Ardını oxu...
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qalib gəldikdən sonra ilk dəfə mətbuat konfransı keçirib. Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra başlayacaq prezidentliyi ilə bağlı planlarını bölüşüb.

Diqqətçəkən məqam Ukraynanın Rusiyaya ərazi güzəştə gedib-getməməli olması ilə bağlı suala verdiyi cavabdır. Tramp yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlayıb. Bununla belə o, “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” deyib.

Rusiya-Ukrayna müharibəsi kifayət qədər uzanır və yorucu hal almağa başlayıb. Xüsusilə Aİ daxilində müharibənin gələcəyinə dair ciddi fikir ayrılıqları var. Lakin populyar yanaşma Trampın müharibəni sonlandırması, ya da bu istiqamətdə nə isə etməsidir. Bununla belə, onun hələlik konkret nə edəcəyi bəlli deyil. İstisna deyil ki, Tramp ilk vaxtlar təmkinli olacaq.

ABŞ və Qərbin Rusiya ilə dialoqu kəsməsi yanlış qərar idi. Bu həm Rusiyanın əl-qolunu açdı, həm də daha da aqressiv etdi. Trampın bu yanlışı düzəldib dialoqa başlaması ümidi artıra bilər. Bununla belə Rusiya-Ukrayna müharibəsi həlli çox çətin bir münaqişə halına gəlib. Tərəfləri uzlaşdırmaq çox çətindir.

Rusiya faktiki olaraq Ukrayna torpaqlarının 20 faizindən çoxunu işğal edib. Bu ərazilərin bəzilərini qaytara bilər, lakin Krımın qaytarılması istisnadır. Bundan başqa Moskvanın başqa tələbləri də var. Donbas, Luqanska yüksək muxtariyyətin verilməsi, hətta ilhaqı da gündəmdədir. Yəni Kremlin tələbi ərazi güzəşti hesabına sülhdür.

Ukrayna isə çətin ki, bunu qəbul etsin. Təbii ki, Vaşinqton Kiyevi dəstəyi kəsməklə hədələsə, bu, Ukraynanın fikrini müəyyən mənada dəyişə bilər, lakin Vaşinqtonun bu variantla razı olması sual altındadır. Hərçənd Trampın “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” sözləri də ərazi güzəşti variantının ağlında olduğu düşüncəsi yaradır.

ABŞ Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına sülhə nail ola bilər. Amma bu həm Vaşinqton, həm də beynəlxalq münasibətlər üçün ciddi fəsadlar yaradar:

Birincisi, ABŞ illərdir Ukraynaya dəstək olur. Milyonlarla dollar vəsait, hərbi texnika sərf edilib. Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh hər şeydən öncə yardımların boşa getməsi deməkdir.

İkincisi, ABŞ Ukrayna müharibəsi ilə Rusiyanı zəiflətmək, prestijinə zərər vurmaq istəyirdi. Bunu böyük ölçüdə bacardı. Amma bu variantda sülh Kreml üçün qələbə deməkdir və qısa zamanda prestijinin bərpası mənasına gəlir. Digər tərəfdən, Rusiya bunu ABŞ və Qərb üzərində qələbə kimi təqdim edə bilər. Kremlin gələcəkdə digər qonşu ölkələrə qarşı işğalçı fəaliyyətə başlama riski də var.

Üçüncüsü, Ukraynanın Rusiyaya ərazi güzəştə getməsi hesabına əldə ediləcək sülh beynəlxalq münasibətlər sisteminə zərbə vura bilər. Faktiki olaraq bir ölkə işğal yolu ilə digərinin ərazilərini ilhaq etmiş və bunu rəsmi şəkildə tanıtmış olur. Çinin eyni şəkildə Tayvanı, Serbiyanın Kosovanı, İsrailin Fələstini, hətta Azərbaycanın tarixi nöqteyi-nəzərdən Zəngəzuru ilhaq etməyə əsası formalaşar.

Yekunda onu deyək ki, Tramp üçün Ukrayna düyününü açmaq “Qordi düyünü”nü açmaqdan çətin olacaq!

Turan Rzayev
Globalinfo.az
Ardını oxu...
Biz hara, Avstraliya hara? Nə aldıq, nə satdıq ki, birdən-birə 27 dəfə ticarət dövriyyəmiz artdı?
Öncə gəlin indicə paylaşılan xəbəri oxuyaq:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliya arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 36 milyon 99 min ABŞ dolları təşkil edib.
Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 997 milyon 887 min ABŞ dolları (27,1 dəfə) çoxdur.
Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,63%-i həcmində olub.
10 ayda Azərbaycan Avstraliyaya 114 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 99,6% azdır.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Avstraliyadan məhsul idxalını illik müqayisədə 115,1 dəfə artıraraq, 1 milyard 35 milyon 985 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Avstraliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 6,23%-ni təşkil edib.
İndi isə gəlin görək bu möcüzəli artım nəylə bağlıdır?
Yazım xəbəriniz olsun:
- Azərbaycan və Avstraliya arasında ticarət dövriyyəsinin 27,1 dəfə artmasının əsas səbəbi Azərbaycana böyük həcmdə qızılın idxalıdır. Bu ilin ilk 9 ayında Avstraliyadan Azərbaycana təxminən 12 ton, yəni 906,1 milyon dollar dəyərində qızıl gətirilib. Bu, Avstraliyadan idxalın kəskin artmasına səbəb olub və ticarət dövriyyəsində əsas yeri tutub. Qızıl idxalı Dövlət Neft Fondunun qızıl ehtiyatlarını artırması ilə əlaqəlidir​.
Anlata bildimmi?
Yəni bizdə bəzən belə xəbər başlıqları olur "Azərbaycanda avtomobil istehsalı 45 dəfə artıb". Yəni keçən ilin eyni dövründə ölkədə 1 avtomobil istehsal edilirdi, bu il 45 avtomobil istehsal edilib. Nəticədə avtomobil istehsalı 45 dəfə artıb.
Amma xüsusi olaraq qeyd etməliyəm ki, Azərbaycanın qızıl idxal etməsi, strateji ehtiyatlaarını artırması təmamilə doğru qərardır!
Razi Abasbəyli
TEREF
Ardını oxu...
Almaniyanın Xarici işlər naziri Annalena Baerbok Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd rejiminin əlaltılarına ciddi xəbərdarlıq edib. Baerbok rejimə dəstək verənlərin Almaniyaya sığınmağa cəhd etməməsi üçün açıq mesaj göndərərək bildirib ki, burada onları “qanunun tam qüvvəsi” gözləyir.
Yaşıllar Partiyasının nümayəndəsi olan Baerbok qəzetə verdiyi açıqlamada vurğulayıb: “İndi Almaniyaya qaçmağı düşünməli olan Əsədin işgəncəçilərinə yalnız açıq şəkildə deyə bilərəm: Biz rejimin bütün əlaltılarını dəhşətli cinayətlərinə görə qanun çərçivəsində cavab verəcəyik”.
Federal Daxili İşlər Naziri Nancy Faeser də bu mövzuya reaksiya verərək sərhəd nəzarətinin artırıldığını və təhlükəsizlik orqanlarının bu məsələdə son dərəcə ayıq olduğunu bildirib. Faeser deyib: “Əsədin terrorçu rejiminin əlaltıları Almaniyaya qaçmağa cəhd edərlərsə, o zaman bilməlidirlər ki, çətin ki, heç bir dövlət onların cinayətlərini Almaniya qədər sərt şəkildə mühakimə etmir. Bu, insanları bu cəhddən çəkindirməlidir”.
Faeser, 2022-ci ildə Koblenz Ali Regional Məhkəməsi tərəfindən verilmiş mühüm qərarı da xatırladıb. Həmin hökm Suriyada dövlət işgəncələrində iştirak edən keçmiş Suriya kəşfiyyatçısını insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum etmişdi. Bu qərar dünya miqyasında analoji işlər üçün presedent hesab olunur.
Almaniya, Suriyada Əsəd rejiminin törətdiyi cinayətlərə qarşı qlobal mübarizənin önündə yer alır və hərbi cinayətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquqi mexanizmləri aktiv şəkildə tətbiq edir. Baerbok və Faeser tərəfindən edilən bu son açıqlamalar isə Almaniyanın bu siyasətə sadiqliyini bir daha vurğulayır.
Sarvan Səmədoğlu
TEREF
 
Ardını oxu...
“Ermənistanın ənənəvi təhrikçiləri bu ölkəni silahlandırmaqla bölgədə yeni münaqişə ocağının yaradılmasına cəhd göstərə bilərlər”.

Bunu dəyişkən geosiyasi proseslər fonunda Cənubi Qafqazı qarışdırmaq üçün xarici qüvvələrin Ermənistandan istifadəsi ehtimalından danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin son hakimiyyət bağlarının da qırılmasını Rusiyanın məğlubiyyəti kimi dəyərləndirmək mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda çox bəsit yanaşmadır:

“Doğrudur, Bəşər Əsəd Moskavaya qaçıb. Daha doğrusu, Rusiya ona və ailəsinə sığınacaq verib. Amma bu o demək deyil ki, Bəşər Əsəd hakimiyyətdə olduğu zaman kəsiyində yalnız Rusiyanın bölgədəki maraqlarından çıxış edib. Zənnimcə, Dəməşqdə hakimiyyət dəyişikliyi daha çox İranın məğlubiyyəti kimi dəyərləndirilə bilər. Rusiyanın hərbi bazası, məlum olduğu kimi, Suriya ərazisindədir və rus hərbçiləri ilə hakimiyyəti ələ alan qüvvələr arasında indiyədək hər hansı bir qarşıdurma baş verməyib.

Bazaların Suriya ərazisindən çıxarılacağı ilə bağlı hələlik hər hansı bir qərar yoxdur. Əksinə, Rusiyanın hərbi bazalarının Suriyada qalacağı ilə bağlı razılaşmanın olduğu barədə məlumatlar hazırda üstünlük təşkil edir. Bəşər Əsədin və ailəsinin Moskvada olması isə bir çox aspektlərdən Rusiyanın əlini gücləndirir. Detallarına varmayacağam, amma bütün hallarda nə zamansa Rusiyanın bu amildən yararlana biləcəyi ehtimalını da istisna etmirəm.

Suriyada baş verənlərin Qərbin qələbəsi kimi qələmə verilməsi də tamamilə yanlışdır. Suriyadan sadəcə Bəşər Əsəd gedib, amma çoxsaylı hərbi qruplaşmalar qalmaqdadır və hələlik Suriyada ölkənin bütün ərazilərinə nəzarət edən hər hansı bir hakimiyyət yoxdur. Suriyada, dünyanın istənilən ölkəsində olduğu kimi, yalnız seçkilər nəticəsində legitim hakimiyyət formalaşa bilər. Bu baxımdan, zənnimcə, legitim hakimiyyətin formalaşması prosesinin başa çatmasından sonra kimin qalib gəldiyi daha aydın görünəcək.

Suriyada baş verənlər, müvəqqəti də olsa, bu ərazidə geosiyasi qarşıdurma elementlərini arxa plana keçirib. Bunun müəyyən razılaşmalar əsasında baş verdiyini ehtimal edənlərin də sayı az deyil. Hazırda Rusiyanın diqqəti daha çox Şərqi Avropaya və qismən də Cənubi Qafqaza yönəlib.

Doğrudur, Ermənistanın ənənəvi təhrikçiləri bu ölkəni silahlandırmaqla bölgədə yeni münaqişə ocağının yaradılmasına cəhd göstərə bilərlər. Bunun müəyyən elementləri də nəzərə çarpmaqdadır. Amma Ermənistana ən azı 2-3 il vaxt lazımdır. İndiki şəraitdə Ermənistanın yeni müharibəyə cəhd göstərməsi bu ölkənin xəritədən silinməsi ilə nəticələnə bilər. Bu baxımdan, rəsmi İrəvanın daha çox prosesləri mümkün qədər müşahidə etməyə çalışdığını, riskli addımlar ata bilməyəcəyini düşünürəm”.
 
Ardını oxu...
Vadim Denisenko: “Rusiya Prezidenti hələlik danışıqlar masasına əyləşməyəcək”

Dekabrın 13-də Rusiya Ukraynaya kütləvi raket hücumu edib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, düşmən hücumda doxsan üç raket və iki yüz PUA-dan istifadə edib. Raketlərdən bəziləri Şimali Koreyaya məxsus olub. Zelenski bildirib ki, bu, Putinin "sülh planı”dır - hər şeyi məhv etmək: “O, milyonlarla insanı qorxutmaqla "danışıqlar" istəyir. O, raketlərin istehsalı üçün lazımi komponentlərin alınması və uçuş məsafəsi ilə məhdudlaşmır. Neft Putini dirçəldir. Cəzasızlığa inanmaq üçün kifayət qədər pul lazımdır. Böyük bir zərbə - böyük bir reaksiya ilə Kremli dayandırmaq olar”.

Ukraynalı politoloq Vadim Denisenko isə yazdığı analitik məqaləsində qeyd edib ki, Ukraynaya irimiqyaslı hücum Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Çinə səfərindən sonra baş verib: “Tammiqyaslı müharibə zamanı ikinci dəfə idi ki, o, Pekinə dəvət olunurdu. Sonuncu dəfə 2022-ci ilin dekabrında onlar nüvə zərbəsinin yolverilməzliyi barədə danışıblar. İndi görünür, Çin Rusiya Federasiyasının münaqişəni dayandırmaq, daha doğrusu, dondurmaq və Çinlə bağlı öz baxışını ictimai deyil, real istəklərinin konturlarını anlamağa çalışırdı. Çin münaqişəyə son qoymaq istəyini nümayiş etdirdi, lakin bu, şübhəsiz ki, hazırda prioritet deyil”.

“Medvedevin Çinə səfər iki “razılaşma” ilə başa çatdı. Birincisi, görünür, Vladimir Putin Si Cinpinə onsuz da etmək niyyətində olmayan bir şey vəd edib: nüvə silahından istifadə etməyəcək. Ancaq "Oreşnik"dən istifadə seçimini özü üçün saxlayır. İkincisi, Putin hələlik danışıqlar masasına əyləşməyəcək. Bu isə Çinə çox yarayır. Çünki Pekin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Putinə təzyiq təklifi ilə Siyə yaxınlaşmasını gözləyir. Məhz buna görə də Putin hərəkətlərini intensivləşdirməyə çalışacaq: şiddətli hücumlar və energetika sektorunu atəşə tutmaq. Üstəlik, lazım gələrsə, yenə “Oreşnik”dən istifadə edə bilər”, - analitik qeyd edib.

Onun sözlərinə görə, əslində yaxın gələcəkdə Çinin “danışıqlar oyununa” daha əsaslı şəkildə müdaxilə etməyə çalışacağı istisna deyil: “Hadisələrin inkişafı üçün artıq mümkün ssenarilər var. Amma təəssüf ki, hətta ekspert səviyyəsində belə, demək olar ki, heç kim bu barədə düşünmək istəmir”.

Müəllif: Turan Abdulla
ayna.az
 
Ardını oxu...
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdan ona verilən evi tələb edən qazi cərimə edilib. Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü Beyləqan rayon sakini Adəm Məmmədxanlıya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.

Belə ki, Beyləqan İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayev müharibə iştirakçısı olan Adəm Məmmədxanlını Beyləqan şəhərində müvəqqəti yaşamaq üçün yataqxanada evlə təmin edib. 2023-cü ilin yanvar ayında Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev həmin mənzilin açarını qaziyə müvəqqəti yaşamaq üçün təqdim edib. Adəm Məmmədxanlı kredit götürərək həmin yataqxananı təmir etdirib və anası ilə sözügedən mənzildə yaşayıb.

Müharibədə aldığı travmalara görə müalicə almaq üçün Adəm Məmmədxanlı bir müddət Bakıda yaşamalı olub. Bir neçə gün əvvəl Bakıdan Beyləqandakı mənzilə gedib. Amma mənzilin başqa bir müharibə iştirakçısına verildiyini görüb.

Baş verən hadisə ilə bağlı Adəm Məmmədxanlı 11 dekabr tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna gedib və problem barədə məlumat verib. Bu zaman icra başçısı ilə aralarında mübahisə yaranıb və əsəbi vəziyyətdə başçının qəbul otağından çıxaraq, səs-küy salıb.

Adəm Məmmədxanlı barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

Adəm Məmmədxanlı məhkəmədə bildirib ki, icra başçısından dövlət tərəfindən ona veriləcək məzillə təmin olunana qədər sözügedən yataqxanadakı mənzilin verilməsini tələb edib. Həmçinin iddia edib ki, şəhərin bələdiyyə sədri Novruz Quliyev onun Bakıda müalicədə olmasından istifadə edərək yaşadığı evi başqa bir adama verib.

Məhkəmənin qərarı ilə Adəm Məmmədxanlı 100 manat məbləğində inzibati qaydada cərimə edilib.

Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən yataqxanadakı mənzili Adəm Məmmədxanlıya vermək üçün iş aparılır:

“Həmin yer yataqxanadır. Orada 12 kvadratlıq otaq Adəm Məmmədxanlıya anası ilə yaşamaq üçün verilmişdi. Bakıda olduğundan həmin mənzil başqa bir müharibə iştirakçısı tərəfindən zəbt edilib. Hazırda qazinin evlə təmin olunması üçün müvafiq qurumlarla iş aparılır”.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun köməkçilərindən biri olan Hikmət Əsgərli isə onda bu barədə məlumat olmadığını deyib.
 
Ardını oxu...
"MİT Başkanı İbrahim Kalının Dəməşqə səfəri əhəmiyyətlidir. Bu, Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir. Aydındır ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib. Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir".
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var:
Bakupost.az
"Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu, Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken sabah Ankaraya gedəcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər.
Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər".
Ardını oxu...
Azərbaycan Demokrat Firqəsinin Təbrizdə Azərbaycan Milli Hökumətini qurmasından 79 il keçir. Seyyid Cəfər Pişəvəri hicri 1324-cü ilinin 21 Azər günündə (12 dekabr 1945) qurulan hökumətin lideri idi.

Azər ayının 21-i İran Azərbaycanının müxtəlif şəhərlərində milli hökumətin quruluş ildönümü kimi qeyd edilərkən, İran mediası və rəsmi Tehran tərəfindən “Azərbaycanın separatçı qüvvələrdən xilas edildiyi gün” kimi təqdim edilir. İranın təhlükəsizlik orqanları keçən illərdə milli hökumətin ildönümünü qeyd edən çox sayda vətəndaş və siyasi fəalı həbs ediblər.

Türk dil haqları müdafiəçiləri 21 Azər gününü həmçinin “türk dilinin rəsmiləşdiyi” gün kimi qeyd edib və İran Azərbaycanının müxtəlif şəhərlərində ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil edirlər.

Bu il də son bir neçə gündə İran Azərbaycanının müxtəlif bölgələri, o cümlədən mərhum Pişəvərinin doğma şəhəri Xalxalda milli hökumətin ildönümü münasibətilə posterlər asılıb və divarlara şüarlar yazılıb.

Bu günlərdə Tehran mediası da Azərbaycan Milli Hökuməti və onun lideri Seyyid Cəfər Pişəvəri haqqında məzmunlar yayır. Yarı-rəsmi Tasnim agentliyi dünən dekabrın 10-da Pişəvərinin siyasi həyatı barəsində 8 dəqiqəlik bir video dərc edib. Videoda Pişəvəri “xain”, “bölücü” və “Sovyetlərin adamı” kimi ifadələr ilə təqdim edilib.
Azərbaycan Milli Hökuməti 1946-cı ilin dekabrında İran ordusunun paytaxt Təbriz və digər şəhərlərə hücumu ilə devrildi. Hökumət devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırıldı. Milli fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq, bu hadisənin ildönümünü qeyd edirlər.

Tanınmış cərrah Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətində milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını dilə gətirib.

“Dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olan heç kəsi heç zaman bağışlamaram,” həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib.
Həmin illərdə İran Azərbaycanına səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas “Qəribə torpaqlar və mehriban xalq” adlı kitabında İran ordusunun Azərbaycana hücumunu belə təsvir edib:

“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalım bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı.”

Keçən aylarda İranda bəzi siyasətçilər və media məsnubları İran prezidenti Məsud Pezeşkianın türk fəallarla görüşməsi, eləcə də bəzi sözlərini önə çəkərək onu pan-türkist qruplara yaxın olmaqda tənqid edib və fəaliyyətləri ilə Seyid Cəfər Pişəvərini xatırlatdığını iddia ediblər.
 
 
 
Ardını oxu...
1938 də Atatürk atrıq ağıq xəstə idi, amma həkimlərin qadağasına baxmayaraq son yurd içi səfərini may ayında Hatayla sərhəd bölgələrə, məhz Hatay məsələsini çözmək üçün etmişdi. Həyatdan köçdü, amma məhz onun siyasəti nəticəsində bu səfərdən cəmi 1 il sonra Hatay Türkiyə Cümhuriyyəti torpağı oldu.
Hatay Suriya ərazisi kimi qalsaydı, bu gün o torpaqlarda da qan-qada, dağıntılar, ölüm-itim olardı.
Hatay camaatı böyük Atatürkün məzarını ziyarət edib, ruhunu minnətdarlıq ilə bir daha anmaları yerinə düşərdi. Allah rəhmət eləsin! Tarixdə Şəxsiyyətlərin rolu həmişə olub, bu gün də var...
Atatürk, sitat: “40 Asırlık Türk Yurdu Düşman Elinde Esir Kalamaz. Hatay benim şahsi meselemdir”.
Natig Cəfərli
TEREF
Ardını oxu...
Suriyada son olaylar fonunda yeni bayrağın hər yerdə dalğalanması diqqətimi çəkdi. Belə çıxır ki, Bəşəd Əsəd rejiminin nəzarət etdiyi ərazilərdəki evlərdə müxalifətin yeni bayrağı var imiş, rejim dəyişən kimi ortaya çıxdılar. Ən qəribəsi müxtəlif ölkələrdə Əsəd rejiminə bağlı səfirliklərin dəyişikliyin elə ilk saatlarında binalarında yeni bayraqları dalğalandırmaları idi. Deməli Əsədin təyin etdiyi səfirlərin tamamı dəyişikliyə hazır imişlər və hər ehtimala qarşı alternativ bayrağı dolablarının bir güncündə saxlayırmışlar.
Elxan Şahinoğlu
TEREF

Dünyapress TV

Xəbər lenti