Şurasının başçısı Sergey Şoyqunun da bu günlərdə İrana səfəri, böyük ehtimalla, məhz hadisələrin daha sərt məcraya keçməsinin qarşısının alınmasına yönəlmişdi.

Maraqlısı burasındadır ki, mümkün yeni münaqişə ocağı Qərbin də maraqlarına xidmət etmir. Səbəb isə yenə də Ukrayna cəbhəsidir ki, NATO ölkələri bütün resurslarını buraya - Rusiyanı məğlub etməyə yönəldib və ikinci cəbhə həm iqtisadiyyatlarına, həm də hərbi potensiallarına öldürücü zərbə ola bilər.

Münaqişənin lokal ölçüdən çıxaraq qlobal xarakter almasında yeganə maraqlı tərəf İsraildir. Bu da ki, anlaşılandır. Ötən ilin oktyabrın 7-dən başlanan HƏMAS-la qarşıdurmanın sonu hələ ki, görünmür. Baş nazir Netanyahu, demək olar ki, bütün etibar limitini doldurub və kürsüsü əməlli-başlı laxlamaqdadır. Genişmiqyaslı müharibə isə vəziyyəti sıfırlaya bilər.

Növbəti dəfəyə qədər

Siyasətdə proqnozlar böyük hesabla əvvəlcədən iflasa məhkumdur. Amma baş verənləri və hadisələrin axarını nəzərə alaraq söyləyə bilərik ki, dünya bu dəfə də Üçüncü Cahan savaşından yan keçəcək. Növbəti gərginliyə qədər. “Növbəti”nin nə zaman yetişəcəyin isə heç kim deyə bilməz...

Müəllif: Polad Xudayarlı - ayna.az
Ardını oxu...
Amerikalı qanunvericilər, Birləşmiş Ştatlar şirkətlərinin Çindəki aktivlərini və bizneslərini açıqlamasını, o cümlədən Çinin Tayvanı ələ keçirəcəyi təqdirdə çəkəcəkləri iqtisadi itkiləri hesablamağı tələb edən qanun layihəsi təklif ediblər. Bu şirkətlər ABŞ və Çin arasında ikitərəfli ticarətin 80%-dən çox azalması və ya ikili istifadə tətbiqləri ilə malların ticarətinin tamamilə dayandırılmasını nəzərdən keçirməlidirlər.
Vaşinqton Çinlə iqtisadi münasibətlərin bütün mümkün mənfi ssenarilərinə hazırlaşarkən, bu ölkənin qonşusu olan Monqolustanla sıx tərəfdaşlıq münasibətləri qurmağa çalışır. ABŞ dövlət katibi Entoni Blinkenin bugünlərdə Monqolustana səfəri bundan xəbər verir. Monqolustan Prezidenti Blinkenlə görüşdə Monqolustanın demokratiyaya və bazar iqtisadiyyatına keçiddə ölkəsinə dəstək verdiyinə görə ABŞ-a minnətdarlığını bildirib. Bu açıqlama Ulan-Batorun “üçüncü qonşu” siyasətinə uyğundur. Bu siyasətin mahiyyəti odur ki, Monqolustan iki qonşusu Rusiya və Çinlə sıx tərəfdaşlığına rəğmən, ABŞ, Avropa və Yaponiya ilə də əlaqələrini gücləndirməyə qərar verib. Bu Monqolustana bu ölkələrdən yatırımlar əldə etmək üçün vasitədir. Bununla Monqolustan Qərblə Şərq arasında balans yaratmış olur. Monqolustan zəngin mineral resurslara malikdir. ABŞ və Yaponiya bu resurslardan istifadə etmək istəyirlər.
Vaşinqtonla tərəfdaşlıq edən ölkələr ABŞ-da prezident seçkisindən sonra xarici siyasətinə dəyişməyəcəyinə ümid edirlər. Blinkenin Asiya ölkələrinə səfər proqramı məhz tərəfdaşları sakitləşdirmək məqsədi daşıyırdı. Yaponiyanın xarici işlər naziri Yoki Kamikava qeyri-dost ölkələrin beynəlxalq qaydaları lərzəyə saxlamağa çalışdığını bildirib. Tokionun ümidi onadır ki, Amerika Birləşmiş Ştatları prezident seçkisindən sonra da tərəfdaşlarının təhlükəsizliyinə diqqəti azaltmayacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
Bakıda artıq uzun illərdir ki, sürücülərin qorxu ilə baxdığı avtobus zolaqları fəaliyyət göstərir. Paytaxt sakinləri ilk dəfə “xüsusi zolaq”la 2015-ci keçirilən Avropa Oyunları zamanı qarşılaşmışdılar. O zaman sarı rəngdə olan və yolun sol hissəsində tətbiq edilən bu zolağa Avropa Oyunlarına cəlb olunun avtobuslar və xüsusi texnika buraxılırdı. Sonradan isə “xüsusi zolaq” ləğv edildi və avtobus zolaqları yaradıldı.

Əslində, Bakıda avtomobillərin sayı, hərəkətin intensivliyi və tıxaclar nəzərə alınsa, avtobus zolağı kifayət qədər doğru qərardır. Və yeri gəlmişkən, bunu Azərbaycanda icad etməyiblər. “Ayrılmış zolaq” adı altında fəaliyyət göstərən bu zolağın tarixi ötən əsrin 40-cı illərinə gedib çıxır. Özünə kifayət qədər yer edən bu “ayrılmış zolaq” avtobuslardan istifadə edən şəxslərin mənzil başına tez çatması və nəqliyyatın yükünün azaldılması üçün tətbiq edilir.

Maraqlıdır ki, bir çox ölkələrdə “ayrılmış zolaqlara” təkcə avtobuslar deyil, o cümlədən xüsusi texnika (polis, təcili yardım, yanğınsöndürən və s.), eləcə də taksilər daxil ola bilir. Bizdə isə zolaqdan yalnız avtobuslar, xüsusi texnika və... imtiyazı olan, cərimədən qorxmayan avtomobil sahibləri daxil olur. Taksinin isə zolağa daxil olması qəti qadağandır. Zolağa daxil olma əvvəl 40 manat cərimə edilirdisə, hazırda bu məbləğ artırılaraq 100 manata çatdırılıb. Bunun nəticəsidir ki, avtobus zolağına həsrətlə baxan taksilər daha böyük qayda pozuntusuna yol verərək, sərnişinləri elə yolun ortasındaca mindirir və düşürürlər.

Bəs, Azərbaycanda niyə taksilərin ayrılmış zolağa daxil olmasına icazə verilmir? Axı bu halda boş qalan avtobus zolağının yükü arta, digər zolaqların yükü isə azala bilər. Bu halda, tıxaclar da yüngülləşəcək. Sözsüz ki, taksilərin zolağa buraxılması dedikdə, özünü “taksi” adlandıran bütün avtomobillərin deyil, üzərində xüsusi nişanı və icazəsi olan nəqliyyat vasitəsi nəzərdə tutulur.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Pressklub.az-a açıqlamasında bildirib ki, yaxın gələcəkdə bu məsələ reallaşa bilər.

“Məsələnin reallaşması çox doğru olar. Biz də bunun tərəfdarıyıq. Sadəcə, bununla bağlı mexanizm yox idi. Çünki hərə avtomobilin üstünə bir “şahmat” nişanı atıb düşəcək küçələrə ki, mən taksi sürürəm, avtobus zolağına girəcəm. Bunu da ayırmaq mümkün deyildi”.

Ekspert deyib ki, indi AYNA informasiya sistemi üzərindən Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş məlumatlar əldə edildikdə məlum olur ki, hansı nəqliyyat vasitəsi taksidir, hansı deyil. Onlar sistemdə qeydiyyatdan keçəndən, hər şey rəsmiləşəndən sonra bu barədə düşünmək olar: “Məncə, Bakıda artıq əvvəlki kimi xaotik vəziyyət yoxdur. 60-70 min taksidən hazırda 30-35 mini qalıb. Onun da cəmi 12 mini rəsmi qeydiyyatdan keçib. Digərləri sadəcə sistemdə var. Başqa sənədlər, tələblər yerinə yetirilmədiyinə görə onları qanuni taksi saymaq olmaz. Ümumilikdə Bakıda təxminən 30 min civarında taksi qala bilər. Hesab edirəm ki, gələcəkdə avtobus zolağında onların hərəkətinə imkan yaratmaq olar”.

Bəs, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu barədə nə düşünür? Nə vaxtsa bu məsələnin reallaşması gözlənilirmi?

AYNA-dan Pressklub.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən avtobus zolaqlarında operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Amma taksilərin avtobus zolağına daxil olması üçün qanunvericiliyə dəyişiklik edilməsi hələlik müzakirə edilmir.

Beləliklə, AYNA hələ də bu məsələni gözardı etməyə davam edir. Yeganə ümid verən məqam ortada səslənən “hələlik” sözüdür. Deməli, ümid işığı közərir. Nə zamansa yana bilər. Amma “hələlik” elə hələlikdir. Biz də hələlik dözməli, gözləməliyik.

Dahi Uilyam Şekspirin sözləri ilə desək, çarəsizliyin yeganə dərmanı ümiddir...

Günay Elşən
 
Ardını oxu...
İnternet əsrində yaşamağımızın üstünlükləri çoxdur. Məsələn, hansısa yaramazın bəd əməllərini ifşa edəndə bu ləkə ömürlük onun alnında qalır.

Amma 15-20 il əvvəl belə deyildi. O vaxt yazılarımız qəzetlərdə dərc olunurdu. Mənim də yaltaq və alçaq adamlarla əvvəldən aram olmayıb. Hansısa yalançı və talançı məmuru tənqid edəndə belə deyirdi: “Pislik özünə qalacaq. Sabah sənin yazdığın qəzetə yumurta büküb mağazaya gələn hansısa uşağın qoltuğuna verib yola salacaqlar. Nə qəzet qalacaq, nə də sənin yazdıqların...”

İndi yazdıqlarımızı kiminsə “qoltuğuna vermək” mümkün deyil. Hansısa bədəməli tənqid edəndə bu, onun yeddi qatından keçir. Aradan həftələr, aylar, illər keçir, amma həmin ləkəni alından silmək olmur. İnternet resursları həmin bədəməlin bəd əməlini nəsildən-nəsilə ötürür. dirnaq modelleri

Boş vaxtlarım olanda keçmişə ekskursiya edirəm. Səfər Əbiyev Müdafiə naziri, Hacıbala Abutalıbov Bakı şəhər icra hakimiyyətinin başçısı, Elmar Vəliyev Gəncənin başçısı, Misir Mərdanov təhsil, Oqtay Şirəliyev səhiyyə naziri olanda yazdığım yazılar indi də qalır. Əgər kimsə internetdə Cahangir Əsgərovun adını yazsa, qarşısına mənim məqaləm çıxacaq: “Cahangir Əsgərov lotudur?!”

İnternetin sayəsində gələcək nəsillər biləcək ki, Cahangir Əsgərov ortadan bir az yuxarı ranqlı məmur olsa da, uzun illər özünü sözün həqiqi mənasında lotu kimi aparıb. Gələcək nəsillər onu da biləcək ki, Hacıbala Abutalıbov Bakının, Misir Mərdanov təhsilin, Oqtay Şirəliyev səhiyyənin anasını ağladıb. Bu adamlar dolayısı ilə bizim, yəni xalqın anasını ağladıblar...

Azərbaycanda atasının yüksək məqamından istifadə edib yolunu azan, sadə insanların ayağının altını qazan xeyli bivec övlad var. Biri dədəsini çərlədib öldürdü, biri atasının vəzifədən getməsinə səbəb oldu, başqa biri isə öz yaramaz əməlləri ilə atasının çiynindəki general ulduzlarını qoparıp ayaqlar altına atdı.

Yəqin söhbətin hansı məşhur generalın “avtoş” oğlundan getdiyini xatırladınız. Sözümü bu adamların qılıncının dalının da, qabağının da kəsdiyi vaxt dediyim üçün təfərrüatlara varmaq istəmirəm. Vəzirov nahaq demirdi ki, Azərbaycan ovuc boyda yerdir. Burada kimin hansı hansı yuvanın quşu olduğunu hamı yaxşı bilir.

Dünəndən bəri sosial şəbəkələr mərhum general Polad Həşimovun oğlu Davud Həşimovun uğurları ilə çalxalanır.

Bildiyiniz kimi, Davud 4 xarici ölkədə yerləşən 7 nüfuzlu universitetə qəbul alıb. O, kompüter mühəndisliyi üzrə təhsil alacaq. Deyir ki, bu, atasının arzusu olub.

Azərbaycanda general övladları daha çox ərköyün həyat tərzi ilə gündəmə gəlirlər. Sanki “avtoşluq” yüksək rütbəli zabitlərin uşaqlarının alnına yazılıb. Amma Davud “avtoş” olmadı, Azərbaycanın fəxri oldu. Çünki o, Polad Həşimovun oğludur. General ulduzlarını isti kabinetlərdə deyil, səngərdə alan mübariz bir generalın övladıdır.

Ot kökü üstdə bitir.

Oğullar atalarının yolu ilə gedir.

Yolun açıq olsun Davud!

Seymur VERDİZADƏ - YeniSabah.Az
 
Ardını oxu...
İnsanların əksəriyyəti düşünür ki, elektriklə çalışan avtomobillər 21-ci əsrin “möcüzəsidir”, amma elə deyil: dünyada ilk avtomobil də elektriklə çalışıb, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində avtomobillər daha çox elektriklə işləyirdilər. Məsələn, 1910-cu ildə ABŞ-da avtomobillərin 40%-dən çoxu “elektokar” olub.
Neft emalı genişləndikcə daxili yanma mühərriki (DYM) ilə çalışan avtomobillər artıb. 1970-ci illərdə dünyada neft böhranı baş verəndə (neft istehsal edən ölkələr ABŞ və bəzi Qərb ölkələrinə İsrail məsələsinə görə embarqo qoymuşdu), neftin qiyməti kəskin bahalaşanda yenidən “elektrokar” mövzusu gündəmə gəldi və istehsalı artdı. Amma neft qiymətləri aşağı düşən kimi bu sahə yenidən yaddan çıxdı.
Son 15-20 ildə yenidən populyarlaşan “elektrokar” mövzusu öz “renesansını” baha neftə borcludur. İqlim dəyişikliyi mifini yaymaqla isə bu məsələyə “duz, istiot” qatdılar. Yəni, neft 80 dollar və daha baha olmalıdır ki, “eloktrokar” mövzusu populyar olsun, çünki sırf ekoloji məsələyə görə elektriklə çalışan avtomobillərin istehsalı və zamanı bitmiş akkumulyatorların utilizasiyası daha ziyanlıdır.
Avtomobillər üçün batareyanın komponentlərə litium filizi, nikel, kobalt, qrafit, manqan, alüminium, qalay, tantal, vanadium, maqnezium və bir neçə nadir minerallar lazımdır.
Məsələn, bir Tesla avtobolində 5375 dən 7104-ə qədər elektrik batareyası hüceyrələri var. Onların istehsalı üçün (1 avtomobil üçün) 600 m2 yer səthi qazılaraq 11 adda faydalı qazıntılar çıxarılmalıdır – bir daha, bu cəmi 1 “elektrokar” üçün hesablanmış normadır. İndi özünüz təsəvvür edin, cəmi 1 maşın üçün 600 m2 yer səthi qazılmalıdırsa, milyonlarla avtomobil üçün bu nə deməkdir, ekoloji fəsadları nə qədər ola bilər. Hələ mən o çıxarılan metal və mineralların emalı, onların istehsala yaralı hala gətirilməsi üçün nə qədər enerji və su sərfini demirəm – 1 “elektrokar” üçün lazım olan batareyanın istehsalda istifadə olunan mineralları emal etmək üçün 1500 litrdən çox suya ehtiyac var. Hə, onu da deyim ki, 2030-cu ilə qədər bu metal və mineralların çıxarılması 2018-ci illə müqaisədə 40 dəfə (!!!) artmalıdır ki, ehtiyaclar ödənilsin.
Dünyada ciddi ekoloji böhran siqnalları var, insan övladı təbiəti vəhşicəsinə istismar edir, su hövzələrini çirkləndirir, meşələri qırır və s., amma bunun iqlim dəyişikliyi mifi ilə birbaşa əlaqəsi yoxdur, bu mif dünya üzrə sırf biznes layihədir və bir çox hallarda bu mifə görə təbiətə, ekologiyaya daha çox ziyan vururlar.
Ona görə də, dünyada mif və reallıqları bir-birindən ayıra biləcək yeni siyasi “viziona” ehtiyac var, neft maqnatları öz maraqlarını, “yaşıl iqtisadiyyatda” istifadə edilən təbii resurslar maqnatları isə öz maraqlarını diktə etdikcə, dünyada problemlərin normal həlli üçün elmi ortam yaranmayacaq. Belə bir ortamın yaranması üçün isə Dünyada ağıllı, vicdanlı siyasətçilərə, elmi yanaşmaya, ciddi diskursa, başqa fikirdə olanların linç olunmamasına acil ehtiyac var. Belə...
Natig Jafarli
TEREF
 
Ardını oxu...
ABŞ “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb. Maraqlıdır ki, bir dönəm Gürcüstan ABŞ-a yaxınlaşma siyasəti həyata keçirirdi. Rusiya isə bunu əngəlləməyə çalışırdı. İndi isə artıq Tbilisi ilə Vaşinqtonun münasibətlərinin pozulduğu görünür.

Ekspertlər hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin axır ki, istəyinə nail oldu və Gürcüstanla ABŞ arasında soyuqluq yaratdı.

Bu iddia nə qədər doğrudur? Putin Gürcüstanla bağlı hədəfinə nail oldu?

Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakimiyyətdən dinc yolla ABŞ-ın istəyi ilə getmişdi:

“Bugünkü Gürcüstan iqtidarı da məhz ABŞ dəstəkləyirdi. Əslində bugünkü iqtidar ABŞ ilə praqmatik siyasət aparırdı. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə vəziyyət 180 dərəcə dəyişdi. ABŞ-ın Gürcüstana xəbərdarlıqları və İvanişvilinin pullarının dondurması prosesi başladı.

Bütün bunlara cavab olaraq Gürcüstan hakimiyyəti və İvanaşvili Qərbə qarşı savaş başlatdı. “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə proses pik həddə çatdı.

“Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinin təbii ki, nəticələri olacaq. Bunu indidən demək çətindir, amma proses özünü daha şiddətli formada sentyabr-oktyabr ayında büruzə verəcək.

Belə ki, həmin vaxt Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu isə faktiki olaraq Qərb-Rusiya gərginliyinin ölüm-dirim mübarizəsinə keçəcəyi anlamına gəlir. Bu seçkilərin nəticəsi kimin qalib gələcəyini, Gürcüstanın kimi seçəcəyini göstərəcək.

İndiki məqamda Gürcüstan hakimiyyətinin Rusiyaya yaxınlaşması da onlara sərf etmir. Çünki Gürcüstanın üzləşdiyi bir çox problemin səbəbi məhz Rusiyadır. Bu mənada Gürcüstanı çox çətin bir proses gözləyir”.

Turan Rzayev
 

Ardını oxu...
Dostluğumuzun 26 illik tarixi var. Son vaxtlar az-az görüşsək də, virtual əlaqələrimiz davam edir. Dünən yenə "WhatsApp"dan mesaj yazdım: "Qardaş, nə vaxt çay içək?"

Dərhal cavab verdi: "Ürəyin nə vaxt istəyir".

Müxbirlərimizin başı qarışıq idi. Amma "dəmiri" isti-isti döymək istədim: "Gənclər, Bakıda harada yaxşı çay verirlər?". dirnaq modelleri

Nazim suala sualla cavab verdi: "Müəllim, açıq havada olsun?"

- Əlbəttə.

Nazim azca düşünüb öz təklifini verdi: "Əgər iş yerimizə yaxın çayxana istəyirsinizsə, "Şəki" restoranının yanına gedin. Orada parkın içində iki çayxana var. Pis deyil. Bəyənəcəksiniz".

Ünvanı dəqiqləşdirməyə macal tapmamış izahat verdi: "Amma sadə çay vermirlər. Yanında mütləq mürəbbə də götürməlisiniz. Bir çaynik çayı mürəbbə ilə 25 manata verirlər".

Qeyri-ixtiyari dilləndim: "Ay daa... 25 manata çay olar?!"

Söhbətə digər əməkdaşımız qoşuldu. Əsmətxanımın səsindəki incikliyi sezməmək mümkün deyildi: "Niyə olmur? Hələ onlar insaflıdır. Elə yerlər var ki, çay dəsgahını 60-70 manata verirlər".

Bəhanə həmişə var: "Artıq çəkidən əziyyət çəkdiyim üçün şirniyyatdan imtina etmişəm. Sadə çay içəcəyik".

Bu dəfə Aytac reaksiya verdi: "Bakıda sadə çay vermirlər".

Birdən "çıxış yolu" tapdım: "Nə vacibdir Nərimanovda oturaq. Gedib Neftçilərdə içərik".

Əsmətxanım qınayıcı nəzərlərlə məni süzdü: "Elə bilirsiniz, Neftçilər ucuzdur? Üç gün əvvəl orada şam edirdik. 54 manat yemək, 25 manat çay üçün hesab gəldi. Yemək yediyimiz üçün çayı ucuz verdilər".

Növbəti mövzu öz ayağı ilə gəlmişdi. Amma bəzi dəqiqləşdirmələrə ehtiyac vardı: "Gənclər, düz deyirsiniz, bir çaynik çaya görə Neftçilərə getməyə dəyməz. Dostum çox hörmətli jurnalistdir. Ona İçərişəhərdə çay qonaqlığı vermək istəyirəm. Oradakı qiymətlərdən xəbəriniz var?"

Göz dəyməsin, bizim müxbirlərin yerin altından da, üstündən də xəbərləri var. Dərhal İçərişəhərdəki qiymətlərdən danışdılar: "Filarmoniya bağı gündüzlər isti olur, amma çayları dadlıdır. Çay dəsgahının qiyməti 55 manatdır. Əliağa Vahidin heykəlinin yanındakı kafe də məsləhətli yerdir. Orada isə çay dəsgahı 70 manatdır".

Bu, sonuncu sualım idi: "Teleqüllədəki qiymətlərdən xəbəriniz var?"

Əsmətxanım zarafatından qalmadı: "Oradakı qiymətləri ancaq Elnur Məmmədli bilər. O da bu gün işə gəlməyib".

Məlum oldu ki, redaksiyada heç kim teleqüllədə çay içməyib. Ancaq oradakı qiyməti də öyrənə bildik. Əsmətxanım internetdə cəmi bir dəqiqə axtarış aparandan sonra "müjdə"ni verdi: "Teleqüllədə 3 nəfərlik çay dəsgahının qiyməti 90 manatdır".

2015-ci ildə "Hansı nazir mənimlə çay içər?.." adlı məqalə yazmışdım. Bunu deyəndə əməkdaşlarımız yenə bir ağızdan dilləndilər: "Yəqin o vaxt imkanınız yaxşı olub..."

Səmimi cavab verdim: "Yox, o vaxt çay ucuz idi".

Biz mehriban kollektivik. Müxbirlər baş redaktorla zarafat edə bilirlər. Bu dəfə də elə oldu: "Müəllim, bir də elə şey yazmayın".

Dedim ki, bu dəfə başqa şey yazacağam.

Gözlədiyim sualı verdilər:

- Nə yazacaqsınız?

- Yazacağam ki, hansı nazir mənə çay alar?

Gülüş, qəhqəhə səsləri redaksiyanı bürüdü.

Həmin vaxt ağlımdan bu fikir keçdi: Bakıda çay içmək üçün gərək nazir olasan...

Seymur VERDİZADƏ - YeniSabah.Az
 

Dünyapress TV

Xəbər lenti