Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistanda referendum keçirməlidir. Paşinyan sonrakı cümləsində birinci cümləsini inkar edən fikir söyləyib: “Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”. Sovet dövrünün sərhədlərini bərpa edirsənsə, referenduma nə ehtiyac var? Məgər vaxtilə Azərbaycana aid olan kəndlər referendum yolu ilə işğal edilmişdi ki, indi həmin kəndləri geri qaytarmaq üçün referendum keçirilsin? Paşinyan referendum söhbətini ortaya atmaqla sanki Bakıya belə bir mesaj göndərib ki, “4 kəndi geri qaytarsam da, o biri 4 kəndi qaytarmaq üçün təkbaşına qərar verə bilməyəcəm”. Paşinyan daha əvvəl isə demişdi ki, kommunikasiya xətlərinin açılması sülh sazişindən əvvəl həyata keçirilə bilər. Deyəsən Paşinyan Azərbaycanla bütün məsələləri, o cümlədən, sərhəd, kommunikasiya xətləri və sülh sazişini paralel həll etmək istəyir. Ancaq o bunu istəyərkən elə təkliflər verir ki, həlləri çətindir.

Elxan Şahinoğlu - Dia-az.İnfo
 
Ardını oxu...
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistanın baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir.
Paşinyan “eskalasiya” dedikdə Azərbaycan ordusunun hansısa hücum planını həyata keçirmək üçün atəşkəsin pozulması barədə xəbərlər yaydığını iddia edir. Azərbaycanın Naxçıvandan atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Naxçıvan istiqamətində bizə sakitlik lazımdır, atəşkəsi pozmaq nəyimizə lazımdır? Əsas hədəfimizə çatmışıq, ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimiz təmin olunub. Nikol Paşinyan “ya həqiqətən atəşkəsin pozulması halları var” deməklə əslində elə öz ordusunun təxribatına işarə edib. Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur, üstəgəl silahlı qüvvələrə “Erkrapa” kimi fərqli terrorçu qruplar cəlb edilib. Bu ilin fevralında Azərbaycanın mövqelərini elə “Erkrapa” üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf edib.
Nikol Paşinyanın təklifi var: "Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq. Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün, düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram”.
Paşinyanın təklifinə indiki şərtlər altında razılaşmaq mümkün deyil. Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, ordusunda təxribatçı qüvvələr var və Ermənistan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb. Fevral ayında baş verən təxribata bir daha qayıdaq. Deməli Ermənistan silahlı qüvvələrindəki “Erkrapa” terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralayıb və Paşinyanın məntiqinə görə belə halları “ortaq komissiya” araşdırmalıdır. Həmin “ortaq komissiya” məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu dağıtmaqla terrorçunu neytrallaşdırmaqla cavab verdi və doğru olan da budur. Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiyanın” yerinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsiylə bağlı hesabat tələb etməlidir. Qarşısını almayacaqlarsa fevralda olduğu kimi atəşin açıldığı post zərbə ilə dağıdılacaq.

“Atlas” Araşdırmalar Mərkəzi
Dia-az.İnfo
Ardını oxu...
Bu mövqe yeganədir - Ukraynanın mövcudluğu yox, onun məhvi

Rusiya diktatoru Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə şərtləri açıqlayıb və bundan sonra Rusiya Federasiyası ilə sülh danışıqlarının mümkün olacağını bildirib. Onların arasında Ukrayna Müdafiə Qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazisindən çıxarılması, eləcə də Ukraynanın NATO-ya qoşulmayacağına dair təminatlar var.

Putin təsdiqləyib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara hazır deyil. Tammiqyaslı işğal başlayandan bəri onun mövqeyi dəyişməyib. Bu mövqe yeganədir - Ukraynanın mövcudluğu yox, onun məhvi.

Əgər bizə təklif edilsə ki, rusların ələ keçirdiyi o əraziləri (və Putin onları ələ keçirilmiş ərazilər adlandırır), Rusiya özü üçün götürür, Ukraynanın qalan hissəsi də istədiyini edir - NATO-da, Aİ-də, hətta orda-burda, lider seçir - onda bu, heç olmasa uzağa hesablan addıma bənzəyərdi. Lakin bu baş vermir.

Bundan əlavə, Putinin mesajı da avropalılar üçün təhlükədir: ya qəbul edin, ya da sizinlə daha çox problemimiz ola bilər. Fakt budur ki, onun istiqamət göstərməsi vacibdir: Rusiya "böyük və güclü" olmağa davam edəcək. Amma hədə-qorxu Putinin köhnə strategiyasıdır. Bu yeni bir şey deyil...

“Putin sülh planı” ətrafında və Rusiya-Ukrayna müharibəsindəki döyüş meydanında gələcək inkişaflar ABŞ seçkilərində kimin qalib gələcəyindən, digər ölkələrin məsələlərə necə reaksiya verəcəyindən, Putinin yeni heç nə təklif etmədiyindən və Çinin mövqeyindəm asılı olacaq. Pekin mövqeyini dəyişə bilər.

İndi mənə elə gəlir ki, ABŞ, Çin və Aİ arasında münasibətlərin, xüsusən də elektromobillər məsələsində daha bir kəskinləşmə var. Çinin iqtisadi problemləri var və Amerika və Avropa bazarlarından imtina etməyə hazır deyil. Buna görə də Rusiya və Çinin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyinə təzyiq göstərmək mümkün ola bilər. Məsələn, Qərb potensial olaraq Çinə təklif edəcək: siz Rusiya Federasiyasına daha az kömək edirsiniz, əvəzində biz də sizə kömək edəcəyik...

Müəllif: Maksim Yakovlev – Ukraynalı siyasi elmlər namizədi.

Mənbə: UNİAN
 

Ardını oxu...
 

Təxminən 10 gün öncə Youtube (bundan sonra Yutub) saytında itkin düşən, sonra meyidi tapılan, zorlanmış və qətlə yetirilmiş tələbə qızlara dair bir sənədli krimal filmə baxmışam. O vaxtdan bəri gözünə döndüyüm Yutub hansı ölkədə bənzər hadisə olubsa və bu olaylara dair film çəkilibsə, hamısını ard-arda təklif edir.

Oturub baxıram, çoxu 20-25 dəqiqəlik filmlərdir, birnəfəsə baxılır.

Baxdıqca da adam öz ölkəsinə şükür edir ki, bizdə o cür dəhşətli kriminal hadisələr olmur. Olanda da az-az olur, onların da filmini çəkib Yutub-a qoymuruq. Amma bir yanı Yaponiya, o yanı Argentina, Tayland, Çili, CAR, Avropanın tərifli ölkələri (İspaniya, İngiltərə, Fransa), bu yanı Rusiya, nə qədər qaçırılan, oğurlanan, aldadılıb aparılan, sonra zorlanaraq öldürülən qızlar, qadınlar. Saysız-hesabsız.

Düzdür, əvvəllər qızqaçırma hadisələri bizdə də yayğın idi, amma bizdə qızları öldürmək məqsədi ilə qaçırmırdılar, evlənmək məqsədi ilə qaçırırdılar. Hazırda işin sonunda paz görünür deyə, gənclər yavaş-yavaş bu işdən vaz keçirlər.

Amerikalı, avropalı manyaklar isə gündən-günə artırlar. Bunun bir səbəbi də odur ki, hüququn aliliyinə riayət olunan ölkələrdə manyaklara ağır cəza verilmir. Canilər bilirlər ki, bu bəd əməllərə görə onlara ölüm cəzası verilməyəcək, ömürlük həbs cəzası alsalar da, bir müddət yatıb, çıxacaqlar.

Amma bizim manyaklar bilir ki, iş başında yaxalansalar, polis gələnə qədər sataşılmış qızın qohum-əqrəbası, qonşuları ona elə bir hala qoyacaqlar ki, sonradan iki mürdəşir yarım saat “dərman-napor” edərək onun meyidini yumalı olacaqlar. Yox, polis gəlsə, onu xilas etsə, iş məhkəməyə, adam türməyə getsə, bax, orda onu nə gözlədiyi barədə hər kəsdə aydın təsəvvür var.

Düzdür, həmin kriminal filmlərdə o da qeyd olunur ki, pis maddələrlə həbsə düşənlərə ABŞ-də də pis baxırlar, amma onların həbsdən sonrakı şəkillərinə baxanda hiss olunur ki, o “pis baxışlar” yaramazlara düşüb.

Filmlərə baxdıqca belə bir gerçəklik üzə çıxır: mədəni ölkələrdəki vəkillik institutu manyak qatillərin pasibanıdır. Məhz onlar ilk cinayətlərini törədən caniləri müdafiə edir, cəzadan yayındırır və sonradan onların hərəyə 5-6, bəzən 10 və daha çox qadını zorlayıb öldürməsinə səbəbkar olurlar.

Elə olur ki, detektivlər və təhqiqatçılar qətldə şübhəli bilinən birini saxlayırlar, yüzdə doxsan halda əmindirlər ki, qızı bu yaramaz öldürüb, amma ortada “yetərli dəlil-sübut” yoxdur, üstəlik, adam da dirəşib ki, cinayəti o, törətməyib. Prokurorlar, müstəntiqlər nə etsinlər? Adamı buraxırlar. O da gedib başqalarını da öldürür, ta ortada “yetərli dəlil-sübut” düzələnə qədər qıra-qıra gedir, axırda ilişir, cinayətini dana bilmir, adamı həbs edirlər. Bu yerdə vəkillər özlərini cırırlar ki, manyak qatilə ağır cəza verilə bilməz, çünki uşaqlıq travması var, atası əyyaş, maması fahişə olub, ona görə belə hərəkətlər edib. Belə bir üzrlü səbəb.
Düzdür, hər ölkədə manyak var, amma bu yankı ölkələrdə bir dəfə yaxalanan manyak qələt edər bir daha manyaklıq edə bilməz. Ona o lüksü tanıyan kimdir? İlişdisə, əlli-ayaqlı gedəcək.

“Dəlil-sbut çatışmazlığı” nədir, siz canınız? Hadisənin şahidi yoxmuş! Özünə nə gəlib? Babat profilaktiki söhbətdən sonra kimi harada öldürüb basdırdığını radio kimi danışacaq. Yoxsa ABŞ-də müstəntiq qatilə sual verir: “Ser, bu qətl hadisəsi barədə nə deyə bilərsiniz?” “Xəbərim yoxdur”. “Axı itkin düşən qızı axırıncı dəfə sizinlə bir yerdə görüblər”. “Nə olsun? Bir az söhbət etdik, getdi”. “Alibiniz var?” “Var. Qız gedəndən sonra dostumla pivə içdik. Təsdiq edə bilər”.

Nə alibi, a kişi? Nə dost? Bu tərəflərdə o dostu da maşına basıb içəri gətirirlər, müstəntiq ona “ser”, ya “bəy” demir, “düzünü danış, əəə” deyir, o da doğrusunu danışır, dostunun üzünə durur ki, dostu ona deyib ki, soruşan olsa birlikdə pivə içmək söhbətini təsdiqləsin. Vəssalam.

İndi elə çıxmasın ki, müəllif şübhəli şəxs qismində saxlanılanlarla “profilaktik söhbətlər”in tərəfdarıdır. Xeyr. İnsanları şərləmək, incitmək olmaz, amma manyaklar da cəzasız qalmamalıdır. Bir manyakın qolunu burma, boynunun kökündə durub suçunu boynuna qoyma, burax, o da gedib məsum qızcığazları zorlayıb, öldürüb, meşədə basdırsın?

Belə ədalət yoxdur. Bəziləri “manyak qatillərin də yaşamaq haqqı var” deyir, bu istiqamətdə çox qabağa gedirlər. Amma elə deyil. Quduz köpəklərin yaşamaq haqqı yoxdur. Onların yaşamaq haqqı olanda minlərlə məsum insan həyatlarını itirirlər.

Bir də bir məsələ var: Manyakları “yetərli dəlil-sübut” olmadığına görə azadlığa buraxan kriminalistlər bir çox hallarda öldürülmüş qızın atalığını və ya yatıb-çıxmış qonşularını içəri basırlar, bir də 15-20 ildən sonra bəlli olur ki, yazıqların günahı yoxmuş.

Xoşbəxtlikdən, bizim ölkədə itkin düşən qızların, qadınların, onda doqquzu sonradan sağ-salamat tapılır – daha haradan, necə tapılır, təfərrüata varmayaq. Əsas odur ki, salamatçılıqdır.

Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Ukraynaya sülh deyil, təslim olmağı təklif edib.
Kreml sahibinin Kiyevə ünvanladığı “Donetsk, Luqansk, Zaporojye və Xersondan vaz keç, masaya oturaq” tezisinin başqa adı yoxdur.
Üstəlik Kiyev NATO-ya üzv olmaq siyasətindən imtina etməlidir.
Rusiya prezidentinin “masaya otura bilərik” təklifinin bu gün səslənməsi təsadüfi deyil. Sabahdan İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumu işə başlayır.
Putin bu forumdan əvvəl təkliflərini, daha doğrusu tələblərini Qərbin diqqətinə çatdırıb.
Putin demək istəyib ki, müharibə Rusiyanın iddia etdiyi Ukraynanın 4 bölgəsinin administrativ sərhədinə çatana qədər davam edəcək.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı "müharibə" elan etməsi:
- Bunun birbaşa Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanələrlə əlaqəli olduğunu düşünmürəm,
- KTMT mövzusu qalmaqalın müşahidə edilə bilən tərəfidir,
- İrəvan-Minsk xəttindəki gərginlik daha çox bir mövzuya doğru düşüncələri yönləndirir. Bu, Belarusun Azərbaycana dəstəyidir,
- Lakin aydındır ki, həmin dəstək yeni bir hal deyil, əsas məsələ Azərbaycanın Ermənistan üzərində qələbə qazandıqdan sonra Belarusun Azərbaycana dəstəyinin xarakterini yenilənməsindən gedir.
BELƏLİKLƏ:
- Lukaşenko hələ Ukraynada müharibə başlamamışdan öncə Ermənistanın regionda heç kimə lazım olmadığını bildirmişdi,
- Bu, Cənubi Qafqazda postmünaqişə dövründə Belarusun Azərbaycanla Ermənistanın niyyət və hiyləgərliyi barədə kəşfiyyat məlumatlarını bölüşməsi ilə nəticələ bilərdi,
- Paşinyan əslində Belarusun KTMT daxilindəki kəşfiyyat məlumatlarını Azərbaycana verməsinə eyham vura bilər,
- Buna görədir ki, Paşinyan "Lukaşenko Ermənistandan üzr istəsə və ya KTMT-ni tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər" deyir,
- Hadisəyə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovskinin yanaşması isə diqqət çəkir,
- Şpakovskinin" Belarus Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır" deməsi o mənaya gəlir ki, İrəvan Belarusun işlərinə müdaxilə edən qüvvələrin əlinə əməlli-başlı oynayıb və Minsk də bunun əvəzini çıxıb...
Aqşin Kərimov
TEREF
 

          
Ardını oxu...
R.VİRXOV və digər antropoloqlar Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdiriblər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri arasında nə gürcü, nə də özünü erməni adlandıran haylar olmayıb. Gürcü alimi MİXEİL CAVAXİŞVİLİ “GÜRCÜ XALQININ TARİXİ” adlı kitabında R.Virxovun fikrini təsdiq edərək yazır: "İndiki ermənilərin və gürcülərin əcdadları Qafqaza gələndə burada başqa bir xalqın sələfləri yaşayırdılar".
ÜMUMİYYƏTLƏ Qafqazda arxeoloji qazıntılar aparanlar, palentoloqlar, gen mühəndisləri və ciddi alimlər öz tədqiqatlarının nəticəsi olaraq yazırlar ki, son tunc və erkən dəmir dövründə AZƏRBAYCAN və indiki ERMƏNİSTAN, habelə indiki ŞƏRQİ GÜRCÜSTAN ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda KASPİ (OĞUZ) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən KAVKASİON və ÖN ASİYA tiplərinin ayrıldığını müşahidə etmək mümkündür:
“YƏNİ ERMƏNİ, GÜRCÜLƏRDƏN öncə bu coğrafiyada OĞUZ və QIPÇAQ genetik kodlarına malik şəxslər yaşayıblar. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan və Gürcüstan ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ERMƏNİLƏRİN və GÜRCÜLƏRİN MORFOLOJİ quruluşu arasında heç bir oxşarlıq yoxdur.
KONKRET OLARAQ ciddi və səhih mənbələr, qaynaqlar, əlyazmalar, arxeoloji qazıntılar, genetik tədqiqatlar təsdiq edir: İndiki Ermənistan və Gürcüstan ərazilərində HİND-AVROPA dil ailəsinə daxil olan xalqların mövcudluğunu göstərmir. Ümumiyyətlə, tarixdə hər hansı bir xalqın etnik kimliyini, coğrafiyasını və dil tərkibini müəyyən etmək üçün əfsanələr üzərindən mülahizələr aparmaq doğru deyil. Real sənədlər və faktlar düz deyir, kimlərinsə mülahizələri deyil”.
ERMƏNİLƏR özlərini gah xaldeylərə, gah hetlərə, gah assurilərə, gah selevkilərə, gah da Parfiya çarlığını quran arşaklar sulaləsinə bağlayırlar:
“BİR QRUP TARİXÇİLƏR isə friq adıyla hayların gah Balkanlardan gəlməsini, gah da İsveçdən köç aldıqlarını yazırlar. Bununla onlar xüsusi bir bicliklə avropalı kökündən, rus mənşəli olmalarından bəhrələnmək istəyirlər. Hayların urartuları assimilyasiya etməsindən bəhs edənlər də var. ETNİK HAYLARI hətta türk savların törəməsi sayanlara da rast gəlinir. Zamanın gərdişindən, tarixin burulğanlarından asılı olaraq hayların biliciləri özlərini yenidən törəmə etnik hesab edərək əcdadlarının gah SAMİ, gah da ARI irqinə mənsub olmalarından dəm vururlar. Gizlin-gizlin özlərini kimə və harasa calasalar da, əl atsalar da, baş tutmur. Əlləri boşa çıxır. Bu gün isə özlərini gah farslara calayır, gah da bir zamanlar vəhşi obrazında təsvir və təqdim etdikləri kürdlərə qardaş olmalarından bəhs edirlər.
GÜRCÜLƏR isə özlərinə Kartvelebi və ya Kartveli deyir. Amma dünya onları türklərin qoyduğu gürcü adı ilə tanıyır. Biz hər zaman Azərbaycanın başına gələnlərdən erməniləri və rusları haqlı olaraq günahkar bilmişik, tarixi sənədləri, arxivləri araşdıran zaman gözümüz önündə olan, onlar qədər bizə zərbə vuran üçüncü gücü görməzdən gəlmişik. Bəli, bu ÜÇÜNCÜ GÜC GÜRCÜLƏRDİR. Azərbaycanın tarixi şəxsiyyətlərinin qətlində ruslarla əlbir olan, Nadir şahdan tutmuş digərlərinin qətlində birbaşa iştirak edən gürcülər Azərbaycan ərazilərini işğal etməkdən belə çəkinməyib. TARİXİ GƏNCƏ qapılarını bizə hələ də qaytarmayan gürcülər Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparan
QUBA hökmdarı FƏTƏLİ XANIN qətlini Rusiya ilə birləşərək həyata keçirib. Gürcüstanı dövlət edən isə Nadir şah olub. Orda əfşarlar, qızılbaşlar, qarapapaqlar hakimiyyətdə olub. GÜRCÜSTAN NADİR ŞAHA qədər sadəcə KARTLI bölgəsi idi. Gəncə zonasının Nadir şaha müqavimət göstərməsinə qarşı şah Gürcüstan dövləti yaratdı ki, Azərbaycan xanlarına qarşı döyüşsün. Gürcüstanda ZÖHRAB, RÜSTƏM XANLAR kimi azərbaycanlı türklər uzun illər ağalıq ediblər. Gürcüstanın mühüm bir hissəsi bizim qədim BORÇALI yurdudur.
2017-ci ildə GÜRCÜ arxeoloqları DAVİD GARECİ monastırında tədqiqat aparan zaman 8 qədim yunan dilində, 21 şərq dilində (ərəb, fars) 20-dən çox isə qədim bir xalqın əlifbasında olan əlyazmalar tapırlar:
“BUNLAR orijinal alban əlifbasında qeyd edilən hərflərlə yazılıb. Gürcülər bu əlyazmaları bizə qaytarmaq istəmirlər. Bu əlyazmalar Azərbaycanın regionda ən qədim dövlət olmasını, albanların azərbaycanlılar olmasını sübut edir. Bu iki qonşu xalq isə tarix boyu bizə qarşı olublar. RUS ÇARI I PYOTR sünni və şiələr arasında gedən rəqabətdən də məharətlə istifadə edirdi. Səfəvi şahlarının və dövlətinin şiə, Türkiyənin sünni olduğunu nəzərə alan Pyotr Səfəvi şahlarının "tərəfinin" saxladığını bildirdi. Knyaz Dmitri Qantemir çarın əmri ilə "MANİFEST" adlı müraciət tərtib edib Azərbaycan dilinə çevirdi. I Pyotra Səfəvi xanədanından və Osmanlılardan məlumatları isə gürcülər və ermənilər ötürürdü. Məqsəd isə sünni Osmanlılar ilə şiə Səfəvilər arasında müharibələrin davamlı şəkildə aparılması və iki dövlətin zəifləməsi idi.
HAZIRDA GÜRCÜSTAN 1922-ci il oktyabrın 15-də onlara güzəşt edilən AZƏRBAYCAN torpaqları QARAYAZI – 4.564,6 kv.km, BORÇALI (bir hissəsi)- 5.161,4 kv.km, SIQNAX - 6. 832,6 kv.km və digərləri ilə birlikdə 16.558,6 kv.km ərazimiz üzərində dövlət qurub.
YƏNİ HƏM ERMƏNİLƏR, HƏM GÜRCÜLƏR QAFQAZDA KÖKLÜ XALQ DEYİLLƏR. Onların iddia etdikləri tarix isə bu coğrafiyanın sahibi olan Oğuzlardan oğurlanıb. Dəyişdirilib”.
ZAUR ƏLIYEV TARİXÇİ ALİM
 
 
 
Ardını oxu...
“Təəssüflər olsun ki, Ermənistanın Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında keçən logistika marşrutuna (Zəngəzur dəhlizi-red.) Rusiyanın nəzarət etməsinə o qədər də həvəsi yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi direktoru, tanınmış mütəxəssis Dmitri Trenin deyib.

Treninin sözlərinə görə, Zəngzəur dəhlizinin açılması Rusiyadan daha çox Türkiyəyə lazımdır və ABŞ da bu ideyanı dəstəkləyir: “Burada ilk növbədə Türkiyənin marağı var. Bu marşrutun böyük iqtisadi əhəmiyyət kəsb edəcəyini düşünmürəm. Amma geosiyasi əhəmiyyəti, strateji əhəmiyyəti olacaq. Əlbəttə ki, bu, Türkiyənin maraqlarına uyğundur. Bu gün dinamika Türkiyənin xeyrinədir. İndiki mərhələdə bu dəhliz böyük ehtimalla faktiki olaraq Türkiyənin təsiri altında olacaq, baxmayaraq ki, Birləşmiş Ştatlar guya hər iki tərəfə dost, müstəqil aktor kimi çıxış edəcək. Lakin əslində, ABŞ Türkiyəyə Ankaranın prioritet maraqları zonasında hərəkət sərbəstliyi verir. Türkiyə üçün ABŞ-nin yolunu kəsmək qətiyyən sərfəli deyil. Amerika üçün Türkiyə başqa istiqamətlərdə önəmlidir”.

Trenin Azərbaycan - Rusiya münasibətləri barədə də maraqlı fikirlər səsləndirib: “Azərbaycan bir neçə onilliklər ərzində Rusiyaya qarşı çox uğurlu siyasət nümayiş etdirir. Rusiyaya minimum güzəşt edərək, əvəzində bacardığı maksimumu aldı. Azərbaycan istənilən inteqrasiya birliklərinə qarşı çox təmkinlidir. O, nə KTMT-yə, nə də Avrasiya İqtisadi Birliyinə daxil olmağa can atmır. Azərbaycan - Rusiya münasibətlərinin özü də hər iki tərəfdən sırf praqmatik xarakter daşıyır. Mən dövlətlərarası münasibətləri nəzərdə tuturam”.
 
Ardını oxu...
İyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya qısamüddətli işgüzar səfəri nəinki iki qardaş ölkə arasındakı münasibətlər baxımdan, eyni zamanda regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu səfər həm də iki qardaş ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərdi. Beynəlxalq praktikaya və protokol qaydalarına uyğun olaraq, adətən, işgüzar səfərlər zamanı səfər edən ölkə liderini səfər edilən ölkənin yüksəkranqlı rəsmiləri qarşılayır. Lakin Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfərində Ankarada Esenboğa hava limanında qarşılama mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan özü də iştirak edib və burada qısa protokol görüşü keçirilib. Hava limanındakı görüşdən sonra Türkiyə Prezidenti Ərdoğan Azərbaycan Prezidentini Beştəpədəki iqamətgahında yenidən rəsmi protokol qaydasına uyğun qəbul edib. Bu, bir daha Azərbaycanla Türkiyə arasındakı münasibətlərin hər hansı protokol qaydalarından daha üstün olduğunu nümayiş etdirir.

Bu, eyni zamanda, son zamanlarda Azərbaycanla Türkiyə arasında münasibətləri pozmağa cəhd edən qüvvələrə bir mesaj idi. Mesajın mahiyyəti ondan ibarət idi ki, heç bir qüvvə nə bu iki qardaş dövlət, nə də xalqlar arasındakı münasibətləri poza bilər. Belə cəhdlər isə hər zaman olduğu kimi, bundan sonra da iflasa uğrayacaq. Bu birlik sarsılmazdır. Hər iki dövlət "Bir millət, iki dövlət" şüarına sadiqdir və sadiq olaraq da qalacaq. Məhz bu fəaliyyətin nəticəsidir ki, Ankara və Bakı müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi və geoiqtisadi dəyişikliklərdə yeni reallıqlar yaradıb, dünyanın yenidən şəkillənməsi prosesində ciddi aktor rolunda iştirak edirlər. Bunun nəticəsi olaraq Türk dünyası Türk Dövlətləri Təşkilatı (TDT) simasında beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzi kimi ortaya çıxmaqdadır. Hazırda isə TDT-nin qlobal güc kimi formalaşması, təşkilatlanması, coğrafiyasının genişlənməsi və beynəlxalq aləmda güc mərkəzi kimi qəbul edilib hesablaşılması istiqamətində davamlı addımlar atılmaqdadır. Bu da təbii olaraq dünya güclərini, o cümlədən antitürk qüvvələri ciddi narahat etməkdədir. Ona görə də həmin güclər davamlı olaraq nəinki TDT-nin güc mərkəzi kimi, həmçinin Ankara və Bakı arasındakı müansibətlərə xələl gətirməyə, bunu pozmağa cəhd edirlər. Bir neçə gün öncə SOCAR-ın Türkiydəki ofisinə basqın bu oyunların tərkib hissəsi idi. Lakin heç kimi bu cür təxribatçı hərəkətlərə uymadı. Əksinə, bu təxribatı törədənlər qınaq obyektinə çevrildi.

İki qardaş ölkənin liderlərinin "Beş təpə"dəki görüşünə gəldikdə isə burada təbii olaraq ikitərəfli münasibətlərin mövcud durumu, strateji müttəqfilik münasibətlərinin daha da dərinləşdirilməsi və qarşıda duran məsələlərlə yanaşı, regional və beynəlxalq aləmdəki vəziyyət müzakirə olunub.

- İkitərəfli münasibətlərdə əsasən hərbi əməkdaşlıq, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, iki ölkənin reallaşdırdığı layihələr, ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdilməsi, COP29 sammitinə hazırlıq və Türkiyənin toplantının yüksək səviyyədə keçməsinə verəcəyi töhfə müzakirə edilib.
- Regional əməkdaşlıq münasibətlərində isə ilk olaraq iyulda Şuşada nəzərdə tutulan TDT-nin sammiti, TDT-nin daha ciddi güc kimi formalaşdırılması istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Digər regional məsələlər kimi, İrəvanla Bakı arasında sülh danışıqları, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh prosesinə hazırlıq işləri;
- Regionda reallaşdırılan nəqliyyat və logistik layihələrin icra vəziyyəti;
- Gürcüstanda və Ermənistandakı son hadisələr;
- İrandakı prezident seçkiləri;
- Orta Dəhliz layihəsinin reallaşdırılması;
- Yaxın Şərqdəki vəziyyət, xüsusən də Fələstin və Suriyada Türkiyə ilə sərhəddə başda ABŞ olmaqla bəzi ölkələrin dəstəyi ilə YPG/PYD terror təşkilatının "seçki" oyunu məsələlərinə toxunulub.
Azərbaycan Prezidenti Fələstinlə bağlı rəsmi Bakının mövqeyini aydın şəkildə ifadə edərək paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını bir daha bəyan edib.
- Görüşdə eyni zamanda Rusiya-Ukrayna müharibəsi və bu müharibə fonunda yaranan geosiyasi reallıqlar və buna uyğun olaraq birgə addımların atılması, beynəlxalq platformalarda iki ölkənin fəaliyyətinin koordinasiya olunması kimi məsələlərə toxunulub.

Təbii ki, bütün bu məsələlər fonunda hər iki ölkənin milli maraqlarına, təhlükəsizliyinə təhdid və təhlükə yaradan məsələlər ətrafında da fikir mübadiləsi aparılaraq, tərəflərin mövqeləri ortaya qoyulub. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin Ankara səfərinin yekunları regional əməkdaşlıq münasibətlərinin inkişafı və sabitliyi baxımdan ciddi əhəmiyyət kəsb edir.

Mürtəza
Ölkə.Az
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası" adlı veriliş efirə gedib.

Verilişdə tarixçi alim Ramin Əlizadə Alban və Zəngəzur hökmdarlarının mənşəyindən söz açıb.

O, Zəngəzurun əsl adı və hökmdarlarının mənşəyindən, Mehranilərin Albaniyada hakimiyyətə gəlməsindən danışıb:

"Sünik sözü Sakan adının haylaşdırılmış, təhrif edilmiş formasıdır. Ermənilər Zəngəzur tarixini bu məqsədlə saxtalaşdırdılar. Heç bir mənbədə Zəngəzur adı Sunik kimi göstərilməyib. Hayların Urartu, Alban, Ağvan, Arsak və Sünik tarixi iddiasına dünyada heç bir ciddi alim inanmır. Babəkin dönəmində adı çəkilən Sakan hakimliyi, Şəki qalası Zəngəzurun gerçək tarixidir. Qədim Roma mənbələrində qarqarların, Utilərin İskit tayfasından olduğu qeyd olunub".

R.Əlizadə bildirib ki, II əsrdə Roma coğrafiyaçısı Xəzərdən Qərb istiqamətdə türklərin yaşaması barədə yazıb. Həmçinin VII əsrdə xəlifənin nümayəndəsi "əzəldən türklərin ölkəsi Azərbaycana getmişdim" sözlərini yazıb. Albaniyanı formalaşdıran, idarə edənlər məhz türklər olublar.

Onun sözlərinə görə, eradan əvvəl VII əsrdə Urartu hökmdarının Qarakilsədə tapılan kitabəsində Qərbi Azərbaycan kəndlərinin adı türkcə qeyd olunub.

Tarixçi sonda vurğulayıb ki, Mesopotamiyanın şimalında mağarada yaşayan hay tayfaları Urartu tarixinə, Qafqaza və türk sivilizasiyasına iddia ediblər:

"Hay və erməni anlayışları tam ayrıdır və heç birinin Urartu, Albaniyaya, Qafqaza aidiyyəti yoxdur. Qərbi Azərbaycan boyunca Albaniyanın böyük tarixi izini ermənilər işğal ediblər. Ona görə də Qərbi Azərbaycanın tarixi erməni işğalından azad olunmalıdır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Dünyapress TV

Xəbər lenti